Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

VI
ÇUVAŞ DİLİ
Çuvaşca türk dillərinin ən əskilərindən biridir. Nəzərə belə gə­
lir  ki,  bulğar və  xəzər dilləri  əsasında  formalaşmışdır  (V-X  əsrlər). 
Çuvaş  Respublikasının  milli  dilidir.  Təxminən  iki  milyon  nəfər bu 
dildə  danışır.  Bir milyondan  artıq  insan  Çuvaşistanda,  qalanı  Tata- 
ristan,  Başqırdistan  və  Rusiyanın  Kuybişov  və  Ulyanovsk  vilayət­
lərində yaşayırlar.
Çuvaşistan,  Volqa  və  Ural  bölgəsinin  cənubunda  yerləşib, 
mərkəzi  Çebukser və  ya  Çabuksardır.  Nüfiısu təxminən  1.5  milyon 
nəfərdir  ki,  80%-ni  çuvaş  türkləri,  15%-ni  ruslar və  qalanını  da ta­
tarlar təşkil  edir.  Çebukser Volqa çayının kənarında yerləşir. Ancaq 
Çuvaşistanın  ən  böyük  şəhəri  Alatirdir.  Kanaş  şəhəri  mərkəzdə  və 
dəmir yollarının keçid nöqtəsindədir.
Çuvaşlar  XVI  əsrdən  sonra  rusların  təsiri  və  nüfuzu  altında 
qalaraq  xristianlığı  qəbul  etdilər.  Buna  baxmayaraq,  çuvaşlann  bö­
yük bir hissəsi müsəlmandır və digər bir qismi isə şamanizmə inanır.
XVIII əsrdən etibarən bu dil tədqiq olunmağa başlamış və  So­
vet rejiminin qurulmasından sonra da milli dil olaraq seçilmişdir.
Çuvaş  kəlməsinin mənşəyi  qəti  olaraq bəlli deyil.  Nəzərə belə 
gəlir ki,  Suvar (Sabir)  tayfasının  adı  ilə  əlaqədardır.  Nemethə  görə, 
bir qırğız  tayfasının  adı  olan  Zivas  (səssiz,  təvazökar)  kəlməsindən 
gəlmişdir.  Bəziləri də onu bir hun tayfasının adı olan Sevas kəlməsi 
ilə bağlı saymışlar.
Çuvaşca kəlmələrin  əksəriyyəti  türk  mənşəlidir:  “xun”  (xan), 
“ikə” (iki), “ar” (ər), “tuta” (dodaq), “ənsə”, “xol” (qol), “ivaç” (ovuc), 
“atə” (ata), “anə” (ana), “pilək” (bilək), “tir” (dəri), “sasa” (səs).
Buna  baxmayaraq,  çuvaş  dilinə  məxsus  bir  çox  kəlmə  də 
mövcuddur.  Aynca  bu  dil  ərəb,  fars,  moğol,  rus,  mari  və  udmurt 
dillərindən də kəlmə almışdır.
141


Çuvaş dilində türkcə İy/ səsi /s/ ilə;  /z/ səsi /r/ ilə və İş/  səsi  /1/ 
ilə əvəzlənir.
Bu dildə  9  səsli vardır.  Ancaq /ö/ səsi yoxdur,  /o/ səsi  də  alın­
ma  sözlərdə  və  şimal  ləhcəsində  (yuxan  Volqa)  görünür.  Səslilər 
digər türk dilləri ilə müqayisədə dəyişimə məruz qalmışlar:
/a/ > /u/: “araba” yerinə “urapa” (maşın), “alma” yerinə “ulma”. 
/e/ > /al:  “er” yerinə “ar” (ər).
/i/ > /a/:  “kim” yerinə “kam”.
/a/ > /ı/: “bal” yerinə “bil” .
/o/ > /u/: “boş” yerinə “puşa”.
/u/ > /a/: “duma” yerinə “tama”.
/ö/ > /ü/:  “döşək” yerinə “tüşək”.
Bu dildə kəlmələr səslilərlə başladıqlan  zaman,  sözün  əvvəlinə 
/v-/ və /y-l  əlavə  olunur:  “ol”  yerinə  “val”  (o),  “odun”  yerinə  “vuta” 
kimi.
Ümumiyyətlə,  ahəng  vardır.  Ancaq  mürəkkəb  kəlmələrdə  bə­
zən pozulur. Bundan əlavə, şəkilçilər də bir çeşidli və incədir.
Bu  dildə  17  samit  vardır,  /b/,  /q/,  /d/,  /j/,  /z/,  /f/,  /ts/  səsləri 
alınma sözlərdə işlənir.
Bu  dildə  samitlərin  çoxu  uzun  tələffüz  edilir  və  sözlərin  m ə­
nasını dəyişir.
Söz  sonundakı  /k/  və  /q/  səsləri  tədriclə  düşməkdədir:  “xay- 
ma” (qaymaq), “sura” (daraq).
/k/ və /q/  səsləri  /x/  ilə  əvəzlənir.  Məsələn,  “xırx”  (qırx),  “su- 
xal” (saqqal), “uxsax” (axsaq).
Cəm və  çoxluq üçün /-səm/;  inkar üçün  /-sar/  və  /-sər/,  səbəb 
və məqsəd üçün /-şan/ və  /-şən/ işlənir.
Daha üstünlük sifəti /-rax/ və /-tarax/dır.
Üstünlük sifəti üçün /-ci/, /-çit/, /-ver/, /-səm/ işlənir.
Saylar:  “per”  (1),  “ike”  (iki),  “visə”  (3),  “tavana”  (4),  “pilək” 
(5),  “ulta”  (6),  “siçə”  (7),  “sakar”  (8),  “taxa”  (9),  “vuna”  (10),  “si­
rəm” (20), “vatar” (30), “xırx” (40), “ala” (50), “utmal” (60) və s.
Şəxs  əvəzlikləri:  “əpə”  (mən),  “ese”  (sən),  “val”  (o),  “epir” 
(biz), “əsir” (siz), “vəsəm” (onlar).
Fellərdə inkar üçün “an” işlənir:  “anpar” (vermə).
142


Sual üçün türkcə /-mi/ yerinə /-i/ və /-şi/ işlədilir.
Bu  dilin  iki  dialekti  və  bir  neçə  şivəsi  vardır:  1.  Şimal  və  ya 
şimali Volqa dialekti.  2. Cənub dialekti.
Ədəbi dil cənub dialekti əsasında formalaşmışdır.
Bu  dialektlər arasındakı  fərqliliyə nümunə  olaraq  deyə bilərik 
ki,  cənub  dialektində  ilk  hecadakı  /u/  şimal  dialektində  /o/dur: 
“uram”  >  “oram”  (küçə).  Ayrıca  kəlmə baxımından  da  fərqliliklər 
vardır.
143


VII
YAKUT DİLİ
Yakut  dili  Yakut  Muxtar  Respublikası  və  ya  Yakutistanın 
milli  dilidir.  Yakutlar  Sibiryanın  şimal-şərqində  Yakutsk  əyaləti  və 
Oxutsk körfəzinə  qədər uzanan  Lena  çayı  ətrafında  yaşayırlar.  Ya­
kutlar  tarix  öncəsi  dövrdə  Ural-Altay  bölgəsindən  bu  bölgəyə  köç 
etmişlər. Onların bir hissəsi də Amur,  Saxalin, Maqadan və Krasno­
yarsk vilayətlərində yaşayırlar.  Yakutlar daha çox maldarlıqla məş­
ğuldurlar.  Ancaq  qonşuları  olan  tunquslann  peşəsi  ovçuluq  və  ba­
lıqçılıqdır.  Bu məntəqədə yay  aylarında havanın  istilik  dərəcəsi  35, 
qışda  40-dır.  Yakutlar  güclü  insanlardır.  Uşaqlarını  soyuğa  və  çə­
tinliyə  alışdırırlar.  Qırğızlar  kimi  çörək  yeməzlər  və  yeməkləri, 
ümumiyyətlə,  ət və  süddür.  İçəcəkləri  qımızdır.  Bəziləri  çay və  son 
zamanlarda spirtli  içkilər də  içirlər.  Sovetlər dövründə  Yakut  Mux­
tar  Respublikası  adlı  bir  cümhuriyyət  qurdular.  Əskidən  yakutlara 
“Uranxay”  deyilərdi.  Yakutlar özlərinə  “saha”  və ya  “saka”  (insan) 
deyərlər.  Onların qonşusu və düşməni olan tunquslar onlara “Yaqu” 
deyirlər.  Moğollar da  ona  “t”  (cəm  şəkilçisi)  əlavə  edərək  “Yaqut” 
deyirlər.  Onlar  Şaman  dininə  inanır,  etnik  və  dini  adət-ənənələrini 
qoruyub saxlayırlar.
Onların dili  haqqında öncə Böhtlingk,  uzun  tədqiqatdan  sonra 
1851-ci  ildə  yakut  qrammatikasını,  mətnlər  və  lüğət  kitabını  nəşr 
etdirdi62.  Sonra  Radiov  uzun  araşdırma  və  tədqiqatdan  sona  yakut 
dilinin  qrammatikası  və  lüğətini  yayınladı.  Sovet  rejiminin  qurul­
masından sonra kiril  əlifbasına keçildi,  yazılı  dil  və  ədəbiyyat mey­
dana gəldi.
62 Böhtlingk, O, Über die Sprahe der Yakuten,  St.  Petersburg,  1851.
144


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə