Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   7   8   9   10   11   12   13   14   ...   69

46 
 
nişanəsi  yox  idi.  Belə  şaxtalı  çöllərdə  yalnız  vəhşilər 
irəliləyirdi.  Həyat  yalnız  onların  içində  qaynayırdı.  Bu 
vəhşi  canlılar  yaşamaq  istəyirdilər.  Bu  vəhşi  canlılar 
parçalamaq üçün başqa bir canlı axtarırdılar. 
Canavarlar çox gəzib dolaşdılar, çayları, düzənləri ötüb 
keçdilər.  Nəhayət,  qarşılarına  ov  çıxdı.  Onlar  sığın 
dəstəsinə rast gəldilər. İlk ovları da yekə bir sığın oldu. Bu, 
əsl həyat demək idi! Bu, dadlı  ət idi və daha bu  əti sirli 
tonqalların  alovlan  və  yaxud  közərmiş  odun  parçalan 
qorumurdular.  Canavarlar  birinci  dəfə  deyildi  ki,  belə 
haçalanmış  iri  dırnaqlarla,  şaxələnmiş  buynuzlarla 
rastlaşırdılar.  Vəhşilər  adi  ehtiyat  hisslərini  və 
sərvaxtlığmı  belə  unutmuşdular.  Döyüş  şiddətli,  amma 
qısa oldu. Sığını hər tərəfdən mühasirəyə aldılar. Sığın iti 
dımaqlan ilə dəqiq zərbələr endirərək, canavarların qarnını 
yırtır, kəllələrini dəlik-deşik edirdi. Nəhəng iri buynuzlan 
ilə onların sümüklərini sındınrdı. Sonra da ləhləyə-ləhləyə 
onlan  qann  üstüylə  sürüyür,  altına  basıb  əzirdi.  Amma 
ölüm  onun  başının  üstündə  hərlənirdi.  Axır  ki,  ayaqları 
gücdən  düşdü  və  dişi  canavar  quduzcasına  onun 
boğazından yapışıb yırtdı. O biri canavarlar isə harası gəldi 
ağız atıb onu tikə-tikə doğradılar. 
Ət çox idi. Sığın səkkiz yüz funtdan çox gələrdi. Hər 
canavara  təxminən  iyirmi  funt  düşdü.  Canavarlar  heyrət 
downloaded from KitabYurdu.org


47 
 
ediləsi  bir  cəldliklə,  acgözlüklə  əti  təpişdirdilər.  Az 
keçmədi ki, canavar sürüsünün cənginə keçmiş o nəhəng, 
möhtəşəm,  kök  heyvandan  yalnız  qar  üstünə  səpələnmiş 
sür-sümük qaldı. Canavarlar qarınlarını doydurub yatdılar. 
Qarınları dolu olan erkək canavarlar şıltaqlıq eləməyə 
başladılar.  Gah  küsdülər,  gah  dalaşdılar  və  təxminən 
günün axırına kimi beləcə oynaqlaşdılar. Sonra sürü yavaş-
yavaş  dağılışmağa  başladı.  Aclıq  qurtarmamışdı. 
Canavarlar  bol  quş  məskəninə  gəlib  çatmışdılar,  hələlik 
sürü  ilə  ov  edirdilər.  Amma  boğaz  olan  dişi  və  ya  güclü 
sığın  dəstələrinə  rast  gələndə  çox  ehtiyatlı  hərəkət  edir, 
onlardan uzaqlaşırdılar. 
Günlərin  birində  canavar  sürüsü  iki  dəstəyə  bölündü. 
Dişi  canavar,  cavan  başçı  və  təkgöz  canavar  dəstənin 
yarısını  şərqə,  Makkenzi  çayına  tərəf,  bir  az  da  irəli, 
göllərə  tərəf  apardılar.  Bu  balaca  dəstə  də  yavaş-yavaş 
azalırdı.  Canavarlar  artıq  iki-iki  gəzməyə  başlamışdılar. 
Onlardan biri dişi, o biri isə erkək olurdu. Dişi canavarın 
dəstəsinə  girmiş  tənha  bir  yalquzaq  təkgöz  tərəfindən 
qovuldu:  nəhayət,  bu  balaca  dəstədə  dörd  canavar  qaldı: 
dişi canavar, təkgöz, ağ başçı və üçyaşar canavar. 
Bu müddətdə dişi canavarın xasiyyəti çox dəyişmişdi - 
ona  nəvaziş  göstərən  hər  üç  canavara  qarşı  quduzluq 
edirdi.  Amma  canavarlar öz  “sevgililərinə”  heç  vaxt  əks 
downloaded from KitabYurdu.org


48 
 
həmlə etmirdilər. Yalnız bellərini dişi canavarın iti dişləri 
altına  yaxınlaşdırır,  quyruqlarını  bulayır,  onun  başına 
dolanırdılar.  Bu  hərəkətləri  ilə  onlar  dişi  canavarın 
qəzəbini 
ölçməyə 
çalışırdılar. 
Bu 
canavarlar 
“sevgililərinə”  mülayimlik  göstərsələr  də  bir-birlərini 
görməyə  gözləri  yox  idi.  Üçyaşar  canavarın  azğınlığı  o 
birilərini lap təngə gətirmişdi. Boğuşmaların birində üçya-
şar canavar qoca vəhşinin kor göz cinahından şığıyıb onun 
qulağını  parçaladı.  Amma  təkgöz  gəncliyə  və  güclü 
qüvvəyə  qarşı  özünün  uzun  illərdən  bəri  topladığı 
təcrübəsini,  ağlını  köməyə  çağırdı.  Onun  kor  gözü  və 
zolaq-zolaq  kəsilmiş  sir-sifəti  bu  canavarın  çoxillik 
təcrübəsindən təntənə ilə xəbər verirdi. O, çox döyüşlərdən 
çıxmışdı. Buna görə də indi onunçun necə hərəkət etmək 
barədə fikirləşmək lazım gəlmədi. 
Döyüş  ədalətlə  başladı,  amma  ədalətsiz  qurtardı. 
Əlbəttə, qoca canavara cavan ağ başçı kömək etməsəydi, 
bəlkə də döyüşün sonu başqa cür nəticələnəcəkdi. Vəhşilər 
birlikdə  üçyaşar  canavarın  üstünə  şığıdılar.  Üçyaşar 
canavar qoca canavarla başçının cənginə keçdi. Beləliklə, 
hər  şey  -  ötən  günlər,  birlikdə  ov  edib  parçaladıqları 
heyvanlar,  ac  qaldıqları  vaxtlar  unuduldu.  Sanki  bütün 
bunlar heç olmamışdı, ötən günlər keçmişdə qalmışdı. İndi 
onları daha dəhşətli, hətta aclıqdan da amansız, şiddətli bir 
downloaded from KitabYurdu.org


49 
 
hiss çulğamışdı. Bu, məhəbbət hissi idi! 
Bununla  belə,  bütün  bu  ədavətin  səbəbkan  olan  dişi 
canavar  qarın  üstündə  arxayın-arxayın  oturub  döyüş 
meydanını  izləyirdi.  Bu  döyüş  ona  ləzzət  verirdi. 
Canavarların tükləri dimdik qalxmışdı. Dişləri bir- birinə 
dəyir,  şaqqıldayır,  sonra  da  cavan  üçyaşar  canavarın 
bədənini didik-didik edirdilər. Bütün bunlar dişi canavara 
sahib olmaq istəyindən doğmuşdu. 
Üçyaşar  canavar  ömründə  ilk  dəfə  məhəbbət  dadırdı. 
Amma, o öz sevgisi uğrunda həyatını qurban verdi. İndi 
hər  iki  rəqib  bu  cavan  vəhşinin  cəmdəyi  üstündə 
durmuşdu.  Vəhşilər  oturub,  sanki  gülümsəyən  dişi 
canavara  baxırdılar.  Burası  da  var  idi  ki,  qoca  canavar 
sevgi-məhəbbət  məsələlərində  daha  ağıllı,  tədbirli, 
təcrübəli idi. Cavan başçı çiynindəki təzə yaralan yalamaq 
üçün başını çevirmişdi. Onun peysəri düz rəqibinin çənəsi 
yanındaydı. Qoca canavar tək gözü ilə belə əlverişli şəraiti 
qiymətləndirməyə bilməzdi. Birdən o, güllə kimi rəqibinin 
üstünə  şığıdı  və  rəqibin  boğazı  qoca  vəhşinin  cənginə 
keçdi.  O,  möhkəm  bir  dişdəm  götürərək  rəqibinin 
boğazındakı  damarlan  doğrayıb  tökdü  və  dərhal  kənara 
sıçradı. Cavan canavar nərə çəkdi. Onun dəhşətli nəriltisi 
titrək öskürəyinə qarışdı. O, qan tökə-tökə, öskürə-öskürə 
qoca  canavarın  üstünə  cumdu.  Amma  həyatı  sönürdü. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə