ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ azərbaycan



Yüklə 1,46 Mb.
səhifə3/15
tarix04.11.2017
ölçüsü1,46 Mb.
#8427
1   2   3   4   5   6   7   8   9   ...   15

Elmi nəticə: Xalqın milli mənəvi dəyərlərinin ,folklor irsinin yaşa­dıl­masında Heydər Əliyev siyasi xəttinin, xüsusilə də bu işin institut­laşdırılması – tarixi köklərinin dəqiq araşdırılması, nəzəriyyə, icra idarə­çili­yinin, metodoloji yanaşmanın səmərəli formalarından istifadəsinin daim yeniləşməsi və milli mənəvi quruculuğun yaradılmasının dünyəvi ideyaların qorunmasına və inkişafına da müsbət təsir edə bilər.
Ədəbiyyat

1. Kərimov M.Heydər Əliyev fenomeni//Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq. ”Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.8-46

2. Əliyev H.Xalqların dostluğu – ədəbiyyatların dostluğudur (Yazıçıların Ümumittifaq yaradıcılıq konfransında məruzə) ”Kommunist”qəz., 29 oktyabr, 1980

3. Əliyev H.Tarixi köklərimiz bir dilə,bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir// H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. B. Ozan, 1999,s.337-345

4. Axundov A. Ana dilimizə böyük qayğı// Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq. ”Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.105-110

5. Qarayev Y. Bütün xalqların və dövrlərin kitabı// Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. X kitab. Bakı, Səda, 2001,s 4-10

6. Əliyev Q. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. Bakı, Qismət, 2003, s.248

7. Əliyev R. Heydər Əliyev, din və mənəvi dəyərlər. Bakı, İrşad, 1998, s.76

8. Əliyev H. “Manas” bütün dünya sivilizasiyasının sərvətidir//H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, Ozan 1999, s.283-285

10. Əliyev H. Müdrik fikirlər. Bakı, Çaşıoğlu, 2009, s.317.

11. Əliyev H. Müstəqilliyimiz əbədidir. Bakı, 2004.

12. Əliyev H. Dədə Qorqud – 1300. Dövlət Komissiyası – yekun nitqi – 11 mart 2000, “Xalq qəzeti”

13. Ədəbiyyatimiz xalqımızın milli sərvətidir. Tərtib edəni: A.İbrahimov, B., Nağıl Evi, 2003, c.60-62

14. Ədəbiyyatımız xalqımızın milli sərvətidir. (Tərtib edən:A.İbrahimov). Bakı, Nağıl Evi, 2003, s.111

15. Hacıyev T. ”DQK-1300” – tarixi dövlət tədbiri//Heydər Əliyev və mil­li-mənəvi dəyərlərimiz. Bakı, Səda, 2003, s.8-11

16.Cəfərli M. Heydər Əliyev: xalqın güvənc yeri və milli iftixarı// Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. Bakı, Səda, 2003, s.20-24

17. Mehdiyev R. Heydər Əliyev haqda xatirələr. “Mediaform”, 2008

18. Cəfərov Nizami. H.Əliyev. Siyasətin ziyalısı. “Modern.az”, 2012 aprel


Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

XÜLASƏ

Məqalədə Ulu öndər Heydər Əliyevin Folklor irsininin qorunması, təşkili və tətbiqi işinin təkmilləşdirilməsi üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsinin təşkili məsələləri və onun öz münasibəti əsas yer tutur. Folklor abidələrinin qorunması,rekonstruksiya olunması, folklor əsərlərinin nəşri, xalq mərasimlərinin, milli bayramların rəsmi olaraq qeyd olunması, abidələrin və el sənətkarlarının yubileylərinin keçirilməsi, xalq tamaşaları, oyunlar, yarışlar və s. tətbiqi, təbliği və tətqiqinin dövlət səviyyəsində həyata keçirilməsinin Heydər Əliyevin mənəvi quruculuq siyasətinin əsas təmayyülü kimi diqqət mərkəzində olması da məqalədə vurğulanır. Heydər Əliyev xalq yaradıcılığına mənəvi də­yər­lərin qorunduğu mühüm qaynaq kimi baxması, xalq təfəkkürünü qoruyub araç­dıran alim və elm xadimlərinə rəhbər diqqəti, ”Kitabi Dədə Qorqud” das­tanının 1300, “Füzuli 500” yubileylərinin keçirilməsinə məqsədi məqalədə qeyd olunur.

Məqalədə Ulu öndər Heydər Əliyevin mənəvi mədəniyyət fəlsəfəsi görkəmli alim və siyasi xadimlərin dilində şərh olunur. Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şəmşir kimi xalq sənətini yaradı-yaşadanlar haqqında məqalədə şərhlər verilib.

Açar sözlər: Heydər Əliyev, Xalq yaradıcılığı, folklorun qorunması, mənəvi mədəniyyət fəlsəfəsi.
Гейдар Алиев и национальнo-духовныe ценности

РЕЗЮМЕ

В статье особое место занимает организаций мероприятий по за­щите, усовершенствовании, пропаганды и агитации Фольклорного наследие на государственном уровне, под руководством Общенацио­нального лидера Гейдара Алиева. В статье, а так же отмечается защита и реконструкция Фольклорных памятников, изданий фольклорных произве­дений, официальное проведение народных обрядов и национальных празд­ников и юбилейных дат великих представителей фольклорных искусств, как яркие формы выражений политики великого Гейдара Алиева о моральном становлений народа.



Ключевые слова: Гейдар Алиев, народные обряды, фольклор, поли­тика морального становления.
Summary

Heydar Aliyev and national-spiritual values

In the article preserving of folklore heritage of great leader Heydar Aliyev, for improving the organization and application implementation of measures at the state level and his own attitude takes an important place. Preserving of folk­lore monuments, being reconstruction, publication of folklore materials, celeb­ration of folk ceremonies and national holidays as an official, celebration of jubilees of monuments and folk artists, folk plays, performances, competitions, promotion at the state level are mentioned in the article.

In the article moral culture philosophy of great leader Heydar Aliyev is interpreted with the words of famous scientists and political leaders. In the article explanations are given about the folk art masters such as׃ Ashug Ali, Ashug Alesger, Ashug Shamshir.

Key words׃ Heydar Aliyev, folk art, preserving folklore, moral culture philosophy
İbrahim BAYRAMOV

filologiya üzrə elmlər doktoru, professor
KİTABİ-DƏDƏ QORQUD”

DASTANININ MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNƏ UYĞUNLAŞDIRILMASI HAQQINDA
Məsələnin qoyuluşu. Məqalədə “Kitabi-Dədə Qorqud” das­tanının Azər­baycan ədəbi dilinə uyğynlaşdırılmasının elmi prinsipləri araşdırıl­mışdır.

İşin məqsədi. “Kitabi-Dədə Qorqud” das­tanı Azərbaycan epik tə­fək­kürünün fundamental nümunəsi olmaqla yanaşı, həm də Azərbaycan ta­rixinin, mədəniyəti və mənəviyyatının daşıyıcısı olan bir bədii nümunədir. Buna görə də onun Azərbaycan ədəbi dilinə uyğunlaşdırılması ciddi elmi əhəmiyyət daşıyır və məqalədə bu uyğunlaşdırılmanın elmiliyi tədqiq edilmişdir.
Elm aləminə 1815-ci ildən məlum olan “Kitabi-Dədə Qorqud” das­tanı Azərbaycanda XX əsrin 30-cu illərində nəşr olunmağa başlamışdır. “Kitabi-Dədə Qorqud” Bakıda H.Araslı tərəfindən 1938, 1962 və 1978-ci illərdə nəşr olunmuşdur. Daha sonra bu dastanı 1988-ci ildə F.Zeynalov və S.Əlizadə, 1999-cu ildə isə Ş.Cəmşidov nəşr etdirmişdir.

Azərbaycanda 1988-ci ilə kimi H.Araslının tərtibçiliyi ilə nəşr olunan “Kitabi-Dədə Qorqud”dan istifadə edilmişdir. Daha doğrusu, dastanın dili ilə bağlı tədqiqatlar məhz həmin nəşrə istinadən aparılmışdır. Yəni bu nəşrlər aparıcı olmuşdur. Bu mənada F.Zeynalov və S.Əlizadənin fikirləri maraqlıdır: “Kitabi-Dədə Qorqud” Bakıda üç dəfə (1938, 1962, 1978) nəşr edilmişdir. Lakin 40 illik müddət ərzində (1938-ci il I nəşri ilə 1978-ci il III nəşri arasındakı dövr nəzərdə tutulur – İ.B.) dastanların nəşri dil və imla xüsusiyyətləri baxımından prinsipial fərqlərə malik deyildir. İndiki nəsil (XX əsrin 80-ci illəri nəzərdə tutulur – İ.B.) əsasən son iki nəşrdən (1962, 1978-ci il nəşrləri – İ.B.) istifadə edir. Ona görə də nümu­nə üçün həmin nəşrlərdə “Kitabi-dədə Qorqud” “müqəddimə”sinin mətni üzrə baş verən tərtib və nəşr dəyişikliklərinə nəzər salmaq maraqlıdır. Aşağıda hər bir sözün nəşr varinatları – I tərəfdə 1962-ci il, II tərəfdə 1978-ci il – qarşılaşdırılır; həm də sonuncu nəşrdə orijinala yaxınlığına görə uğurlu dəyişiklikləri kursivlə nəzərə çarpdırırıq:

Müşkül – müşgül, eşək-eşşək, sızlayır varsa – sızlavarsa, çömərd – cömərd, elinizdə – iləyinizdə, hecəsindən – heçəsinlən, qılıc – qılınc, ayğır – buğır, ögdügüm – öydüyüm, bunçılayın – buncılayın, a – ah, yeyə dada – yekə dana, yeyəyin – yeyəlim, dəgirman – dəyirman (19, 26) .

“Kitabi-Dədə Qorqud” dastanının 1988-ci il nəşri F.Zeynalov və S.Əliza­dəyə məxsusdur. Bu nəşrin mətni H.Araslının nəşrindən əsas “orfoqrafik-fonetik simasına görə fərqlənir” (19, 26).

Dastanın 1988-ci il nəşrində 1978-ci il nəşri ilə müqayisə aparılır və mətndəki orfoqrafik-fonetik fərqlər 3 yerə böünərək qruplaşdırılır:

1) Bir sıra türk, ərəb və fars sözləri sait tərkibinə görə müasir tələffüzə uyğunlaşdırılmadan əslinə uyğun şəkildə saxlanılmışdır;

2) Tarixi fonetika (ahəng qanunu və fonetik hadisələr) baxımından maraq doğuran söz kökləri, leksik və qrammatik şəkilçilər əlyazmasına uyğun şəkildə verilir;

3) Qədim oğuz dilində sözün əvvəli və sonu üçün səciyyəvi olan cingiltili samitlər əlyazmasına əsasən saxlanılır (19, 26-27).

Fikrin aydın olması, hər bir sözün ifadə etdiyi mənanın düzgün başa düşülməsi üçün sözlərin müasir orfoqrafik – fonetik formada verilməsi əsas şərtdir.

Ş.Cəmşidov “Kitabi-Dədə Qorqud” dastanını 1999-cu ildə nəşr edə­rək Drezden əlyazmasındakı təhrifləri və təshihini vermişdir. Dastanın Drez­den, Vatikan nüsxələri ilə yanaşı, Türkiyədə, Rusiyada çap olunan variant­lar qarşılaşdırılaraq “Drezden mətnindəki təhriflər zahiri oxşarlıqla məntiqi uyarlığın vəhdəti üsulu ilə...elmi şərh əsasında bərpa olunur” (8, 98).

“Kitabi-Dədə Qorqud”un müasirləşdirilməsi Azərbaycan qorqud­şünas­larının diqqətində dayanmışdır. İlk dəfə dastanın II boyu – “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” boyu müasir Azərbaycan dilinə uyğun­laşdırılaraq orta məktəbin IX sinfin proqramına daxil edilib. Ş.Cəmşidov “Kitabi-dədə Qorqud” dastanını “Dədə Qorqud” adı ilə uşaqlar üçün müasir Azərbaycan dilində bədii şəkildə işləyərək 1980-ci ildə çap etdirmişdir.

1988-ci ildə dastanın tənqidi mətni “Kitabi Dədəm Qorqud ala lisani taifeyi Oğuzan” adı ilə nəşr olunmuşdur və burada dastanın mətninin əsli əksini tapmışdır. Dastanın bu nəşrində həm də mətnin müasir şəkli veril­mişdir. Dastanının müasirləşdirilməsi ilə bağlı F.Zeynalov və S.Əlizadə yazır: “Kitabi-Dədə Qorqud”un müasirləşdirilməsinin – mətnin müasir ədəbi-bədii dilə təbdil edilib verilməsini də faydalı saydıq. Məqsəd “Kita­bi-Dədə Qorqud”un bədii-estetik gözəlliyini, bəşəri mündəricəsini, ədəbi-tarixi siqlətini geniş oxucu kütləsinə çatdırmaq, aydınlaşdırmaqdır. Bu yolla “Kitabi-Dədə Qorqud”un möhtəşəmliyini əyaniləşdirmək, türkdilli xalq­ların bədii təfəkkürünün və dilinin təkamülündə onun böyük rol oynadığı, həqiqətən bir çox cəhətdən zəngin və universal, nadir sənət abidəsi olduğu barədə daha geniş təsəvvür yaratmaq mümkündür” (19, 27). “Kitabi-Dədə Qorqud” müasir dilə uyğunlaşdırılarkən sözlər müasir fonetik-orfoqrafik normalara uyğunlaşdırılmış, cümlədəki fikir müasir təfəkkür tərzimizə, dili­mizin müasir məntiqinə uyğun ifadə olunmuş, arxaikləşmiş sözlər, tari­xizmlər tərcümə edilib, leksik-semantik qarşılığı verilmişdir (19, 27).

Xalqımızın Ana kitabı olan “Kitabi-Dədə Qorqud” dastanının müa­sirləşdirilməsi zamanı söz və ifadələrin mənasının itməməsinə xüsusi fikir verilmişdir. Söz və ifadələrin mənasına fikir verilməsə, təhriflər yaranar və “belə hallarda poetik ahəng və məna xatirinə, bütövlükdə “bədii effekt” naminə hər hansı sözün sinonimlərindən istifadə etmək daha “təsirli” sözlər tapmaq olar. Lakin həmin üsul da məzmun təhrifinə gətirib çıxarır, bu və ya digər sözün həqiqi (müstəqim) mənasını bizim necə qavradı­ğımız məlum olmur” (19, 28). Məhz “Kitabi-Dədə Qorqud” dastanının dilinin qədimliyi, söz və ifadələrin incəliyi mətnin müasirləşdirilmiş şəklində də qorunub saxlanılmalıdır.

F.Zeynalov və S.Əlizadənin “Kitabi-Dədə Qorqud” mətninin müasir Azərbaycan dilinə uyğunlaşdırılmış variantı uğurlu alınmışdır. Lakin dastanın dilində işlənmiş bəzi söz və cümlələr müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən təhriflərə yol verilmişdir.



Dölim. Dölimindən ağarsa, baba görkli

Ağ südin toya əmzirsə, ana görkli (13, 33)



Dölim sözünü M.Ergin dulum (20, 75), Ş.Cəmşidov dölüm (8, 281) kimi oxumuşdur.

Bu misralar müasirləşdirilərkən dölim sözü sinəsi kimi uyğunlaş­dırılıb.



Sinəsindən ağarırsa, ata gözəldir

Ağ südünü doyunca əmizdirsə, ana gözəldir (13,131).

M.Ergin dölim sözünü dulum formasında götürərək gicgah kimi izah etmişdir (21,97).

Gicgah qədim türk dilində tulun//tulum sözləri ilə ifadə olunmuşdur:

M.Kaşğari tulun sözünün türk və oğuz dillərinin birində “qulaqla ağız arasındakı yer” mənasında işləndiyini göstərmişdir (12, 400).

Ibn Muhennada “gicgah” mənasında tulun, Esirüddin Edi Hayyan el-Endülüsinin “Kitabül-İdrak li-Lisanl-Etrak” əsərində “qaşla qulaq arasın­dakı yer”, “gicgah” mənasında tulum, V.Radlovun “Versuch Eines Wörter­buches Der Türk-Dialekte” əsərində “gicgah” mənasında tulun sözünün işləndiyi göstərilmişdir (15, 149). Belə qənaətə gəlirik ki, tulun, tulum “Kitabi-Dədə Qorqud”da işlənən dölim (19), dölüm (8) sözünün qədim variantıdır.

Türkiyədə 3 cilddə nəşr olunan “Söz Derleme Dergisi”ndə dölüm “gicgah”, “gicgah üstünə tökülən saç” kimi izah edilmişdir (15, 149).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda da dölüm “birçək” kimi izah edilmiş və dastanda işlənən dölümündən ağarmaq söz birləşməsi “saçına ağ düşmək” formasında müasir Azərbaycan dilinə uyğunlaşdı­rıl­mışdır. Bu qənaətə gəlirik ki, “Kitabi-Dədə Qorqud” dastanında verilmiş

Dölimindən ağarsa, baba görkli

Ağ südin toya əmzirsə, ana görkli –

misraları

Gicgahdakı saç ağarsa, ata gözəldir

Ağ südünü doyunca əmizdirsə, ana gözəldir –

kimi müasirləşdirilməlidir



Gərdək. Gərdək “Kitabi-Dədə Qorqud” dastanının bir neçə boyunda işlənmişdir:

Beyrək ap-alaca gərdəgi içində yeyüb-içüb bixəbər oturardı (13, 57).

Oğuz zəmanında bir yigit ki evlənsə, ox atardı. Oxı yerdə düşsə, anda gərdək dikərdi. Beyrək xan da dəxi oxın atdı, dibinə gərdəgin dikdi (Qam börənin, oğlı Bamsı Beyrək boyanı bəyan edər, xanım (13, 57), Beyrəgin atası-anası baqdı-gördi kim, gərdək görünməz olmış. Gərdək paralanmış, naib şəhid olmuş (13, 57).

Maa tutan gərdəgə ayrıq girsün! (13, 75).

Qırq yerdə otaq dikdirdi. Qırq yerdə qızıl ala gərdəg dikdirdi (13, 90).

Altunlıca günlügin diküb, Qanturalı gərdəginə girüb, müradına – məqsudına irişdi (13, 93).

“Kitabi-Dədə Qorqud” dastanı müasirləşdirilərkən gərdək sözünün bir neçə mənada işləndiyi göstərilir:


  1. gəlin çadırı mənasında

Uca ev yanında qurulsa gəlin çadırı, gözəldir

Uzunca ipi də gözəldir. Oğul gözəldir (13, 131)

2) gəlin otağı mənasında

Beyrək ap-alaca gəlin otağında yeyib-içib xəbərsiz oturmuşdu (13,155).

3) otaq mənasında

Beyrək xan da oxunu atdı,

Oxu sancılan yerdə otağını qurdurdu (13, 155).

Yeri gəlmişkən qeyd edək ki, Qərbi Azərbaycanın Çəmbərək şivəsində gərdək sözü işlənir və bu “toyun ilk günü və sonrakı günlər bəy və gəlinin yatdığı çarpayının qabağına salınan örtük” mənasını bildirir (7, 158).



Gərdək Azərbaycan dilinin etnoqrafik lesikasına daxildir və “toyda oğ­lan evində gəlin üçün pərdə ilə ayrılmış xüsusi yer” mənasını bildirir (3, 157).

Azərbaycan ədəbiyyatında gərdək sözü işlənmişdir:

Telli...Gəlini otağına aparıb gərdək dalında oturdular, ürəyin tıp-tıp döyünə-döyünə gözləyirsən (Ü.Hacıbəyov):

Şux gəlinlər, sevgi doğan gərdəklər;

Gözəl qızlar, qara tellər bizimdir (A.Şaiq)

Q.Qeybullayev azərbaycanlıların toy mərasimindən bəhs edərkən yazır ki, adamlar gəlinin yanından çəkildikdən sonra yengə gəlinin gərdə­yini qururdu. Bəzi yerlərdə gərdək par-parçadan, bəzən də qırmızı kilim­dən ibarət olurdu. Onu qızın atası verirdi. Qeyd edilməlidir ki, oğlan evin­də gərdək qurulması nisbətən iri otaqlı evlərdə olurdu. Gəlin adətən üç gün gərdəkdə (pərdədə) qalırdı. Lakin məlumatçılarımıza görə keçmişdə gərdək bir ilə qədər yerində qalırdı (16, 207 ).

Bu deyilənlərdən belə qənaətə gəlirik ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan dilinə uyğunlaşdırılarkən gərdək sözü olduğu kimi saxlanılmalıdır.

T.Hacıyev və İ.Məmmədov “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”n­də göstərirlər ki, gərdək sözü “gərdək, zifaf evi, toy evi” mənasında işlənir (11, 157).

Gərdək Esirüddin Edi Hayyan el-Endülüsinin “Kitabül-İdrak li-Li­sanl-Etrak” əsərində “yeni kürəkənin zifaf evi”, Ahmet Vefikin “Leh­ce-i Os­mani Dersaadet” əsərində “nazik pərdə çəkilmiş gəlin evi”, Wil­helm Radloffun “Versuch Eines Wörterbuches Der Türk-Dialekte” əsərin­də “gə­lin evi, yeni evlənənlərin toydan sonra bir neçə gün qaldıqları yer”, Sir James W.Redhousenin “Türkçeden İngilizceye Lügat” əsərində “kiçik bir dəyirmi çadır”, “otaq”, “xüsusi padşah çadırı”, “toy vaxtı gəlin üçün ha­zırlanmış bir çadır və ya gəlin evi” mənasını bildirdiyi göstərilmişdir (15, 157).

Muharrem Ergin gərdək sözünü “zifaf otağı”, “zifaf çadırı”, “pərdə çəkilmiş zifaf otağı”, “pərdə”, “bir yeri bölən pərdə” kimi izah etmişdir (21, 115).



Oğramaq. “Kitabi-Dədə Qorqud” dastanında işlənən qədim sözlər­dən biri oğramaq sözüdür

Salqum-salqum ta yelləri əsdigində,

Saqallı boz ac turğay sayradıqda,

Saqalı uzın tat əri baladıqda,

Bədəvi atlar issini görüb oğradıqda (13, 34).

Dastanın müasir Azərbaycan ədəbi dilinə uyğunlaşdırılmış varian­tında “oğramaq" sözü “kişnəmək” kimi müasirləşdirilmişdir:

Salxım-salxam dan yelləri əsdikdə,

Saqqalı, boz, ac torağay ötdükdə,

Saqqalı uzun tat kişi azan çəkəndə,

Bədəvi atlar yiyəsini görüb kişnədikdə (13, s.132).



Oğramaq kişnəmək sözünün tam mənası vermir. Kişnəmək atın ucadan səs çıxarmasıdır, necə deyərlər, bağırması, qışqırmasıdır. Oğramaq isə at sahibini görərkən yavaşca səs çıxarmasıdır.

Oğramaq sözünü Hamit Zübeyr və İshak Refet “Anadilden Dere­lemeler” əsərində “atın yavaş kişnəməsi”, Ahmet Vefik “Lehce-i Osmani Dersaadet” əsərində “atların sudan ötrü kişnəməsi”, Wilhelm Radloff “Ver­­such Eines Wörterbuches Der Türk-Dialekte” əsərində, Şeyh Süley­man Efendi-i Buhari “Lugat-i Çağatay və Türki Osman” əsərində “atların su və ya yem üçün kişnəməsi”, “Tamklarıyla Tarama Sözlügü”ndə “atın kahıltı şəklində kişnəməsi” kimi izah edilmişdir (15, 186).

Məhərrəm Ergin dastanda işlənən oğramaq sözünü “yavaş səslə kişnəmək”, “at mırıldanır”, atın mırıldaması kimi yavaş və qalın səslə kişnəməsi”, “atın donquldanması” kimi şərh etmişdir (21, 230).



Oğramaq sözünün mənası “Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti”ndə “başqasına məxsus əşyanı gizlincə götürüb mənimsəmək” kimi izah edilmiş və buna uyğun olaraq dastandan “Bədəvi atlar issin görüb oğradıqda, uzun tat əri banladıqda” nümunəsi verilmişdir (21, 139). Oğramaq sözü oğurlamaq sözünün qədim forması kimi götürülmüşdür ki, bu da yanlış izahdır.

E.Əzizov Azərbaycan dilinin Qazax dialektində, Ağdam, Ağdərə, Gədəbəy şivələrində “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş “oğra” sözünün qədim variantı kimi okra sözünün işləndiyini göstərir və qeyd edir ki, dialekt leksikasında oxranna (İsmayıllı, Marneuli, Dmanisi, Qazax), oxra (Kəlbəcər) eyni mənada (kişnəmək mənasında – İ.B.) işlənir – Nə varsa, at yaman orxannıyır (İsm.) – At yaman oxrıyır (Kəlb). Oğra “kişnəmək” feli “Kitabi-Dədə Qorqud”un dilində var” (10, 261).

Ə.Tanrıverdi oğramaq sözü ilə bağlı yazır ki, oğramaq “Dastan”da kişnəmək mənasında işlənmişdir. Maraqlıdır ki, “Dastan”da paralel işlənmiş vahidlər sırasına “oğramaq” sözünü də daxil etmək olar. Çünki “Dastan”ın dilində “oğramaq”la bərabər, “kişnəmək” sözünə də təsadüf edilir. “Kişnəmək” ədəbi dilimiz baxımından, arxaik “oğramaq” sözü isə dialekt leksikası baxımından səciyyəvidir (18, 272).

Gürcüstanın Başkeçid, Borçalı şivələrində (2,381), Qərbi Azərbay­canın Çəmbərək şivəsində (7,291) ata aid olan “astadan kişnəmək” mənasını bildirən oxrammax sözü işlənir. Dialekt və şivələrimizdə işlənən oxrammax “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş oğramaq sözünün dialekt variantıdır. Deyilənlərdən belə qənaətə gəlirik ki, “Bədəvi atlar issin görüb oğradıqda” cümləsi müasirləşdirilərkən “Bədəvi atlar yiyəsini görüb oğradıqda” kimi verilə bilər.



Təfərüc. “Kitabi-Dədə Qorqud”da işlənən sözlərdən biri də təfərüc sözüdür.

Bayandur xan Qalın Oğuz bəglərilə tamaşaya baxardı, təfərüc edərdi (13,37) “Dastan”nın mətni müasir dilə uyğunlaşdırılarkən təfərüc edərdi mürəkkəb feli əylənirdi kimi uyğunlaşdırılmışdı: Bayandur xan Qalın Oğuz bəyləri ilə tamaşaya baxır, əylənirdi (13, 134).



Təfrüc ərəb mənşəli sözdür və mənşə dilində təfərrüc formasında işlənərək “qəm-qüssəni dağıtmaq”, “ürəyi açılmaq” üçün gəzməyə, seyrə çıxma, “gəzmə, gəzinti, seyr” mənalarını bildirir (9, 634). Muharrem Ergin “Kitabi-Dədə Qorqud” dastanının dilində işlənmiş təfərüc sözünü “gəzinti”, “əylənmək üçün gəzinmə”, “seyr” kimi izah etmişdir (21, 287).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda təfərrüc “ürəyi açılmaq” sözünün mənasını verdiyi göstərilmişdir (15, 201).

Fikrimizcə, “Kitabi-Dədə Qorqud”un dilində işlənən təfərrüc əylən­mək mənasını vermir. Qərbi Azərbaycanın Çəmbərək şivəsində təfərinc, Barana şivəsində təfərrinc fonetik formalarında işlənərək “diqqət” məna­sını bildirir (7, 365). Bu qənaətə gəlirik ki, “Dastan”ın mətnində işlənmiş “Bayandur xan Qalın Oğuz bəyləri ilə tamaşaya baxırdı, təfərrüc edirdi” cümləsi Azərbaycan dilinə “Bayandır xan Qalın Oğuz bəyləri ilə tamaşaya baxır, diqqət göstərirdi” kimi uyğunlaşdırıla bilər.

Səgirtmək. “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş sözlərdən biri “səgirtmək” sözüdür.

Keyiki qovardı gətürərdi, babasınıη ögində siηirlərdi: “Babam at sə­gir­dişimə baqsun, qıvansun; ox atışıma baqsun, güvənsün; qılıc çalışıma baq­sun, sevinsin!” (13, 37). Bu, müasir Azərbaycan dilinə uyğunlaşdırı­larkən səgdirtmək çapmaq sözü ilə əvəzlənmişdir:

Keyiki qovub gətirir, atasının qarşısında qıcıqlandırıb – acıqlandı­rırdı ki, “atam at çapmağıma baxsın – öyünsün; ox atmağıma baxsın – fərəhlənsin; qılınc çalmağıma baxsın – sevinsin!” (13, 135).

Qeyd edək ki, səgirtmək < səyırtmək atla bağlı işlədilən etnoqrafik sözdür. Çapmaq səyirtmək sözünün qarşılığı kimi işlədilir.



Səyirtmək “Azərbaycan dilinin izahlı lüğəti”ndə “çapmaq, dörd nala sürmək (atı)” kimi məna bildirdiyi göstərilmişdir (5, 51).

Məhərrem Ergin göstərir ki, səyirtmək “qaçmaq, yüyürmək” (koş­mak) mənasında işlənir (21, 262). Səyirtmək (“Dastan”da səgirtmək) Hamit Zübeyr və İshak Refetin “Anadilden Derlemeler” əsərində “səyirtmək, səkirtmək, sügürtmək”, İbn Mühennanın “Hilyetül- İnsan və Hül­betül - Lisan” əsərində “sikirtmək”, Ahmet Vefikin “Lehc-i Osmani” əsərində, Wilhelm Radloffun “Versush Eines Wörterbuches Der Türk-Dialekte” əsərində, Sir James W.Redhousenin “Türkçeden İngilizceye Lügat” əsərində “səyirtmək”, Muhammed Mehdi Xanın “Sengülah” əsərində və Seyh Süleyman Etendi-i Buharinin “Luğat-i Çagatay ve Türki Osmani” əsərində “sigirtmək” formalarında, “Tanıklarıyla Tarama Sözlugü”ndə “addımını tezləndirmək; qaçmaq”, “at oynatmaq”, “üzərinə atılmaq” mənasında işləndiyi verilir (15, 193).

Atın sürətlə qaçmağını xalq danışıq dilində işlənən və ümumiyyətlə, mənası anlaşılan səyirtmək sözü tam ifadə edə bildiyi üçün “Kitabi-Dədə Qorqud” dastanındakı “...Babam at səgirdişimə baqsun” cümləsi Azərbay­can dilində “Atam at çapmağıma baxsın” kimi yox, “Atam at səyirtməyimə baxsın” kimi uyğunlaşdırılmalıdır.

Sığamaq. “Kitabi-Dədə Qorqud” dastanının mətnində sığamaq sözü işlənib: Üç qatla yarasın əlilə sığadı (13, 39). Bu cümlə müasirləşdiri­lərkən sığamaq sığallamaq kimi müasir Azərbaycan dilinə uyğunlaşdı­rılıb: Üç dəfə yarasını əliylə sığallayıb: “Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir” – deyib yox oldu (13, 137).

Məhərrəm Ergin sığamaq sözünü sığallamaq kimi izah etmişdir (21, 266).

Əvəz Sadıqov “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə sığamaq sözünü belə izah edir: “Sığamaq. Sığallamaq. Əllərini-barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu tumarlamaq” (14, 158). “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda “sığamaq” sığamaq, sıxmaq mənasın­da işləndiyi göstərilir (15, 194).

İlk öncə onu qeyd edək ki, “sığamaq”la “sığallamaq” eyni məna kəsb etmir. Onların arasında çox incə məna fərqi var.

Sığallamaq “əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdi­rərək onu hamar şəklə salmaq, düzəltmək”, “tumarlamaq” mənalarını bildirir (5, 84).

Qərbi Azərbaycanın Cəmbərək və Qafan şivələrində “əl ilə bərk for­mada sığallamaq” mənasında işlənən sığamaq sözü işlənir (7, 326). Əslində sığamaq qədim dövr dilimizdə işlənib və xalq danışıq dilində bu gün də işlənir. Həmin söz dialektlərimizdə qorunub saxlanmışdır. Təəs­süflə qeyd edək ki, bu söz nə “Azərbaycan dilinin izahlı lüğəti”ndə, nə də “Azər­baycan dilinin dialektoloji lüğəti”ndə (2007) əksini tapıb. “Azər­baycan dilinin dialektoloji lüğəti”nin 1964-cü il nəşrində sığamaq Qafan və Gəncə şivələrində “sığallamaq” mənasında işləndiyi göstərilmişdir və nü­munə kimi İnəyin məməsini sığamasan eydirməz cümləsi verilmişdir (1, 363).

Fikrimizcə, “Kitabi-Dədə Qorqud”da işlənmiş “Üç qatla yarasın əlilə sığadı” cümləsi müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən sığamaq olduğu kimi saxlanılmalı və həmin cümlə “Üç dəfə yarasını əliylə sığadı” kimi saxlanılmalıdır. Çünki sığamaq “Dastan”da başqa bir mətndə də işlənmiş və həmin mətn müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən olduğu kimi saxlanılmışdır.


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə