Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə13/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   9   10   11   12   13   14   15   16   ...   69

54 
 
döyəcləyirdi. Onun  əvvəlki narahatlığı yenə qayıtdı. Dişi 
canavar  isə  ürəyində  tutduğu  qarşısıalınmaz,  möhtəşəm 
ehtiyac  hissinin  səbəbini  tapmağa  çalışırdı.  Sonra  dişi 
canavar  geri  döndü. Təkgözlə  birlikdə  meşəyə  sarı  qaçıb 
ağacların arasına girdi. Bu səssiz-səmirsiz meşəyə ay işığı 
düşmüşdü.  Onlar  ayın  solğun  işığında  kölgə  kimi 
sürünürdülər.  Sonra  bir  cığır  tapdılar,  dərhal  burunlarını 
qarın  içinə  soxdular,  cığıra  təzə  izlər  düşmüşdü.  Təkgöz 
ehtiyatlı  tərpənirdi.  Rəfiqəsi  də  onun  dalınca  düşmüşdü. 
Onların  məxmər  kimi  yumşaq,  enli  pəncələri  qarın içinə 
girib-çıxırdı.  Birdən  təkgöz  ağ  qar  örtüyü  üstündə  nəsə 
başqa  ağ  şey  gördü.  Təkgöz  daha  sürətlə  sürünməyə 
başladı. Onun qabağında tutqun ağ ləkə vardı. 
Canavarlar ensiz tala ilə qaçmağa başladılar. Tala hər 
tərəfdən  cavan  şam  ağaclan  ilə  örtülmüşdü  və  buranı  ay 
apaydın işıqlandırırdı. Bu vaxt qoca canavar gecə çarpan 
ağ ləkəyə yetişib onu yaxaladı. Ağ ləkə lap yaxında, lap 
qoca canavarın bir-iki addımlığında idi. Lakin vəhşi, onun 
üstünə tullana bilmədi. Çünki bu ağ ləkə dovşan idi və o. 
düz təkgözün başı üstündən hündürə tullandı və yellənərək 
havada rəqs etdi. 
Təkgöz  qorxudan  hürküb  geri  çəkildi,  bu  naməlum, 
canlı  əşyaya  qeyzlə  mırıldandı.  Dişi  canavar  isə  sakitcə 
qabağa keçdi. Tullanıb dovşanı qamarlamağa çalışdı. O lap 
downloaded from KitabYurdu.org


55 
 
hündürə  tullandı.  Amma  tuta  bilmədi.  Dişlərini 
şaqqıldatdı, yenə sıçradı, bir şey alınmadı. Təkgöz yavaş-
yavaş  qalxıb  rəfiqəsinin  hərəkətlərini  izləyirdi.  Nəhayət, 
dişi canavarın boş cəhdləri onu bezdirdi. Təkgöz daha çox 
hündürə tullanaraq dovşanı cənginə aldı, yerə endi. Elə bu 
vaxt  böyürdən  nəsə  şübhəli  bir  xışıltı  səsi  gəldi.  Təkgöz 
üstünə  sallanmış  cavan  şam  ağacını  gördü.  Çənəsi 
aralandı.  Bu  naməlum  əşyadan  təhlükə  hiss  edib  geriyə 
tullandı. Xırıltı ilə nərildəyib dişlərini şaqqıldatdı. Tükləri 
dimdik  durdu.  Cavan  şam  ağacı  isə  dümdüz  dikəldi, 
dovşan yenə havada yelləndi. 
Dişi  canavar  quzğuna  dönmüşdü.  O,  təkgözün 
çiynindən bir dişdəm götürdü. Təkgöz bu qəfil dişdəkdən 
qorxub  nərə  çəkdi.  Sonra  quduz-  casma  rəfiqəsinin 
çənəsini  yaraladı.  Onun  belə  müqavimət  göstərməsi  dişi 
canavar  üçün  gözlənilməz  idi.  O,  hiddətlənib  təkgözün 
üstünə şığıdı, nərə çəkdi. Təkgöz qoca vəhşi artıq səhvini 
başa  düşmüşdü.  Rəfiqəsindən  aman  istədi,  amma  dişi 
canavar  dayanmaq  bilmirdi.  Barışmaq  üçün  bütün 
ümidlərini  itirən  təkgöz  rəfiqəsinin  dişdəklərindən 
qorunmağa başladı. O, başını gizlədib, gah sağ, gah da sol 
çiynini  rəfiqəsinin  cənginə  verirdi.  Dovşan  isə  hələ  də 
havada yellənirdi. Dişi canavar pusquda duran pişik kimi 
qarın üstünə oturdu. Bu sirli şam ağacından daha çox öz 
downloaded from KitabYurdu.org


56 
 
rəfiqəsindən  qorxan  təkgöz  təzədən  havaya  tullandı. 
Dovşanı qamarlayıb yerə qısıldı. Tək gözünü balaca şam 
ağacına  zillədi.  Ağac  əvvəlki  kimi  yerə  qədər  əyilmişdi. 
Canavar  farağat  durmuşdu  və  indicə  dəyəcək  zərbəni 
gözləyə-gözləyə  tüklərini  pırpızlaşdırmışdı.  Amma  öz 
ovunu ağzından buraxmadı. Bu dələ zərbə olmadı. Ağac 
eləcə əyilib qalmışdı. Canavar tərpənən kimi şam ağacı da 
yelləndi.  Təkgöz  möhkəm  sıxılmış  çənələri  arasından 
mınldadı.  Elə  bil  ağac  canavarın  tərpənməyinə  bənd  idi. 
Vəhşi tərpənən kimi ağac da yellənirdi. Təkgöz hərəkətsiz 
qalmağı  üstün  tutdu.  Amma  dovşanın  isti  qanı  yaman 
ləzzətli  idi.  Bu  çətin  vəziyyətdən  təkgözü  dişi  canavar 
qurtardı. Dişi canavar onun cəngindən dovşanı aldı. Şam 
ağacı yırğalanıb dikələnə kimi dovşanı parçaladı. İndi ağac 
dümdüz  qalmış,  əvvəlki  görkəmini  almışdı.  Daha  onları 
narahat  etmirdi.  Canavarlar  bu  sehrli  ağacın  onlara  bəxş 
etdiyi dadlı ovu öz aralarında böldülər. 
Vəhşi  canavarlara  belə  cığırlar  tez-tez  rast  gəlirdi. 
Talacıqlarda  dovşanlar  atılıb  düşür,  adamların  qurduğu 
tələyə  ilişirdilər.  Təkgözlə  dişi  canavar  isə  onları 
qamarlayardılar.  Dişi  canavar  adətən  həmişə  qabaqda 
irəliləyir, tələyə düşmüş ovu birinci qamarlayırdı. O, ov et-
mək elmini yaxşı mənimsəmişdi. 
 
downloaded from KitabYurdu.org


57 
 
YUVA 
Avarlar iki gün, iki gecə hindu düşərgəsinin ətrafında 
hərləndilər.  Təkgöz  bərk  narahat  idi.  Qorxurdu.  Düşərgə 
dişi  canavarı  maqnit  kimi  özünə  çəkirdi  və  o,  heç  yana 
çıxıb getmək istəmirdi. Bir gün səhər canavarların lap bir-
iki addımlığında güllə səsi eşidildi. Güllə tək- gözün başını 
qısıb dayandığı ağaca sancıldı. Canavarlar bu dəfə tərəd-
düd  etmədən  götürüldülər  və  təhlükə  sovuşana  qədər 
qaçdılar. 
Onlar  üç  gün  qaçdılar.  Dişi  canavar  öz  axtarışlarını 
daha inadla davam etdirirdi. Bu üç gün  ərzində o, yaman 
ağırlaşmışdı.  Sürətlə  qaça  bilmirdi.  Bir  dəfə  o,  dovşan 
qovurdu  (adi  günlərdə  dovşanı  tutmaq  canavar  üçün  su 
içmək  kimi  bir  şeydi),  birdən  dayandı  və  dincini  almaq 
üçün qamı üstə uzandı. Təkgöz ona yaxınlaşıb nəvazişlə 
bumunu  rəfiqəsinin  boyun-boğazına  sürtmək  istədi. 
Amma  qəflətən  dişi  canavar  onu  elə  möhkəm  dişlədi  ki, 
təkgöz təəccüb içində çömbəldi və gülünc bir görünüş aldı. 
O, rəfiqəsinin dişdəklərindən özünü qorumağa çalışdı. Dişi 
canavar  isə  daha  çox  amansız  olmuşdu.  Bütün  bunlara 
təkgöz  təmkinlə  dözürdü.  O  da  öz  növbəsində  çox 
qayğıkeş olmuşdu. 
Nəhayət, dişi vəhşi axtardığını tapdı. O, axtardığını yay 
aylarında Makkenziyə tökülən balaca bir çay axarının bir 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə