Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə20/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

Coğrafiya və təbii resurslar, №1, 2015 
36                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
НАУЧНО-ПРАКТИЧЕСКИЕ ОСНОВЫ 
ИСПОЛЬЗОВАНИЯ ГЕОФИЗИЧЕСКИХ 
МЕТОДОВ В ЛАНДШАФТНЫХ 
ИССЛЕДОВАНИЯХ 
А.Т.Ахвердиев, Т.Б.Гусейнов 
Вкратце характеризуются научно-методичес-
кие  основы  ландшафтных  геофизических  исследо-
ваний. Изучение ландшафта геофизическими мето-
дами позволяет определить географические законо-
мерности 
дифференциации 
пространственных 
структур  и  обмен  веществ  в  нем.  Фитобиоло-
гическая  продуктивность  ландшафта  и  тенденция 
развития в зависимости от характера ландшафтной 
геофизики испытывают изменение. 
 
SCIENTIFIC AND PRACTICAL BASES THE 
USE OF GEOPHYSICAL METHODS IN 
LANDSCAPE RESEARCHES 
A.T.Hagverdiyev, T.B.Huseynov 
Scientific and methodical bases of the landscape 
geophysical  researches  are  briefly  characterized.  The 
study  of  landscape  by  geophysical  methods  allows  to 
determine the geographical regularity of differentiation 
of  space  structures  and  exchange  of  matters  in  it.  The 
phytobiological  productivity  of  landscape  and  deve-
lopment  tendency  depending  on  the  nature  of  land-
scape geophysics are subjected to changing.  
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 37 
 
İQLİMŞÜNASLIQ
 
 
©
 
R.H.Qardaşov, R.M.Məmmədov 
YOL BOYUNCA GÜNƏŞ ELEKTROMOBİLİNİN ÜZƏRİNƏ DÜŞƏN GÜNƏŞ ENERJİSİ 
MİQDARININ MODELLƏŞDİRİLMƏSİ 
R.H.Qardaşov, R.M.Məmmədov 
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H. Cavid pr., 115 
Məqalədə  Günəş  elektromobilinin  panelinə  düşən  Günəş  enerjisinin  miqdarını  hesablayan 
model təqdim olunur. Modelin giriş parametrləri − 1) Günəşin göy üzündə yerini təyin edən zaman 
anı və nöqtənin (elektromobilin) coğrafi koordinatları (en dairəsi, uz. dairəsi, dəniz səviyyəsindən 
yüksəkliyi); 2) yolun meyilliyini və nöqtənin kölgələnməsini ifadə edən kəmiyyətlər; 3) atmosferin 
optik vəziyyətini göstərən xarakteristikalardır. Modelin əsas çıxışı zamanın hər bir anında və yolun 
hər  bir  nöqtəsində  elektromobilin  panelinə  düşən  Günəş  enerjisinin  miqdarıdır.  Bu  modeli 
reallaşdıran proqram paketi elektromobillərin navigasiya sisteminin əsasını təşkil edəcək və onun 
optimal idarəsini həyata keçirəcəkdir.
 
Giriş. Günümüzdə Günəş enerjisindən isti-
fadə  ildən-ilə  sürətlə  artmaqdadır  və  Beynəlxalq 
Enerji Agentliyinin (IEA) proqnozuna görə, 2050-
ci ildə elektrik enerjisi istehsalında Günəş enerjisi 
ilk yeri tutacaqdır.   
Şübhə yoxdur ki, yaxın gələcəkdə neft məh-
sulları ilə işləyən avtomobillərin dövrü bitəcək və 
tədricən bunların yerini Günəş enerjisi ilə hərəkət 
edən  elektromobillər  tutacaqdır.  Belə  bir  nikbin 
proqnoz  verməyə  yeni  texnologiyalar  əsasında 
yaradılan  və  faydalı  iş  əmsalı  50%-ə  çatan  yeni 
nəsil fotoçeviricilərin kəşfi əsas verir. 
Hal-hazırda dünyanın müxtəlif aparıcı elmi 
mərkəzləri,  universitetləri  Günəş  enerjisi  ilə  iş-
ləyən və  geniş istehsalı məqsədəuyğun olan elek-
tromobillərin  yaradılması  istiqamətində  intensiv 
araşdırmalar  aparırlar.  Son  illərdə  Günəş elektro-
mobillərinin  (GE)  mütəmadi  olaraq  yarışmaları 
keçirilir  və  artıq  90  km/saat  orta  sürət  əldə  edil-
mişdir.  GE-nin  geniş  istehsalı  bunların  xarak-
teristikalarının (ölçülərinin, sürətinin, yükgötürmə 
qabiliyyətinin, qət edə biləcəyi məsafənin)  yana-
caqla  işləyən  ənənəvi  avtomobillərin  göstəri-
cilərinə yaxın olduğu təqdirdə mümkün olacaqdır. 
Əldə  edilmiş  nəticələr  və  aparılan  tədqiqatların 
intensivliyi arzu olunan xarakteristikaların tezliklə 
reallaşacağına  inam  yaradır.  Günəş  enerjisi  ilə 
işləyən  avtomobillərin  ənənəvi  avtomobillərlə 
müqayisədə  ən  zəif  cəhəti  onun  yalnız  yetərincə 
Günəş  enerjisi  olduğu  zamanda  hərəkət  edə 
bilməsidir.  Lakin  Günəş  enerjisi  ilə  paralel  akku-
mulyatordan  da  qidalana  bilən  elektromobillər bu 
problemi aradan qaldıracaqdır. Belə ki, indiki “ya-
nacaqdoldurma  məntəqə”lərinin  yerini  akkumul-
yatorları  dolduran  “Günəş  Elektrik  Stansiyaları” 
tutacaqdır. 
Beləliklə,  GE-nin  effektiv  hərəkət  etməsi 
üçün yetərincə Günəş enerjisinin olması zəruridir. 
Məlumdur  ki,  GE-nin  paneli  Günəş  şüalarına 
perpendikulyar  vəziyyətdə  yerləşdirilərsə,  panelə 
düşən  Günəş  enerjisi  maksimum  olar.  Lakin  bu, 
GE-nin 
tavan 
təbəqəsinin 
oriyentasiyasının 
hərəkət zamanı durmadan dəyişməsini, mütəhərrik 
olmasını  tələb  edir.  Bu  isə  GE-nin  formasının 
aerodinamik  olması  şərtinə  ziddir.  Deməli,  GE-
nin  forması  sabit  olaraq  qalmalı  və  ənənəvi 
avtomobillərə  bənzəməlidir.  Doğrudur,  GE-nin 
bəzi  sınaq  nümunələrində  şəffaf  aerodinamik  
şüşə  korpus  altında  yerləşdirilmiş  müxtəlif 
oriyentasiyalı  panellər  istifadə  edilir.  Burada 
məqsəd hərəkət zamanı, heç olmazsa, panellərdən 
birinin  oriyentasiyasının  optimal  olmasını  təmin 
etməkdir. Lakin bu variant perspektivli görünmür, 
çünki bir tərəfdən, düşən Günəş radiasiyasının bir 
hissəsi  panelə  çatmadan  şüşə  korpusdan  əks 
olunur,  digər  tərəfdən,  bir  neçə  paneldən  yalnız 
biri optimal işləyir. Bundan başqa, panellərin belə 
yerləşdirilməsi  GE-nin  ölçülərinin  böyüməsinə 
səbəb olur. 
  Yolun  hər  hansı  bir  nöqtəsində  və 
zamanın  hər  hansı  bir  anında  GE-nin  panelinə 
düşən  Günəş  enerjisinin  miqdarı  bir  sıra  amil-
lərdən asılıdır. Bu amillərin bəziləri deterministik, 
bəziləri  isə  təsadüfi  xarakter  daşıyır.  Determinis-
tik amillər aşağıdakılardır: 
1. Günəşin zenit və azimut bucaqları (şəkil 
1). Seçilmiş nöqtədə və verilən zaman anında Gü-
nəşin  göy  üzündə  yerini  təyin  edən  bu  bucaqlar 
astronomiyanın formulları ilə dəqiq təyin edilir [1, 
2]; 
2. Baxılan nöqtəni əhatə edən yerin relyefi. 
Relyef  müəyyən  zaman  aralıqlarında  Günəşin 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə