Birləşmiş Millətlər Təşkilatının



Yüklə 304,75 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix30.09.2017
ölçüsü304,75 Kb.
#2472
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

(Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin 



Prinsipləri 3,4, 5 və 6) 

 

Bu bələdçi Beynəlxalq Əmək Təşkilatının İşdə Fundamental Prinsiplər və 



Hüquqlar üzrə 1998-ci il Bəyannaməsindən götürülən Birləşmiş Millətlər 

Təşkilatının Qlobal Sazişinin dörd əmək prinsipinin mənbəyinin izah edilməsi 

ilə başlayır. Sonrakı bölmə  hər prinsipin daha geniş izahından və onları 

təcrübəyə necə  tətbiq etmək haqda bir neçə ideyalardan ibarətdir. Prinsipləri 

təcrübəyə tətbiq etməyin bir çox yolları var və hər bir şirkət öz fəaliyyətinə və 

şəraitinə uyğun gələn üsul haqda qərar verməlidir. Sonuncu bölmə isə 

Beynəlxalq  Əmək Təşkilatı  tərəfindən işlənmiş materialların siyahısından 

ibarətdir. 

 

Cədvəl 2 



Birləşmiş Millətlər Qlobal Sazişinin Əmək işçi qrupu 

         Birləşmiş Millətlər Qlobal Sazişinin idarə heyəti 2008-

ci il iyun ayında əmək işçi qrupu yaratdı. Ona Beynəlxalq 

Məşğulluq Təşkilatının baş katibi və Beynəlxalq Həmkarlar 

İttifaqı Konfederasiyasının baş katibi tərəfindən həmsədrlik 

edilir və Beynəlxalq Əmək İdarəsi tərəfindən dəstəklənir. 

         Onun məqsədi: 

 

 



Birləşmiş Millətlər TəşkilatınınQlobal Sazişi 

şirkətləri və şəbəkələri arasında dörd əmək prinsipinə 

müvafiq olan və uyğun gələn profil yaratmaq. 

 

 



Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar 

İttifaqı Konfederasiyası və Beynəlxalq Məşğulluq 

Təşkilatının məlumat və təcrübələrində qeyd olunan 

dörd prinsipin tətbiqi və anlaşılmasına düzgün 

yanaşmanı təmin etməyə kömək etmək. 

 

 



Dörd əmək prinsipi üzrə Birləşmiş Millətlər 

TəşkilatınınQlobal Saziş şirkətlərini cəlb etmək üçün 

vasitələri inkişaf etdirmək, məlumat mübadiləsi 

etmək və ya forumlarından istifadə etmək.  

 

-       - 






Əmək Prinsipləri 

Birlәşmiş Millәtlәr TәşkilatınınQlobal Sazişinin  

әmәk prinsiplәri haradan gәlir:  İşdә  әsas 

prinsiplәr vә hüquqlar üzrә Beynәlxalq  Әmәk 

Tәşkilatının Bәyannamәsi 

Beynəlxalq  Əmək Təşkilatı beynəlxalq  əmək normalarını  tətbiq etmək 

məqsədilə yaradılmış Birləşmiş Millətlər Təşkilatınınagentliyidir. Beynəlxalq 

Əmək Təşkilatının üçtərəfli strukturu var və hökumətin nümayəndələri, işçilər 

və  işəgötürənlər tərəfindən idarə olunur. Əmək prinsipləri Beynəlxalq  Əmək 

Təşkilatının  Konvensiyasından və tövsiyələrindən götürülüb, hansı ki insan 

hüquqları, peşə  təhlükəsizliyi və sağlamlıq, iş siyasəti və insan resurslarının 

inkişafı daxil olmaqla iş dünyasına aid çox geniş sahələrdə beynəlxalq əmək 

normalarını yaradır. Qloballaşmanın sosial təsirinə artan maraqlar Beynəlxalq 

Əmək Təşkilatının üzvlərini -hökumətin nümayəndələri, işçilər və 

işəgötürənləri 1995-ci ildə 8 konvensiyada (“əsas konvensiya” adlandırılan) 

ifadə olunmuş əmək prinsipləri və hüquqlarının dörd kateqoriyasını tanımağa 

və  əsas işçilərin hüquqlarını müdafiə etdiyi üçün onları fundamental hesab 

etməyə məcbur etmişdir. Kateqoriyalar bunlardır: 

a)

 

cəmiyyətin müstəqilliyi və birgə danışıqların tanınması 



b)

 

məcburi və icbari əməyin aradan qaldırılması 



c)

 

uşaq əməyinin ləğv edilməsi 



d)

 

peşə və sənətə görə olan ayrı seçkiliyin aradan qaldırılması 



Proses 1998-ci ildə  İşdə Fundamental Prinsiplər və Hüquqlar üzrə 

Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsinin qəbul edilməsi ilə öz yüksək 

həddinə çatdı. Bu Bəyannamə təsdiq edir ki, Beynəlxalq Əmək Təşkilatına üzv 

olan bütün dövlətlərin hətta sözügedən Konvensiyaları  təsdiq etmədiyi halda 

belə təşkilata üzvlüyə görə həmin konvensiyaların

1

 mövzusu olan fundamental 



                                                 

1

  Bəyannamə haqqında  əlavə  məlumat üçün daxil olun: 



http://www.ilo.org/declaration 

 

-       - 



10


hüquqlarla bağlı prinsiplərə hörmət etmək, onları  təbliğ etmək və  həyata 

keçirmək kimi öhdəlikləri var. 

 

Cədvəl 3 

Əsas Əmək Konvensiyaları



Cəmiyyətin müstəqilliyi və birgə danışıqların tanınması 

 

 



Cəmiyyətin müstəqilliyi və konvensiya təşkil etmək hüququnun 

müdafiəsi (nömrə 87), 1948 

 

 

Təşkil etmək və birgə danışıq konvensiyası (nömrə 98), 1949 



İcbari əmək 

 

 



İcbari Əmək konvensiyası (nömrə 29), 1930 

 

 



İcbari əməyin ləğv edilməsi konvensiyası (nömrə 105), 1957 

Uşaq əməyi 

 

 



Minimum yaş konvensiyası (nömrə 138), 1973 

 

 



Uşaq əməyinin ən pis formaları konvensiyası (nömrə 182), 1999 

İş və peşəyə görə ayrı seçkilik 

 

 



Bərabər əmək haqqı konvensiyası (nömrə 100), 1951 

 

 



Diskriminasiya (İş və Peşə) konvensiyası (nömrə 111), 1958 

 

Bu Bəyannamənin qəbul edilməsi beynəlxalq birliyin qloballaşma ilə bağlı 



olan problemlərinə  çıxış yolu tapmaq qətiyyətini təsdiqlədi.  Bəyannamənin 

məqsədi sosial inkişafın iqtisadi inkişaf ilə bərabər olduğuna əmin olmaqdır. 

Bu  məsul biznes təşkilini ölçülər ilə  təmin edir, buna görə  də, çox vaxt 

Birləşmiş Millətlər TəşkilatınınQlobal Sazişi kimi Korporativ Sosial 

Məsuliyyət təşəbbüslərində xatırladılır. 

                                                 

2

 Beynəlxalq Əmək Təşkilatının bütün Konvensiya və Tövsiyələri buradan əldə oluna bilər: 



www.ilo.org/ilolex 

-       - 

11



Yüklə 304,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə