Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

23

tərk  edən  kimi  izah  edir).  Yenə  eyni  səviyyədə  olarlarsa  o  zaman 



onlardan  İslamı  ən  tez  qəbul  edəni  imam  dayanmalıdır.  Yenə  eyni 

səviyyədə  olarlarsa  o  zaman  yaşda  böyük  olan  şəxs  imam 

dayanmalıdır.  Nəhayət  yaşları  da  eyni  olarsa  o  zaman  imam  püşk 

atmaqla  təyin  edilir.  Peyğəmbər    buyurur:  “Allahın  kitabından  ən 

çox  bilən  şəxs  müsəlmanlara  imam  dursun.  Quranı  eyni  səviyyədə 

bilərlərsə sünnəni çox bilən, yenə eyni səviyyədə olarlarsa tez hicrət 

edən,  yenə  eyni  səviyyədə  olarlarsa  o  zaman  yaşı  çox  olan  imam 

dayansın”.

53

 

   Ev  sahibi  imam  durmağa  qonaqdan  daha  haqlıdır.  İmam  da  öz 



məscidinin  sultanıdır.  Məhz  buna  görə  onun  gəlişinə  qədər  namazı 

gözləmək və ya izni ilə camaat namazını qılmaq lazımdır. İmam izn 

verdikdə isə kimsə onu əvəzləyə bilər. 

            

 

Fasiq imamın arxasında qılınan namazın hökmü 



   Fasiq:  küfr  həddinə  çatmayan  böyük  günah  işləyən,  yaxud  kiçik 

günah  üzərində  davam  edən  müsəlmandır.  Əgər  fasiq  şəxs  imam 

dayanarsa  onun  arxasında  namaz  qılmaq  caizdir.  Buna  bir  çox 

hədislər  və  səhabələrin  əməlləri  dəlalət  edir.  Ümumilikdə  isə  qayda 

ondan  ibarətdir  ki,  namazı  səhih  olanın  imam  durması  da  səhihdir. 

Lakin bu cür insanı imam seçmək şəriətə müxalifdir. İmamlığa layiq 

olan  şəxs  dura-dura  fasiqi  imam  qoymaq  isə  haramdır.  Çünki  əgər 

fasiq  bir  müsəlmanın  verdiyi  xəbəri  dəqiqləşdirmədən  qəbul  etmək 

olmazsa,  deməli  bu  cür  insanı  imam  təyin  etməkdən  də  çəkinmək 

lazımdır.  Uca  Allah  buyurur:  “Ey  iman  gətirənlər!  Əgər  bir  fasiq  sizə 

(pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən 

bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!”

54

  

 



Uşağın arxasında qılınan namazın hökmü 

   Uşaq dedikdə həddi-buluğa çatmamış insan nəzərdə tutulur. Uşaq 

istər  fərz  istərsə  də  sünnə  namazında  imam  dayana  bilər.  Amr  ibn 

                                                   

53

 Səhih Muslim 673 



54

 əl-Hucurat surəsi, 6 




 

24

Sələmə  (r.a)  altı,  yaxud  da  yeddi  yaşı  olarkən  öz  qövmünə  imam 



təyin edilmişdir. Peyğəmbər   də bunu qadağan etməmişdir.

55

  



     

Kor adamın arxasında qılınan namazın hökmü 

   Kor adam imamlığa layiq olan sifətlərə malikdirsə o zaman o, imam 

dura  bilər.  Peyğəmbər 

  İbn  Ummu  Maktumu  (r.a)  iki  dəfə 

Mədinəyə  imam təyin etmişdir.

56

 Həmçinin Utban ibn Məlik (r.a) kor 



olsa da öz qövmünə imam dayanırdı.

57

  



 

Qul olan şəxsin imam dayanmasının hökmü 

   Qul olan şəxs namazda camaata imamlıq edə bilər. Əbu Huzeyfənin 

(r.a)  mövlası  Səlim  (r.a) Peyğəmbərin    vaxtında  imam  dayanardı.

58

 

İmam  Buxari  öz  Səhih  əsərində  qulun  imam  dayanmasının  caiz 



olması barədə müstəqil fəsil belə gətirir.   

 

Quranı yaxşı oxumayanın arxasında qılınan namaz 



   Yəni  Quran  oxuduğu  zaman  təcviddə,  yaxud  da  hərflərin 

deyilişində  etdiyi  xəta  nəzərdə  tutulur.  Bu  cür  insan  imam 

dayandıqda  onun  arxasında  namaz  qılmaq  barədə  alimlər  demişlər. 

“Əgər  savadsız  müsəlman  özü  kimi  savadsızlara  imam  dayanarsa 

onda hər ikisinin namazı səhihdir. Yox əgər bu cür imamın arxasında 

həm  savadsız,  həm  də  qari  varsa  onda  savadsızların    namazı  səhih 

qarinin namazı isə batil olur”.

59

  



  

Qadının qadınlara imam dayanmasının hökmü 

   Peyğəmbər   Abdullahın qızı Ummu Varaqanın evinə gəlib ona ev 

əhlinə  imam  dayanmasını  əmr  etdi.

60

 Həmçinin  Aişə  və  Ummu 



Sələmənin də qadınlara imam dayanması sünnədə varid olmuşdur. 

                                                   

55

 Səhihu-l-Buxari 4302 



56

 Sunənu Əbu Davud 2931 Albani bu hədisi səhihləşdirmişdir.  

57

 Səhihu-l-Buxari 667, Səhih Muslim 33 



58

 Səhihu-l-Buxari 692 

59

 Muğni 3/30-41, İnsaf 268-270 



60

 Sunənu Əbu Davud 592, Müsnədu Əhməd  6/405, Müstədraku Hakim 1203, Sunənu Beyhəqqi 

3/130. Albani bu hədisi səhihləşdirmişdir. 



 

25

 



Kişinin qadınlara imam dayanmasının hökmü 

   Ümumən  kişi  qadınlara  imam  dayana  bilər.  Əgər  qadınlar  kişiyə 

yaddırsa  və  fitnə  qorxusu  yoxdursa  kişinin  qadınlara  imam 

dayanması caizdir. Yox əgər qadın təkdirsə və kişiyə naməhrəmdirsə 

o  zaman  kişinin  imam  dayanması  haramdır.  İbn  Abbas  (r.a) 

Peyğəmbərdən    belə  rəvayət  etmişdir:  “Sizlərdən  biriniz  məhrəni 

yanında olmayan qadınla təklikdə qalmasın”.

61

 



 

Qadının kişiyə imam dayanmasının hökmü 

   Qadının  kişiyə  imam  durması  caiz  deyildir.  Əgər  qadın  kişiyə 

imam durarsa o zaman hər ikisinin namazları batil  olur. 

 

Təyəmmüm edənin dəstəmazlı olana imam dayanmasının hökmü 



   Əgər  bir  şəxs  hansısa  bir  səbəb  üzündən  təyəmmüm  edibsə  o, 

dəstəmaz  alan  camaata  imam  dayana  bilər.  Amr  ibnul-As  soyuq 

havada cünub olub təyəmmüm edir və sonra camaata imam dayanır. 

Peyğəmbərə    bunu  çatdırdıqda  o  Amr  ibnul-Asın  əməlini  təsdiq 

edir.

62

  



 

Müsafirin səfərdə olmayana imam dayanmasının hökmü 

   Müsafir  getdiyi  yerdə  yerli  camaata  imam  dayana  bilər.  Müsafir 

namazını qısaldıb qılır və salam verib namazı bitirdikdən sonra onun 

arxasında  namaz  qılan  yerli  camaat  qalxıb  namazı  tamamlayırlar. 

Ömər  (r.a)  Məkkəyə  gəldikdə  oradakı  müsəlmanlara  imam 

dayanaraq namazı iki rükət qılır və sonra deyir: “Ey Məkkə əhli biz 

müsafirik siz namazınızı tamamlayın”.

63

 

  



Səfərdə olmayanın müsafirə imam dayanmasının hökmü 

   Səfərdə  olmayan  müsafir  olan  şəxsə  imam  dayana  bilər.  Müsafir 

imama tabe olaraq onun arxasında namazını tam qılır. Hətta müsafir 

                                                   

61

 Səhihu-l-Buxari 1862. Səhih Muslim, 1341  



62

 Sunənu Əbu Davud 334. Albani bu hədisi səhihləşdirmişdir. 

63

 Muvatta İmam Malik 1/149 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə