Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə67/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

183
maraqlandırırdı, kainatın necə yaranması, yerimizin harada olması, bu 
hüdudsuzluqda tək olub-olmamağımız və mövcudluğun hərəkətverici 
qüvvəsinin nə olduğu haqqında suallar verirdi. Attestat alandan sonra 
Henya seminariyaya daxil oldu, illər keçdikdən sonra Vrotslavda Ali 
Ruhani  Seminariyasının  direktor  müavini  kimi  şərəfli  işə  nail  oldu. 
Yaxşı dostluq əlaqələrimiz var idi. Onun çoxlu şeirlərindən bir hissəsini 
yadımda saxlamışam: 
Həyatı ilə hələ tam sevinməmiş insan
Artıq son haqqında düşüncələrlə aşılanır,
Və solğun ölüm təsviri – onun dostuna çevrilir,
Düşünməsə də, daim yaxındadır ölüm.  
Dindarlar Henyanı gözəl, işini bilən rahib, başqalarının problemlə-
rinə çox həssas yanaşan təvazökar insan kimi yada salırlar. Henya artıq 
Ordadır, biz hamımız hələlik Yerdə. Bu gün də Henyanın yanımda ol-
duğunu hiss edirəm.



BÜTÜN DÜNYA VƏ POLŞA
1978
-ci ilin 2 iyul tarixində səhər saat yeddi olmamış gözləri-
mi açıram və yuxarıdan stansiyanı nəzərdən keçirirəm. 
Altımda böyük ölçüdə rentgen teleskopu, onun böyründə isə fotocihaz 
MKF-6 var. Həmin fotocihazla “Yer kürəsi” eksperimenti çərçivəsində 
bu gün işləyəcəyik. Göyərtədə sakitçilikdir, ventilyatorların asta səsini, 
göyərtə  saatının  tıqqıltısını  və  həmkarlarımın  xorultusunu  eşidirəm. 
İsti yataq kisəmdən çıxıram və işçi hissəyə keçirəm, orada isə komandir 
və “ev yiyəsi” Volodya baş idarəetmə pultunun arxasında artıq eşələ-
nirlər.  Göyərtə  gündəliklərinin  səhifələri  yayılmış  vəziyyətdə  onun 
yan-yörəsində  uçuşur.  Məndən  halımı  soruşur,  çünki  dediyinə  görə, 
dünən orqanizmimə təsir edən çəkisizliyin nəticələri ilə mübarizə etdi-
yimi görəndə, mənim üçün narahat olub. “Gedirəm yüngülləşməyə”, 
– cavab verirəm və hər şeydən tuta-tuta tualetə üzüb gedirəm. Pyotr və 
Saşa yataq kisələrində kabinənin yan divarlarına yapışmış vəziyyətdə 
hələ də yatırlar. Saşanın əli kisədən çıxıb və qeyri-təbii yuxarı-sola qal-
dırılmış vəziyyətdədir, Pyotrun qara gur saçı isə bütün istiqamətlərə 
yayıldığına görə, onun başı əjdaha başına oxşayır. Nəm salfetlərlə cəld 
əl-üzümü  “yuyuram”,  dişimi  sürtürəm,  üzümü  isə  sonra  qırxacam, 
çünki günəşin çıxması yaxınlaşır və mən onu mütləq seyr etməliyəm. 
Lakin fikrimi dəyişirəm və səhər yeməyinin hazırlanmasında Volod-
yaya köməyimi təklif edirəm. Həmkarlarımın nə xoşladıqlarına artıq 
bələdəm. Bir neçə ərzaq bağlamasını açıram. Əlbəttə ki, içindəkilərin 
hamısı uçuşub gedir, mən də onların arxasınca fırlanmağa başlayıram. 
Sonunda vəziyyəti ələ alıram. Masanı açıram, xüsusi taxçalara çörəklə 
paketləri,  meyvə  şirələrilə  tübikləri,  şəkərlənmiş  meyvə  və  balla  fın-
dıqları qoyuram. Yatağanlar hərəkətlərimi və mətbəx iyini hiss edirlər. 
İsti qəhvə ilə tübikləri onların “yatağına” verirəm. Qəhvəni içib özlə-
rinə gəlirlər və əhval-ruhiyyələri qalxır. Saşa isə təşəkkürlə qeyd edir 
ki, hətta evində, Yerdə belə lüks şərait yoxdur. Səhər yeməyi polyak 
musiqisi fonunda xoş keçir, kefimiz kökdür. Bir-birimizi qonaq edirik, 
tikələri elə veririk ki, ünvan sahibinin düz ağzına üzüb düşsün. Xoş 
ab-havanı göyərtə qələminin səs-küyü yarımçıq qoyur. Volodya lenti 
götürür, bir an oxuyur və deyir: “Mirek, sənin üçündür”. Oxuyuram, 


186
BEŞINCI  HISSƏ
Yer kürəsi qəza nəticəsində gəmini tərketmə məcburiyyəti baş verdik-
də, gəmimiz üçün ballistik məlumatlar göndərir. Sonra salamlamalar 
və bir neçə sütun rəqəmlər gəlir, həmin rəqəmləri cəld xüsusi cədvəl-
lərə qeyd edirəm – bu, rabitə seansları, Günəşin doğması və batması 
vaxtı, həmçinin əsas və yaxud hava şəraiti bizi məcbur etsə, ehtiyat ra-
yonlarının fotoşəkillərini çəkmək üçün ilkin məlumatlardır. 
“Yer kürəsi” eksperimentinin başlanmasına az vaxt qalıb. Vaxtı itir-
mədən işə başlayırıq. Daşınan cihazları saxladığımız şkafa üzüb yaxın-
laşıram.  İçəri  səliqəlidir,  içindəkilər  yüngülcə  dalğalanırlar,  kamera 
üçün lent rulonları sanki dalğaların vurması nəticəsində ritmik hərəkət 
edən meduzalardır. Qabları ardıcıl götürüb Pyotra verirəm. O, köhnə 
kasetləri cihazdan artıq çıxarmışdı. Yer kürəsində ağır idilər, burda isə 
rahat daşımaq olur. Lakin elementlərə nəzarət etməliyik, sonra uçuş-
salar  gözdən  itəcəklər,  bizsə  onların  axtarışına  xeyli  vaxt  sərf  edəcə-
yik. Bir-birimizə kömək edirik, həm də mane oluruq, çünki çəkisizliklə 
mübarizə aparırıq. Birinci kaseti çətinliklə yerinə qoyduq. Bu tədbiri 
altı dəfə təkrar edirik ki, hər altı obyektiv üçün müvafiq lent tapaq. Ka-
setlərin yerləşdirilməsini bitirəndən sonra azad uçuşda olan kasetləri 
“tuturuq”  və  cihazın  korpusuna  ardıcıl  olaraq  birləşdiririk.  Bu,  asan 
fəaliyyət deyil, çünki birləşmə metodu bir o qədər yaxşı işlənməmiş-
dir, çox narahat və vaxt aparandır. Kameranın hərəkət müvazinətləş-
mə  blokunu  söndürürəm  və  bütün  obyektivlərdə  linzaların  müvafiq 
dəyərlərini qoşuram. Cihazın kompleks yoxlanışına başlaya bilərik.
Volodya  və  Saşa  bu  zaman  idarəetmə  pultunun  önündə  diqqətlə 
dayanıblar, göyərtə sənədlərini öyrənirlər və “Salyut“u orbital yönal-
ma adlanan quruluş üçün vacib olan manevrlərə hazırlaşdırırlar. Yəni 
stansiyanın aşağısı qabağa keçməli idi, çünki Yer kürəsinin mərkəzinə 
yönəlmiş kamera orada quraşdırılıb. Uzununa olan ox sürət vektoru-
nun istiqaməti ilə uyğun olmalıdır. Bu vəziyyət eksperiment davam et-
diyi bütün vaxtda saxlanılmalıdır, yəni stansiya qabağı (uzununa olan 
oxa uyğun) saniyəyə dörd dərəcə sürəti ilə əyilməlidir. Bu isə orbital 
bucaq sürətinə cavab verir. 
İşə  hazır  olaraq  rabitə  seansını  gözləyirik.  Rabitə  mənə  bir  saat 
yarım bundan əvvəl verilmiş vaxtda saniyə dəqiqliyi ilə yaranır. Yer 
kürəsi son fotoqrafik parametrlərdə düzəlişlər edir. Məlumatların bö-
yük  hissəsi  mənə  ünvanlandırılır.  Fotoşəkilləri  çəkəcəyimiz  orbitin 
nömrəsini, kameranın yandırılma və söndürülmə vaxtını, ekspozisiya 
parametrlərinin dəyişmə vaxtını, bucaq müvazinətləşməsinin sürətini 
və  torpaq  örtüyünün  faizini  qeyd  edirəm.  Volodya  yönalmanı  həya-
ta keçirmək üçün tələb edilən parametrləri hesablayır, Saşa isə onları 
“Salyut”un yönalma və istiqamət sisteminə daxil edir. Hamımız hazı-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə