Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

32

imamın  yanında  deyil  arxasında  dayanmalıdır.  İbn  Abdul-Bər 



demişdir: “Alimlər ittifaq ediblər ki, qadın kişi imamın arxasında tək 

dayanır. Bu məsələdə sünnə qadının imamın sağında deyil, arxasında 

durmasındadır”.

88

 



   *  Məmunlar  iki  nəfər  və  daha  çox  olduqda  isə  imamın  arxasında, 

imam  isə  qabaqda  onların  ortasında  dayanmalıdır.  Uşaqlar  isə 

kişilərin arxasında qadınlar da uşaqların arxasında  dayanırlar. Əgər 

uşaqlar səs salırlarsa onda onları kişilərin arasına düzmək lazımdır.

89

  

    



İmam nə zaman camaata doğru çönməlidir 

   İmam namazı bitirdikdən sonra üç dəfə “əstağfirullah” deyib duanı 

oxuduqdan sonra camaata doğru çönməyi sünnədir. Qibləyə sarı çox 

oturmağı bəyənilmir. Bu əməl sünnəyə müxalifdir. Həmçinin camaat 

elə başa düşər ki, imam nə isə unudub yadına salmaq istəyir. İmam 

duanı bitirdikdən sonra istər sağ, istərsə də sol tərəfdən camaata tərəf 

çönə  bilər.  Hər  iki  tərəfdən  insanlara  tərəf  çönmək  sünnədə  varid 

olub. 


                       

Səfflərin ən əfzəli 

   Namaza  başlamazdan  əvvəl  səfləri  düzəltmək  vacibdir.  Ənəs  ibn 

Malik  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cərgələrinizi 

düzəldin!  Həqiqətən,  cərgələrin  düz  olması  namazın  kamil-

liyindəndir”.

90

 Ən-Nüman  ibn  Bəşir  (r.a)  rəvayət  edir  ki,  Mən 



Peyğəmbərin  (s.ə.s)  “Cərgələrinizi  düzəldin,  yoxsa  Allah  da  sizin 

qəlblərinizi  biri-birindən  ayırar”-  dediyini  eşitdim.

91

 Peyğəmbərin   



cərgələri  düzəltməyi  bizə  əmr  etməsi  bu  əməlin  vacib  olmasından 

xəbər verir. Camaat buna riayət etmədiyi təqdirdə günah qazanırlar.  

   Ən  əfzəl  səff  imamın  arxasından  başlayan  birinci  səffdir. 

Peyğəmbər    birinci  səffin  fəzilətini  bəyan  etmişdir.  Əbu  Hüreyra 

(r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “Əgər  insanlar  azana 

                                                   

88

 əl-İstizkər 6/249



 

89

 əş-Şəhru-l-Mumti alə zadu-l-Mustəqnəi 4/ 391 



90

 Səhihu-l-Buxari 723, Səhih Müslim 974 

91

 Səhihu-l-Buxari 717, Səhih Müslim 977 




 

33

cavab  verməyin  və  birinci  səffdə  durmağın  nə  qədər  fəzilətli 



olduğunu bilsəydilər və buna nail olmaq üçün püşk atmaqdan başqa 

bir şey tapmasaydılar, püşk atardılar”.

92

  

   Ubeyy ibn Kəb (r.a) rəvayət edir ki, Peyğəmbər   dedi: “Həqiqətən, 



birinci səff mələklərin səfflərinə bənzəyir”

93

 



 

   Birinci səff səfflərin ən xeyirlisidir. Əbu Hüreyra (r.a) rəvayət edir 

ki, Peyğəmbər   demişdir: “Kişilərin ən xeyirli cərgəsi birincisi, ən 

şərr (xeyiri az olan) cərgəsi isə axırıncıdır. Qadınların ən xeyirli 

cərgəsi axırıncısı, ən şərr (xeyri az olan) cərgəsi isə birincisidir”

94

 Ən-



Nümən ibn Bəşir (r.a) rəvayət edir ki, Peyğəmbər   dedi: ”Həqiqətən 

Allah və mələkləri birinci səffdə dayananlara xeyir dua verərlər”.

95

 

   *  Səffdə  sağ  tərəfdə  durmaq  sol  tərəfdə  durmaqdan  daha  əfzəldir. 



Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər   demişdir: “Həqiqətən, Allah 

və mələkləri  səffin sağ tərəfində duranlara xeyir dua edərlər”

96

 

   * İki dirək arasında səffin olması bəyənilmir. Yer az olduqda isə iki 



dirək  arasında  camaat  namazı  qılmaq  olar.  İmamın  və  tək  namaz 

qılan  şəxsin  isə  iki  dirək  arasında  durub  namaz  qılması  caizdir. 

Abdullah  bin  Ömər  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər 

  Kəbəyə 

gəldikdə iki dirək arasında durub namaz qıldı.

97

 



               

Namazda imama tabe olmağın növləri 

   Birinci  hal:  İmamı  qabaqlamaq.  İmamı  qabaqlamaq  dedikdə 

məmunun    namazda  edilən  hərəkətdə,  yaxud  da  ucadan  deyilən 

sözlərdə  imamı  qabaqlaması  nəzərdə  tutulur.  İmamı  qabaqlamaq 

haramdır.  Əbu  Hüreyra  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər 

  dedi: 

“İmamdan  əvvəl  başını  (səcdədən)  qaldıran  qorxmur  ki,  Allah  da 

onun  başını  –  və  ya  surətini  –  uzunqulağın  surətinə  çevirər?”

98

 İbn 



Teymiyyə  demişdir:  “İmamı  ötməyin  haram  olması  barədə  alimlər 

                                                   

92

 Səhihu-l-Buxari 615, Səhih Müslim 137, 139 



93

 Sunənu Əbu Davud 554, Albani hədisi səhihləşdirmişdir. 

94

 Səhih Muslim 440 



95

 Musnədu Əhməd 4/269. Albani hədisi həsənləşdirmişdir.

 

96

 Sunənu Əbu Davud 676, Albani hədisi həsənləşdirmişdir 



97

 Səhihu-l- Buxari 504, Səhih Müslim 1329

 

98

 Səhihu-l- Buxari 691, Səhih Müslim 962, 963 




 

34

ittifaq  etmişlər.  İmamdan  qabaq  rüku  və  ya  səcdə  etmək  olmaz”.



99

 

Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər   bir gün bizə namaz 



qıldırdı  sonra  üzünü  bizə  tərəf  çevirib  dedi:  “Ey  insanlar  mən  sizin 

imamınızam. Məni nə rükuda, nə səcdədə, nə qiyamda, nə də namazı 

bitirməkdə qabaqlamayın”.

100


    

   Bilərəkdən  imamı  ötmək  isə  namazı  batil  edir.  Muhamməd  ibn 

Saleh  əl-Useymin  demişdir:  “Kim  imamı  bilərəkdən  ötərsə  namazı 

batil olar”.

101

 Əgər bilmədən, yaxud unudub imamı ötən şəxs qayıdıb 



təzədən həmin əməli imamdan sonra təkrar etməlidir. Həmin şəxsin 

namazı səhihdir.  

   İkinci hal: İmamla bərabər hərəkət etmək. İmamla bərabər hərəkət 

həm  sözlərdə, həm  də  əməllərdə  olur.  Səssiz  namazlarda  təkbirətul-

ehramdan  başqa  olan  sözləri  imamla  bərabər  demək  namazı  batil 

etmir.  Təkbirətul-ehramı  isə  imamla  bərabər  demək,  imamın  hələ 

təkbiri bitirib namaza başlamadığı üçün namazı batil edir. Təkbirdən 

başqa  yerdə  qalan  sözləri  imamla  bir  demək  namazı  batil  etmir. 

Məsələn  imamın  təşəhhüd  oxuduğunu  eşidib,  ondan  öndə  olmağın 

heç  bir  ziyanı  yoxdur.  Məmunun  namazda  olan  hərəkətləri  imamla 

bərabər  etməsi  isə  bəyənilmir.  Təkbiratul-ehramdan  başqa  namazda 

olan təkbirləri imamla bərabər etmək isə haramdır. Əbu Hüreyra (r.a) 

rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “Həqiqətən  imam,  namazı 

qıldırmaq  üçün  seçilib,  ona  müxalif  olmayın!  Təkbir  etdikdə  təkbir, 

rüku  etdikdə  də  rüku  edin!  Səmi  Allahu  limən  həmidəh  dedikdə 

Rabbənə  və  ləkəl  həmd  deyin!  Səcdə  etdikdə  səcdə  edin!  İmam 

namazı oturaraq qılarsa, siz də oturmuş vəziyyətdə qılın!”

102


   

   Üçüncü hal: İmamdan geri qalmaq. Yəni məmun bilərəkdən imam-

dan  geri  qalarsa,  imam  həmin  rüknu  tamamlamamışdan  qabaq  ona 

yetişərsə  onda  namazı  səhihdir.  Lakin  bilərəkdən  imamı  təqib 

etmədiyi  üçün  günah  qazanır. Məmun  imamdan  bir  və  ya  daha çox 

rükn geri qalarsa namazı batil olur və həmin şəxs günah qazanır.   

                                                   

99

 Məcmuəl-fətava 23/336 



100

 Səhih Müslim 1/320

 

101


 əş-Şəhru-l-Mumti alə zadu-l-Mustəqnəi 4/261-262 

102


 Səhihu-l-Buxari 722,734, Səhih Müslim 920 


 

35

   Dördüncü hal: Rükunları imamdan dərhal sonra yerinə yetirmək. 



Peyğəmbər   bizə imamla birlikdə namaz qıldıqda bu cür 

qılmağımızı əmr etmişdir. 

 

Qadınların camaat namazına gəlməsi 



    Dinimiz  qadınların  məscidə  xeyir  işlər  üçün  getməsinə  icazə 

vermişdir. Onlar da məscidə gəlib camaat namazı qılıb, zikr edib, elm 

məclislərində  otura  bilərlər.  Fərqi  yoxdur  istər  qadın  cavan  və  ya 

yaşlı  olsun.  Peyğəmbərin    dövründə qadınlar da  camaat namazına 

gəlir və Peyğəmbər   onlara bunu qadağan etmirdi. Aişə (r.a) rəvayət 

edir  ki,  Peyğəmbər    fəcr  namazını  qılarkən  hicablarına  bürünmüş 

mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə 

evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı.

103

  

   Qadın camaat namazını qılmaq üçün məscidə gəlmək istədikdə isə 



bunu ona qadağan etmək haramdır. Abdullah ibn Ömər (r.a) rəvayət 

edir  ki,  Peyğəmbər  (s.ə.s)  dedi:  “Sizlərdən  birinizin  zövcəsi  məscidə 

getmək  üçün  ondan  izn  istədiyi  zaman,  ona  mane  olmasın”.  Bunu 

eşidən  Bilal  ibn  Abdullah

104

:  “Allaha  and  olsun  ki,  onlara  (məscidə 



getməyə)  mane  olacağıq”–  dedi.  Abdullah  (r.a)  yaxınlaşıb  onu  çox 

sərt  danladıqdan  sonra  dedi:  “Mən  sənə  Rəsulullahdan  (s.ə.s)  hədis 

danışıram,  sən  də  deyirsən  ki,  Allaha  and  olsun  ki,  onlara  mane 

olacağıq”.

105

 Başqa rəvayətdə: “Allahın qullarına (müsəlman qadınla-



ra) məscidə getməyi qadağan etməyin!”

106


 

   Qadın məscidə gəldikdə İslam şəriətinə uyğun  tərzdə geyinməlidir. 

Bunlar isə aşağıdakı şərtlərə əməl etməklə olur: 

– əl və üzdən başqa bütün bədən üzvlərini örtmək  

– dar paltar geyməmək 

– şəffaf paltar geyməmək 

– cəlbedici paltar geyməmək 

– kişi və ya kafirlərin geyiminə oxşamamaq 

                                                   

103


 Səhihu-l-Buxari 578, Səhih Müslim 1456 

104


 Bilal ibn Abdullah ibn Ömər ibni-l-Xəttab. 

105


 Səhihu-l- Buxari 873, Səhih Müslim987,988. 

106


 Səhih Müslim 989 


 

36

– zinət taxmamaq 



– ətirlənməmək 

– fitnəyə səbəb olmamaq 

  

Qadınların camaat namazını qılması 



   Qadınların  camaat  namazını  qılması  sünnədir.  Qadınlar  öz 

aralarında imamı, kişilər imamı təyin etdiyi kimi təyin edirlər. Ummu 

Varaqa, Aişə və Ummu Sələmənin qadınlara imam durması sünnədə 

varid  olmuşdur.  Kişilər  camaatla  qıla  bilən  hər  bir  sünnə  və  fərz 

namazlarını  qadınlar da qıla bilərlər. 

   Qadınların  evdə  camaat  namazını  qılması  məscidə  gedib  kişilərlə 

birlikdə  qılmasından  daha  əfzəldir.  Səslə  qılınan  namazlarda  imam 

dayanan  qadın  naməhrəm  kişinin  onun  səsini  eşitmədiyi  təqdirdə 

ucadan oxuya bilər. 

 

Üzr olduqda camaat namazına gəlməmək 



   Bəzi üzrlü səbəblər olduqda camaat namazına gəlməmək olar. Bu 

üzrlər iki qismə bölünür. Ümumi və xüsusi olan üzrlər.  

   Ümumi  üzrlərə  güclü  yağış,  külək,  soyuq,  isti  və  buna  oxşar 

səbəbləri  misal  göstərmək  olar.  Bu  cür  üzrü  olub  camaat  namazına  

getməyən müsəlman günah qazanmır.   

   Xüsusi üzrlərə isə aşağıdakıları misal gətirmək olar:  

   Xəstəlik. O xəstəlik ki, müsəlmanın camaat namazına getməyinə ya 

mane olur, ya da çətinlik  törədir. Uca Allah buyurur: “Allah hər kəsi 

yalnız  qüvvəsi  yetdiyi  qədər  yükləyər  (bir  işə  mükəlləf  edər)”

107


 Başqa 

ayədə  buyurur:  “O  (dini  üçün)  sizi  seçdi  və  dində  sizin  üçün  heç  bir 

çətinlik  yeri  qoymadı.”

108


 Hətta  Peyğəmbər 

  xəstələndiyi  zaman 

camaat namazını tərk etmişdir. 

   Qorxu.  Müsəlman  bir  şəxs  canına,  malına  və  namusuna  görə 

qorxduqda,  yaxud  onlara  bir  zərər  dəymək  təhlükəsi  ilə  üzləşdikdə 

camaat namazına getməyə bilər. Peyğəmbər   buyurmuşdur: “Azanı 

                                                   

107


 əl-Bəqərə surəsi, 286 

108


 əl-Həcc surəsi, 78 


 

37

eşidib  üzrü  olmadığı  halda  namaza  gəlməyən  şəxsin  namazı 



yoxdur”.  Səhabələr  soruşdular:  “Ey  Allahın  elçisi  üzr  nədir?” 

Peyğəmbər  : “Qorxu və xəstəlik”- deyə cavab verdi. 

109

                                                                          



   Həmçinin    yemək  gəldikdə  namaz  qılan  şəxsin  fikri  yeməyin 

yanında qalarsa  o  zaman  ilk  olaraq  yeməyi  yeməli sonra  isə  namazı 

qılmalıdır. Bir şərtlə ki namazın vaxtı çıxmasın. Bu da İslam dininin  

sadə  və  asan  olmasına  dəlalət  edir.  Aişə  (r.a)  rəvayət  edir  ki, 

Peyğəmbər    dedi:  “Şam  yeməyi  gətirildiyi  zaman  iqamə  verilərsə, 

əvvəlcə yeməyi yeyin (sonra namaz qılın)”.

110

 İbn Ömər sünnədən ən 



möhkəm  yapışan  səhabə  olduğu  halda  imamın  namaz  qılmasının 

səsini eşidə-eşidə yemək yeyərdi.

111

  

   Pis iy gəldikdə camaat namazına getməmək. 



   Cabir  ibn  Abdullah  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər 

  dedi: 


“Sarımsaq  və  yaxud  soğan  yemiş  şəxs    məscidimizə  yaxınlaşmayıb, 

evində otursun”.

112

  

      Pis iydən insanlarla yanaşı mələklər də əziyyət çəkirlər.  



 

Sələfin camaat namazına münasibəti  

  

 

Abdullah  ibn  Məsud  (r.a)  buyurmuşdur:  “Kim  sabah  Allahla 



müsəlman  kimi    qarşılaşmaq  istəyirsə  namaz  üçün  azan  verildikdə 

ona  cavab  versin.  Çünki  bu,  hidayət  yoludur.  Namazları  müxaliflər 

kimi  evinizdə  qılsanız  Peyğəmbərinizin    yolunu  tərk  etmiş  olarsı-

nız.  Peyğəmbərinizin  yolunu  tərk  etdikdə  zəlalətə  düşərsiniz.  Kim 

gözəl  şəkildə  dəstəmaz  alıb  məscidlərdən  birinə  gedərsə  atdığı 

addımlardan  hər  biri  onun  bir  günahını  silər  digəri  isə  savabını 

artırar.  Camaat  namazını  nifaqı  məlum  olan  münafiqlər  tərk 

edərdilər”. 

                                                   

109


 Beyhəqqinin Sunənil Kubra kitabı 1/185, Sunənu İbn Məcah 793 Albani bu hədisi 

səhihləşdirmişdir. 

110

 Səhihu-l- Buxari 5465, Səhih Muslim 1241 



111

 Səhihu-l-Buxari 672, Səhih Muslim 557 

112

 Səhihu-l-Buxari 855, Səhih Muslim 1253 




 

38

   Muhəmməd  ibn  Munkədir  deyir:  “Mənə  dünyanın  ləzzətindən  üç 



şey qalmışdır. Gecə namazını qılmaq, müsəlman qardaşlarımla birgə 

olmaq və camaatla namaz qılmaq”. 

   Süleyman  ibn  Həmzə  əl-Məqdisi  demişdir:  “Fərz  namazlarını  iki 

dəfədən başqa həyatım boyu tək qılmamışam”. Süleyman ibn Həmzə 

doxsan yaşa qədər yaşamışdır. 

   Vakii  ibn  əl-Cərrah  demişdir:  “Ə'məş  yetmiş  ilə  yaxın  təkbirətul-

ehramı tərk etməmişdir”.  

   Təqiyyiddin  Süleyman  demişdir:  “Mən  fərz  namazını  iki  dəfə  tək 

qılmışam. Onu qılanda da elə bil ki, qılmamışam”.

113


  

   Muhəmməd  ibn  Suməə  demişdir:  “Qırx  il  bir  dəfədən  başqa 

təkbirətul  ehramı  tərk  etməmişəm.  Anam  öldüyü  üçün  bir  namazı 

camaatla qıla bilmədim”.

114

  

   Səid  ibn  əl-Museyyib  qırx  il  boyu  nə  vaxt  azan  verilirdisə  artıq  o 



məsciddə olurdu.

115


    

   İbrahim ibn Yezid demişdir: “Kim ki, təkbirətul-ehrama tənbəllik 

edirsə əlini ondan üz”.

116


 

   Allahdan  istəyimiz  budur  ki,  bizi  Allahın  dininin  ən  mühüm 

tələblərindən  biri  olan  namazı  davamiyyətli  və  gözəl  şəkildə 

qılanlardan  etsin!  Həmçinin  bu  ibadəti  öz  müsəlman  qardaş  və 

bacılarımızla  birgə,  camaat  şəklində  qılmağı  daima  bizə  müvəffəq 

etsin!  Yazdığımız  bu  kitabçanı  da  xalis  Allah  üçün  olunmuş 

əməllərdən  və  müsəlmanlar  üçün  fayda  verən  kitablardan  etsin! 

Amin! 


 

 

 



 

 

 



                                                   

113


 Zeyl Tabaqat əl-Hənəbilə 2/ 365  

114


 Təhzib ət-Təhzib 9/ 204 

115


 Təhzib ət-Təhzib 1/ 173 

116


 Siyər Əlam ən-Nubələ 5/ 62

 



 

39

Mündəricat 



 

Camaat namazı ........................................................................................................ 2 

Namazın hökmü ..................................................................................................... 2 

Namazın ibadətlər arasında yeri .......................................................................... 3 

Camaat namazının şəriətdən olması .................................................................... 4 

Camaat namazının tarixi ........................................................................................ 4 

Camaat namazının qılındığı yer ........................................................................... 5 

Camaat namazının fəziləti ..................................................................................... 6 

Camaat namazının faydası .................................................................................... 7 

Camaat namazı və məscidin ədəbləri .................................................................. 7 

Camaat namazı kimlərə vacibdir ......................................................................... 8 

Azan verildikdən sonra məsciddən çıxmağın hökmü ...................................... 8 

Neçə nəfərlə qılınan namaz camaat namazı sayılır ........................................... 9 

Camaat namazına yetişmək .................................................................................. 9 

Vacib namazları camaatla qılmağın hökmü ..................................................... 10 

Camaatla qılınan namazlar ................................................................................. 11 

Camaat namazının məsciddə ikinci dəfə qılınması ......................................... 20 

Namazı qıldıqdan sonra camaat namazına qoşulmaq .................................... 21 

Namazda imam dayanmaq ................................................................................. 21 

Fasiq imamın arxasında qılınan namazın hökmü ............................................ 23 

Uşağın arxasında qılınan namazın hökmü ....................................................... 23 

Kor adamın arxasında qılınan namazın hökmü ............................................... 24 

Qul olan şəxsin imam dayanmasının hökmü ................................................... 24 

Quranı yaxşı oxumayanın arxasında qılınan namaz ....................................... 24 

Qadının qadınlara imam dayanmasının hökmü .............................................. 24 

Kişinin qadınlara imam dayanmasının hökmü ................................................ 25 

Qadının kişiyə imam dayanmasının hökmü .................................................... 25 

Təyəmmüm edənin dəstəmazlı olana imam dayanmasının hökmü ............. 25 

Müsafirin səfərdə olmayana imam dayanmasının hökmü ............................. 25 

Səfərdə olmayanın müsafirə imam dayanmasının hökmü ............................. 25 

İmamın fərz, məmunun isə sünnə namazı qılmasının hökmü ...................... 26 

İmamın sünnə məmunun isə fərz namazı qılmağının hökmü ....................... 26 

Dəstəmazı olmayan imamın qıldırdığı namazın hökmü ................................ 26 

Nəcasətli halda imam dayanmağın hökmü ...................................................... 26 

Namazda olarkən nəcasətin olmasını bilən imam nə etməlidir ..................... 27 

Camaatın sevmədiyi imamın arxasında qılınan namazın hökmü ................. 27 




 

40

İmamın namazı çox uzatmasının hökmü .......................................................... 28 



Namazın vaxtı çıxdıqdan sonra azan və iqamə oxumağın hökmü ............... 28 

Daimi imamı gözləməyin hökmü ....................................................................... 29 

Camaat namazında imamın arxasında Quran oxumağın hökmü ................. 29 

Məmun imamla qıldıqda dayandığı yer ............................................................ 31 

İmam nə zaman camaata doğru çönməlidir ..................................................... 32 

Səfflərin ən əfzəli ................................................................................................... 32 

Namazda imama tabe olmağın növləri ............................................................. 33 

Qadınların camaat namazına gəlməsi ................................................................ 35 

Qadınların camaat namazını qılması ................................................................. 36 

Üzr olduqda camaat namazına gəlməmək ........................................................ 36 

Sələfin camaat namazına münasibəti ................................................................. 37 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Hörmətli  müsəlman  qardaş  və  bacılar  bu  kitaba  dair  təklif  və 

iradlarınızı 

ramil.soltanov@gmail.com

  elektron  ünvanına  göndərə 

bilərsiniz. 



 

 

 



Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə