Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

20

“İki  böyük  dağ  kimidir”-  deyə    cavab  verdi”.



43

 Başqa  rəvayətdə  

“Qiratların ən kiçiyi Uhud dağı kimidir” deyilir.

44

  



   Cənazə namazı dörd təkbirdən ibarət rüku və səcdəsiz, səssiz qılınan 

namazdır.  

   Əbu  Hüreyra  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    Nəcaşinin  ölüm 

xəbərini elan etdikdən sonra namaz qılınan yerə gəldi, cərgələri düzdü 

və dörd təkbirli (rüku və səcdəsiz) namaz qıldı.

45

 



   Bu  hədis  dəlalət  edir  ki,  qəriblikdə  ölən  şəxsə  cənazə  namazı 

qılınmayıbsa onun üçün bu namazı qılmaq lazımdır. Cənazə namazını 

camaatla  qılmaq  əfzəldir.  Hətta  bu  namazı  qəbiristanlıqda  da  qılmaq 

olar.  Abdullah  ibn  Abbas  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    meyit 

dəfn  olunduqdan  sonra  qəbrin  önündə  dayanıb  dörd  təkbirli  (rüku 

və səcdəsiz ) namaz qıldı.

46

 

   Kişiyə  cənazə  namazı  qılınarkən  imam  onun  baş  tərəfində,  qadına 



cənazə namazı qılınarkən isə onun tən orta tərəfində dayanmalıdır. 

   Cənazə  namazından  öncə  meyitin  kişi,  qadın  yaxud  da  uşaq 

olduğunu bildirmək lazımdır. 

   Cənazə  namazının  qılarkən  birinci  təkbirdən  sonra  Fatihə  surəsi, 

ikinci  təkbirdən  sonra  Peyğəmbərə 

  salavat  oxunur,  üçüncü 

təkbirdən  sonra  vəfat  edən  şəxs  üçün  dua  edilir  və  dördüncü 

təkbirdən sonra sağ tərəfə salam verməklə namaz tamamlanır.  

 

Camaat namazının məsciddə ikinci dəfə qılınması 



   Camaat namazının məsciddə təkrar qılınması altı halda baş verir. 

   1. Daimi imamı olmayan məsciddə ikinci dəfə camaat namazı 

qılınması. Bu caizdir. 

   2. Daimi imamı olan məsciddə yer olmadığından ikinci dəfə camaat 

namazı qılınması. Bu da caizdir.  

   3. Daimi imamı olan məsciddə camaat namazına yetişmədikdə 

ikinci dəfə camaat namazı qılınması. Alimlər bu məsələdə ixtilaf 

                                                   

43

 Səhihu-l-Buxari 1325, 2186 



44

 Səhih Muslim 2189 

45

 Səhihu-l-Buxari 1333, Səhih Muslim 2201 



46

 Səhih Muslim 2208 




 

21

etmişlər. Bəzi alimlərin rəyinə görə caiz, bəzilərinin rəyinə görə isə 



caiz deyildir.  

   4. Eyni vaxta, bir məsciddə iki camaat namazının qılınması. Bu hal 

caiz deyildir.  

   5. Yollarda olan məscidlərdə təkrar camaat namazı qılmaq caizdir.  

   6.  Eyni  imamın  camaat  namazını  təkrar  qıldırması.  Bu  cür  etmək 

haramdır. 

   

        Namazı qıldıqdan sonra camaat namazına qoşulmaq 



   Namazı tək qıldıqdan sonra camaat namazına rast gəldikdə həmin 

adamın  camaat  namazına  qoşulması  sünnədir.  Yezid  ibn  əl-Əsvəd 

(r.a) dedi: “Peyğəmbərlə   bir yerdə həcc ziyarətində olduqda, Xeyf 

məscidində  fəcr  namazını  qıldıq.  O  zaman  mən  cavan  uşaq  idim. 

Namazını bitirdikdə iki kişinin onunla namaz qılmadığını gördü, və 

dedi:  “Bizimlə  birlikdə  namaz  qılmanıza  mane  olan  nədir?”  Onlar 

dedilər:  “Ey  Allahın  elçisi!  Biz  səfərdə  ikən  namazımızı  qılmışıq”. 

Peyğəmbər 

  dedi:  “Heç  vaxt  belə  etməyin!  Başqa  bir  yerdə 

namazınızı qılıb məscidə gəldiyiniz zaman camaatın namaz qıldığını 

görsəniz onlara qoşulun, bu sizin üçün nafilə olsun”.

47

 



   Namazı  camaatla  birlikdə  qıldıqdan  sonra  ayrı  camaat  namazına 

rast gəldikdə də camaat namazına qoşulmaq olar. Cabir ibn Abdullah 

(r.a) rəvayət edir ki, Muaz ibn Cəbəl (r.a) Peyğəmbər   ilə birlikdə İşa 

namazını  qılar,  sonra  isə  gedib  qövmünə  İşa  namazını  qıldırardı.

48

  

Peyğəmbərin    Muaz  ibn  Cəbəlin  (r.a)  bu  əməlini  inkar  etməməsi 



onun caiz olmasına dəlalət edir.  

 

Namazda imam dayanmaq 



   Namazda  imam  dayanmaq  şərii  vəzifədir.  İslamın  ən  əzəmətli 

rükunlarından  biri  olan  namazda  imam  olan  şəxs  nümunəvi 

müsəlmana xas olan sifətlərə sahib olmalıdır. Camaata imamlıq edən 

şəxs  Allahdan  qorxan,  adil,  namazın  keyfiyyətini  bilən,  İslam 

                                                   

47

 Sunənu Əbu Davud 1/136, Sunənu-t-Tirmizi 2/18,19,  Mustədraku Hakim 1/244  



48

 Səhih Müslim 1043 




 

22

elmlərindən xəbərdar olan adam olmalıdır. İmam durmaq böyük bir 



məsuliyyətdir. Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər   dedi: 

“İmam zamindir”.

49

  

   Peyğəmbərin 



  həyatının  sonuna  qədər  müsəlmanlara  imam 

durması,  həmçinin  ondan  sonra  gələn  raşidi  xəlifələrinin  də 

həyatlarının  sonuna  qədər  namazlarda  imam  durmaları  imam 

olmağın  fəzilətinə  və  məsuliyyətli  iş  olmasına  işarədir.  Səhl  ibn  Sad 

(r.a) rəvayət edir ki, Peyğəmbər   dedi: “İmam zamindir. (Namazını) 

gözəl  şəkildə  qılarsa  savabı  özünə  və  sizə  yazılar.  Yox  pis  şəkildə  

qılarsa (günah sizə yox ona yazılar)”.

50

  



   İmam  Mənəvi  deyir:  “Müsəlmanların  boynunda  olan  şərii  vəzifə 

içlərindən  ən  xeyirlisi  və  dindar  olanını  özlərinə  imam 

seçməlidirlər”.

51

 



   Daimi  imamı  olmayan  məsciddə  və  yaxud  camaat  namaz  qılınan 

hər hansı bir yerdə imamı sünnədə gələn yolla təyin etmək lazımdır. 

İlk  növbədə  Qurandan  çoxlu  əzbər  bilən,  Quranı  xətasız  oxuyan, 

namazın  keyfiyyətini  yüksək  şəkildə  mənimsəyən,  elmli,  adil  və 

Allahdan lazımı qədər qorxan bir müsəlman olmalıdır. Peyğəmbər   

demişdir: “Allahın kitabından ən çox bilən şəxs müsəlmanlara imam 

dursun”. 

52

  



   Hədisdə Quranı ən çox bilən deyildikdə həmçinin ona ən çox əməl 

edən  də  nəzərdə  tutulur.  Çünki  səhabələr  on  ayə  öyrənib  ona  əməl 

etməyincə, növbəti ayələrə keçməzdilər. Məhz buna görə Peyğəmbər 

  müsəlmanlara  Quranı  ən  çox  bilənin  imam  durmasını  əmr 

etmişdir. Quranı çox bilən və ona əməl edən şəxs şəkk yoxdur ki, ən 

əfzəl insanlardandır. 

 

   Əgər  iki  qari  Quranı  eyni  səviyyədə  bilirlərsə  onda  onlardan 



sünnəni  ən  çox  bilən  imam  dayanmalıdır.  Bunda  da  eyni  səviyyədə 

olarlarsa  o  zaman    hicrəti  qabaq  olan    imam  dayanmalıdır  (Şeyxul-

İslam  ibn  Teymiyyə  hicrəti  saleh  əməli  daha  çox  olan  və  günahları 

                                                   

49

 Sunənu Əbu Davud 517, Sunənu-t-Tirmizi 207 



50

 Sunənu İbn Məcah 981. Albani bu hədisi səhihləşdirmişdir. 

51

 Feydul- Qadir 6/88 



52

 Sunənu Muslim 673 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə