Birləşmiş Millətlər Təşkilatının


Şirkәtlәrin bilmәli olduğu çox saylı  әmәk



Yüklə 304,75 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix30.09.2017
ölçüsü304,75 Kb.
#2472
1   2   3   4   5   6   7   8   9   ...   12

Şirkәtlәrin bilmәli olduğu çox saylı  әmәk 

prinsiplәri 

 

Əmək normalarını  və prinsiplərini korporativ dünyada təbliğ etmək üçün 



Beynəlxalq Əmək Təşkilatının ən başlıca vasitəsi Çoxmillətli Müəssisələr və 

Sosial siyasətə aid olan Prinsiplərin Üçtərəfli Bəyannaməsidir. Beynəlxalq 

Əmək Təşkilatı Bəyannaməsi hökumət nümayəndələri, işəgötürənlər və işçilər 

tərəfindən idarə olunduğu üçün və Korporativ Sosial Məsuliyyətin  əmək 

ölçülərini həyata keçirən ən müfəssəl vasitə olduğu üçün bu sahədə nadirdir. 

Beynəlxalq  Əmək Təşkilatı  Bəyannaməsi  şirkətlərin beynəlxalq  əmək 

normalarından götürülmüş prinsipləri ümumi siyasət, iş  təbliğatı  və 

təhlükəsizlik, bərabər imkanlar və  rəftar, təlim,  əmək haqqı  və  gəlirlər, 

minimum yaş  həddi, peşə  təhlükəsizliyi və sağlamlıq və  sənaye  əlaqələri 

sahələrində necə tətbiq etmələri üçün olan tövsiyələrdən ibarətdir. 

Bu, əmək məsələlərində daha ətraflı məlumat ilə və şirkətlərin cəmiyyətə 

verdikləri xeyiri maksimum çoxaltmaq və  zərəri minimum azaltmaq üçün 

ətraflı təsəvvür ilə təmin edir. 

Әmәk prinsiplәri vә biznes arasında әlaqә 

Beynəlxalq Əmək Təşkilatının Konvensiyası beynəlxalq sazişdir, hansı ki, 

üzv dövlətlərin təsdiqindən sonra nəticə etibarı ilə  şirkətlərin fəaliyyətini öz 

səlahiyyətinə götürən milli qanunvericiliyə daxil olmaq haqda öhdəliyə 

çevrilir.  Şirkətlər  əmək prinsiplərinin həyata keçirilməsi üçün milli qanuna 

riayət etməlidirlər. 

Baxmayaraq ki, yalnız üzv dövlətlər konvensiyanı təsdiq edirlər, prinsiplər 

və  dəyərli bələdçilikdən ibarət olan konvensiya və tövsiyələr qanuni 

razılaşmadan kənar öz işlərində təcrübələrini inkişaf etdirmək istəyən şirkətlər 

üçün də münasibdir. 

Beynəlxalq Əmək Təşkilatı Transmilli şirkətlər bəyannaməsi hökumətlərə 

ünvanlanmış müəyyən beynəlxalq standartların əsasını  təşkil edən prinsipləri 

nəzərə alır  və onları biznes gedişatına dair gələcək üçün planlar kimi ifadə 

edir.  Şirkətlər üçün  Beynəlxalq  Əmək Təşkilatı Transmilli şirkətlər 

bəyannaməsinin xülasəsi Əlavə

də göstərilib. 



Beynəlxalq Əmək Təşkilatı Transmilli şirkətlər bəyannaməsinin mətni və 

daha ətraflı məlumat 

www.ilo.org/multi

  saytından əldə edilə bilər. 

Beynəlxalq  Əmək Təşkilatı Transmilli şirkətlər bəyannaməsi iştirakçılara 

yalnız 4 əmək prinsipləri barədə deyil, eləcə  də digər  əsas sahələr barədə 

-       - 

12



təlimat verə bilər. Bu bəyannamə beynəlxalq  əmək normalarından alınmış  

müəyyən prinsiplərin şirkətlərə müvafiq olmasının təsdiqinə əsaslanır.  

BMT-nin Qlobal Sazişinin  əmək prinsipləri  əsas hüquqlarla əlaqəli 

məhdud sayda olan standartlara əsaslanır. Müştərək davranış üçün gələcək 

planların daha dərindən anlaşılması  məqsədilə  bəyannamə  və transmilli 

şirkətlər üçün İƏİT  təlimatları eləcə  də onların  əlaqədar  şərhləri və izahları  

müştərək davranış üçün etibarlı istinad rolunu oynayır. 

-       - 

13



 

 

Əmək prinsiplərinin  



anlaşılması və  

tətbiq olunması 

-       - 

14



 

 

Assosiasiya azadlığının və kollektiv danışıqlar 



hüquqlarının effektiv şəkildə  tanınması 

müstəqilliyinin tanınması və dəstəklənməsi 

(BMT­nin Qlobal Sazişi Prinsipi 3) 

Assosiasiya azadlığı nә demәkdir? 

Assosiasiya azadlığı bütün işəgötürənlərin və bütün işçilərin azad və 

könüllü surətdə peşə maraqlarının qorunması və inkişaf etməsi üçün qrup təsis 

etmək və onlara qoşulmaq  hüquqlarına hörmət etməyi ifadə edir. 

İşçilər və  işəgötürənlər dövlətin və başqa orqanların müdaxiləsi olmadan 

öz təşkilatlarını təsis etmək, onlara qoşulmaq hüquqları vardır. 

İşəgötürənlər işçilərin müttəfiqlik yaratmaq qərarlarına mane olmamalı, 

heç bir şəkildə onların qərarına təsir göstərməməli, müttəfiqlik yaratmağı 

seçən və onların nümayəndələri kimi fəaliyyət göstərən işçilərə  qərəzlə 

yanaşmamalıdır. 



Kollektiv danışıqların aparılması nә demәkdir? 

İşçilərin işəgötürənlə  sərbəst sövdələşmə hüququ sərbəst müttəfiqlik 

yaratmağın əsas elementidir.  Birgə danışıqların aparılması işəgötürənlərin və 

işçilərin müəyyən iş şəraitində münasibətləri barədə danışıqlar və müzakirələr 

apardıqları könüllü prosesdir. İştirakçılara işəgötürənlər və ya onların 

təşkilatları, həmkarlar ittifaqları  və yaxud onlar iştirak etmədiyi təqdirdə 

işçilər tərəfindən təyin olunmuş nümayəndələr aiddir. 

Birgə danışıqların aparılması  hər iki tərəfdən xoşməramlı  və  sərbəst 

şəkildə davranıldığı təqdirdə effektiv funksiya daşıya bilər.  

 

 



Razılığa gəlmək üçün cəhd göstərmək 

 

 



Səmimi və konstruktiv danışıqlar aparmaq  

 

 



Əsaslandırılmamış gecikmələrin olmaması 

 

 



Tamamlanmış razılaşmalara hörmətlə yanaşmaq və onları    xoş 

məramla tətbiq etmək  

 

 

Tərəflərə kollektiv mübahisələrin müzakirə olunması  və  həll edilməsi 



üçün kifayət qədər vaxt vermək. 

Düzgün  şəkildə sövdələşmə qarşılıqlı  qəbul olunmuş kollektiv razılaşma 

əldə etməyi planlaşdırır. Razılaşma  əldə edilməzsə  sıra ilə barışıqdan 

uzlaşdırmağa qədər mübahisə həlli gedişatları istifadə oluna bilər. 

-       - 

15



Yüklə 304,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə