ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ azərbaycan



Yüklə 1,46 Mb.
səhifə7/15
tarix04.11.2017
ölçüsü1,46 Mb.
#8427
1   2   3   4   5   6   7   8   9   10   ...   15

İşin elmi nəticəsi: İndiyə kimi deyilmiş fikirlərə əsaslanmaqla buta motivləri ilə bağlı xalq düşüncəsindəki ideyanın folklorda, etnoqrafiyada, məi­şətimizdə gerçəkləşməsi məsələlərinə yeni elmi münasibət bil­diril­miş­dir.

İşin elmi yeniliyi: İlk dəfə olaraq butanın müasir həyatla da yaşadığı şərhini tapmış, həmçinin buta naxışlarının düzülüşünə fərqli münasibət əks olunmuşdur.

İşin tətbiqi əhəmiyyəti: Gələcəkdə məqalədə söylənmiş fikirlər, irə­li sürülmüş mülahizələr davam etdirilməli, həmçinin buta amilinin folk­lo­rumuzda, etno­qrafi­ya­mızda, memarlıq-incəsənət sahələrində də mühüm ide­­ya daşıması istiqamətində elmi-təcrübi işlər aparılmalıdır.
ƏDƏBİYYAT:

1. Məmmədhüseyn Təhmasib. «Seçilmiş əsərləri»; 2 cilddə. Bakı, «Mütərcim», 2010

2. Məhərrəmli S. Basqal kəlağayıları «Müasir mədəniyyətşünaslıq» elmi-metodiki-publisistik jurnal. N3 (5), 2010

3. Mirəli Seyidov. «Azərbaycan mifik təfəkkürünün qaynaqları», Bakı, «Yazıçı», 1983


Butanın məqamı, məkanı, ünvanı

Xülasə

Məqalədə buta verilmə məqamı ilə bağlı məsələlərə aydınlıq gətirilir. Folklorumuzda, habelə xalçaçılıq ornamentlərində təsvirini tapan buta anlayışına orijinal tərzdə münasibət bilidirilir. Müasir dövrümüzdə də bu­ta­alma amilinin mövcudluğu əsaslandırılır.



Açar sözlər: buta, badə, eşq, Xızır, Novruz
Пространство, возможность и адрес буты

РЕЗЮМЕ

В статье изъясняются вопросы пространства дарения буты. Описания буты в фольклоре, в орнаментах ковроткачества ориги­нальным способом выражают своё отношение. И в современном периоде признак получения буты был обоснован.



Ключевые слова: бута, чаша, любов, Хызыр, Новруз
The moment, place and address of buta (almond-shaped pattern)

Summary

In the article the clarity is brought to the subjects dealing with the moments about buta (almond-shaped pattern) giving. The attitude is given in an original form to the buta (almond-shaped pattern) concept which found description in folklore and carpet ornaments. In a con­tem­porary world the availability of gaining buta (almond-shaped pattern) is grounded.



Key words: buta, bowl, love, Khizir, Novruz
Qalib SAYILOV

filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu
AZƏRBAYCAN ETNOKULTUROLOJİ SİSTEMİNDƏ

XALQ BAYRAMLARININ YERİ
Məsələnin qoyuluşu. Türk xalq təqvimində müxtəlif təntənəli günlər və bayramlar öz zəngin mədəni cəhətləri və mərasim semantikasına görə fərqlənir. Problemin elmi tərəfi bu bayramların biri digərini nizamla iz­ləməsidir. Bayramlar məhz təbiətdəki dəyişikliklərlə baş verir. Məqa­lə­də yaz bayramlarının xalqımız tərəfindən qeyd olunduğu atributlarda öz əksini tapmışdır.

İşin məqsədi. Bayramlar hər xalqın təqvimində xüsusi qeyd olunan günlər­dir. Məhz həmin günlər xalqların yaratmış olduğu ilkin təqvimlərdə tənətənəli günlər hesab edilir. İlkin mədəniyyətlərə malik olan əcdadlar qışın gəlişini bir cür, yazın gəlişini isə başqa cür mənalandırmışlar. Qışın səfalətindən, söyüşündən qorxmadıqlarını göstərmək üçün özlərini məğrur göstərən ibtidai insanlar yazın gəlişinə isə sevincini gizlədə bilməmişlər. Əsərdə bu və digər problemlər öz əksini tapmışdır.
Azərbaycan folklorşünaslığının tanınmış nümayəndələri ardıcıl ola­raq elmi ictimaiyyətə təqdim etdiyi məqalə və kitab­larında folklorun ak­tual problemlərini də­rindən təhlil etmiş, yaşanılan proses­lərin fəlsəfi şər­hini vermişlər. Şifahi xalq ədəbiyyatına dair əsərlərində milli folk­lor­şü­nas­larımız etnosun strateji inkişaf proqramını, milli ideyasını, dövlətin və millətin mövcudluğunun həmişəyaşar­lığının mənasını, inkişafın məqsədi və prinsipləri isti­qamətində analitik fikir forma­laş­dırmışdır. Bir çox alimlərin folklorşünaslıq fəaliy­yətində Azərbaycanın xalq sənətinin, eləcə də mərasim və mövsüm nəğ­mə­lərinin, xalq bayramlarının tədqiqi də mü­hüm yer tutur. Alimlər davamlı olaraq xalq ədəbiyyatının problemlərini öz əsər­lərində təhlil edərək elmi ictimaiyyətə yeni-yeni töhfələr vermiş, etno­psixo­loji düşüncə ilə bağlı yaranan janrlar – yuxuyozma­lar, göstərmələr, gözəgörün­mələr, eymənmə, qarabasma və s. haqqında maraqlı məqalələri ilə elmi ədəbiyyatı zənginləşdirmişlər.

Azərbaycan uşaq folkloru, xalq oyunları, xalq ədəbiyyatında dra­ma­tik üslub­lar və bu üslublardan törəmələr haqqında alimlərin geniş müla­hizə­ləri və məqa­lələri vardır. Milli folklorşünaslarımızın yaradıcı­lığında mə­ra­sim və mövsüm folkloru da mühüm yer tutur. Belə alimlərdən AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevin, profes­sor Əzizə Cəfərzadənin Çillə, Xızır Nəbi, Novruz bayramı ilə bağlı məqalələri mə­ra­sim folklorunun sistemli şəkildə öyrənilməsinə istiqamət və təkan ver­mişdir.

Azad Nəbiyev, Ağalar Mirzə, Əzizə Cəfərzadə xalqın mövcud olma­sında və inkişaf etməsində əsas amil kimi mədəniyyətin irəli­lə­mə­sin­də gen yaddaşının, adət-ənənə, mərasim və bay­ram­ların çoxçeşidli oldu­ğunu, lakin bəsit və sadə olmadığını qeyd edərək, bayram və mərasimləri yaranma zamanına görə təsnif etmiş və burada ən qədim dövrlərin ibtidai görüşləri ilə bağlı adətlər, ənənələr olduğu kimi, orta əsrlərin ictimai-si­ya­si və dini-fəlsəfi baxışları ilə əlaqədar, habelə çağdaş dövrümüzün ya­rat­dığı adət, ənənə və mərasimlərin də olduğunu göstər­mişlər. Böyük folk­lor­şünas alim A.Nəbiyev göstərir ki, erkən düşüncədə mövsüm ilə əla­qə­dar mərasim nəğmələri geniş yayılmışdır. “Əslində onlar ilin son qış ay­la­rından başlayıb Novruza qədərki dövrü əhatə edərdi. Bu baxımdan “Şum mərasimi”, “Saya mərasimi” və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir. Xalq arasında “Novruzqabağı nəğmələr” adı ilə tanınan nəğ­mə­lər üç yerə ayrı­lırdı – “Çillə nəğmələri”, “Çərşənbələr” və “Xıdır Nəbi” nəğmələri (5).

Əzizə Cəfərzadə “Xıdır Nəbi” bayramı haqqındakı məqaləsində bay­ramın ritual əsasları və mərasim formasından bəhs edərək yazır: “Çox-çox uzaq keçmiş­lərdə Xızır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, kiçik çillənin qurtardığı son 3 gündə. Yəni 25-28 fevral günlərində keçi­ri­lər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünə­məxsus adətləri, oyunları, yeməkləri olub. Əvvəlcə bilmək la­zım­dır ki, axı bu Xızır Nəbi, Xızır İlyas, Xıdır Nəbi, Xıdır Əlləz adlandırılan əfsa­nə­vi şəx­siyyət kimdir, onun haqqında nə bilirik? Birinci rəvayətə görə, Xızırın əsl adı İlyas olmuş, yaşıllıq mənasına gələn “xızır” sözü onun ləqəbidir, çünki hara qə­dəm bassa, o yerlər göyərər, yaşıl dona bürünərmiş. Bu bay­ram taxılın yerdən bir­cə buğum baş göstərdiyi vaxta təsadüf edir. “Nəbi” isə peyğəmbər mənasını da­şı­yır, onun əfsanəvi 124 min peyğəmbərdən biri olduğuna işarədir. Rəvayətə görə Xızır Nəbi həyat, dirilik, su gətirir çöllərə. Xilaskar ərəndir (6).

Bütün xalqların özünəməxsus bayramları vardır. Mənəvi mədəniy­yə­timizin ayrılmaz hissəsi olan milli bayramlarımız xalqımızın həyatında mü­hüm yer tutur. Tədqiqatlar göstərir ki, məişətimizdə mövcud olan müasir bay­ramların bir çoxunun başlanğıcı eramızdan əvvəlki minilliklərə gedib çıxır.

Adı göstərilən məqalədə müəllif “Xızır Nəbi” və ya “Xıdır İlyas” bay­ramı­nın tarixi barədə bilgi verir. Qədim tarixə malik olan və el ara­sında geniş yayılmış bayramlardan biri də “Xızır Nəbi” və ya “Xıdır İl­yas” mərasimdir. Bu bayram bir-birindən az fərqlənir və demək olar ki, Azərbaycanın bütün bölgələrində keçi­rilir. Xızır Nəbi (Şirvanda belə ad­lanır, digər bölgələrdə Xıdır Nəbi, Xıdır İlyas kimi adlanır) təbiətin oyanması üçün qəyyum edilib. O, təbiətin oyanması, bit­kilərin cücərməsi, suların təmizlənməsi və s. bu kimi təbii proseslərlə müşayiət edi­lir. Folk­lor mətnlərində də Xızır Nəbi suyun və yelin hamisi kimi təqdim olu­nur.

İslam dinində də Xızır haqqında xeyli mətnlər var. Bir sıra rəva­yət­lərdə Xızı­rın ölümsüzlüyündən söz açılır, onun Qiyamətə qədər qalacağı söylənir. Xalq arasında da bu inanc geniş yayılıb. “Hər gecəni Qədir bil, hər gələni Xıdır bil” sözü də bunu sübut edir. Sıravi dindarlar inanır ki, Xızır cır-cındır geyimdə qoca birisi olaraq adamlara rast gəlir, onları sına­yır, ona hörmətlə əsl dindardan tələb olun­duğu şəkildə yanaşan insan­lar xeyir tapır, qoca və yolçu sanıb diqqətsiz yanaşanlar isə itkiyə uğra­yırlar. Ona görə bu söz hər kəsə diqqətlə yanaşmaq zərurətini ifadə edir. Xıdırın həyatda olmadığını düşünənlər də var. Onlar Qurandakı müəyyən ayələrə istinadən belə deyirlər. Məsələn, Ali-İmran surəsində neçə peyğəmbər­lərin gəlib-getdiyi deyilir və burada qalmaq məsələsinə yer yoxdur: “An­caq bir Rəsuldur Muhəmməd. Ondan öncə də gəldi, getdi elçilər” (Ali İm­ran, 15). Bundan başqa, hər bir canın ölümü dadacağı ilə bağlı ayələrdən də bu nəticəni çıxaranlar var: “Hər can dadacaq ölümü. Bir sınağa çəkərik sizi şərlə, xeyirlə. Və axır dönərsiniz bizim dərgahımıza” (Ənbiya, 15); “Hər bir can dadacaqdır ölümü. Bizim dərgahımıza axır dönəcəksiniz”. (Ənkəbut, 15).

Xıdır İlyas bayramının təsadüf etdiyi günlər haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər vardır. Onlardan bəziləri bu bayramın böyük çil­lə­dən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün davam etdiyini bildirir. Folk­lorçu Əhli­man Axundov isə həmin mərasimin kiçik çillənin onuncu günündə qeyd edildiyini göstərir. Folklorşünas alim Bəhlul Ab­dul­lanın fikrincə, kiçik çillənin “Xıdır Nəbi” adlanan birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. Xıdır Nəbinin şərəfinə ic­ra olunan ayinlər Xıdırın yaşıllıq, su hamisi sayılan Xızırla əlaqəsini gös­tərir (9). Digər bir tədqiqatçı, professor Məhərrəm Qasımlı “Xıdır Nəbi” bayramının hər il qış yarı olanda böyük çillə ilə kiçik çillə arasında keçirildiyini bildirir (10). Professor, Azərbaycanın xalq yazıçısı Əzizə Cə­fər­zadə “Xıdır İlyas” mərasiminin kişik çillənin qurtardığı son üç gündə – təxminən fevralın 25-28-i arasında keçirildiyini göstərir (3).

Müəllifin fikrincə, Xızır Nəbi susuz evlərə su, unsuz evlərə un verərdi. Gəl­diyi qapıya xeyir-bərəkət gətirərdi. Yollarda azanlara yol gös­tə­rir, dəryada gəmisi gir­daba düşənlərin gəmisini batmaqdan qurtarır. “Anam Xızır İlyas haqqında bir ne­çə rəvayət danışardı, özü də elə danışırdı ki, sanki bu hadisələrin iştirakçısı olub. Deyərdi ki, Xızır Nəbi, Xızır İlyas bütün dara düşənlərin imdadına çatır. Doğum vaxtı zahı çox əzab çəkərsə, üzü nurlu bir ağbirçək əllərini göyə qaldırıb bu “ovsunu” oxuyar:

Xızır Nəbi, Xızır İlyas,

Bəndəni bəndədən xilas (2).

Anam deyərdi ki, Xızır Nəbi ac-susuz evlərə yardım edər (2).

Xızır Nəbi haqqında başqa rəvayətdə deyilir. Bir kişi də Xızırı çox ar­zulayırmış. Bir gün bostanda bellə yer şumlayarkən Xızır onun gözünə gö­rü­nür: “Kişi, məni neynirdin?”. “Sən kimsən?” “Mən Xızı­ram”. Kişinin bax­tı çönən gün imiş, inanır, deyir: “Əşi, qoy işimizi görək, Xızıra bax!”. Xızır yenə təkidlə Xızır olduğunu söyləyir: “Kişi, bir dilək dilə, gör Xı­zı­ram, ya yox”. Onda kişi ayrı söz tapmır, istehza ilə, acıqla deyir: “Hə, əgər Xızırsan, qoy bu belim dönüb kürək olsun”. Söz onun ağzından çıxan kimi kişinin əlindəki dəmir ağızlı bel dönüb taxta kürəyə çevrilir. O hara, bu hara. Kişi vay deyib başını qaldıranda Xızır artıq gözdən itmişdi. Siz də rast gə­lən, tanımadığınız adama şübhəylə yanaşmayın, əvvəl düşünün, sonra danışın.

Əzizə Cəfərzadənin verdiyi mətndən də göründüyü kimi, sıravi in­sanlar inanır ki, Xızır cır-cındır geyimində, qoca qiyafəsində birisi ola­raq adamlara rast gəlir, onları sınayır, ona hörmətlə əsl müsəlmandan tələb olunduğu şəkildə yanaşan insanlar xeyir tapır, qoca və yolçu sanıb diq­qət­siz yanaşanlar isə itkiyə uğrayırlar. Ona görə də hamıya diqqətlə yan­baş­maq zərurətini müsəlman əxlaqı ehtiva edir. “Hər gecəni Qədr bil, hər gələni Xızır bil” məsəli də bu mətnlər daxilində yaran­mışdır.

Yəhudilikdəki Elicah, xristianlıqdakı Saint Georgi (Cərcis) inancının xalq kültürünün formalaşmasında rolu olduğu düşünülür.

Təsəvvüf əhli Xızırı peyğəmbər yox, övliya sayır. Deyirlər ki, Xızır mürşid, Musa peyğəmbər isə onun müridi olub. İnsanlara ağ saqqallı, nurani üzlü, uzun boylu, bəzən isə üstü-başı kirli, xəstə kimi gözə görü­nür. Bundan başqa, Xızırın dənizdə batanların imdadına yetdiyi fikri də var. “Gəmiyə niyə minirəm ki, Xıdır Əlləzi də niyə çağırıram” məsəli də buradan yaranıb. “Kitabi-Dədə Qorqud”da da Xızır “Boz atlı Xızır” ad­lan­dırılır və çətinə düşən insanların imdadına yetən kimi göstərilir. “Dir­sə xanın oğlu Buğacın boyu”nda göstərilir ki, Xızır yaralı Buğaca yardımçı olur, şəfa yolunu göstərir: “Oğlan yenə dedi: Ana, ağlama, qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığadı. “Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə ana südü sənə dər­mandır” – dedi” (16). İlyas və Xızırın ölümsüzlüyü barədə “Məs­nəvi”də da­nışılır: “İlyas və Xızır kimi dünya durduqca dur, yer üzü lüt­fünlə göy üzünə dönsün” (14). Belə fikir də var ki, Xızır quruda, İlyas isə dənizdə çətin vəziyyətdə qalanlara yardım edir.

Bakıdan Dəvəçiyə gedən yolun solunda Xızır Zində dağı var. Əf­sa­nəyə görə, Xızır burada qeyb olub, ölüb basdırılmayıb. Məhz qeyb olub; odur ki, Xızır türbəsi, Xızırın məzarı və s. deyilmir. Başqa ərənlərin qəbir­ləri, pirlərin məzarı kimi deyil, onu məhz “Xızır Zində”, yəni diri, yaşayan Xızır adlandırırlar. Bu dağdakı müqəddəs yerin ətraf kəndlərində yaşayan­lar “Xızır Zində” piriylə bağlı müxtəlif əfsanələr yaradıblar. Danışırlar ki, guya bunlar üç qardaş imiş (bəzi rəvayətlərdə hətta dörd qardaş kimi, bəzilərinə görə altı qardaşdır), Xızır, İlyas və Nəbi adında. Bu üç qardaş çox toxgöz, xeyirxah, hamıya əl uzadan igidlərmiş. Onların pak ürə­yini imtahana çəkmək üçün onlara dənizdən xəlbirlə su daşıtdırıb, həmin dağın təpəsinə qaldırmağı tələb etmişlər. Qardaşlar bu imtahandan çıxıb. Biri Xə­zərə, biri göyə çəkilib, Xızır isə həmin dağda qeyb olub, orada yaşayır, zindədir – həyat­dadır. Olduğu yerdə quyu var. O quyu şəfa bulağıdır. Di­lək üçün gələnlər oradan keçməlidir, kimin ürəyi təmiz, əməli paksa, keçə bilir, pak olma­yanlar quyuya düşür, həlak olur. Övladı olmayanlar “Xızır zində”yə xüsusi niyyət­lə gəlirlər. Qurban kəsir, nəzir paylayırlar (2).

Əzizə xanım mətndən çıxış edərək Mövlanın da bu görüşləri bö­lüş­düyünü göstərir: “Canlıya üz tutan nəbit Xızır kimi abi-həyat qay­na­ğından içər (14).

Xızır günlərində “Səməni halvası” da bişirərdilər. Buna bəzi yerlərdə “ədvalı halva”, bəzi yerlərdə “İsfahan halvası” və sairə də deyirlər. Bu halva qışda zəif­ləmiş orqanizmə qüvvət verən bir məcun idi. Kişilər üçün xüsusi ədviyyəli, qozlu növü hazırlanardı. Həmin səməni rişələrindən alın­mış nişastalı şirədə bərk xəmir yoğrulur, iri tiyanlara ara-sıra yağ vurmaqla çevrilərdi. Uzun bel sapı uzunluğunda ağacın ucuna ərsinə bən­zər, amma “qalaq” adlandırılan möhkəm də­mir ucluq bağ­lanar və bu “ər­sin-qalaqla” qolu güclü cavanlar uzun müddət həmin xəmiri çevi­rərdi, çe­vir­dikcə altına yağ atılardı ki, yanmasın, tünd mi­xəyi ol­duqda, bişmiş hesablanardı. Qoz ləpələri, bal (bəzi yerlərdə bəkməz-doşab) və bol əd­viy­yat tökülərdi: darçın, zəncəfil, istiot, quluncan, badyan, hil, mixək, mustaq cevizi və sair. Bütün bunlar yaxşıca qarışdırıldıqdan sonra oddan götü­rü­lər və istiykən əllərə yağ vurulub ya yastı qoğal və ya da küftə şək­lində salardı. Üstünə qoz ləpəsi yapışdırılardı. Ondan süzülən yağa yaşlı kişilər həvəslə çörək batırıb yeyr və ya qaşıqla içərdilər.

Xızır Əlləz haqqında xalqımızın müxtəlif zonalarında müxtəlif rəva­yətlər, əfsanələr söylənir, kiçik bir məqalədə hamısını toplamaq mümkün deyil. Hər yerdə onunla bağlı müxtəlif çeşidli yeməklər, oyunlar, ayinlər vardır. Əlbəttə, bunlar toplan­malı, xalqa çatdırmalıdır.

Xızır-Əlləz bayramı xalqımızın ən ulu, ən qədim bayramlarından biridir. O, xalqın qışdan, qar-çovğundan, borandan, çillədən çıxıb yaza qo­vuşmaq eşqilə bağ­lı­dır. Novruz bayramının ekiz qardaşı, onun baş­lanğıcıdır. Xızır İlyasdan sonra dərhal çərşənbələr gəlir. Novruza hazırlıq başlanır. Nüma Xızır Əlləz hələ qışın tamamilə qurtarmadığı, soyuq çillə günlərini bəzəyən özgə gündür. Bütün xalqların bir çox bayramı var. Ola bilməzdi ki, bizim bircə, bütün Yaxın Şərqlə müştərək Novruzdan başqa heç bir milli bayramımız olmasın. Dünya öz keçmişinə, öz əski “mən”inə qayıdan vaxtda, biz də qədim adət və ənənələrimiz içərisindən, qədim bay­ramlarımız içərisin­dən yaxşı nə varsa, hamısını arayıb, tapıb xalqımıza qaytar­malıyıq (2).

Xıdır İlyas, Xıdır Nəbi və ya Xıdır Zində (bunların 3-nün bir şəxs olmasını iddia edənlər var) adları təkcə xalq düşüncəsində deyil, mü­qəddəs səmavi kitab­larda da çəkilir.

İlyas peyğəmbər Quranda adı çəkilən elçilərdən biridir. Onun haqqında ətraflı danışılmır. Adı başqa peyğmbərlərlə bir yerdə çəkilir, əməli salehlərdən ol­du­ğu, doğru yola yönəldiyi vurğulanır. Məlum olur ki, o da İsrail oğullarına gön­dərilən peyğəmbərlərdəndir.

Bibliyada İlyas peyğəmbər haqqında xeyli məlumat var. Deyilir ki, İlyas (İliya) İsrailə Ahavın hökmdarlığı zamanı peyğəmbər olaraq gön­dərilib. Ahav özü­nə­qədərki İsrail hökmdarlarının ən günahkarı imiş. Onun İzevel adında bütpə­rəst bir arvadı varmış. O, istəyirmiş ki, insanlar Allaha yox, Baal bütünə sitayiş etsin. Ahav və İzevel İlyas peyğəmbərə nifrət edirmişlər. Çünki o, insanların qəlbində Allaha dönmək arzusu oyadırmış. Həmin vaxtda xalq yolunu azır, bütlərə üz tutur və nəticədə, İlyasın dua­sı­na əsasən Allah xalqı cəzalandırır. “Üç il yarım ərzində İsrail torpağında yağış olmadı. Qorxunc quraqlıq oldu. Rəbb İlyasa buyurdu ki, xəlvət bir yerdə, çayın kənarında Ahavdan gizlənsin. Allah quzğunlara əmr etdi ki, hər səhər və hər axşam peyğəmbərə çörək və ət gətirsinlər. Çayın su­yun­dan isə peyğəmbər susuzluğunu yatırırdı” (14, 3; 14, 17; 1, 14). Əhdi-ətiqdə İlyasın möcüzəsindən də danışılır. İlyasın içdiyi su quruyur və Allah ona Sidon yaxınlığındakı Sarefat şəhərinə getməyi, orada bir dul qa­dının evinə düşməyi məsləhət görür. “Dul qadın oğlu ilə yaşayırdı və çox kasıb idi. Onun sonuncu ovuc undan və tuluqdakı azacıq yağdan başqa heç nəyi yox idi. Qadın bunu İlyasa deyən­də o, qadına belə cavab verdi: “Qorxma, torpağa yağış verən günə qədər... küpdəki un tükənməz, tu­luq­dakı yağ əskilməz”. Sonra dul arvadın uşağı ölür və İlyas peyğəmbər dua eləyir və Allah onu dirildir (14).

Əhdi-ətiqə görə, İlyas peyğəmbər Allahın əmri ilə Baal bütünə sita­yiş edən Ahavla mübarizə aparır və onun yanlışını sübut edir: “Bir gün Rəbb İlyasa buyurdu ki, hökmdar Ahavın yanına getsin və Baal ilə Aş­ğo­ret adlı bütlərin peyğəmbər­lərini, eləcə də bütün xalqı Karmel dağına yığmağı xahiş etsin. Hökmdar Ahav hamını dağa yığanda İlyas onlara bu sözlə müraciət etdi: “Daha nə zamana kimi iki tərəf arasında dalğa­lana­caq­sınız? Əgər Rəbb Allahdırsa, Onun ardınca gedin, yox, əgər Baal Allahdırsa, ona tabe olun”. Sonra nəql olunur ki, Rəbbin peyğəmbər­lə­rin­dən İlyas tək imiş, Baalın isə dörd yüz əlli peyğəmbəri varmış. İlyas pey­ğəmbər təklif edir ki, tərəflərin hərəsinə bir öküz versinlər. Onlar öküzü kəsib odunun üstünə qoysunlar. Od vurmasınlar. Hər kəs öz Allahını ça­ğır­sın. Odla cavab verən əsl Allahdır. Baalın tərəfdarları “Ey Baal, bizi eşit” deyib ağıllarını itirənə qədər bağırırlar. Amma od yanmır. Sonra İlyas peyğəmbər qurbangah tikir, oraya odun qoyur. Öküzü kəsib odunun üstünə qoyur. Qurbangahın ətrafını su ilə doldururlar. İlyas peyğəmbər duaya başlayır. Göydən od düşüb qurbanlığı, odunu və daşları yandırır. Bu­nu görcək hamı diz üstə çöküb deyir: “Rəbb Allahdır”. (14). İlyas pey­ğəmbərdən İncildə də söz açılır: “Ataların ürəklərini uşaqlara, itaət­sizləri salehlərin hikmətinə döndərmək və Rəbbə hazırlanmış bir xalq təşkil etmək üzrə İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə yeriyəcəkdir” (14).

“Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac xan bo­yu”nda Dirsə xanın öz oğlu Buğacı yaralayıb Qazlıq dağında qoyub get­diyi səhnəsində oxuyuruq: “Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, qorxma, sə­nə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məl­həmdir” (4) – deyib yox oldu”.

“Ənam” surəsində İlyas peyğəmbərin adı digər peyğəmbərlərlə yana­şı çəki­lir, onun doğru yola yönəldildiyi deyilir: “Dərəcələrlə ucaldırıq is­tə­diyimiz kim­səni. Şübhəsiz, müdrikdir Rəbbin, hər şeyi biləndir O. İshaqı və Yaqubu da bağış­ladıq Biz ona, doğru yola yönəltdik hər birini. Daha öncə Nuhu və onun soyundan olan Davudu, Süleyməni, Əyyubu, Yusufu, Musanı və Hərunu yönəltmişdik doğru yola. Beləcə veririk yaxşıların mü­ka­fatını. Zəkəriyyə, Yəhyə, İsa və İlyəsi də yönəlt­dik doğru yola. On­lar­dan hər biri əməli salehlərdən idi. İsməil, əl-Yəsə, Yunus və Lutu da yö­nəlt­dik doğru yola. Onlardan hər biri əməli salehlərdən idi. İsməil, əl-Yəsə, Yunus və Lutu da yönəldik doğru yola, aləmlərdən üstün tutduq hər birini” (15).

“Ənbiya” surəsində də İlyas peyğəmbərin ad başqa peyğəmbərlərlə bir­­­likdə çəkilir: “İsməili, İdisi, Zulkifli də yada sal. Hər biri səbr yiyəsiy­di. Rəhməti­mizin ağuşuna alıdq onları, yaxşılardan idilər” (15).

“Saffət” surəsində Musa peyğəmbər və onun qardaşı Harun peyğəm­bərdən bəhs ediləndən sonra İlyas peyğəmbər haqqında bunlar deyilir: “İl­yəs də göndə­rilmiş elçilərdəndi. Bir zamanlar öz qövmünə demişdi: “Al­lah­dan çəkinməzmi­si­niz? Yaradanların yaradanını qoyub Bəl bütünəmi tapı­nır­sınız? Allah sizin də Rəbbinizdir, öncə gəlib-getmiş atalarınızın da”.

Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da, onun türk xalqları arasında geniş yayıldığına şübhə yoxdur. Xızır Nəbi bayramı yuxarıda dediyimiz kimi Novruz bayramından əvvəl keçirilir. Əs­lində isə bütün Novruz bayramı ərəfəsi çərşənbələrlə birlikdə Xızır pey­ğəmbərin adı ilə bağlıdır. Xızırın yazın gəlişi, dörd ünsür – su, od, tor­paq, hava ilə bağlılığına inanan xalq onu o qədər ilahiləşdirmişdir ki, həyatın başlanğıcı kimi götürülən ünsürləri məhz onun adı ilə bağlayır.

Quranda İlyas peyğəmbərdən az bəhs edildiyindən onun haqqında İsrailiy­yat­dan gəlmə çoxlu rəvayətlər yayılıb. Bu rəvayətlərdə deyilir ki, İlyas peyğəmbər olaraq göndəriləndə İsraillilər on metr hündürlüyündə Baal adlı bütə sitayiş edir­mişlər. İlyas peyğəmbər onları Allah əzabları ilə qorxudaraq bu yanlışdan uzaq olmağa çağırır. Amma adamlar onu din­lə­mir­lər. Özünü isə uzaqlaşdırırlar. Nəti­cədə, Allahın qəzəbinə gəlirlər. Ya­ğış­lar kəsilir, bərəkət aradan qalxır, heyvanlar qırı­lır. Bu zaman İlyas peyğəmbər isə gizlicə təbliğlə məşğul olurmuş. Kim ona iman edirsə, evin­də bolluq və bərəkət varmış. Nəhayət, Baalbek hökm­darları səhv­lərini anlayıb İlyas peyğəmbərə üz tuturlar, ona iman edirlər. Xahiş edirlər ki, Allaha dua eləsin və bu müsibət aradan qalxsın. İlyas peyğəmbərin duası qə­bul olunur. Bol məhsul, bərəkət bərpa olunur. Amma onların haqq yo­lunda səbatları çox sürmür. Yenidən doğru yoldan uzaqlaşırlar.

Belə qənaətlər də geniş yayılıb ki, peyğəmbərlərdən dördü indi də yaşayır. Bunların ikisi yer üzündədir: İlyas və Xızır. İkisi də göydədir: İsa peyğəmbər və İdris. İlyas və Xızırın ölümsüzlüyü barədə “Məsnəvi”də da­nı­şılır: “İlyas və Xızır kimi dünya durduqca dur, yer üzü lütfünlə göy üzünə dönsün” (14). Belə fikir də var ki, Xızır quruda, İlyas isə dənizdə çətin vəziyyətdə qalanlara yardım edir.

Xızırla İlyas peyğəmbərin hər ikisinin diri olması və yer üzündə olması qənaəti onların bir-biri ilə əlaqədə olması və ya bir şəxs olması qə­naətlərini də ortaya çıxarıb. Bəzi yerlərdə Xızır Əlləz dedikdə eyni şəxs nəzərdə tutulur. İslam dünyasının bir sıra yerlərində Xızır İlyas təkyəsi, Xı­zır İlyas kəndi və s. bu gün də var.

Xalqın Xızır peyğəmbərə olan inamı o həddə malikdir ki,bu ad in­san­ların and yerinə çevrilmişdir. “Xızır İlyas haqqı”, “Xızıra and olsun”, “Xıdır Zindi babaya and olsun” və bu səpkili digər andlar xalqın mə­həb­bət və inamından doğmuşdrur. Bəzi alqışlar da məhz Xızır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Xıdırın diləyi üstündə olsun”, “Xıdır Nəbi kö­mə­yin olsun”, “Xıdır Nəbi hayına yetsin”, “Xıdır Nəbi kömək əlini üs­tündən əksik eləməsin”, “Xızır köməyinə yetsin”, “Xızır səni dardan qur­tarsın”, “Xızır səni yolda qoymasın”, “Xızıra rast gələ­sən”, “Xızır payını versin”, “Xıdır Zində diləyini qəbul etsin”, “Xıdır Zində dilə­yini xeyirə yazsın”, “Xıdır Zindəyə apardığın qurban sənin arzunu versin” (14).

Dandı onu soydaşları. Cəhənnəmlik olacaqdı hamısı, Allaha sadiq qa­lan bəndələrdən savayı. Yaxşı bir ad qoyub getdi gələcək nəsillərə. Salam olsun İlyasa. Yaxşıları mükafatlandırdıq beləcə” (15). Bəzi hədis alim­ləri İlyas və İdris peyğəmbərin eyni şəxs olması qənaətindədir. Bu barədə Buxari hədislərində yazır. Mühyəddin ibn Ərəbi də belə düşünüb: “İlyas Nuhdan əvvəl nəbi olan İdris əleyhissılamdır. Və Allah İdrisi uca məkana yüksəltdi. İdris göylərin qəlbində, yəni Günəşdə olurdu. Sonra Baalbek şəhərinə göndərildi. “Baal” bir bütün, “bek” isə hökmdarın adıy­dı. Baal bütün bu yerin hökmdarına məxsus idi. Və İdris olan İlyas hacət mənasına gələn Lübnan adlı dağın yarılması ilə oddan bir at gördü. Atı mi­nən­də şəhvət ondan uzaqlaşdı...” (17).

Azərbaycan folklorunda Xızırla bağlı kultlar da sayca üstünlük təşkil edir. Eyni zamanda həmin kultları çoxşaxəli də adlandırmaq olar. Mə­sə­lən, “Tut ağacını qurumamış kəsmək günahdır”. Deyilənə görə bu ağacı Xı­zır peyğəmbər ehsanlıq üçün əkib (10). Yaxud “Xızır gecəsi” pey­ğəm­bər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, bin bərəkəti olar.

Vaxtilə ölkəmizin bir çox bölgələrində Xızır bayramı keçirilmişdir. İndi isə bu bayram məhdud çərçivədə, çox da geniş olmayan, məhəlli for­mada keçirilir. Bəzi mənbələr və tədqiqat əsərlərində isə bu bayramın ayin və mərasimlərlə icra olunduğunu görürük.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə