Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

14

   * Bayram namazı. 



   İslam  dinində  iki  bayram  mövcuddur  ki,  bunlar  da  Fitr  (oruc)  və 

Ədha  (qurban)  bayramıdır.  Bu  iki  bayramdan  savayı  olan  bütün 

bayramlar  isə  dində  olmayan  adət-ənənədən  hesab  olunurlar.  Bu 

bayramları Uca Allah Quranda xüsusən qeyd etmişdir. Peyğəmbər   

ilk  bayram  namazını  –  Ramazan  bayramını  –  hicrətin  ikinci  ilində 

Mədinədə qılmışdır.  

   Fitr - Orucu dayandırma, nəhayət vermə deməkdir. Bu bayram hər 

il Şəvval ayının 1-də olur.  

   Ədha  -  Qurban  vermək  deməkdir.  Bu  bayram  Zil-hiccə  ayının  on 

günü başa vurmağına görədir və Zil-hiccə ayının 10-u bayram edilir.   

   Hər  iki  bayram  namazı,  iki  rükət  səslə  qılınan  namaz  və  iki 

xütbədən  ibarətdir.  Bayram  namazından  əvvəl nə  azan nə  də iqamə 

oxunur.  Bayram  namazının  xütbəsi  namazdan  sonra  verilir.  Bu 

namazdan  nə  əvvəl  nə  də  sonra  sünnə  namazı  qılınır.  Qeyd  etmək 

lazımdır ki, namazı bir nəfər xütbəni isə ayrı şəxs verə bilər. 

   Abdullah  ibn  Ömər  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    Əbu  Bəkr 

(r.a) və Ömər (r.a) bayram namazlarını xütbədən əvvəl qılardılar.

29

 



   Fitr namazını qılmazdan öncə bir şey yemək, xüsusi ilə də tək sayda 

xurma yemək sünnədir. Peyğəmbər   fitr namazına çıxmazdan öncə 

tək sayda xurma yeyərdi.

30

 Ədha bayramı günü isə namazdan sonra 



yeyərdi.  Bureydə  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər    fitr  bayramı 

günü  yeməyincəyə  qədər  namaza  çıxmazdı.  Ədha  günü  isə 

namazdan sonra yeyərdi.

31

  



   Bayram namazına gedərkən gözəl və təmiz paltar geyinmək, tez və 

piyada getmək, geri döndükdə isə ayrı yolla qayıtmaq sünnədir.  

   Bayram  namazı  qılmaq  hər  bir  həddi-buluğa  çatmış,  ağılı  yerində 

olan  müsəlmana  vacibdir.  Hətta  Peyğəmbər    heyzli  olan  qadınlara 

belə  bayram  namazına  gəlmələrini,  lakin  camaatın  namaz  qıldığı 

yerdən kənarda durmalarını əmr etmişdir.  

                                                   

29

 Səhihu-l-Buxari 963, Səhih Muslim 2041  



30

 Səhihu-l-Buxari 953 

31

 Sunənu-t-Tirmizi 542, Sunənu İbn Məcah 1756 




 

15

   Qurban  bayramında  qurbanlıq  heyvanlar  namazdan  sonra 



kəsilməlidir.  Namazdan  əvvəl  kəsilən  heyvan  qurban  yox,  sədəqə 

olur. 


   “Allahu əkbər, Allahu əkbər, lə iləhə illallah, Allahu əkbər, Allahu 

əkbər  və  lilləhi-l-həmd”.  Bu  duanı  hər  kəs  bayram  günü  xorla 

deməmək şərti ilə təkrarlanmalıdır. 

   Bayram  namazının  vaxtı  günəş  üfüqdən  bir  nizə  hündürlüyündə 

təxminən bir metr qalxdıqdan sonra, başqa sözlə ifadə etsək təqribən 

günəş çıxdıqdan on beş dəqiqə sonra günəş səmanın ortasına (zenitə) 

yüksəlməsindən bir az əvvələdəkdir (təqribən on dəqiqə qabaq).   

   Bayram namazının  qılınması:  birinci  rükətdə ehram  təkbirini edib, 

namaza  giriş  (istiftah)  duasını  oxuduqdan  sonra  altı  dəfə  əlləri 

çiyinlər  səviyyəsində  qaldıraraq  təkbir  etmək,  sonra  isə  digər  fərz 

namazlarında  olduğu  kimi  həmin  rükəti  tamamlamaq.  İkinci  rükətə 

qalxdıqdan  sonra  isə  beş  dəfə  əlləri  çiyinlər  səviyyəsinə  qaldıraraq 

təkbir  etmək  və  həmin  qaydada  o  rükəti  təşəhhüd  və  salamlarla 

tamamlamaq lazımdır.  

   Bayram  namazını  camaatla  qılmayan  şəxsin  bu  namazın  qəzasını 

qılması  sünnəyə  ziddir.  Çünki  Peyğəmbərdən    bayram  namazının 

qəzasını qılmaq varid olmamışdır. 

    


   * Kusuf namazı 

   Kusuf  günəşin  tutulmasına,  xusuf  isə  ayın  tutulmasına  deyilir. 

İslam  alimlərinin  yekdil  rəyinə  görə  kusuf  və  xusuf  günəş  və  ayın 

tam yaxud qismən tutulmasına deyilir. Hər ikisinin tutulmasını həm 

kusuf, həm də xusuf adlandırmaq olar. 

   Kusuf  namazı  günəş  və  ayın  tam  yaxud  qismən  tutulduğu  zaman 

iki rükətli dörd rüku və dörd səcdədən ibarət səslə qılınan namazdır. 

Bu namazlardan sonra bir xütbə vermək caizdir. Bu namazlardan nə 

sonra nə də əvvəl sünnə namazı qılınmır. 

   Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin   zamanında günəş tutuldu 

və  o,  camaatı  namaza  çağırmaq  üçün  bir  nəfər  göndərdi.  Onlar 



 

16

namaz  qılmaq  üçün  toplandıqdan  sonra  Peyğəmbər    təkbir  edib 



dörd rüku və dörd səcdədən ibarət iki rükət namaz qıldı.

32

 



   Günəş və ayın tutulması heç bir şəxsin ölümünə və ya doğulmasına 

görə deyildir. Uca Allah qullarını qorxutmaq üçün bunu belə edir. 

   Əbu  Məsud  əl-Bədri  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər 

  dedi: 


“Həqiqətən,  günəş  və  ay  Allahın  yaratdığı  rəmzləridir  ki,  Allah 

bununla (günəş və ay tutulması ilə) qullarını qorxudur. Günəş və ay 

heç  kəsin  ölümünə  və  ya  doğulduğuna  görə  tutulmur.  Onların 

tutulduğunu  gördüyünüz  zaman namaz  qılın  və  bu  hal  sona çatana 

qədər  Allaha dua edin”.

33

  



   Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin   zamanında günəş tutuldu 

və  o,  camaata  namaz  qıldırdı.  Namaz  əsnasında  qiyam  və  rükunu 

uzatdı,  sonra  rükudan  qalxdı  və  əvvəlkinə  nisbətən  az  qiyamda 

durdu,  sonra  rüku  etdi  və  əvvəlkinə  nisbətən  az  qiyamda  durdu, 

sonra  rüku  etdi  və  əvvəlkinə  nisbətən  az  rükuda  qaldı,  (rükudan 

qalxandan)  sonra  səcdə  etdi  və  onu  da  uzatdı.  İkinci  rükəti  də  bu 

qaydada qılıb, artıq günəşin üzü açıldığı zaman namazı bitirdi. Sonra 

Allaha  həmd-səna  edib  dedi:  “Həqiqətən,  günəş  və  ay  Allahın 

yaratdığı  rəmzləridir.  Onlar  heç  kəsin  ölümünə  və  ya  doğulduğuna 

görə tutulmur. Onların tutulduğunu gördüyünüz zaman Allaha dua 

edin,  təkbir  gətirin,  namaz  qılın  və  sədəqə  verin.  Ey  Muhəmməd 

ümməti!  Allaha  and  olsun  ki,  heç  biriniz  Allahın  zina  etdiyi  quluna 

(kişi və ya qadın) qarşı qeyrətli olduğu kimi (qeyrətli) ola bilməz. Ey 

Muhəmməd  Ümməti!  Mənim  bildiyimi  bilsəniz,  az  gülüb  çox 

ağlayardınız”.

34

 



   Əbu Musa əl-Əşari (r.a) rəvayət edir ki, Peyğəmbərin   zamanında 

günəş tutuldu. O, qiyamətin qopduğunu zənn edib məscidə gəldi və 

namaz  qıldı.  Namaz  əsnasında  qiyamı,  rükunu  və  səcdəni  uzatdı. 

Mən onun bu cür namaz qılmağını görməmişdim. Namaz qıldıqdan 

sonra  dedi:  “Allahın  göndərdiyi  bu  rəmzlər,  kiminsə  ölümünə  və 

doğulmasına  görə  deyildir,  lakin  Allah  bununla  qullarını  qorxudur. 

                                                   

32

 Səhih Muslim 2089. 



33

 Səhihu-l-Buxari 1041, Səhih Muslim 2111 

34

 Səhihu-l-Buxari 1044, Səhih Muslim 2086 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə