Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

29

   Əgər namazın vaxtı çıxarsa azan və iqamə verilməsi sünnədir. Yox 



əgər buraxılan bir neçə namaz olsa onda birinci namaz üçün azan və 

iqamə verilir, o biri namazlar üçün isə yalnız iqamə verilir. 

   Azanı  lent  yazısı  isə  vermək  olmaz.  Bu  adət  hal-hazırda 

müsəlmanların  məsciddə  etdikləri  xətalardan  biridir.  Azanı  lent 

yazısı ilə verməyin şəriətə bir neçə müxalifliyi vardır.  

– müəzzin böyük savabdan məhrum olur.  

–  Peyğəmbərin    yoluna  müxalifdir.  Çünki  Peyğəmbər    demişdir: 

“Namaz yetişdikdə sizlərdən biriniz azan versin”.

74

  

–  azan  verməyin  şərtlərindən  biri  də  niyyətdir.  Elə  bu  səbəbdən  də 



dəlinin verdiyi azan niyyətsiz olduğu üçün qəbul deyildir.  

– bu hərəkət bidət qapısını açan amillərdəndir. 

  

Daimi imamı gözləməyin hökmü 



   Alimlər  ittifaq  etmişlər  ki,  daimi  imamı  olan  məsciddə  həmin 

imamdan  elmli,  təqvalı,  və  ya  ondan  hörmətli  adam  olsa  da  belə 

namazı  məscidin  daimi  imamı  qıldırmalıdır.  İmam  məscidin  məsul 

şəxsi  olduğu  üçün  onun  izni  olmadan  ayrısının  imam  durması 

haramdır.  Peyğəmbər 

  demişdir:  “Heç  bir  kimsə  başqa  birinin 

yerində imamlıq etməsin”.

75

 



   Başqasının  imam  dayanması  daimi  imamın  özünün  kimisə  imam 

təyin  etdiyi  halda,  yaxud  namaza  gəlmədikdə  və  başqa  üzrlü 

səbəblər  olduqda  caizdir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  camaata 

namaz  qıldırmaq  üçün  təyin  olunan  imam  sünnəyə  uyğun  şəkildə 

seçilməlidir. 

 

Camaat namazında imamın arxasında Quran oxumağın hökmü   



   Camaatla  birlikdə  qılınan  namazlardan  bəziləri  səsli  bəziləri  isə 

səssiz  qılınır.  Səssiz  qılınan  namazın  hər  rükətində  fatihə  surəsini 

oxumaq  vacib,  əvvəlki  iki  rükətində  isə  fatihə  surəsindən  sonra 

Qurandan  bəzi  ayə  və  yaxud  surə  oxumaq  isə  sünnədir.  Cabir  (r.a) 

                                                   

74

 Səhihu-l-Buxari 628, 630. Səhih Müslim 674 



75

 Səhih Muslim 673 




 

30

dedi: “Biz zöhr və əsr namazını qıldıqda imamın arxasında birinci iki 



rükətdə  əl-Fatihə  və  başqa  bir  surə,  axır  iki  rükətində  isə  tək  əl-

Fatihəni oxuyurduq”.

76

 

   Səslə  qılınan  namazlarda  isə  imam  uca  səslə  oxuduğu  rükətlərdə 

məmunun  əl-Fatihə  surəsini  oxuyub  oxunmaması  barədə  alimlər 

ixtilaf etmişlər. 

   Birinci  rəy: imamın arxasında  istər  səsli,  istərsə  də  səssiz namazda 

əl-Fatihə  surəsini  oxumaq  vacibdir.  Bunu  tərk  edən  adamın  namazı 

batil  olur.  Bu  rəy  Şafii  məzhəbinin  və  bəzi  Hənbəli  alimlərinin 

rəyidir. Həmçinin Buxari və Şövkaninin bəyəndiyi rəydir. Birinci rəyə 

aid olan dəlillərdən bir neçəsinə nəzər salaq. Ubədə ibn Samit rəvayət 

edir  ki,  Peyğəmbər    dedi:  “əl-Fatihə  surəsini    oxumayan  şəxsin 

namazı  yoxdur”

77

.  Əbu  Hüreyra  rəvayət edir  ki, Peyğəmbər    dedi: 



“Kim namaz qılar və Quranın anasını (əl-Fatihə surəsini) oxumayarsa 

o (namaz) kamil deyildir”.

78

 

 



   İkinci  rəy:  imamın  arxasında  ümumiyyətlə  Qurandan  bir  şey 

oxumaq olmaz. Abdullah ibn Şəddəd (r.a) rəvayət edir ki, Peyğəmbər 

  dedi:  “Kimin  imamı  varsa  imamın  oxuduğu  ona  kifayətdir”.

79

 



Qeyd etmək lazımdır ki, bu rəyin əsas dəlili sayılan və Abdullah ibn 

Şəddədən  (r.a)  rəvayət  edilən  hədis  zəifdir.  Həmçinin  bu  rəyin  özü 

digər səhih hədislərə müxalif olduğu üçün ən zəif rəy sayılır. 

   Üçüncü  rəy:  məmun  imamın  arxasında  səssiz  namazlarda  oxuyur, 

səsli  namazlarda  isə  imamı  dinləyib  susur.

 

Uca  Allah  buyurur: 



“Quran  oxuyan  zaman  onu  dinləyin  və  susun  ki,  (  onun  sayəsində)  sizə 

rəhm olunsun”.

80

 

   İbn Ömərdən (r.a) “İmamın arxasında oxuyaqmı?”- deyə soruşduq-



da  o:  “Sizlərdən  biriniz  imamın  arxasında  namaz  qıldıqda  onun 

                                                   

76

 Sunən ibn Macə 827



 

77

 Səhihu-l-Buxari 756, Səhih Müslim 394, Sünənu Əbu Davud 822, Sünənu-t-Tirmizi 247 



78

 Səhih Muslim 395 

79

 Sünənu İbn Məcah 1/ 105, 106. Hədis zəifdir. 



80

 əl-Əraf, 204 




 

31

qiraəti  sizə  yetər,  tək  qıldıqda  isə  oxusun”-  deyə  cavab  verdi.  İbn 



Ömər özü imamın arxasında oxumazdı.

81

 



   Əksər  sələfilərin  etimad  etdikləri  rəy  isə  ondan  ibarətdir  ki,  əgər 

məmun imamın oxuduğunu eşidirsə o zaman susmağı oxumağından 

daha  xeyirlidir,  yox  əgər  imamın  qiraətini  eşitmirsə  oxumağı  sus-

mağından daha xeyirlidir. Doğrusunu isə Allah bilir.  

        

     


Məmun imamla qıldıqda dayandığı yer 

   *  Məmun  tək  olduqda  imamın  sağ  tərəfində  dayanmalıdır.  Əgər 

bilməyərəkdən  imamın  solunda  dayanarsa  onda  namaz  batil  olmur, 

lakin imam onu sağ tərəfinə doğru yönləndirməlidir.    

   *  Əgər  məmun  imamdan  qabaqda  dayanarsa  onda  məmunun 

namazı  batil  olur.  Yer  olmadıqda  yaxud  başqa  üzrlü  səbəblər 

olduqda  məmunun  imamdan  öndə  durub  namaz  qılması  qəbuldur. 

Şeyxul İslam ibn Teymiyyə demişdir: “Zəruriyyət olduqda məmunun 

imamdan öndə qıldığı namaz səhihdir. Başqa halda isə namazı səhih 

deyildir”.

82

 Muhamməd  ibn  Saleh  əl-Useyminin  də  bəyəndiyi  rəy 



budur.

83

  



   *  İki  nəfər  camaat  namazı  qıldıqda  onlardan  biri  imam  dayanar,  o 

biri  isə  imamın  arxasında  tək  olaraq  namaz  qılarsa  o  zaman 

məmunun  qıldığı  namaz  batil  olur.  Həmçinin  səffin  arxasında  bir 

nəfərin tək qıldığı namaz da batildir. Peyğəmbər   bir nəfərin səffin 

arxasında tək namaz qıldığını görüb ona namazı təzədən qılmağı əmr 

etdi.


84

 

   



Üzrlü  səbəbdən  məmun  imamın  arxasında  tək  dayanarsa  qıldığı 

namaz  səhihdir.  Bu  İbn  Teymiyyənin

85

,  Sədi


86

 və  Muhəmməd  ibn 

Saleh  əl-Useyminin  üstünlük  verdikləri  rəydir.

87

 Qeyd  edək  ki, 



camaat  namazı  qılan  iki  nəfərdən  biri  qadındırsa,  o  zaman  qadın 

                                                   

81

 Beyhıqqi, Sunənil Kubra 2/ 161  



82

 Məsmuəl-fətava 23/ 404, 405 

83

 əş-Şəhru-l-Mumti alə zadu-l-Mustəqnəi 5 4/ 372 



84

 Sunənu Əbu Davud 682, Sunənu-t-Tirmizi 1004, Musnədu Əhməd 4/228 

85

 Məcmuəl-fətava 23/ 396 



86

 əl-Fətava əs-Sədiyyə 1/ 171 

87

 əş-Şəhru-l-Mumti alə zadu-l-Mustəqnəi 4/ 382 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə