Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

17

Belə olduğunu gördüyünüz zaman Allaha zikr və dua etməyə, ondan 



bağışlanma diləməyə tələsin!”

35

  



   Bu  namazların  hər  rükətində  olan  birinci  rüku  rukn,  ikincisi  isə 

sünnədir. Deməli hər rukətdə olan birinci rükuya çatan şəxs o rükətə 

çatmış,  ikinci  rükuya  çatan  isə  o  rükətə  çatmamış  hesab  olunur.  Bu 

namaza gecikən şəxs o namazı qəza eləmir. 

   Kusuf namazının vaxtı günəş və ya ay tutulan andan açılanadəkdir. 

Bu namazları qılmaq vacibdir. (fardu-l-kifayədir

36



37



  

    


   * İstisqa namazı 

   Camaatla  qılınan  sünnə  namazlarından  biri  də  istisqa  namazıdır. 

İstisqa:  dua  edib  Allahdan  yağış  yağdırmasını  istəmək  deməkdir. 

İstisqa namazı, xüsusən quraqlıq olduqda, ümumən isə istənilən vaxt 

dua  edib  Allahdan  yağış  yağdırmasını  istədikdə  iki  rükətli  səslə 

qılınan  sünnə  namazıdır.  Bu  namazdan  sonra  və  ya  əvvəl  bir  xütbə 

vermək  sünnədir.  Bu  namazlardan  nə  sonra  nə  də  əvvəl  sünnə 

namazı qılınmır.  

   Abdullah  ibn  Zeyd  ibn  Asim  əl-Mazini  (r.a)  rəvayət  edir  ki, 

Peyğəmbər    yağışın  nazil  olmasını  Allahdan  istəmək  üçün  əbasını 

tərsinə  çevirib  (geyindi),  qibləyə  tərəf  döndü  və  dua  etdi.  Sonra  iki 

rükət səslə namaz qıldı.

38

 

   Ənəs  ibn  Malik  (r.a)  rəvayət  edir  ki,  cümə  günü  bir  kişi  məscidə 



Ömərin  evinin  istiqamətində  olan  qapıdan  daxil  oldu  və  ayaq  üstə 

xütbə  verən  Peyğəmbərə    yaxınlaşıb  dedi:  “Ey  Allahın  elçisi!  Mal-

qara  həlak  olur,  səfərlər  də  dayandırılıb  (quraqlıq  olduğu  üçün 

dəvələrlə səfərə çıxmaq olmur.) Allahın bizə yağış nazil etməsi üçün 

dua  et!  Peyğəmbər    əllərini  qaldırıb  üç  dəfə  “Allahummə-sqinə” 

(başqa  rəvayətdə  Allahummə  əğisnə)  Allahım,  bizə  yağış  endir!  - 

                                                   

35

 Səhihu-l-Buxari 1059, Səhih Muslim 2114 



36

 Bir və ya daha çox müsəlmanın yerinə yetirilməsi ilə digərləri üçün vacib olmayan əmələ 

fardu-l-kifayə deyilir. 

37

 Təmamu-l-Minnə 261-262, əş-Şəhru-l-Mumti alə zadu-l-Mustəqnəi 5. 240; 4-8 



38

 Səhihu-l-Buxari1024; Səhih Müslim 2086 




 

18

deyə dua etdi”



39

 Ənəs (r.a) deyir ki, Allaha and olsun ki, göydə nəinki 

bulud, heç bulud parçası da yox idi. Bizimlə Səlin (Mədinə şəhərində 

dağ  adıdır)  arasında  nə  bir  ev  nə  də  bir  koma  var  idi.  Birdən  Səlin 

arasından  qalxana  bənzər  bir  bulud  göründü.  Bulud  gəlib  səmanın 

ortasına  çatdıqda  yayıldı  və  yağış  yağdı.  Allaha  and  olsun  ki,  bir 

həftə  gün  üzü  görmədik.  Cümə  günü  bir  kişi  yenə  məscidə  Ömərin 

(r.a)  evinin  istiqamətindən  olan  qapıdan  daxil  oldu  və  ayaq  üstə 

xütbə  verən  Peyğəmbərə    yaxınlaşıb  dedi:  “Ey  Allahın  elçisi!  Mal 

qara  həlak  olur,  səfərlərə  dayandırılıb  (yolları  su  basdığı  üçün 

dəvələrlə  səfərə  çıxmaq  olmur).  Allaha,  yağışı  dayandırmaq  üçün 

dua  et!”  Peyğəmbər    əllərini  qaldırıb  dua  etdi.  Bu  duadan  sonra 

buludlar  çəkildi  və  biz  qızmar  günəşin  altında  gəzişməyə  başladıq. 

Şureyk deyir ki, mən Ənəsdən (r.a): “O (ikinci dəfə gələn kişi) həmin 

kişi  (birinci  dəfə  gələn)  idi?”-  deyə  soruşduqda o:  “Bilmirəm”-  deyə 

cavab verdi.

40

 

   İstisqa  namazının  qılınması:  imam  birinci  rükətdə  ihram  təkbirin-



dən  və  namaza  giriş  (istiftah)  duasını  oxuduqdan  sonra  altı  dəfə 

təkbir etməli və adi sünnə namazının qılındığı qaydada həmin rükəti 

tamamlamalıdır.  İkinci  rükətə  qalxdıqdan  sonra  isə  beş  dəfə  təkbir 

etməli  və  adi  sünnə  namazının  qılındığı  qaydada  həmin  rükəti 

tamamlamalıdır.  Birinci  rükətdə  “əl-Əla”  ikinci  rukətdə  isə  “əl-

Ğaşiyə”  surələrini  oxumaq  sünnədir.  Camaat  da  imama  tabe  olaraq 

bu  hərəkətləri  yerinə  yetirməlidirlər.  İmam  Allaha  həmd  səna 

etməklə,  Ondan  bağışlanma  diləməklə  xütbəni  başlamalı,  sonra 

möminləri Cənnətlə müjdələməli, Cəhənnəm əzabından çəkindirməli, 

günaha  görə  tövbə  etmələrini  biri-birinə  nifrət  etməməklərini  və  s. 

lazımı  nəsihətləri  etməlidir.  Sonra  qibləyə  tərəf  çönüb  ridasını  və 

yaxud əynindəki ridaya oxşar paltarı çıxarıb tərsinə, sağı sol, solu da 

sağ  tərəfinə  geyinmək  sünnədir.  Daha  sonra  əllərini  göyə  tərəf 

qaldırıb Allahdan yağış yağdırması üçün dua etməlidir. 

    

                                                   



39

 Səhihu-l-Buxari1014 

40

 Səhihu-l-Buxari1013, Səhih Muslim 2075 




 

19

   * Təravih namazı. 



   Təravih  namazı  camaatla  birlikdə  qılınan  sünnə  namazlarından 

biridir.  Təravih:  istirahət,  dincəlmək  deməkdir.  Bu  namaz  uzun 

qılındığı üçün müsəlmanlar hər dörd rükətdən sonra dincəldiklərinə 

görə  belə  adlanır.  Bu  namaz  səslə  oxunan  və  on  bir  rükətdən  ibarət 

olan  namazdır.  Bu  namazı  məsciddə,  camaatla  bir  yerdə  qılmaq 

əfzəldir.  

   Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər   məsciddə gecələrin birində 

(Ramazan  ayında)  namaz  qıldı  və  camaat  da  onunla  bərabər  namaz 

qıldı.  Ertəsi  gün  yenə  namaz  qıldı  və  əvvəlkindən  də  çox  camaat 

onunla bərabər namazı qıldılar. Üçüncü  (və  ya dördüncü)  gün  yenə 

bu  hal  təkrar  oldu  və  ondan  sonra  Peyğəmbər    camaatla  namaz 

qılmağa  gəlmədi.  O  gecənin  səhəri  Peyğəmbər    dedi:  “Sizin  bu 

namazı  qılmaq  üçün  belə  çox  sayda  cəm  olduğunuzu  gördüm  və 

onun sizə fərz buyurulacağından qorxduğum üçün camaat namazına 

gəlmədim”.

41

  



   Peyğəmbərin    vəfatından  sonra  Ömərin  (r.a)  vaxtında  səhabələr 

bu  namazı  camaatla  birgə  qılmağa  başladılar.  Bu  namazı  imamla 

birlikdə  başlayıb  və  onunla  bitirən  şəxsə  böyük  savab  vardır. 

Peyğəmbər    demişdir:  “Kim  imamla  birlikdə  namaza  başlayar  və 

onunla  birlikdə  bitirərsə  həmin  şəxsə  gecəni  oyaq  qalıb    namazda 

keçirməyin savabı yazılar”.

42

 

   



Təvavih namazının vaxtı işa namazından sonra sübh namazınadək-

dir. 


  

   * Cənazə namazı. 

   Cənazə namazını qılmağın böyük fəziləti vardır. 

   Əbu  Hüreyra  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbər 

  buyurdu: 

“Cənazədə  iştirak  edib  namazını  qılana  bir,  (ondan  sonra)  dəfn 

olunana  qədər  onu  təqib  edənə  isə  iki  qirat  qədər  savab  yazılır”. 

Səhabələr: “İki qirat nə qədərdir?”- deyə soruşduqda, Peyğəmbər  : 

                                                   

41

 Səhihu-l-Buxari 1129, Səhih Muslim 1780 



42

 Sunənu Əbu Davud 1375, Sunənu-t-Tirmizi 805, Sunənu-n-Nəsəi 1363 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə