Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə54/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

Aleksandr  Suxareva  şikayət  edir  və  hemçinin  metbuatda 
çıxışlar  etmişdir.  Həmin  şəxslərlə  də  bu  məktub  məsələ- 
sindən  çox  əvvəl  Moskvada  olarkən  söhbətlerim  olmuşdur 
ki,  bizim  haqlı  mövqeyimizi  yeri  gələndə  yuxarılarda  mü- 
dafıə  etsinlər.  Moskvada  tanıdığım  başqa  vəzifəli  şəxslər- 
lə  də  bu  məzmunda  xahişlərim  olmuşdu.  Növbəti  dəfə 
Moskvada  iclasda  olanda  B.Yakovlev  və  A.Suxarev,  xalq 
deputatı  Y.Starovoytovanın  şikayəti  ilə  əlaqədar  mənə 
m əsləhet  gördülər  ki,  bir  az  hərəkətlərim də  ehtiyatlı  olum.
Qarabağda  hadisələr  getdikcə  kəskinləşir,  Ermənistan 
bütün  cəbhə  boyu  hücuma  keçmişdi.  Ölkədə  də  hakimiy- 
yət  uğrunda  gedən  mübarizə  əl-qolumuzu  bağlamış,  özü- 
nümüdafıə  batalyonlarında  hərc-mərclik  höküm  sürürdü. 
Dağlıq  Qarabağ  ətrafı  rayonlarm  əhalisi  yavaş-yavaş 
kəndləri  tərk  edirdi.
ƏSƏD  FƏRƏCOV  XATIRLAYIR:
«1992-ci  ilin  aprel  aymın  20-si idi. 
Yaqub  Məmmədov Ə. 
Orucova  zəng  etdi  ki,  təcili  Dağlıq Qarabağın  daxili  işlər  naziri  Ar- 
men  İİaqulovla  görüşıib  atəşkəsin  əld ə  edilməsi  v ə   əsir,  girovlann 
qaytanlması  üçün  danışıq  aparsm.  O  vaxt  Əlisaab  Orucov  Y.  Məm- 
mədovä  çox  sərt  cavab  verdi.  Dedi  ki,  ə w ə la   Dağlıq Qarabağm  da- 
xili  işlər  naziri  nə  deməkdir?  İkincisi  də  Ermənistan  ərazisində  on 
bir  dəfə  onlann  rəhbərləri  ilə  görüşümüz  olub.Görüşlər  heç  bir  nə- 
ticə  verməyib.  A xı  Armen  İİaqulov  kimdir  ki,  onunla  da  görüşək. 
Yaqub  M əmmədov  kinayə  ilə  «yəqin  qorxursan»  deyəndə  Ə.  Oru- 
cov  «eybi  yoxdur,  görüşərik»  cavabını  verdi.  Amma  düzgün  iş  de-
yil,  dedi.  O,  həmin gün də A. İiaqulovla telefon  əlaqəsinə girdi.  Hə- 
min  telefon  söhbəti  bugünkü  kimi  yadımdadır.
Ə.  Orucov:  -  Sizinlə  görüşmək  istəyirəm.
A.  İsaqulov:  -  Harada?
Ə.  O rucov:  -  Harada  istəsəniz.
A.  İsaqulov:  -  Bizim  ərazidə.
Ə .  Orucov:  -  Sizin  ərazi  yoxdur.  Yerini  deyin.
A.  İsaqulov:  -  Əsgəran  şəhərinə  bir  kilometr  qalmış,  Dövlət  Av- 
tomobil  müfəttişliyinin  postu  yanında.
Ə.  Orucov:  -  EIə  isə  sabah  saat  12®®-da  gözləyin.
Həmin  gün  Ə.  Orucov  bəzi  məsul  yoldaşlarla  da  görüşdü.  Onun 
getməyini  m əsləhət  bilmədilər.  Hətta  bildirdilər  ki,  sizin  öldürüləcə- 
yiniz  barədə  məlumatımız  var.  Bu  görüşü  təxirə  salmaq  məsləhətdir. 
Lakin  yenə  də  Ə.  Orucov  inadmdan  dönmədi.
Ertəsi  gün  mən,  Əlisaab  müəllim,  bir  də  sonralar  döyüşlərdə 
qəhrəmanlıqla  şəhid  olacaq  ağdamlı  sürücü  Zahid  köhnə  «QAZ- 
69»-a oturub  görüş yerinə yollandıq.  Silahımız bir  avtomat v ə bir  ta- 
pançadan  ibarət  idi.  Öz  postumuzdan  keçdik.  Görüş  təyin  olunan 
yerdə  20  nəfərdən  artıq  təpədən-dırnağa  silahlanmış  erməni  yaraq- 
hlannın  əhatəsində  Armen  İİaqulov  bizi  gözləyirdi.  Əlisaab  müəl- 
lim  sürücüyə  maşından  düşməmək  əmrini  verdi.  A.  İiaqulovla  Ə. 
Orucov  yolun  ortasmda  qoyulmuş  iki  sal  daşın  üstündə  oturdular. 
Dərhal  erməni  yaraqlılan  Armenin  ətrafmda  sanki  hasar  yaratdılar. 
Bir  nəfər  isə  avtomatmın  lüləsini  düz  Ə.  Orucova  tuşlamışdı.  Odur 
ki,  mən  də  avtomatı  sinəmə  sıxaraq  sürətlə  düz  Əlisaab  m üəllim ə 
tərəf getdim  və  avtomatın  lüləsini  düz  Armenə  tuşladım.  Ermənilər 
bir  andaca  avtomatlannı  atəş  açmaq  vəziyyətinə  gətirdilər.  Səs-küy 
düşdü.  Armen  ermənicə  nə  dedi  demədi,  onlar  sakitləşdilər.
Ə.  Orucov:. -  Atəşkəs  əldə  olunmalıdır.  Oturub  yüksək  səviyyə- 
də  ağalannızla  Yerevanda  və  yaxud  Bakıda  danışıqlar  aparmalıyxq.


Bəsdirin,  bu  müharibə  heç  kimə  xeyir  eləmir.
A .  İsaqulov:  -  Biz  ki,  atmınq.  Yaqub  atır.  Siz  onunla  atəşkəs  əl- 
də  edin.
Elə  bu  vaxt  yaxınlıqdakı  taxıl  zəm isinə  mərmilər  yağmağa  ba.ş- 
ladı.
A .  İsaqulov:  -  Gördünüz  ki,  yenə  də  sizinkilər  atırlar?
Ə .  Orucov:  -  Ola  bilməz.
A .  İsaqulov:  -  N ecə  yəni  ola  bilməz?
Ə .  Orucov:  -  Bəlkə  sizinkilər  atırlar?
A .  İsaqulov:  -  Səbrimizi  tükəndirməyin.  Böyük  qüw ələrim iz 
var.  Külünüzü  göyə  sovurarıq.
Ə .  Orucov:  -  Çox  da yuxandan getməyin.  Bir saata hammızı  yer 
üzündən  yox  edərik,  tumunuzu  kəsərik.  Ancaq  biz  istəyirik  sülh  ya- 
radaq.  Gor  qonşusuyuq.  İitəmirik  ki,  dünya  bizi  kiçik  bir  milləti 
məhv  etməkdə  qınasm.  Gəl  keçək  əsas  mətləbə.
A .  İsaqulov:  -  Oldu.  Biz  də  sülhün  tərəfdanyıq.
Ə .  Orucov:  -  Əsirlər,  girovlar  qaytanlmalıdır.
A .  İsaqulov:  -  O  bizlik  deyil.  Onlar  Yerevandadırlar.
Ə .  Orucov:  - Xocalıda törətdiyiniz vəhşiliklərə görə  bir  insan  ki- 
mi  xəcalət  çəkdinizmi?
A .  İsaqulov:  -  Bu  faciəni  biz  yox,  muzdlu  sərxoş  rus  yaraqlılan 
törədiblər.
Ə .  Orucov:  -  Daha  sizə  deyiləsi  sözüm  yoxdur.
Nəhayət,  Ə.  Orucovla  A.  İİaqulov  atəşkəs  haqqında  razılığa gəl- 
dilər.  Biz  köhnə  «QAZ-69»a  oturub  geri  döndük.  Öz  postumuza ça- 
tar-çatmaz yenə  də  erməni  «Qrad»lan  başımıza mərmılər yäğdırma- 
ğa  başladı».
* * *
Əlisaab  müəllim  söhbətinə  ara  verib  xəyallara  dalır  və 
yenə  damşır:
1992-ci il  aprelin 22-də 
Baş  qərargahm  rəisi  Şahin  Mu- 
sayevə  və  Müdafiə  naziri  Rəhim  Qazıyevə  teleqram  gön- 
dərərək  Şuşa,  Ağdam,  Tərtər  və  Füzuli  şəhərlərinin  olduq- 
ca  təhlükəli  vəziyyətə  düşdüyünü  bildirdim.
TELEQ RAM M
AZƏRBAYCAN  RESPUBLİKASI  MİLLİ 
MÜDAFİƏ  NAZİRİ  R.QAZIYEV  YOLDAŞA
Vətən  təhlükədədir.  Şuşa,  Ağdam,  Tərtər,  Füzuli  və  s.  ra- 
yonlarmın  əhalisinin  vəziyyəti  olduqca  qorxuludur.  Düşmən 
Qarabağın  dağlxq  hissəsinə  və  eləcə  də  Ermənistanla  sərhəd 
boyunca  vertolyotla  daşxyxb  yaraqlıları,  hərbi  texnikanı  yerləş- 
dirmişdir.  Olduqca  operativ  şəkildə  göstərilən  regiona  müda- 
fiə  üçün  xeyli  canlı  qüvvə,  hərbi  texnika  -  tanklar,  BPM,  ver- 
tolyotlar  və  s.  döyüş  texnikası,  sursatlar  təxirə  salmadan  bu 
gün  göndərilməsi  tələb  olunur.
Cəbhə  boyu  müharibəyə  komandanlıq  etmək  üçün  regiona 
gəlməyiniz  zəruridir.
Ə. ORUCOV,
Azərbaycan  Respublikası  Prezidentinin 
Fövqəladə  Səlahiyyətli  nümayəndəsi


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə