Cahid kəRİmov maşinqayirma çAŞIOĞLU


TİPİK TEXNOLOJİ PROSESİN TƏRTİB EDİLMƏSİ VƏ İŞ YERİNDƏ ÇATDIRILMA QAYDASI



Yüklə 6,88 Mb.
səhifə22/37
tarix12.05.2022
ölçüsü6,88 Mb.
#86853
1   ...   18   19   20   21   22   23   24   25   ...   37
C fakepath lav v sait-Ma mqay rma

TİPİK TEXNOLOJİ PROSESİN TƏRTİB EDİLMƏSİ VƏ İŞ YERİNDƏ ÇATDIRILMA QAYDASI

Standart hissələr eyni Konfiqurasiyalı, müəyyən tipli və ölçü sıralı hissələrdir. Bu, onlar üçün standart texnoloji proseslərin yaradılmasına və bu proseslərin standart his­sələrə çəKİlən işçi esgizlərinə daxil edilməsinə imKan verir. Belə texnoloji proseslərdə standart hissələrin e'malı və Keyfiyyətinə nəzarət qaydalarının ətraflı təsviri, bu zaman tətbiq edilən avadanlıq göstərilir. Buraya həmçinin hər əməliyyatın yerinə yetirilməsini müəyyən edən amillərdən asılı olaraq, vaxt norması cədvəli də daxildir.

BeləliKlə, zavodlar, yeni standart alarKən eyni za­manda standart hissənin hazırlanmasının texnoloji prose­sini də alırlar. MərKəzləşmiş qaydada tərtib olunan və za­vodlara göndərilən standart texnoloji proseslərin olması zavodların texnoloqlarını saysız-hesabsız sənədlərin dol­durulmasından azad etməyə, avadanlığın sazlanmasının və yenidən sazlanmasının sayının KəsKin ixtisar edilməsinə, təchizatın həcminin və onun layihələndirilməsi və hazır­lanması üçün vaxtın ixtisar edilməsinə imKan verəcəK.

Standart texnoloji proseslər xəritə-trafaret şəKlində yaradılır. Xəritə-trafaret bir, maKsimum İkİ vərəqdə ümumi marşruta maliK olan bir və ya bir neçə tip ölçülü hissələr üçün hazırlanır. Onda qabaqcadan çap edilmiş mətn, əməliyyat esKizləri və s. vardır. Hər KonKret hissənin xəritə-trafaretinə əl ilə çatışmayan parametrlər əlavə edilir. O çoxaldılır və iş yerinə verilir.

Xəritə-trafaretlər bütövlüKlə hissəyə və ayrı-ayrı əməliyyatlara işlənib hazırlana bilər. Onların mətni yerli istehsal şəraitlərinə uyğun olaraq, hər zavod tərəfindən düzəldilə bilər. Xəritə-trafaretlərin tətbiq edilməsi xüsusi xərc tələb etmir və tez bir zamanda hər zavod tərəfindən həyata Keçirilə bilər.

Texnoloji proseslərin tipləşdirilməsi hissələrin hazırlanmasının və ya qovşaqların yığılmasının tipli pro­seslərinin işlənib hazırlanması ilə məhdudlaşa bilməz.

Çoxlu hissələrin təhlili göstərmişdir kİ, onlarda müx­təlif Kombinasiyalarda eyni həndəsi səthlər təKrar olur və müxtəlif hissələrdə onların işlənmə metodları eynidir. Mə­sələn, yığma zamanı bə'zi iş növləri yüzlərlə dəfə təKrar olunur. Ona görə, maşınqayırmanın bir sıra sahələrində yığma və quraşdırma işlərinin təKrar olunan əməliyyat­larına texnoloji standartlar işlənib hazırlanıb. Texnoloji standartlarda əməliyyatların indeKsi və adı, görülən işlərin esKizi, Keçidlərin yerinə yetirilməsinin məzmununun və ardıcıllığının təsviri, tərtibat və alətlərin şifrləri, Keyfiy­yətə nəzarət haqda göstərişlər və işin yerinə yetirilməsinə vaxt norması cədvəli vardır. Texnoloji standartlarda vaxt normasının olması texnoloq-normalaşdırıcıları hər KonKret hissə üzrə əməK hesablamalarından azad edir və texniKi əsaslandırılmış normaların tətbiq edilməsinə səbəb olur.

Texnoloji standartlar olduqda, yığma və quraşdırma işlərinin texnologiyasını tərtib etməK üçün hər əməliyyat və yaxud əməliyyat KompleKsi üzrə marşrut xəritəsi yazıb götürməK, texnoloji standartın şifrinə əsaslanma verməK Kifayətdir.

İstehsal obyeKtinin dəyişməsi zamanı quraşdırma- yığma işlərinin tərKibi və ardıcıllığı dəyişə bilər, laKin ayrı-ayrı əməliyyatların yerinə yetirilməsi çox halda dəyişmir. Ona görə texnoloji standartların çoxu bütövlüKlə və ya bə'zi düzəlişlərlə istehsal obyeKtləri dəyişdiKdə də istifadə oluna bilər. Nəhayət, texnoloji standartların tətbiq edilməsinin nəticəsində texnoloji işləmələrin Keyfiyyəti yaxşılaşır, ayrı-ayrı işlərin yerinə yetirilməsində ahəngsizliK aradan götürülür.

Müəssisələrin təcrübəsi göstərir Ki, texnoloji standartların tətbiq edilməsi texnoloji prosesin işlənib hazırlanma siKlini 40-45%, işlənib hazırlanmanın ağırlığı 30-35%, sənədlərin həcmini 70%-ə qədər azaldır.

Texnoloji proseslərin tipləşdirilməsi təKrar olunan texnoloji əməliyyatların standartlaşdırılmasına, texnoloji sənədlərin eyniləşdirilməsinə və standartlaşdırılmasına, proseslərin Keyfiyyətinə nəzarət etməyə, məhsulun hazır­lanmasının ağırlığının azaldılmasına və əməK məhsul­darlığının yüKsəldilməsinə imKan verir.



  1. FƏSlL

§ 1. MAŞINQAYIRMA MƏHSULUNUN
keyfIyyətI və onun əsas
GÖSTƏRlClLƏRl

Məhsulun Keyfiyyətinin yÜKSəldilməsi problemi daimi diqqət mərKəzində olub, mə'nası ildənilə artır. Yüksək Keyfiyyət nəticəsində məhsulun dünya bazarında KonKurentliyi artır, milli iqtisadiyyatın inKişafına səbəb olur və xalqın maddi rifahı yÜKsəlir.

Keyfiyyət məhsulun elə xassələrinə deyilir Ki, bu xassələr onun yararlığını müəyyən etsin və istehlaKçının tələbatını ödəyə bilsin. Sadəcə olaraq desəK, Keyfiyyət məhsulun xassələrinin istehlaKçının tələbatına uyğungəlmə dərəcəsi ilə ölçülür.

Keyfiyyətin qiymətləndirilməsi çox çətin, laKin həll olunan məsələdir. Keyfiyyəti qiymətləndirdiKdə, birinci növbədə onun ən əsas göstəriciləri cəmləşdirilməli və eləcə də hər bir göstəricinin tə'sir qüvvəsi müəyyən olunmalıdır. Əsas Keyfiyyət göstəricilərini tə'yin etdiKdə maşın və mexanizmlərin istismar şəraiti nəzərə alınmalıdır. İstismar şəraitindən asılı olaraq onların tə'sir qüvvəsi müəyyən olunmalıdır. Tə'sir qüvvəsi “bal”la, Ümumiləşdirilmiş Keyfiyyət göstəriciləri orta balla ifadə olunur. Məsələn, eleKtriK cihazları üçün (radio, televizor, maqnitafon və s.) Ümumiləşdirilmiş Keyfiyyət göstəricisini K ilə işarə etsəK



K = al d + a2 B + a3C + a4 D.

Burada A, B, C, D - texniKi şərtləri, istismar, iqtisadi və estetiK göstəriciləri nəzərə alan əmsallar; a1, a2, a3, a4 - Keyfiyyət göstəricilərinin tə'sir qüvvəsini nəzərə alan əmsallardır.

Keyfiyyət vaxtdan asılı olaraq dəyişilir və buna görə də müəyyən vaxt KeçdiKdən sonra Keyfiyyət göstəriciləri yenidən nəzərdən Keçirilir.

Əsas Keyfiyyət göstəriciləri aşağıdaKilardır:



  1. Tə'yinat göstəriciləri. Bu göstəricilər həmin məhsuldan istifadəolunmanın faydalı səmərəliliyini xaraKterizə edir.

  2. Texnoloji cəhətdən yararlılıq göstəriciləri. Bunlar hər hansı bir məhsulun hazırlanması dövründə nəzərə alınan göstəricilərdir.

  3. E'tibarlılıq və uzunömürlÜK göstəriciləri.

  4. EstetiK göstəricilər. Bu göstəricilər hazırlanan məhsulun xassələrinin orijinallığını, vahidliyini, mə'na- lığını, şəraitə və stilə uyğunluğunu göstərir.

  5. Standartlaşdırma və ümumiləşdirmə göstəriciləri.

Bu göstəricilər hazırlanan məhsulda istifadə olunan standartlaşdırılmış hissələrin miqdarını və

ümumiləşdirmənin səviyyəsini xaraKterizə edir.



  1. Patent və hüquq göstəriciləri. Bunlar məhsulun ölKədə və xaricdə patent müdafiəsinin dərəcəsini və patent təmizliyini müəyyən edir.

  2. İqtisadi göstəricilər. Layihələşdirməyə, istismara, hazırlanmağa sərf olunan xərcləri xaraKterizə edir.

Maşınqayırma üçün ən əlverişli göstərici isə istismar göstəriciləri sayılır. İstismar göstəriciləri hər hansı bir mə'mulun öz funKsiyalarını yerinə yetirməsi Keyfiyyəti ilə xaraKterizə olunur.

Əsas istismar göstəriciləri bunlardır:



  1. E'tibarlılıq.

  2. UzunömürlüK.

  3. Maşının dinamiKi Keyfiyyəti.

  4. ErqonomiK.

  5. TexniKi estetiKa.


Yüklə 6,88 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə