Camaat namazi



Yüklə 364,92 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix30.10.2018
ölçüsü364,92 Kb.
#76400
1   2   3   4   5   6   7   8   9   10   11

 

11

azan versinlər və kiməsə imam olmağı həvalə edib namaza gəlməyən 



kişilərin evlərini yandırım”.

24

   



   Hafiz  ibn  Həcər  bu  hədis  barədə  deyir:  “Bu  hədisin  zahiri  camaat 

namazının  vacibliyinə  dəlalət  edir.  Əgər  camaat  namazı  sünnə 

olsaydı onu tərk edənləri evlərinin yandırılması ilə qorxutmazdı”.

25

 



   Əbu  Hüreyra  (r.a)  rəvayət  edir  ki,  Peyğəmbərin    yanına  kor  bir 

kişi gəlib: “Məni məscidə aparan bir kimsə yoxdur”– deyərək namazı 

evində  qılması  üçün  izn  istədi.  Peyğəmbər 

  ona  evində  namaz 

qılmağa  izn  verdi.  Dönüb  getdikdə  isə  onu  çağırıb  dedi:  “Azanı 

eşidirsənmi?”  O:  “Bəli”–  deyə  cavab  verdi.  Peyğəmbər 

  dedi: 

“Namaza  gəl”.

26

 Hədisdən  də  göründüyü  kimi  Peyğəmbər    gözləri 



kor  olan  və  özünü  də  camaat  namazını  qılmaq  üçün  məscidə 

aparmağa  bir  kimsəsinin  olmadığı  adama  məsciddə  qılınan  camaat 

namazını  tərk etməyə  icazə  vermədi.  Elə  isə  sağlam  və  heç  bir  üzrü 

olmayan  kimsələrin  camaat  namazını  tərk  etmələrinə  heç  nə  ilə 

bəraət qazandırmaq olmaz. 

   


Camaatla qılınan namazlar 

   * Fəcr namazı. 

   Fəcr:  dan  yerinin  ağarmasına  deyilir.  Bu  namaza  həmçinin  sübh 

namazı  da  deyilir.  İki  rükətdən  ibarət  olub  səslə  qılınan  bu  namaz 

gün ərzində beş vaxt qılınması vacib buyurulan namazlardan biridir. 

Fəcr  namazını  başqa  namazlara  nisbətən  uzun  qılmaq  sünnədir.  Bu 

namazdan əvvəl daima qılınan iki rükət sünnə namazı vardır. 

   Fəcr  namazının  vaxtı  dan  yerinin  ağarmasından  günəş 

çıxanadəkdir.      

   


   * Zöhr namazı. 

   Zöhr:  günorta  vaxtına  deyilir.  Gün  ərzində  vacib  buyurulan  beş 

namazdan  biridir.  Bu  namaz  səssiz  qılınan  dörd  rükətli  namazdır. 

                                                   

24

 Səhihu-l-Buxari 644, Səhih Muslim 651 



25

 Fəthul-Bəri, 1/158 

26

 Səhih Muslim, 653 




 

12

Zöhr  namazından  əvvəl  iki  və  ya  dörd  rükət,  sonra  isə  iki  rükət 



sünnə namazı qılmaq olar. 

   Zöhr  namazının  vaxtı  günəş  zeniti  keçdikdən  sonra  hər  bir  şeyin 

hündürlüyü  ilə  kölgələrinin  uzunluğunun  bərabərləşdiyi  anadəkdir 

(əsr namazınadək). 

   

   * Əsr namazı 



   Əsr:  axşam  çağına  deyilir.  Bu  namaza  həmçinin  orta  namaz  da 

deyilir.  Gün  ərzində  vacib  buyurulan  beş  namazdan  biridir.  Bu 

namaz dörd rükətdən ibarət səssiz qılınan namazdır. 

   Əsr  namazının  vaxtı  əşyaların  hündürlüyü  ilə  kölgələrinin 

uzunluğunun 

bərabərləşdiyi 

andan 

əşyaların 



kölgələrinin 

uzunluğunun  onların  hündürlüyündən  iki  dəfə  artıq  olanadək  (caiz 

vaxtı) və ya gün batanadəkdir (zəruri halda).  

 

Qeyd:  Zöhr  və  əsr  namazlarının  vaxtında  qeyd  olunan  kölgələrin 



uzunluğu  məsələsi  yalnız  yer  kürəsinin  ekvator  xətti  üzərində 

yerləşən ölkələr üçün keçərlidir.    



 

 

   * Məğrib namazı. 



   Məğrib: günəşin batdığı vaxta və yerə deyilir. Gün ərzində qılınan 

beş namazdan biridir. Məğrib namazı üç rükətli, ilk iki rükəti  səslə, 

sonuncu  rükəti  isə  səssiz  qılınan  namazdır.  Məğrib  namazından 

sonra iki rükət sünnə namazı qılınır. 

   Məğrib namazının vaxtı günəş batan andan qaranlıq çöküb, üfüqdə 

olan qızartı itənə qədərdir. 



 

   


   * İşa namazı. 

   İşa: axşam üstü mənasını daşıyır. Gün ərzində vacib buyurulan beş 

namazdan biridir. İşa namazı dörd rükətli, ilk iki rükəti səslə, axır iki 

rükəti isə səssiz qılınır. Bu namazdan  sonra iki rükət sünnə namazı 

vardır. 

   İşa  namazının  vaxtı  qaranlıq  çökəndən  gecə  yarısınadəkdir.  Gecə 

yarısı isə gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısıdır.      



 

13

   Qeyd  etdiyimiz  bu  beş  namazın  vaxtlarına  dair  Peyğəmbərdən   



bir çox hədislər varid olmuşdur. 

  Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər   günəş zeniti 

keçdikdə (şiddətli istidə) zöhrü, günəş saf olduqda (hələ saralmamış) 

əsri,  günəş  batdıqda  da  məğribi  qılardı.  İşanı  isə,  səhabələrinin 

toplandığını  gördükdə  tez  (vaxtı  girəndə),  yubandıqlarını  gördükdə 

isə gec qılardı. Sübhü isə Peyğəmbər   qaranlıqda qılardı.

27

  

   Əbul-Minfəl  rəvayət  edir  ki,  Mən  və  atam,  Əbu  Bərzətə  əl-



Əsləminin  yanına  getdik.  Atam  ona:  “Danış,  görək  Peyğəmbər   

namazları necə qılardı?” - deyə müraciət etdikdə, o dedi: “Peyğəmbər 

 əl-Hicri (zöhr namazı) – sizin saydığınız ilk namazı – günəş zeniti 

keçdikdə  qılardı.  Əsri  qıldıqdan  sonra  bizlərdən  biri  şəhərin 

kənarında  yerləşən  evinə  qayıdana  qədər  günəş  hələ  saralmazdı. 

Məğrib 


haqqında 

dediyi 


yadımdan 

çıxıbdır. 

əl-Atəmətu 

adlandırdığınız işanı gecikdirməyi xoşlayar, ondan qabaq yatmağı və 

ondan sonra danışmağı isə bəyənməzdi. Sübh namazını isə hər kəsin 

yanındakını  seçə  bildiyi  vaxtda  (  hava  bir  az  işıqlandıqda)  bitirərdi. 

Bu namazda o, altmış ayədən yüz ayəyə qədər oxuyardı”.

28

       



   

   * Cümə namazı. 

   Cümə:  hicri  təqvimində  həftənin  yeddinci  gününə,  miladi 

təqvimində isə həftənin beşinci gününə deyilir. Cümə namazı həftədə 

bir  dəfə  cümə  günü camaatla  birgə  qılınan namazdır.  Cümə  namazı 

zöhr namazından fərqli, müstəqil yerinə yetirilən bir ibadətdir. Cümə 

namazı  ilə  zöhr  namazının  vaxtı  eyni  olsa  da,  uca  səslə  qılınması, 

rükətlərinin sayının iki olması, xütbənin oxunması və başqa şərtlərinə 

görə  bir-birindən  fərqlənirlər.  Bu  namazın  hökmü  vacibdir.  Onun 

vacibliyinə  Quran,  sünnə  və  alimlərin  ittifaqı  dəlalət  edir.  Cümə 

namazından  sonra  məsciddə  dörd  rükət,  evdə  isə  iki  rükət  sünnə 

namazı qılmaq olar.  

   

                                                   



27

 Səhihu-l-Buxari 560, Səhih Muslim 1458   

28

 Səhihu-l-Buxari 547, Səhih Muslim 1403 




Yüklə 364,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə