Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

Qüvvə cəhənnəmdən yaranır. Tüstü və buxar buludundan bizim raketimiz görünür. 
Dəhşətli dərəcədə gözəl idi. 27 iyul, 18:27’21’’. Kosmonavtların Təlim Mərkəzinin 
arxivindən.


“Salyut-6”-nın heyəti 363 kilometr yüksəkliyində çəkisizlikdə. Kosmonavtların Təlim 
Mərkəzinin arxivindən.


Anamla təsiredici söhbət. Uzaqda Kovalyonok, yerə rezin lentlərlə birləşmiş vəziy-
yətdə yerində qaçmaq üçün cihazda əziyyət çəkir. Kosmonavtların Təlim Mərkəzinin 
arxivindən.


Uçuşun günlük marşrutu, yəni 16 dəfə Yer kürəsi ətrafında. Müəllifin arxivindən.


Gizlin şəkil – kosmosda tyübikdən sağlıq. Foto. V. Kovalyonok.
Sirr olmayan tualet. Müəllifin arxivindən.


528 saniyədən sonra başqa, tanımadığım, əlvan, gözəl dünyada oldum... Müəllifin 
arxivindən.


Asiyanın üzərində. Buludların altında Baykal gölü. “Salyut-6” göyərtəsindən çəkilmiş 
şəkil, radiolokasiya yaxınlaşdırma sisteminin parabolik antennası görünür. Müəllifin 
arxivindən.


“Soyuz-30” kosmik gəmisinin orbitdən düşmə sxemi – qeydlər müəllifindir.


“Soyuz” kapsulunun enməsi. Əsas və qəza paraşüt sisteminin hərəkətəgəlmə mər-
hələləri və “yumşaq enmə”. Qeydlər Müəllifindir


Paraşütün iplərində həyat. Həyəcanın hələ sonu deyil. Son metrlər, Qazaxıstan, 5 iyul 
1978-ci il, 16:33. Kosmonavtların Təlim Mərkəzinin arxivindən.


Yeriməyi ikinci dəfə öyrənirəm. İstilənmiş kapsuldan çıxan kimi. Kosmonavtların Tə-
lim Mərkəzinin arxivindən.


Dərin nəfəs. Həyat yoldaşımın göndərdiyi qızıl gülün ətri reallığı qaytardı. Fotoqraf 
Tadeuş Zaqojdjinski.


Yer kürəsinə qayıtdığım günün səhəri, Ulduz şəhərciyi öz qəhramanlarını qarşılayır. 
Müəllifin arxivindən.


6 iyul 1978-ci il -  “Soyuz-30” heyətinin şərəfinə verilmiş banket. Şəkildə ilk kosmo-
navtın həyat yoldaşı Valentina Qaqarina ilə. Müəllifin arxivindən.


Tereşkova ilə söhbət. Müəllifin arxivindən.


177
yoxlamaq və ya heç olmasa hər hansı sual vermək istəyirdi. Onların 
istəkləri ilə təzyiqi artırıram və bir neçə dəfə huşumu itirirəm. Özümü 
pis hiss edirəm, onlar isə heyranlıqla izləyirlər və uşaq kimi sevinirlər. 
Telemetriya kanalları vasitəsi ilə onlarla metr EKG və EEG qrafiklərini 
alırlar. Seansın sonunda ürək döyüntüləri tezliyinin artmasına polyak 
nəzarət  cihazı  “kardiolider”lə  nəzarət  edərək,  məni  məşq  etməyə 
məcbur edirlər.  
Yarım ildən sonra mənə həmin qrafikləri göstərdilər, sevinclə qışqı-
ra-qışqıra: “ Bura bax, necə gözəl özündən getmişdin”.  Xalis sadist-
dirlərmiş. Məlumat aldım ki, HATİ-də düzəldilmiş kardiolider cihazı 
xəstələr ürək xəstəliyindən sağalandan sonra reablitasiya zamanı isti-
fadə edilirdi.  
Həmin  gün  nahardan  sonra  orqanizmin  çəkisizlik  vəziyyətinə 
uğunlaşması şəraitində elektroqustometrik adlanan metodla dad qav-
rayışının hüdudunu müəyyənləşdirmək üçün tərcübələr aparırıq. Bu, 
“dad” eksperimentidir, onun məqsədi isə dadın pozulmasına cavab-
deh olan mexanizmlərin tədqiq edilməsidir. Bu fenomenin həqiqətən 
baş  verib-verməməsi,  onun  səbəbkarını  qida  və  ya  qanın  yuxarı  his-
sələrə  hərəkət  etməsi  nəticəsində  dadbilmə  duyğusu  reseptorunun 
həssaslığının dəyişilməsi, yoxsa kosmonavtların psixi sahəsində axtar-
maq lazım olduğuna dair suallara cavablar gözlənilirdi. “Dad” ekspe-
rimentini dəfələrlə təkrar edirik. Başım hesablamalara qarışdığından, 
hansı vəziyyətdə olduğumdan xəbərim yoxdur. Arada ayaqlarımı di-
vara və ya tavana söykəyirəm. Olduğum vəziyyət hərəkətimin dəqiqli-
yinə təsir etmir, lakin ünsiyyəti qəlizləşdirir. Bilavasitə söhbət zamanı 
adətən danışanın dodaqlarına baxırıq. Kosmosda tez-tez bir-birimizə 
qarşı fərqli vəziyyətdə oluruq. Qeyri-adi bucaq altında yerləşərək və ya 
baş-ayaq olaraq, danışanın üzünə baxdıqda, onun ifadə etdiyi emosiya-
ları anlamaq qeyri-mümkündür.
Çəkisizlikdə stansiyanın işıqsızlığında məkanı başqa cür hiss edir-
dim.  Yer  kürəsində,  qaranlıq  bir  otaqda  hərəkət  edərək  əllərimizi 
qabağa uzadırıq ki, nə iləsə toqquşmayaq, maneəyə dəyməyək. Kos-
mosdasa qaranlıqda hərəkət edərkən mənə elə gəlirdi ki, stansiya çox 
böyükdür və heç bir maneə yoxdur. Gözlənilməyən toqquşma ağlımı 
başıma qaytarırdı.    
Kosmonavtlar  çəkisizliyi  fərdi  şəkildə,  hərə  özünə  görə  hiss  edir. 
“Fotonlar” stansiyada elə üzürlər ki, sanki akvariumda balıqlardı. Biz 
ehtiyatla hərəkət edirik, çəkisizliyə hələ təzə-təzə uyğunlaşırıq. Səhər 
pis deyildim. Bunu həmkarlarıma sübut etmək üçün tavanın altında 
bir neçə effektli fiqur elədim, lakin bir azdan sonra məzlum və beli bü-
külmüş vəziyyətdə tez öz gəmimizə yollandım. Bu təcrübədən sonra 
KOSMİK SİRR


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə