Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

8

– dirəklərin arasında namaz qılmamaq (yer olmadıqda isə qılmaq 



olar). 

– insanları aralayıb qabağa keçməyə cəhd etməmək. 

– namaz qılanların önündən keçməmək. 

– bir yeri xüsusiləşdirib daima orada namaz qılmamaq. 

– oturan şəxsi qaldırıb yerində oturmamaq. 

– xütbə zamanı danışmamaq. 

– məscidin təmiz olmasına təşəbbüs göstərmək. 

                         

Camaat namazı kimlərə vacibdir 

1. Yalnız kişilərə camaat namazı qılmaq vacibdir. Qadına və uşağa 

camaat namazı vacib deyildir. 

2. Azad insana. Qul olan insanın camaat namazına getməyi ağası 

icazə vermədikdə vacib deyildir. 

3. Yetkinlik yaşına çatana. 

4. Camaat namazına gəlməmək üçün hər hansı bir üzrü olmayana. 

 

Azan verildikdən sonra məsciddən çıxmağın hökmü 



   Azan verildikdən sonra məsciddən çıxmaq  haramdır. Əbu Hüreyra 

(r.a) rəvayət edir ki, Peyğəmbər   bizə belə əmr etmişdir: “Məsciddə 

olduğumuz  zaman  azan  verilərsə  namaz  qılmayana  qədər  sizlərdən 

heç biri oranı tərk etməsin”.

16

 

 



   Əbu  Hüreyra  (r.a)  müəzzin  azanı  oxuduqdan  sonra  bir  nəfərin 

məsciddən  çıxdığını  gördükdə  dedi:  “Bax  bu,  artıq Əbul-Qasimə asi 

oldu”.

17

  



   Dəstəmaz  almaq  üçün  və  başqa  üzrlü  səbəb  olduqda  məsciddən 

çıxmaq  olar.  Əks  hallarda  isə  azan  oxunduqdan  sonra  məscidi  tərk 

etmək haramdır. 

 

 



 

                                                   

16

 Musnədu Əhməd 2/537 



17

 Səhih Muslim 655 




 

9

Neçə nəfərlə qılınan namaz camaat namazı sayılır 



   Ən  azı  iki  nəfərin  iştirakı  ilə  qılınan  namaz  artıq  camaat  namazı 

sayılır.


 

Əl-Vəzir  ibn Hubeyra əl-İfsah  kitabında demişdir:  “(Alimlər) 

ittifaq  etmişlər  ki,  cümədən  başqa  qılınan  fərz  namazının  camaat 

namazı sayılması üçün ən azı iki nəfər; imam və onun sağında durub 

onu  təqib  edən  olmalıdır”.

18

 



İmam  ibn  Qudəmə  deyir:  “(Namaz 

qılanların  sayı)  iki  və  daha  artıq  olarsa,  camaat  namazı  sayılır.  Bu 

məsələdə (alimlər arasında) ixtilaf yoxdur”.

19

 



   Camaat  namazı  qılan  iki  şəxsdən  biri  istər  kişi  istərsə  də  qadın 

olsun  yenə  də  camaat  namazı  sayılır.  Hətta  uşaq  həddi  buluğa 

çatmasa  belə  camaatla  namaz  qıla  və  lazım  gəldikdə  imam  dayana 

bilər.  Amr  ibn  Sələmə  öz  qəbiləsində  Quranı  ən  çox  bildiyi  üçün 

imam o dayanırdı. O zaman onun altı, yaxud da yeddi yaşı var idi.               

 

Camaat namazına yetişmək 



   Gecikən şəxs camaat namazının axırıncı rükətinin rükusuna çatarsa 

onda  o  şəxs  camaat  namazına  çatmış  sayılır.  Camaat  namazına 

gecikən  şəxs  təkbir  edərək  namaza  daxil  olur  və  rükuya  gedərək 

camaatla  birlikdə  davam  edir    və  bununla  da  camaat  namazının 

savabı  kimi  savab  qazanır.  Axırıncı  rükətin  rukusundan  sonra 

camaata  qoşulan  şəxs  isə  ümumən  namaza  çatmış  olsa  da  camaat 

namazının  savabını  qazanmır.  Onun  qıldığı  namaz  da  tək  adamın 

qıldığı  namaz  sayılır.  Yalnız  imam  rükudan  qalxmamış  başını  əyib 

əllərini dizlərinə qoyan şəxs həmən rükuya çatmış hesab olunur. Əbu 

Hüreyra  (r.a)  Peyğəmbərin    belə  dediyini  eşitmişdir:  “Kim  çatıb 

namazın  bir  rükətini  imamla  birlikdə  qılarsa  (camaat)  namazına 

çatmış  sayılır”

20

 İbn  Ömər  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    dedi: 



“Kim  cümə,  yaxud  başqa  bir  namazın  bir  rükətinə  çatarsa,  (camaat) 

namazına çatmışdır”.

21

 

                                                   



18

 əl-İfsah 1/155 

19

 əl-Muğni 2/7 



20

 Səhihu-l-Buxari 1/145, Səhih Muslim 2/423  

21

 Sunənu-n- Nəsəi 3/112, Sunənu ibn Məcah 1/202  




 

10

   Üzrlü  səbəbdən  camaat  namazına  gecikən  şəxs  isə  niyyətinə  görə 



camaat namazının savabını qazanmış olur. Əbu Hüreyra (r.a) rəvayət 

edir  ki, Peyğəmbər    dedi:  “Kim  dəstəmazı  gözəl  şəkildə  alıb  sonra 

məscidə  gedərsə  və  görsə  ki,  artıq  camaat  namazı  qılıb,  Allah  təala 

ona  namazda  iştirak  edənlərin  savabı  qədər  savab  yazar  və  onların 

savabından da heç bir şey azalmaz”.

22

 



   Namaza  gecikən  şəxs  yetişdiyi  yerdən  camaata  qoşulub  namazına 

davam  etməli,  imam  ikinci  salamı  verdikdən  sonra  isə  qalxıb  öz 

namazını tamamlamalıdır. 

 

Vacib namazları camaatla qılmağın hökmü 



   Əgər  namaz  vacib  namazlardan  biridirsə  azanı  eşidən  adam  üçün 

camaat  namazı  da  vacib  olur.  Müsəlman  kişi  heç  bir  üzrlü  səbəb 

olmadığı  halda  camaat  namazını  buraxarsa  günah  qazanır.  Camaat 

namazının  vacib  olması  Quran  ayələrində  və  hədislərdə  öz  əksini 

tapmışdır. Uca Allah buyurur: “Sən (səhabələrinin) arasında olub onlara 

namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, 

silahlarını da (özləri ilə) götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci 

rükəti  tamamlayanadək  o  biri  dəstə)  arxanızda  olsun.  (Sonra)  namazını 

qılmamış  digər  dəstə  gəlib  səninlə  birlikdə  namaz  qılsın,  ehtiyatlarını 

(tutsunlar) və silahlarını da (özləri ilə) götürsünlər. Kafirlər istərdilər ki, siz 

silahlarınızdan  və  əşyalarınızdan  xəbərsiz  olasınız  və  onlar  da  sizin 

üzərinizə bircə dəfə hücum etsinlər (bir həmlədə sizi məğlub etsinlər). Əgər 

siz  yağışdan  əziyyət  çəksəniz  və  ya  xəstə  olsanız  silahlarınızı  yerə  qoymaq 

sizə  günah  deyildir,  lakin  ehtiyatınızı  əldən  verməyin.  Şübhəsiz  ki,  Allah 

kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.”

23

 



   

   Bu  ayə  açıq  aydın  camaat  namazının  vacib  olmasına  dəlalət  edir. 

Uca Allah  cihadda  belə camaat  namazını qılmağı  əmr edirsə  deməli 

adi hallarda qılmaq daha da vacibdir.   

   Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər   demişdir: “Canım 

əlində olana and olsun ki, istərdim odun yığsınlar, sonra namaz üçün 

                                                   

22

 Sunənu Əbu Davud 564, Albani səhihləşdirmişdir 855 



23

 ən-Nisa surəsi, 102. 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə