Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

26

olan  şəxs  namazın  axırıncı  təşəhhüdünə  çatsa  belə  namazı  kamil 



şəkildə qılır. Buna səhabələrdən varid olan rəvayətlər dəlalət edir. 

  

İmamın fərz, məmunun



64

 isə sünnə namazı qılmasının hökmü 

   İmam  fərz  məmun  isə  onu  təqib  edərək  imamın  arxasında  sünnə 

namazı  qıla  bilər.  Peyğəmbər 

  dedi:  “Siz  yolda  ikən  namazı 

qıldıqdan  sonra  məscidə  gəldikdə  camaatla  birlikdə  namaz  qılın.  O 

da  sizin  üçün  nafilə  olar”.

65

 İbn  Qudama:  “Elm  əhli  arasında  bu 



məsələdə ixtilaf yoxdur”- demişdir.

66

 



 

İmamın sünnə məmunun isə fərz namazı qılmağının hökmü 

   İmam  sünnə  məmun  isə  onun  arxasında  fərz  namazı  qıla  bilər. 

Muaz  ibn  Cəbəl  (r.a)  Peyğəmbərlə 

  işa  namazını  qılıb  sonra 

qövmünün  məscidinə  gedər  və  həmin  namazı  onlara  qıldırardı.

67

 

Muaz ibn Cəbəlin (r.a) qıldığı birinci namaz fərz, qövmünə qıldırdığı 



namaz  isə  onun  üçün  sünnə  namazı  olurdu.  Peyğəmbər    də  bunu 

qadağan etmirdi. 

 

Dəstəmazı olmayan imamın qıldırdığı namazın hökmü 



   İmam  bilmədən  dəstəmazsız  halda  camaata  namaz  qıldırar,  sonra 

isə  dəstəmazının  olmadığını  xatırlayarsa  o  zaman  imam  həmin 

namazı təzədən qılır. Camaata isə namazlarını təzədən qılmaq gərək 

deyil. 


 

Nəcasətli halda imam dayanmağın hökmü 

   Əgər  paltarda,  bədəndə  və  yaxud  namaz  qılınan  yerdə  nəcasət 

olarsa  və  imam  namazdan  öncə  bunu  bilib  yadında  olduğu  halda 

namaz  qıldırarsa,  o  zaman  camaatın  qıldığı  namaz  səhih,  imamın 

namazı isə batil olur və imam bu əməlinə görə böyük günah qazanır. 

Yox əgər imam nəcasətin olduğunu namazdan əvvəl deyil, namazdan 

                                                   

64

 İmama tabe olaraq onun arxasında namaz qılan şəxs. 



65

 Sunənu Əbu Davud 575, Sunənu-t-Tirmizi 219, Sunənu-n-Nəsai 858 

66

 Muğni 3/68 



67

 Sunənu-l-Buxari 700. Sunənu  Muslim, 180-181. 




 

27

sonra  bilibsə,  o  zaman camaatın  qıldığı namaz  səhihdir,  lakin imam 



namazını təzədən qılır. Şeyxul-İslam ibn Teymiyyə demişdir: “Raşidi 

xəlifələrdən gələn sünnə belədir. Onlar camaata namaz qıldırar sonra 

nəcasət  gördükdən  sonra  namazlarını  təkrar  qılar  camaata  isə 

təzədən qılmağı əmr etməzdilər”.

68

 

 



Namazda olarkən nəcasətin olmasını bilən imam nə etməlidir 

   İmam  namazda  olarkən  paltarında  nəcasətin  olmasını  bidikdə,  o 

paltarı  çıxartmaqla  övrət  yeri  (göbəkdən  dizə  qədər)  açılmayacaqsa 

namaz  qılmaqda  davam  edərək  nəcasətli  paltarını  çıxarır.  Lakin 

paltarını çıxartmaqla övrət yeri açılacaqsa o zaman namazdan çıxır və 

öz yerinə camaatdan birini imam təyin edir. 

   Nəcasət  bədəndə  olarsa  az  hərəkət  etmək  şərti  ilə  onu  təmizləyə 

bilərsə təmizləyərək namazına davam edir, yox təmizləmək mümkün 

olmadığı  halda  isə  öz  yerinə  birini  imam  təyin  etməklə  namazdan 

çıxmalıdır. 

    

Camaatın sevmədiyi imamın arxasında qılınan namazın hökmü 



   Əgər  camaat  imamı  haqlı  olaraq  bəyənmirsə  onda  həmin  adamın 

imam durması bəyənilmir və lakin arxasında qılınan namaz səhihdir.  

   Şeyxul-İslam  ibn  Teymiyyə

69

 demişdir:  “Əgər  insanlar  dinindəki 



nöqsanlara görə – yalan, zülm, bidəət və s. – bir şəxsi sevmirlərsə və 

dinində ondan daha saleh – doğru danışan, elmli, dindar və s. – olanı 

sevirlərsə,  o  zaman  sevmədikləri  şəxsi  deyil  sevdikləri  insanı  imam 

təyin  etmək  onlara  vacibdir.  Necə  ki,  bu  haqda  Peyğəmbərdən   

varid  olan  hədisdə  deyilir:  “Üç  nəfərin  namazı  başından  yuxarı 

qalxmaz;  ağasından  qaçıb  geri  dönməyən  kölə,  ərini  qəzəbləndirib 

yatmış qadın və camaatın xoşlamadığı imam”

70

  



 

 

 



                                                   

68

 Məcmuəl fətava 20/264, 365 



69

 Məcmuu-l-Fətava İbn Teymiyyə 23/373. 

 

70

 Sunənu-t-Tirmizi360. Albanı bu hədisi həsən adlandırmışdır 




 

28

İmamın namazı çox uzatmasının hökmü 



   Namaz  qıldıran  adamın  namazı  çox  uzatmaması  Peyğəmbərin   

sünnəsidir.  Namaz  qıldırarkən  bəyənilən  əməl  sünnədə  varid  olan 

surələr qədər və ya ondan az oxumaqdır. Sünnədə varid olandan çox 

oxumaq  isə  bəyənilmir.  Peyğəmbər    Muaz  ibn  Cəbəli  (r.a)  namazı 

uzun-uzadı  qıldırdığına  görə  qınamış  və  onun  bu  əməlini 

bəyənməmişdir.  

   Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Sizdən 

biriniz camaata namaz qıldırdıqda onu yüngülləşdirin, çünki onların 

arasında zəif, xəstə və ehtiyac içində olanı var. Tək qıldığınız namazı 

isə istədiyiniz qədər uzadın”.

71

  

   Muhəmməd  ibn  Saleh  əl-Useymin  deyir:  “Sünnədə  varid  olandan 



çox oxumaq haramdır.

72

 . İnsan tək qıldıqda isə nə qədər istəsə uzada 



bilər.  

   Namazın  birinci  rükətini  ikinci  rükətindən  çox  uzatmaq  sünnədir. 

Qatədə (r.a) rəvayət edir ki, Peyğəmbər   birinci rükəti ikinci rükətə 

nisbətən daha uzun qılardı.

73

 Buna baxmayaraq ikinci rükətdə birinci 



rükətdə  olduğundan  bir  az  çox  oxumaq  olar.  Peyğəmbər    cümə 

namazında  birinci  rükətdə  əl-Aləq,  ikinci  rükətdə  isə  əl-Ğaşiyə 

surələrini  oxuyardı.  Məlumdur  ki,  əl-Ğaşiyə  surəsi  əl-Aləq  surəsin-

dən bir az uzundur. 

        

Namazın vaxtı çıxdıqdan sonra azan və iqamə oxumağın hökmü 

   Ümumiyyətlə  azan  və  iqamə  demək  camaat  üçün  istənilən  halda 

(səfərdə,  evdə,  vaxtı  ötmüş  namazı  qıldıqda)  fardul-kifayədir.  Tək 

namaz qılan şəxs üçün isə müstəhəbdir. Qadınlar üçün nə azan nə də 

iqamə  vermək  vacib  deyildir.  Lakin  səslərini  çox  uca  qaldırmadan 

bunu  etmələri  caizdir.  Azan  və  iqaməsiz  namaz  qılan  camaatın 

namazı  səhih  hesab  olunur,  lakin    vacibi  tərk  etdiyinə  görə  tövbə 

etməsi lazım gəlir. Unutqanlıqdan və ya bilməyərəkdən bunu edənlər 

isə müstəsnadır. 

                                                   

71

 Sunənu-l-Buxari 803, Sunənu Müslim 1047 



72

 əş-Şəhru-l-Mumti alə zadu-l-Mustəqnəi 4/ 273 

73

 Səhuhu-l-Buxari 776, Səhih Muslim 451 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə