Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə38/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

112
DÖRDÜNCÜ HISSƏ
May  ayında  jurnalistlərin  hücumuna  məruz  qaldıq.  Burada 
yeganə polyak olmadığımı deməyim məni xilas etmədi. “Kiminlə 
işləmək  lazım  olduğunu  bilirik”,  –  deyirdilər.  Növbəti  günlərdə 
təlimlər çoxalırdı. Bir neçə günlük profilaktoriyə göndərilmişdik 
və  ailələrimizdən  ayrılmışdıq.  Üç  gün  və  üç  gecə  xüsusi  müa-
yinələr  keçirilirdi.  Cərrah  onurğa  sütunuma  baxarkən  narahat 
idi,  onurğa  köklərinin  iltihabı  olduğunu  düşünürdü.  Larinqoloq 
mənə əziyyət verirdi, üç dəfə 15 dəqiqə olmaqla fırlanan kürsü-
də  seans  keçirdi,  müvazinət  sisteminin  Koriolis  qüvvəsinə  qarşı 
müqavimətini  yoxlayırdı.  Xoşbəxtlikdən  sınaqdan  çox  yaxşı  çıx-
dım.  Xilov  yelləncəyində  fırlanan  kürsünü  yerləşdirdikdən  son-
ra əlavə, otuz dəqiqəlik sınaqdan da keçdim. Orada yellənərkən 
və fırlanarkən həyatıma nifrət etməyim üçün məndən başımı əy-
məmi və sağa-sola baxmağımı xahiş etdilər. Dəhşətli idi. Bir neçə 
dəfə qaz mübadiləsi sınağını keçirdim – 60 dəqiqə ərzində böyük 
torbayla nəfəs alırdım – saat 23:00, sonradan isə səhər 5 və 11-də. 
Sonda aparata görə bacarmadığımı dedilər. Yükləmə sentrifuqa-
sında iki dəfə yükləmə ilə mübarizə aparırdım. Sınaqları xüsusən 
bu  məqsəd  üçün  Varşavadan  gələn  polkovnik  həkim  Stanislav 
Baranski  müşahidə  edirdi.  Nahardan  sonra  uzun  gözləmə  vaxtı 
idi, Hava Qüvvələrinin Baş həkimi general Rudnı başda olmaqla, 
komissiya müzakirələr aparırdı. Bizi növbəyə düzdülər. Kubasov 
qalib sifəti ilə çıxdı. Klimuk gülümsəyərək qayıtdı. Sağlamlığımla 
bağlı komissiyanın heç bir şübhəsi yox idi. Növbəti çətin mərhələ-
ni  keçdik.  Günü  Pyotrun  evində  gözəl  və  uzun  şam  yeməyi  ilə 
bitirdik. 
Simulyatorlarda  məşqlərin  metodikasını  tamamilə  dəyişdilər. 
Hər  dəfə  yeni  qəza  vəziyyətlərini  təşkil  edirdilər.  Təlimatçı  və 
məşqçinin rəyləri daha da çoxalırdı. Əməkdaşlıq etmək bacarığı-
mıza fikir verirdilər. Bizi bu vaxta qədər olduğu kimi, fərdi qiy-
mətləndirmirdilər,  artıq  ekipaj  olmalı  idik.  Operativ  əməliyyat 
çərçivəsində  qarşılıqlı  nəzarət  metodikasından  istifadə  etməyi-
mizi tələb edirdilər. Bunu artıq çoxsaylı kosmik missiyaların təs-
diq etdiyi təhlükəsizliyi artırmaq üçün edirdilər. Bununla heç bir 
problemimiz yox idi. Bir-birimizi sözsüz başa düşürdük. Bir jest 
cümlələrdən daha çox məna kəsb edirdi. 
Bir gün kompleks məşq zamanı işıqlar söndü və mexanizmlər 
işləmədi.  Göyərtənin  içində  qalmışdıq  və  lyuku  açmaqları  üçün 
divarlara  vurmağa  başladıq.  O  zaman  məşqçi  bizi  sakitləşdirdi: 
“Özünüzü  normal  uçuş  vaxtı  kimi  aparın”.  Bir-birimizə  baxdıq. 
Fənəri götürdüm və “Qəza vəziyyətləri” kitabını vərəqlədim. Bü-


113
tün elektrik cihazlarını söndürdük. Qəza elektrik mənbəyinə keç-
məyə  cəhd  göstərdik.  Hərəkətlərimizi  azaltdıq  ki,  oksigendən 
çox istifadə etməyək. Manual olaraq hava sistemindəki konden-
satı  çəkdik.  Belə  vəziyyətdə  neçə  vaxt  qala  biləcəyimizi  hesab-
lamağa  başladım.  “Yaşamağımıza”  bir  neçə  saat  qalıb.  Orbital 
hissəyə  aparan  keçid  lyukunu  oradakı  havadan  istifadə  etmək 
məqsədi ilə açmağı planlaşdırırdıq. Son ehtiyat skafandrları gə-
midə germetikləşmənin boşalma vəziyyəti üçün nəzərdə tutulan 
və  Yer  Kürəsinə  qayıdışa  imkan  yaradan  azot-oksigen  qarışığı 
idi. 
Qısa müddətdən sona işıqlar yandı – məşqi çox çətin vəziyyət-
də  davam    etdirdik.  Gəmini  canlandırmalı  idik,  bütün  yarımçıq 
qalmış  prosedurları  yenidən  həyata  keçirməliydik.  Rabitə  sahə-
sinə daxil olandan sonra Pyotr mövcud vəziyyət, hərəkətlərimiz 
və icra olunacaqlar barəsində məlumat verdi. Düzgün işləyirdik. 
Əlavə balları əldə etdik.
Bu  çox  mühüm  səkkizsaatlıq  yorucu  məşq  idi.  Əvvəlki  təəs-
süratlar azmış kimi, məşq haqqında müzakirə apardıqdan sonra 
məxfi  laboratoriyada  xoş  qonaqlar  gördük  -  həyat  yoldaşlarımız 
və uşaqlarımızı. Oğullarımız Mişa və Mirek, dərhal bizim hələ isti 
olan  kürsülərimizə  əyləşdilər,  orbital  hissədəsə  yeməyə  başladı-
ğımız  naharımızı  yedilər.  Həyat  yoldaşlarımız  qızım  Emiliya  ilə 
kosmonavtlar  deyil,  modellər  kimi  şəkil  çəkdirirdilər.  Sevinc  və 
emosiyalar aşıb-daşırdı. Bu xoş görüşdən sonra kosmik ailələrin 
gözəl şəkilləri yadigar qaldı. Müvafiq xidmətlər bu görüşün gü-
nahkarını axtarırdılar, çəkdirdiyimiz şəkilləri əldə etmək istəyir-
dilər, lakin məğlub oldular. Bizdən sonra gələnlərə həmin yerdə 
ailələri ilə şəkil çəkdirməyə icazə verilməyib.
Son günlərin əməyi nəticəsində Pyotr soyuqladı. Səhər səsi xı-
rıltılı idi. Həkimlər 39 dərəcə qızdırması olduğunu dedilər. Növ-
bəti  günlərdə  kosmik  gəminin  komandir  olmadan  (məhz  belə!) 
Yer  Kürəsinə  qayıdışına  dair  müxtəlif  qəza  vəziyyətlərini  təkcə 
məşq edirdim. 
12  iyun  tarixində  təlimatdan  sonra  bizimlə  böyük  təntənə 
ilə  sağollaşırdılar.  Kosmonavtlar  və  ailələrimizin  müşayiəti  ilə 
Çkalovskaya hava limanına yollandıq. Üzümüzdən məmnuniyyət, 
bizi yola salan həyat yoldaşlarımızda qayğı və kədər, uşaqlarımızda 
isə  maraq  hissi  oxunurdu.  Üçyaşlı  Milyam  diqqət  mərkəzində 
idi.  İlk  olaraq  Leonovun  qollarındaydı,  sonra  isə  kosmonavtlar 
Bereqovoy,  Volınov,  Sevastyanov  və  Şatalovun  qucağına  keçdi. 
Şatalov  ağ  yasəmən  budağını  qırıb  ona  verdi.  Qızım  isə  gülü 
FİNİŞ – GERİYƏ SAYIM BAŞLADI


114
DÖRDÜNCÜ HISSƏ
anasına  ötürdü.  Oğlum  Mirek  Mişa  ilə  nəyisə  müzakirə  edirdi. 
Danışılası vacib məsələləri var idi. Zarafat edir, gülürdülər. Hava 
çox  gözəl  idi.  Hava  limanı  meydançasında  iki  sərnişin  təyyarəsi 
gözləyirdi:  TU-134  və  TU-104. Ailəmlə  vidalaşmam  çətin  idi,  üç 
həftəlik ayrılırdıq, göz yaşlarsız keçinmədik. Ən çətin günlərimdə 
həyat  yoldaşımın  dəstəyi  mənə  lazım  olacaqdır.  Hər  gün  zəng 
etməyə söz verirəm.
Pyotrla  birinci  təyyarədə  yerimizi  tutduq.  Dublyorlar  ikinci 
təyyarədə arxamızla uçurdular. Uçuş uzun idi – dörd saatdan çox 
çəkdi.  Buna  görə  də  Şəhərcikdə  keçdiyim  yol  haqqında  fikirləş-
məyə fürsətim var idi. Çətin, lakin çox maraqlı yol idi. Buludların 
arasından bitməyən şəhər, meşə, çay və göllərə baxırdım. Pilot ka-
binəsi üçün darıxdığımı hiss etdim. Bir neçə dəqiqə ərzində təy-
yarəni idarə etməyimə icazə  verdilər. Vaxt keçdikcə mənzərə və 
hava da dəyişirdi. Fırtına və müxtəlif növlü buludların üzərindən 
uçurduq.  Volqa  çayı  Tolyatti,  Samara  və  Novokuybışevsk  ərazi-
sində ildırım işığında çox gözəl görünürdü. Aşağıdakı ərazi daha 
müxtəlif formalar alırdı. Uzaqda Ural dağları və eyni adlı çay par-
layırdı, üstündən isə Orenburq görünürdü. Orsk üzərində olarkən 
pilot  təyyarəni  cənuba  döndərdi.  Asiya  üzərində  idik.  Şəhər  və 
yollar gözdən itdi. Yalnız sadə təsərrüfat binaları olan xutorlar gö-
rünürdü. Hörümçək toruna bənzəyirdi bu xutorlar. İllüminatorda 
sahili  qurumuş  səhra  olan  Aral  gölü  görünürdü.  Şərqdən  nazik 
axınla Sırdərya çayı gölə tökülürdü. Səfərimizin məqsədi olan və 
Yer Kürəsinin ən məxfi yerlərindən biri – məşhur Baykonur kos-
modromu məhz onun üzərində yerləşir.


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə