Birləşmiş Millətlər Təşkilatının



Yüklə 304,75 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix30.09.2017
ölçüsü304,75 Kb.
#2472
1   2   3   4   5   6   7   8   9   ...   12

Yerli icmalara, media və ictimai orqanlara şirkətin BM Qlobal Sazişi qəbul 

etməsi və  şirkətin təməl işçi haqları daxil olmaqla müddəalara hörmətlə 

yanaşma istəyini bildirmək. 

 

 



-       - 

19



Məcburi və icbari əməyin bütün formalarının 

aradan qaldırılmasını dəstəkləmək. 

(BMT-nin Qlobal Sazişinin 4-cü prinsipi) 

İcbari Әmәk nә demәkdir? 

Məcburi və icbari əmək bir şəxsdən cəza təhlükəsi ilə qorxudularaq tələb 

edilən və yaxud öz istəyi xaricində həyata keçirilən iş və ya xidmətdir. Təmin 

edilən  əmək haqqı  və ya başqa kompensasiyalar bu qaydanı  dəyişmir. Haqlı 

olaraq, iş azad şəkildə verilməlidir və  işçilər  əsaslandırılmış müddətdə 

vaxtından əvvəl xəbərdarlıq vermə  şərtilə işdən çıxa bilər. 

Məcburi əmək insan hüquqlarının ən bəsit şəkildə pozulmasıdır. Bu əslində 

hər bir ölkədə etirazlara səbəb olur. Beynəlxalq  Əmək Təşkilatı  

hesablamalarına görə dünyada 12.3 milyon insan məcburi  əməkdən  əziyyət 

çəkir və bunun 80 faizi özəl agentliklər tərəfindən zorla həyata keçirilir. 

Qurbanların çoxu cüzi və ya heç bir əmək haqqı almır və qeyri-sağlam və 

təhlükəli  şəraitdə saatlarla işləyirlər. Məcburi  əmək inkişaf etmiş ölkələrdə 

miqrasiya etmiş işçilərə də təsir göstərən həqiqətən qlobal bir problemdir. Bu 

qadınları, kişiləri və qurbanların 40%-ni təşkil edən uşaqları da əhatə edir.  

Əməyin istismarı bir neçə formada mövcud ola bilər, lakin onlardan 

məcburi  əmək forması kifayət qədər yayılıb. Bu işçiləri  ərzaq , ərazi, maaş 

verməmək, fiziki güc və ya cinsi istismar tətbiqi, insanların hərəkətinə mane 

olaraq onları tutub saxlamaq kimi bir çox məhrumiyyətlərlə  təhdid etməyə 

iqtidarı olan dövlət və fərdi şəxslər tərəfindən məcburi  həyata keçirilir. 

Qanuni fəaliyyət göstərən, bu təcrübələri sınaqdan keçirməyən  şirkətlər 

kontaktorlar və  təchizatçılar daxil olmaqla biznes əlaqəsi olan digər 

müəssisələr vasitəsi ilə məcburi əməyə yol vermə ehtimalı var. Nəticə etibarı 

ilə, bütün menecerlər məcburi  əməyin formaları  və  səbəblərindən, eləcə  də 

müxtəlif  sənayelərdə bunun mövcudluğundan xəbərdar olmalıdırlar. 

Həm dövlətlər, həm də özəl agentliklər məcburi  əməyin istifadəsinə 

qarışıblar. Dövlət tərəfindən vadar edilən işlərə ictimai işlərdə icbari iştirak və 

ideoloji və siyasi məqsədlərlə  məcburi işlərin həvalə olunması aiddir. Öz 

razılığı olmadan məhkumların kommersiya fəaliyyətinə cəlb olunması halları 

ciddi müzakirə mövzusudur. 

Ağır məcburi  əmək, borc qarşılığında  əmək və  işə götürülmədə  təhdidin 

başqa növləri özəl agentliklər tərəfindən əmək istismarına aiddir. İşəgötürənlər 

bilməlidir ki məcburi  əmək 4-cü cədvəldə göstərilmiş müxtəlif praktikalarla 

bağlı ola bilər. 

-       - 

20



Şirkәtlәr mәcburi әmәyin aradan 

qaldırılmasına necә imkan yarada bilәr? 

Məcburi  əməyin səbəblərini anlamaq onun əleyhinə  tədbirlər görməkdə 

ilkin addım sayıla bilər. Aşağıdakı  cədvəl  əyani olaraq məcburi  əməyi 

müəyyənləşdirməkdə şirkətlərə yardımçı ola bilər. 

 

cədvəl 4 

Təcrübədə məcburi əməyin tanınması 



İşə razılığın olmaması   

(məcburi əməyə doğru “yol”)     

 

 



Qul və ya girov statusunda  

doğulmaq /soya mənsub 

olmaq    

 

 



 

Zorla qaçırılma və ya 

oğurlanma   

 

 



 

Bir şəxsin başqasına satılması      

 

 

 



İş yerində fiziki azadlıqdan 

məhrum etmə - həbsxanada və 

ya fərdi saxlama 

 

 



Psixoloji məcburetmə, iş 

görmək üçün əmr etmək, 

itaətsizliyə görə qeyri cərimə  

 

 



Borc səbəbi ilə (hesabların 

təhrifi, artmış qiymətlər, 

malların və xidmətlərin  

qiymətlərinin endirilməsi, 

əlavə faiz xərcləri ) 

 

 



İş növləri və müddətini 

haqqında  uydurmalar və ya 

doğru olmayan vədlər 

 

 



Maaşların gecikdirilməsi və 

ya verilməməsi  

 

 

Şəxsiyyəti təsdiq edən 



sənədlərin və ya digər şəxsi 

mülkiyyətin saxlanılması 

 

Cəza təhlükəsi ilə qorxudulma (bir 

kəsi məcburi əməyə zorlamağın 

üsulu)  

 

 



İşçiyə onun ailəsinə və yaxud 

ona yaxın kimsələrə fiziki güc 

tətbiqi  

 

 



 

Seksual zorakılıq

 

 

 



Həbsə salınma və ya azadlıqdan 

məhrum etmə 

 

 

 



Maliyyə cərimələri  

 

 



Səlahiyyətli orqanlara bildirilmə 

(polis, immiqrasiya və 

deportasiya)   

 

 



Gələcək məşğulluq 

imkanlarından təcrid etmə 

 

 

İcmadan və ya sosial həyatdan 



təcrid etmə 

 

 



Hüquq və imtiyazlardan 

məhrum etmə  

 

 

Qida, sığınacaq və digər 



ehtiyaclardan məhrum etmə  

 

 



Pis iş şəraitinə keçirtmək 

 

 



Sosial statusun itirilməsi                  

-       - 

21



Məcburi  əmək çox vaxt yoxsulluqdan, qeyri bərabərlikdən və ayrı-

seçkilikdən qaynaqlanır. Bununla belə dünyanın bəzi yerlərində siyasi 

faktorlardan meydana çıxır. Bu təlimatların istifadəçiləri üçün ola bilsin ki, sui 

istifadə təchizatçılar və  podratçılar vasitəsi ilə bilavasitə olsun və bu zaman bu 

münasibətləri yoluna qoymaq üçün lazımlı    tədbirlərin görülməsi tələb 

olunacaq. 

Məcburi  əməyin ləğv olunması üçün fəaliyyət yalnız məcburi  əməyə 

zorlanan fərdlərin ehtiyaclarını deyil, eləcə də onların ailələrinin ehtiyaclarını 

diqqətə almaq üçün hərtərəfli vasitəçilik tələb edir. Məcburi  əmək aşkar 

edildikdə bu fərdlər azad edilməli və tələblərə cavab verən digər alternativlər 

əldə etmələri üçün avadanlıqlar və xidmətlərlə  təmin olunmalıdırlar. 

Ümumilikdə, məcburi əməyin tətbiqinin ləğv olunmasına yardım etmək üçün 

iş yeri və birlik fəaliyyətlərinin birləşməsi gərəklidir. 

 

İŞ YERİNDƏ  

 

 



Məcburi əməklə bağlı milli qanunun və tənzimləmələrin müddəalarına 

riayət etmək, milli qanunvericilik kifayət etmədikdə, beynəlxalq əmək 

normalarını nəzərə almaq. 

 

 



Şirkət fəaliyyətləri və digər məsələlərlə  məşğul olduqda  xidmətin 

müddəti və  şərtlərini, işə götürülmənin könüllü olmasını, işdən 

çıxmanın sərbəst olmasını (müvafiq prosedurları daxil etməklə) və işi 

tərk etmə  və saxlamaqla bağlı  cərimələri  əhatə edən işə götürmə 

müqavilələrinin bütün işçilərlə bağlanmasını təmin etmək. 

 

 



 

Şirkətdən işçilərin maliyyə depozitlər almasını  əngəlləyən siyasət və 

prosedurlar təsis etmək. 

 

 



Menecerlərini 4-cü cədvəli baxışdan keçirməyə  və müvafiq tədbirlər 

görməyə  təşviq etmək. 

 

 

Əgər  şirkətin nüfuz sahəsində  məcburi  əmək aşkarlansa, həmin 



işçilərin adekvat xidmətlərlə iş yerini dəyişdirmək. Mümkün olduqda, 

işçilərə uyğun seçim etməkdə yardım etmək. 

 

 

Digər məsələlərdə lazımi tədbirləri həyata keçirmək. 



 

 

-       - 

22



Yüklə 304,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə