ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ azərbaycan



Yüklə 1,46 Mb.
səhifə8/15
tarix04.11.2017
ölçüsü1,46 Mb.
#8427
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Ишин елми йенилиyi: Мялум олдуьу кими Азярбайъан фолклору жанр зянэинлийиня маликдир. Бурайа кичик жанрлардан тутмуш мцяййян епо­ханы ящатя едян дастанлара гядяр чох зянэин бир ирс дахилдир. Лакин халг байрамлары халгын мцтяшяккил щяйаты бяргярар оландан онунла бярабяр инкишаф едяряк эцнцмцзя гядяр эялиб чыхмышдыр. Бязян щади­ся­ляр постфолклора аид едилир. Бир чох мядяниййятляр ися юз цслубуна эюря йалныз халгын щяйатында бяргярар олур. охуъулара

ƏDƏBİYYAT

  1. Cəfərzadə Ə. Məqalələri, Bakı, 2001

  2. Cəfərzadə Ə. Xızır Nəbi bayramı // Folklorşünaslıq məsələləri. Bakı, 1991 // s.32

  3. Cəfərzadə Ə. Unudulmuş əziz günlərimizdən. Azərbaycan jurnalı, 2001, №19, s.162

  4. Kitabi Dədə Qorqud, Yazıçı, 1988 s.137.

  5. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı, 2009, s. 130

  6. Известие Азербайджанского археологического комитета. Баку, 1926 с.19.

  7. Toy və halay mahnıları (Tərtibçi B.Şahsoylu). Bakı: Gənclik, 1990, s.11

  8. Azərbaycan folkloru antologiyası. II kitab (Toplayanı Ə.Axundov). Bakı, Azərbaycan EA nəşriyyatı, 1968, s.11

  9. Bəhlul Abdullayev. Haqqın səsi. Azərbaycan Dövlət nəşriyyatı. Bakı, 1989, s. 111.

  10. El güzgüləri, elat söyləmələri. (toplayan və tərtibçi M.Qasımlı). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1993, s. 40.

  11. Azərbaycan MEA Tarix İnstitutunun elmi arxivi. F.I.C.İ. Qovluq №128, 1935.

  12. Gəlinin cehiz kitabı (müəllif və tərtibçi Ə.Əylisli). Bakı, Yazıçı, 1994, s. 133

  13. Sayılov Q. Şirvanda Novruz bayramı. Azərbaycanda Novruz. Bakı, 2012, s. 98.

  14. http: // www.folklor.az azeribleq.com

  15. Qurani- Kərim (tərcümə). Z.Bünyadov, Z.Məmmədəliyev, Bakı, 1990.

  16. S.Əlizadə. “Kitabi-Dədə Qorqud” eposu, Bakı, 1983.

  17. Səhih Buxari. Bakı, 2008.


Azərbaycan etnokulturoloji sistemində xalq bayramlarının yeri

XÜLASƏ

Məqalədə məişətimizdə və mədəniyyətimizdə geniş yayılmış xalq bayram­ları­nın tarixindən və onun keçirilməsindən bəhs edir. Uzun illərdən xalqın inanc­larında yer alan bayram və onun ayinləri, icra olunma mexa­nizmi öyrənilib oxucu­lara təqdim olunur. Daha çox folklorşünas Ə.Cə­fərzadənin yaz bayramları və on­ların mərasim semantikası şərh edilir.



Açar sözlər: Xızır, bayram, Şirvan, Novruz, hami, qəyyum, səməni, ayin.
About folk festivals in Azerbaijan ethnocultural system

Summary

The article examines the history of folk festivals widely spread in our life and culture. Readers submitted their holiday rituals having place in the folk beliefs as well as styding the mechanism of their imple­men­ta­tion. The article deals with the spring holidays and their ritual semantics by A.Nabiyev and A.Jafarzadeh.



Key words: Khizir, holiday, Shirvan, Novruz, guardian, samani, rite
Народные праздники Азербайджана в системе етнокултирологии

Резюме

В статье рассматривается история и проведение народных праз­дников, широко распространившиеся в нашем быту и культуре. Чи­та­телям пред­ставляются праздники, их обряды, а также изучение ме­ха­низма их проведения. В статье рассматриваются весенние празд­ники и их обрядная семантика в творчестве А.Набиев и А.Джафарзаде.



Ключевые слова: Хызыр, праздник, Ширван, Новруз, опекун, семяни, обряд

ƏLİ MƏMMƏDBAĞIROĞLU

M.Füzuli adına Əlyazmalar İnstitutu

filologiya üzrə fəlsəfə doktoru, dosent

ali.aliyev55@gmail.com
YAZILI XALQ ƏDƏBİYYATI NÜMUNƏSİ “DƏLİNAMƏ”
Məsələnin qoyuluşu. “Dəlinamə” adlı xalq hekayətinin katiblər tərə­fin­dən tarixən üzü köçürülmüş nümunələri müxtəlif əlyazma məc­muə­lə­rində çağdaş dövrümüzə gəlib çatsa da, bu günədək kompleks şəkildə, ət­raflı araşdırılmamışdır. Hekayətin nəzərdən keçirilən 9 nüsxəsi eyni məz­muna, oxşar süjet xəttinə malikdir. Ancaq əlyazmanın mətnləri köçü­rül­mə yerinə, tarixinə, katibinə, həcminə və s. paleoqrafik xüsu­siyyətlərinə görə fərqlənir.

İşin məqsədi. “Dəlinamə”nin yazılı şəkildə bizə gəlib çatmış nü­mu­nələrini əl­yaz­malardan aşkar edib üzə çıxarmaq, ideya-məzmununu, nüs­xə­ləri arasında həcminə görə və mətnində tekstoloji cəhətdən ortaya çıxan fərqi göstərmək.
“Dəlinamə” hekayəti orta yüzilliklərdə müəllifi bəlli olmayan, nəzm­lə köçü­rü­lən və geniş yayılmış xalq yaradıcılığı nümunələrindən biridir. Həcm etibarilə kiçik olan bu cür hekayətlər didaktik məzmun daşı­yaraq, uzun müddət İslam dini və dini görüşlərinin təbliğinə xidmət gös­tər­mişdir. İslamın qəbulu ilk vaxtlar elə ərəblərin arasında da qısa bir za­man ərzində baş tutmadığı kimi, Ərəbistandan kə­nar­da, qeyri ərəblərin ara­sında da bir çox yüzilliklər dönəmində tamamilə yeni bir dini, eyni za­manda yeni bir dili, yeni bir mədəniyyəti və yeni dünyagörüşü qə­bul et­mək fonunda birdən-birə əxz etmək heç də asan olmamışdır. Çünki yeni qəbul edi­lən hər bir şey nə qədər mütərəqqi, humanist, ədalətli, təkmil olsa da, onu qısa bir vaxt ərzində qəbul etmək, canına, ruhuna hopdurmaq, ağıla dərk ediləcək səviy­yədə sığışdırmaq üçün uzun zamana ehtiyac du­yulur.

İslam dininin yeni məkanlarda qəbul edilməsində ədəbiyyatın, xüsu­si­lə folk­lor ədəbiyyatının başlıca rolu olmuşdur. Sadə xalq kütlələrinə ami­ranə, rəsmi qay­da­da, dini kitablar vasitəsilə dini qəbul etdirmək müm­kün ola bilməzdi. Çünki kütləvi şəkildə ərəb di­lini bil­məmək bu yolda baş­­lıca əngəl idi. Odur ki, şifahi dil vasitəsi ilə dini fikir­lərin xalq ədə­biy­yatına keçirilməsi, məsələn Allahın zikr olunması, adının dilə gə­tirilməsi ilə: “Allah qoysa”, “Allah yolunu açıq etsin”, “Allah bağışlasın”, “Allaha şükür”, “Al­lah kömək olsun”, “Allah xöşbəxt etsin” və s. ifadələrlə; na­ğıl­lar­da işlənən: “Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi”; eyni zamanda “Əlif Allah adıdır”, “Allah var, rəhmi də var”, “Şərik yaxşı olsaydı, Tanrı özüyçün tutardı”, “Al­lah heç bir evi bö­yük­süz eyləməsin” ki­mi atalar sözləri və s. paremioloji vahidlərin ideya-məzmunu, onlardakı söz və ifadələr zaman-zaman in­san­larda dini təxəy­yülün formalaşmasına səbəb olmuşdur. Bu cür təlqinedici ifadələr xalqın yad­da­şına uzun illərin sınağından sonra daxil olmuş, dini düşüncənin for­malaş­ma­sın­da, Allahın qüdrətinə, peyğəmbərin buyruqlarına inamın yaranması üçün xalq ara­sın­da sayılıb-seçilən yaradıcı insanların səyi ilə qələmə alınan müx­təlif janr­lı əsər­lərin, o cümlədən haqqında söz açacağımız “Dəlinamə” və xalq ara­sında geniş ya­yıl­mış, bu qəbildən olan heka­yət­lər mühüm əhəmiyyət kəsb etmişdir. “İbrahim­na­mə”, “İsmayıl­namə”, “Kəsikbaş”, “Kəllənamə”, “Ke­yik­­na­mə”, “Möv­lud­namə”, “Düzd və qazi”, “Bay­quşnamə”, “Hekayəti-gö­­yərçin”, “Hekayəti-dəvə”, “He­ka­yə­ti-Məhəmməd Həni­fə” və s. heka­yət­lərin hər birinin özünəməxsus məz­mun və sü­jet xətti olmasına bax­ma­yaraq, ta qədimdən xalq arasında yaranmış əfsanə və rəva­yət­lərin müşa­yiəti ilə insanların əxlaqi, dünyəvi görüşlərinin islami ruhda forma­laş­ma­sına böyük təkan vermiş və xilafətin ələ keçirdiyi yeni tor­paq­larda İslamın qəbulunu daha da sürət­lən­dirmişdir.

İslamın yaranışı ilə meydana gələn, bəlkə də İslamdan əvvəl mövcud olmuş, lakin sonradan yeni ideya və məzmun daşımağa başlayan bu heka­yətlərin yayılma arealı İslam dininin yayıldığı yerlərin sərhədlərini çoxdan aşmışdı. Belə hekayətlər türk xalqları arasında daha çox yaranmış və sevilə-sevilə oxunub, söylənmişdir. Türk xalqlarının İslamı daha yaxşı an­laması üçün bu cür hekayətləri ya­rat­ma­sı təbii idi. Çünki dini mülahizələri mü­qəddəs kitabımız Quran vasitəsilə sadə in­sanların diqqətinə çatdırmaq çətin olmuşdur. Odur ki, konkret bir fikir nəql olu­nan əhvalat və rəvayət vasitəsilə insanların şüuruna daha asan çatsın deyə xalq de­yim­lərində, nağıllarında, hekayətlərində ifadə olunmuşdur. İlk vaxtlar ərəb dilin­də ha­mı­nın yazıb-oxumağı bimədiyi və uzun müddət dini kitabların ana dili­mizə tərcümə olun­madığı bir məqamda xalq ədəbiyyatı bu sahədə başlıca rola malik olmuşdur.

Xalq hekayətlərinin çoxu mövzu, süjet cəhətdən ümumislam əsər­ləridir. Bura­da ərəblərlə yanaşı digər xalqların da bədii yaradıcılığı ümu­mislam mədəniyyətinə qovuşmuş və onun inkişafına səbəb olmuşdur. Çox gü­man ki, bu əsərlərin əksə­riyyəti ərəb dilindən digər müsəlman xalqları dil­lərinə tərcümə edilmiş və yeni mə­kanda, başqa bir dildə yeni bir forma və məzmun dəyişikliyinə uğramaqla hakim ideyaya xidmət etmişdir. Eyni za­manda, İslamın yayıldığı regionlarda yerli xalq­ların folklor yaradı­cılı­ğı­na aid olan, dini dəyərlərlə sonradan zənginləşən heka­yət­lər İslamın təbli­ğində iştirak etmiş və hər bir xalq da bu əsərləri bütünlüklə özü­nünkü he­sab edərək, yüz illər boyu nəsildən-nəslə ötürməklə hafizəsində ya­şat­mışdır.

Günümüzə gəlib çatmış dini məzmunlu hekayətlərdən elələri də var ki, onlar yalnız Azərbaycan xalqının bədii təfəkkürünün məhsuludur. “Də­li­namə” hekayəti də belə­lə­rindən biridir. Adından da göründüyü kimi, “dəli” türk sözü olub, yazılı abidə­lə­rimizdə “igid”, “qəhrəman” mənasında işlənmişdir. “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin “Duxa qoca oğlu Də­li Domrul boyunu bəyan edər” boyunda bu sözün mənası qəhrəmanın dili ilə daha aydın açıqlanır: “Məgər xanım, Oğuzda Duxa qoca oğlu Dəli Dom­rul deyərlərdi, bir ər var idi. Bir quru çayın üzərinə bir köpri yap­dır­mışdı. Keçənindən otuz üç aqça alırdı, keçmiyənindən dögə-dögə qırq aqça alurdı. Bunı neçün böylə edərdi? Anunçun ki, məndən dəli, məndən gücli ər var­mıdır ki, çıqa mənümlə savaşa, - deyərdi; mənim ərligim, bəhadirligim, cıla­sun­ligim, yigitligim Ruma, Şama gedə çavlana”, - deyir­di (1, 79). “Koroğlu” dasta­nında və digər şifahi xalq ədəbiyyatımıza aid əsərlərdə də “dəli” – “igid”, “cəsur” mə­na­sın­dadır. Görkəmli şairimiz Bəx­ti­yar Vahabzadə vaxtilə bir məqaləsində böyük şairimiz Xəlil Rza Ulu­türk haqqında “dəli-dolu şair” ifadəsini işlədib və sonra şairin adı ilə bağladığı bu bədii təyinin onun inqilabçı xarakterinə, tribun­luğuna, çılğın bədii ruhuna necə uyğun gəldiyinin şərhini vermişdir.

“Dəlinamə” hekayətinin qəhrəmanı da çılğın, ipə-sapa yatmayan, öz sözündən dönməyən, asi xarakterlidir. Obraz bu xarakterik xüsusiy­yət­lə­rinə görə “Kitabi-Dədə Qorqud”dakı “Dəli Domrul” boyunun qəhrəmanı­na oxşarlığı və Əhmədi Təb­rizinin “Əsrarnamə” əsərinin tərcüməsindəki (2) hekayətlərə yaxınlığı ilə diq­qə­ti cəlb edir. Kim tərəfindən qələmə alındığı hələ ki dəqiqləşməyən bu hekayətin yara­nışın­da, müəllif deyəcə­yi­miz şəxs bəlkə də, yazdığı əsərə başqa bir obrazın timsalında fərqli bir süjet qura bilərdi. Ancaq Dəli obrazı fikri ifadə etmək və oxu­cu­nun diq­qətini daha tez özünə cəlb etməkdə müəllif üçün bir bədii vasitə rolunu oynamışdır.

“Dəlinamə” hekayəti haqqında bu günədək çox az araşdırma apa­rıl­mış və az yazılmışdır. Tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru Şamil Cəm­şi­dov “Dəlinamə” adlı məqaləsində (3; 4) bu folklor əsəri əlyazmasının elmi-pale­oq­rafik xü­susiyyətləri və hekayətin ideya və məzmunu haqqında ilk dəfə elmi ic­ti­ma­iyyəti bilgiləndirmişdir. Alim mə­qaləsinin sonunda belə bir fikri səsləndirir: “Də­­li­namə” məsnəvisi orta əsr ədəbiyyatımızın qiymətli nümunəsi ola­raq tədqiqata la­yiq bir əsərdir” (4, 174). Ş.Cəmşidov həmin məqalədə “Dəli­namə”nin AMEA Mə­həm­məd Fü­zuli adına Əlyazmalar İnstitutunda 18 əlyazma nüsxəsinin olmasını bil­dirir. 2007-ci ildə Ş.Cəmşidovla birgə tərtib edərək nəşr etdirdiyimiz “Türk əl­yaz­­maları kata­loqu”nun I cildinə (5) hekayətin Əlyazmalar İns­ti­tutun­da saxlanılan 9 nüs­xə­si­nin paleoqrafik-təsviri məlumatı daxil edil­mişdir. Həcminə görə 50-70 arası beyt­dən ibarət olan hekayətlərin nüs­xə­lə­ri məzmunca oxşar olub, XIX və XX yüz­illiyin əvvəllərində köçü­rül­müş­dür. Əlyazmalar İns­titutu xəzinə­sində saxla­nılan və ka­ta­lo­qa təsviri məlumatı daxil edilən “Dəli­namə”nin ən qədim nüsxəsi 1835-ci ildə (B-5275/6900), sonuncusu isə (B-5846/7471) 1908-ci ilin yanvar ayının 24-də Mə­həm­məd bin Molla Sədulla tərəfindən Hacı Abdulla əfəndi Qış­laqinin xidmə­tində kö­çürülmüşdür (5, 62-63). Əlyazmalar İnstitutunun xəzinəsindəki 9 nüsxə­dən dör­dü (B-5275; B-625; B-5846; B-4426) ara­sın­da tutuşdurma apardıqda mətn­lər həm həc­minə, həm də hər bir nüsxədə katib dü­zəlişlərinə, redaktəsinə görə fərq­lənir. B-5275 şifrli nüsxə 63, B-625 şifrli nüsxə 60, B-4426 şifrli nüsxə 51 və B-5846 şifrli nüs­xə isə 47 beytdən ibarətdir. İlk üç nüsxə­də he­ka­yətin məzmunu tamamlanmış, so­nuncu nüsxədə isə nəql olunan əhva­lat yarımçıq köçürülmüşdür.

Hekayətin məzmunu “Kitabi-Dədə Qorqud”un “Dəli Domrul” bo­yun­dakı ki­mi maraqlı bir süjet üzərində qurulmuşdur. Dastandan mə­lum­dur ki, Dəli Domrul vaxtsız vəfat edən bir gəncin ölümündə Əzraili gü­nahkar bilib, onu tutub cəzasını vermək istə­yir. Əzraili tuta biməyən Dəli Domrul özü çıxılmaz bir vəziyyətə düşüb, çox ilti­masdan, xahişdən sonra can borcu olaraq ata-anasına, nəhayət, sonda əyalına üz tutur. “Dəlinamə” hekayətinin bütün nüsxələrinin məzmunu, demək olar ki, oxşar olub, əvvəli nağılvari bir girişlə başlanır:

Var idi bir dəlü əvvəl zamanda,

Gəzərdi hər zaman ol bir məkanda (6).

Hekayətin ilk misralarında Dəlinin nə qədər çılğın olduğu təsvir olun­sa da, o daim Tanrısını tanıyar və Ona üz tutub sevgisini bildirərdi:

Xuda ilə könlündə raz edərdi,

Sevərdi Tanrını, çox naz edərdi (6).

Hekayətin qəhrəmanı daha çox gözütoxluğu və təmənnasızlığı ilə diqqəti cəlb edir. Fikri heç vaxt yemək-içmək yanında olmayan, acmaq nə olduğunu bilməyən, acanda da çox gec acan Dəli, Allaha üz tutub içində çoxdan bəri baş qaldıran etirazını dilə gətirir, hətta onunla döyüşə belə hazır olduğunu bildirir:

Yemək üçün bəğayət acmazdı,

Əgər qarnı acardı, gör nə derdi.

Dedi: eşid aləm kirdgarı,

Səninlə edərəm bir cəng barı (6).

Burada Tanrı bir bədii obraz olaraq Dəli ilə üz-üzə gətirilir. Dəlinin istəkləri yerinə yetmədiyinə görə Allaha “Yuxaruda nə durursan, en aşa­qə”, “Bənim qorkum­dan ox­şarsan uşaqə” deməsilə təhdidlər edir və özü­nün heç nədən qorxub çəkin­mə­diyini cəsarətlə bildirir:

Derdin: bən yaratdım cümlələri,

Anunçün sən qurarsan cümlələri.

Derdin: onları cənnətə qoyman,

Sənin cənnətini bir pula sayman (6).

Arzuladıqlarına nail olmayan Dəlinin bu cür çılğın, təhdidedici eti­raz­larını gö­rən Tanrı Dəlinin tutulmasını buyurur:

Eşitdi Tanrı, der: dutun Dəlini,

Anın dalına bərk bağlayın qoluni.

Boğazına salın bir qıl sicimi,

Bəgənməzsə, bənim bilsün gücimi (6).

Dəli Allahın göndərdiyi firiştələrlə meydana çıxıb döyüşür və onun qar­şısında tab gətirə bilməyən firiştələrin hərəsi bir tərəfə qaçıb dağılırlar, yalnız biri sağ-salamat qalır ki, o da Allaha xəbər aparıb vəziyyəti nəql edir. Bildirir ki, Dəlini bu cür ələ gətirmək olmaz, bu işdə olsa-olsa xoş dil köməyə çatar:

Dedi: gəlməz ki, ol yamanlıq ilə,

Yenə gəlsə, gəlür yalvarmaq ilə (6).

Belə olan halda Allah Cəbraili Dəlinin yanına göndərir və onun dostu oldu­ğu­nu, çox sevdiyindən onu tutdurduğunu bildirir. Cəbrail Al­la­hın salamını ona çat­dırıb, xoş sözlərlə könlünü almağa çalışır:

Dedi Cəbrail ona: can divanə,

Mənim canım, aya, sultan divanə.

Gül üzlü, həm şirin sözlü divanə,

Qəmər eynlü, günəş yüzlü divanə (6).

Cəbrail sözünə davam edərək Dəlini ələ almağa cəhd edir və deyir: “Axı, sənə kim divanə deyir? Sənə əgər kim divanə deyirsə, belə di­va­nə­lər­lə dünya doludur. Gəldim ki, Xudanın sözünü eşidib, Onun de­diklərinə qulaq asasan”.

Dəlü aydır: məni belə bilürdi,

Neçün mana firiştə göndərirdi?

Mən onda varmazam, ol munda gəlsün,

Yetər, hicran ilə bağrımı dəlsün (6).

Cəbrail Dəlinin dediklərini olduğu kimi Allaha çatdırır. Allah bu xəbər­dən heç də halını pozmadan deyir ki, “o gəlməz isə, biz gedərik, əgər küsmüşsə, könlünü alarıq”. Allah mələklər biri sağında, o biri solunda ol­maq­la yola düşür. Gəlib görür ki, Dəli çomağını yanına qoyub yat­mışdır. Yuxudan oyanıb Allahın ona nə sovqat gətirdiyini soruşur.

Dedi Allah: sana alma gətirdim,

Azın-çoka bu yüzə çalma gətirdim (6).

Dəli:

Əgər alma isə almanam onı,



Alubən qoynuma salmanam onı (6).

Allah Dəlinin almanı almadığını görüb, heç olmasa almanı alıb qo­xu­lamasını xahiş edir. Dəli Allahın sözündən çıxa bilməyib, almanı iyləyir və başa düşür ki, bununla da ömrünün sonu çatır. Odur ki, sonda Allah-taaladan bir diləyi olur:

Dedi: keç cümlənin suçı suçından,

Dedi: bağışladım öci öcindən.

İylədi almanı, verdi canını,

Tanıdı dəlü ol dəm Sübhanını (6).

Burada Dəli öz Tanrısına inam gətirəndən sonra belə bir fikir aydın olur ki, onun, yəni Dəlinin bütün narazılığının başlıca səbəbi, sən demə, gü­nahı olanların bağışlanmamasıdır. Beləliklə, Allah-taala Dəli­nin xahi­şi­ni eşitdikdə bütün suçluların suçundan keçməklə, bəndəsi qarşısında bir daha qüdrətli, rəhimli oldu­ğunu nümayiş etdirir.

Dəlinin ölümü ilə hər şey sona çatmır. Onun üsyankarlığı o dünyada da da­vam edir. İnkir-minkir onu sorğu-sual edəndə, belə şeyləri əhəmiy­yət­siz və etinasız qarşı­layır:

Varub minkir-nəkir etdi sualı,

Dəlü belə bilür nə qeylü qalı?(6)

Hekayətdə Dəli obrazı nə qədər dönməz, inadkar xarakterdə verilsə də, sonda məlum olur ki, qəhrəmanının sadəlövhlüyü, sözün əsl məna­sın­da, qafilliklə əlaqə­dar­dır. İnkir-minkirin sorğu-sualı onu təngə gətirir, o da acıqlanaraq deyir:

Sögərəm, dögərəm, canın aluram,

Sənin dedigüyi mən nə bilirəm?(6)

“Dəlinamə”nin yalnız B-5275 şifrli nüsxəsinin son beytlərindən bi­rin­də “Hey­rani” antroponimi işlənmişdir ki, onun hekayətin müəllifi ol­ması ehtimal olunur (3, 169). Başqa bir mənbədə də Hey­raninin hekayətin müəl­lifi olması fikri irəli sürül­müşdür: “XVII əsrdə yaranan mən­zum hekayət­lərdən xalq ədəbiyyatı ilə əlaqədar cizgilər daha da güclənir, cəsa­rətli fikirlər irəli sürülür. Şairlərin dini-mistik ideya və təsəvvürlərə qarşı yaz­dı­ğı əsərlərdə bu cəhət aydın görünməkdədir. Belə əsərlərdən biri Hey­ra­ninin “Dəlina­mə” hekayəsidir. Şairin həyat və yaradı­cı­lığı bu günə qə­dər qaranlıq qal­maqdadır. Onun barəsində orta əsr mənbələrində müəyyən bir məlumata rast gəl­mirik” (7, 161). Gördüyümüz kimi, burada ikinci sitatın müəllifi professor Ə.Səfərli etiraf edir ki, Heyrani təxəllüslü şair barəsində orta əsr mənbələrində müəyyən bir məlumata rast gəlmirik (7, 161). Qeyd edək ki, heka­yətin konkret bir müəllif tərəfindən yazılması fik­rinin düzgün olub, olmadığını də­qiq söyləmək bu gün də mümkün deyil. Ehtimalımızca, bəlkə də, Heyrani heka­yətin müəllifi deyil, onun mət­ni­ni köçürən katibidir?! Çünki bu antroponim hekayətin müəllifinə aid olsaydı, həmin təxəllüsə digər nüs­xələrdən hansındasa rast gəlinərdi və heka­yə­tin mətni də di­gər­lərindən məzmununa, üslu­buna görə fərq­lənər, fərdi müəllif yaradıcılıq dəst-xət­ti göz qabağında olardı. Əlyazma əsərinin mətnini köçürən katiblər ənənəvi olaraq, mətn başa çatandan sonra ad­la­rını kolo­fonda qeyd edirlər. Bizcə, “Dəlinamə” nüsxə­ləri arasında rast gəl­di­yimiz yalnız B-5275 şifrli əlyazma mətnində Dəlinin yol verdi­yi bütün əməllərin istər xoşagəl­məz, ya da onun çılğınlığından irəli gələn ol­du­ğu­nu, buna görə də heç zaman tənbehə və qınağa tuş gəlməyəcəyi tövsi­yyə­sini verməklə katib oxucuya özünü mətn daxilində təqdim etməyi daha münasib bilmişdir:

Əgər, Heyrani, istərsən dəlilik,

Dəli ol kim, ona olmaz zəlillik (6).

Hekayət başa çatandan sonra onu qələmə alanın iki beytdə özü ilə bağlı xahişi də dilə gətirilir. O, Allah-taaladan üzrxahlıq edərək, bir gün onun da sorğu-suala tutulacağına, Həzrətin qarşısında çox günahı oldu­ğuna və yol yerdiyi səhvlərə görə eybini üzə vurmamağı, bağışlanmasını ri­ca edir:

Mənim çokdur günahım Həzrətində,

Ümidim ondan artıq qüdrətində.

Yüzüm dutub gedəndə qapuva mən,

Mənim eybimi salma yüzümə sən (6).

“Dəlinamə” hekayəti uzun əsrlər ərzində xalqımızın dini, əxlaqi gö­rüşlərinin formalaşmasında böyük rol oynamışdır. Hekayətin nüsxələrinin əksə­riyyəti XIX yüz­il­likdə köçürülsə də, mətninin dil-üslub xüsusiyyəti, arxaik söz və ifadələrin zən­gin­liyi onun tarixən daha qədimdə yaran­masından xəbər verir. Hekayətin mətni əsrlər boyu təkrar-təkrar köçürülüb yenilənməyə məruz qalsa da, öz keçmiş lüğət tərkibini əsasən saxlamışdır: bən, ol, şimdi, qaçan, öc, ög, qamu, yükəş, suç, qıl­maq, urmaq, ayıtmaq, varmaq, uyumaq və s. Müxtəlif leksik vahidlərlə bərabər, hekayətdə ar­xaik ifadələrə rast gəlirik ki, həmin ifadələr bugünkü qarşılığından formaca fərq­lənsə də, məzmununu qoruyub saxlamışdır. Məsələn, “pula saymaq”, “pula satmaq”, “can içində sevmək”, “yerə çalmaq”, “nərə ur­maq”, “yollu yoluna”, “önünə yumurlamaq”, “dadə getmək”, “azın-çokun yüzə çalma”, “canını tapşır­maq”, “eybi yüzə salma”, “qor­kudan uşaqa oxşamaq” kimi söz birləşmələrinin bir qisminə çağdaş dilimizdə dəyi­şil­miş şəkildə, bəzilərinə isə arxaik formada olmaqla ancaq yazılı abidələrdə rast gəlinir.

Folklorumuza aid bu cür əsərlərin mətni orta əsr məktəb-mədrə­sələrində ya­zıb-oxumağı öyrənənlər tərəfindən təkrar-təkrar köçürülməklə dövrün təhsil və maarifinin inkişafına, gənclərin savadlanmasına da xeyli kö­mək etmişdir. Bəlkə də hekayətin qədim nüsxələrinin günümüzə gəlib çat­mamasının başlıca səbəbi onlar­dan tədris sa­həsində çox istifadə olun­ma­sıdır. Bu cür əlyazma mətnləri tədris vəsa­iti kimi uzun müddət məd­rə­sə­lərdə təhsil alan şagirdlər tərəfindən çox istifadə olun­­duğundan korlanıb sıradan çıxmış və hekayətlərin qədim nüsxələri deyil, sonradan şagirdlərin özləri tərəfindən üzü köçürülmüş yeni nüsxələri bizə gəlib çatmış­dır.

Vaxtilə “Dəlinamə” və bu səpkidə, məz­mun­da olan hekayətləri “za­hi­rən di­ni məna daşıyan, əslində isə ateist əsər” adlan­dır­mışlar. Əlbəttə, bu fikir So­vetlər dönə­mində hakim kommunist rejimin təsiri ilə meydana gəlmiş və ta­mamilə yanlış bir təsəvvürdür. Necə ola bilər ki, İslamın ya­ra­nışından Azər­bay­­canda, eləcə də bü­tün mü­səlman Şərqində insanların əx­laqi, dini görüş­lərinin for­ma­laşmasına xidmət edən bu tip əsərlər antidin, antiislam fikirləri təbliğ etsin? “Dəlinamə” hekayəti Azər­baycan xalq ədə­biy­yatının qədim qay­naq­larına söykə­nən, onun əxlaqi, dini, dünyəvi ba­xış­larını özündə əks etdirən bir folklor əsəridir ki, ateizmlə onun əlaqə­lən­dirilməsi qətiyyən düzgün deyil.



İşin elmi nəticəsi. “Dəlinamə” yazılı xalq hekayətinin AMEA M.Fü­zuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələrinin sayı, hər biri­nin mətninin həcmi dəqiqləşdirilmiş, hekayətlər ayrı-ayrı əlyazma məc­muələrinə, müxtəlif vaxtlarda kö­çü­rülsə də, oxşar süjet xəttinə malik ol­muş və nə vaxtsa xalq ədəbiyyatının bilicisi olan bir şəxs tərəfindən qələ­mə alınan bu hekayətin nüsxələri illər, əsrlər keçdikcə mü­­əllifsizləşmiş, nəhayət folklor materialına çevrilmişdir. Hekayət nüsxələrindən bi­ri­nin sonunda rast gəlinən antroponim əsərin müəllifi deyil, hekayətin mətnini köçürən katibi olması fikri əsaslandırılmışdır.

İşin elmi yeniliyi. “Dəlinamə”nin ilk dəfə transfoneliterasiya edilmiş mətninin təhlili aparılmış, hekayətin ideya-məzmunu ilə bağlı əvvəllər de­yilmiş mülahizə­lər­dən fərqli yeni fikirlər irəli sürülmüş və vaxtilə əsərin məzmununun ideya istiqaməti haqqında söylənmiş yanlış müddəalara mü­na­sibət bildirilmişdir.

İşin tətbiqi əhəmiyyəti. “Dəlinamə” və bu səpkidə olan çoxlu sayda xalq heka­yət­ləri son yüzilliklərədək məktəblərdə, mədrəsələrdə həm ya­zının, oxunun tədrisi işində, həm də yeniyetmələrin əxlaqi dünyagörü­şü­nün forma­laşmasında böyük əhə­miy­yət kəsb etmişdir. Azərbaycan xalq ədəbiyyatının keçmişini, canlı xalq dilinin var­lı­ğını, arxaikliyini özündə əks etdirən bu hekayətin də çağdaş günümüzdə öyrənil­məsi, təbliği ol­duq­ca zəruridir.

Ədəbiyyat:

  1. Kitabi-Dədə Qorqud. Tərtib, transkripsiya, sadələşdirilmiş variant və mü­qəddimə: F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yazıçı,1988, 265 s.

  2. Nağısoylu M. Əhmədinin “Əsrarnamə” tərcüməsi (filoloji-teks­toloji araş­dırma, mətnin transfonoliterasiyası). Bakı: Nurlan, 2005, 244 s.

  3. Cəmşidov Ş. Dəlinamə. “Elm və həyat”, 1978, №4, s.26-27

  4. Cəmşidov Ş. Folklor və klassik irs. Bakı: Qoliot Qkub, 2010, 432 s.

  5. Türk əlyazmaları kataloqu. I c. Bakı: Elm, 2007, 220 s.

  6. B-5275. Dəlinamə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu.

  7. Səfərli Ə. XVII-XVIII əsrlər Azərbaycan epik şeiri. Bakı: Yazı­çı,1982, 206 s.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə