Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

5

Camaat namazının qılındığı yer 



   Camaat  namazını  namaz  qılmaq  üçün  yararlı  olan  hər  bir  yerdə 

qılmaq  olar.  Əsasən  isə  camaat  namazları  məsciddə  qılınır.  Məscid 

namaz  üçün  ayrılan  daimi  yerdir.  Məscidin  İslamda  böyük 

əhəmiyyəti  və  fəzilətləri  vardır.  İbadətlərin  bir  çoxunun  məsciddə 

edilməsi  onun  nə  dərəcədə  şərəfli  yer  olmasına  dəlalət  edir.  İbadət 

tək  Allaha  olunduğu  kimi  məscid  də  tək  Allaha  məxsusdur.  Uca 

Allahın  Quranda  məscid  sözünü  on  səkkiz  dəfə  zikr  etməsi  onun 

böyük  fəzilətindən  xəbər  verir.  Uca  Allah  məscidin  əzəmətini 

bildirmək  üçün  bir  çox  yerlərdə  məscidin  yalnız  Ona  məxsus 

olduğunu  bəyan  edir.  Oraya  gələnlərə  zərər  törətmək  və  onların 

qarşısını  almaq  ən  böyük  zülmdür.  Uca  Allah  buyurur:  “Allahın 

məscidlərində  Onun  adının  zikr  edilməsinə  maneçilik  törədənlərdən  və 

onların  viranə  qalmasına  çalışanlardan  daha  zalım  kim  ola  bilər?  Əslində 

onlar  oraya  qorxa-qorxa  daxil  olmalı  idilər.  Onlar  üçün  dünyada 

rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır

”.

9



 

   Əbu  Hüreyra  (r.a)  Peyğəmbərin 

  belə  dediyini  rəvayət  edir: 

“Allahın  ən  çox  sevdiyi  yer  məscidlər,  bəyənmədiyi    yer  isə 

bazarlardır”.

10

 



   İslamda  ən  fəzilətli  məscid,  Məscidil-haram  sonra  Peyğəmbərin   

məscidi,  sonra  isə  Məscidil-aqsadır.  Məscidil-haramda  qılınan  bir 

namaz  yüz  min,  Peyğəmbərin 

  məscidində  qılınan  namaz  min, 

Məscidil-aqsada  isə  beş  yüz  savabdır.  Bu  üç  məscidi  ziyarət  niyyəti 

ilə  yola  çıxmağa  Peyğəmbər 

  icazə  vermişdir.  Bu  məscidlərdən 

sonra  ən  fəzilətlisi  Quba  məscididir.  Quba  məscidi  İslam  dini 

gəldikdən sonra bina edilən ilk məsciddir.  

   Məscid tikməyin böyük fəziləti vardır. Osman (r.a) rəvayət edir ki, 

Peyğəmbər    dedi:  “Kim  Allah  üçün  bir  məscid  tikərsə,  Allah  da 

onun  üçün  Cənnətdə  bir  ev  tikər”.

11

 Yəni  kimin  niyyəti  xalis  olub 



Allah üçün məscid tikdirərsə, Uca Allah bunun  əvəzində həmin şəxs 

üçün Cənnətdə ev tikər.  

                                                   

9

 əl-Bəqərə surəsi, 114 . 



10

 Səhih Muslim, 671 

11

 Səhih Muslim, 1190   




 

6

Camaat namazının fəziləti 



   Camaat  namazını  qılmaq  savabın  çoxalmasına,  dərəcələrin 

qalxmasına  səbəbdir.  Camaat  namazının  savabı  tək  qılınan  namaz-

dan iyirmi beş, yaxud da iyirmi yeddi dəfə çoxdur. Həmçinin camaat 

namazları qılındığı yerinə, ədəblərinə, kamilliyinə və başqa səbəblərə 

görə dərəcə etibarı ilə biri-birindən fərqlənir. Abdullah ibn Ömər (r.a) 

rəvayət  edir  ki,  Peyğəmbər    dedi:  “Camaatla  qılınan  namaz,  tək 

qılınan namazdan iyirmi yeddi dərəcə (artıq) əfzəldir”.

12

 Osman (r.a) 



rəvayət  edir  ki,  Peyğəmbərin    belə  dediyini  eşitdim:  “Kim  namaz 

üçün  mükəmməl  şəkildə  dəstəmaz  alar,  sonra  isə  fərz  namazını 

qılmaq üçün (məscidə) gedib, onu camaatla birgə qılarsa Allah onun 

günahlarını bağışlayar”.

13

 

   Əbu  Hüreyra  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    dedi:  “Kişinin 



camaatla  qıldığı  namazın  savabı  evində  və  bazarda  tək  qıldığı 

namazın  savabından  iyirmi  beş  dəfə  artıqdır.  Belə  ki  o,  mükəmməl 

şəkildə  dəstəmaz  alıb  yalnız  camaatla  namaz  qılmaq  üçün  məscidə 

getdiyi  zaman,  atdığı  hər  addımına  görə  bir  savabı  artar  və  bir 

günahı silinər. Camaatla namaz qılarsa, hətta o namazı qılmaq üçün 

gözlədiyi  müddətdə  də  mələklər  onun  üçün  dua  edib  deyərlər: 

“Allahım, ona xeyir-dua ver! Allahım onu bağışla! Allahım, ona rəhm 

et!” Camaat namazını gözlədiyi müddətdə isə camaatla namaz qılan 

kimi hesab olunar”.

14

   



   Camaat namazına getməyin böyük savabı vardır. Əbu Hüreyra (r.a) 

rəvayət edir  ki, Peyğəmbər    demişdir:  “Kim evində  dəstəmaz  alıb, 

vacib  buyurulan  namazı  qılmaq  məqsədi  ilə  məscidlərin  birinə 

gedərsə atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə 

savabını artırar”.

15

 



 

 

 



                                                   

12

 Səhihu-l-Buxari 645, Səhih Muslim 1475 



13

 Səhih Muslim 548 

14

 Səhihu-l -Buxari 647, Səhih Muslim 1476 



15

 Səhih Muslim 666 




 

7

Camaat namazının faydası 



   Camaat namazının bir çox faydaları var. Bunlardan: 

– camaat namazını qılan şəxs tək qılandan daha  çox savab qazanır.  

– İslamın əzəmətli bir şüarı olan namaz nümayiş etdirilmiş olur. 

– müsəlmanların birliyi görünür. 

– məscidə gələn müsəlmanlar bir-biri ilə tanış olub din qardaşı 

olurlar. 

– müsəlmanlar

 

qardaşında xəta gördükdə onu düzəldirlər. 



– müsəlman qardaşının halından: köməyə ehtiyacı olanı, xəstə olanı 

və digər şeylər barədə xəbər tuturlar. 

– hamı Allah dərgahında eyni səviyyədə olduğunu hiss edir. 

– başqa müsəlmanları gümrah görəndə ora gələnin gümrahlığı artır. 

– məscidə namaza getdikdə hər atdığı addıma görə bir savab yazılır 

və bir günahı silinir. 

 

Camaat namazı və məscidin ədəbləri 



   Camaat namazına gedən şəxs aşağıdakı əbədlərə riayət etməlidir. 

– məscidə yalnız ixlasla, Allah xətrinə getmək. 

– təmiz və gözəl  paltar  geymək.          

– pis iy gəldikdə məscidə getməmək .                  

– məscidə asta-asta təmkinlə getmək. 

– gözü haram şeylərdən çəkmək. 

– məscidə namazdan qabaq getmək.                                                                             

– məscidə girdikdə sağ ayaqla girmək və sol ayaqla çıxmaq.  

– məscidə getdikdə sünnədə varid olan duaları oxumaq.

  

– məscidə girdikdə  namaz qılmayana qədər oturmamaq. 



– qabaq  səflərdə oturmağa can atmaq. 

– məsciddə dünya söhbətləri etməmək.  

– məscidə gedərkən təharət alıb getmək sünnədir. 

– məscidə girdikdə ətrafdakılara alçaq səslə salam vermək. 

– qibləyə tərəf oturmaq.   

– məsciddə uca səslə oxuyub və ya danışmamaq. 

– barmaqları şaqqıldatmamaq. 



Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə