Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə23/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

92 

 

Birinci təbəqə qara çürüntülü torpaq təbəqəsindən ibarətdir. 

Arxeoloji qazıntılar zamanı təbəqədən ayrı-ayrı gil və qab qırıqları 

aşkar  olunmuşdur.    Arxeoloji  tapıntılar  Orta  əsrlər  və  Tunc 

dövrlərinə  aid  olan  maddi  mədəniyyət  qalıqlarından  ibarətdir. 

Düşərgədə  qeydə  alınmış  birinci  təbəqənin  qalınlığı  18-22  sm-ə 

qədərdir. 

Ġkinci  təbəqə  açıq-sarı  rəngli  gillicə  torpaqdan  ibarətdir. 

Arxeoloji  qazıntılar  zamanı  təbəqənin  içərisindən  bir  neçə  kiçik 

ocaq  layları  qeydə  alınmışdır.  Təbəqələr  arasında  sərhədi  aydın 

müəyyən  etmək  olur.  İkinci  təbəqənin  qalınlığı  25-30  sm-ə 

bərabərdir.  Arxeoloji  qazıntılar  zamanı  Orta  əsrlər  və  Tunc 

dövrlərinə aid saxsı qırıqları tapılmışdır. 



 Üçüncü  təbəqə  tünd  sarı  gillicə  torpaq  təbəqəsindən 

ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı  təbəqədən  çoxlu  heyvan 

sümüklərinin  qalıqları  tapılmışdır.  Birinci  və  ikinci  təbəqələrə 

nisbətən  üçüncü  təbəqə  qalın  çöküntüyə  malikdir.  Üçüncü 

təbəqənin qalınlığı 90-100 sm-ə çatır. 

Dördüncü  təbəqə  nisbətən  açıq  və  bəzən  də  boz  rəngə 

çalan  gillicə  torpaq  təbəqəsindən  ibarətdir.  Təbəqənin  içərisindən 

mağaranın tavanından düşmüş stalaktit  və  stalaqmit   və  həmçinin 

qaya  daşı  qırıqları  qeydə  alınmışdır.  Arxeoloji  qazıntılar  zamanı 

təbəqədən  daş  məmulatı  və  tək-tək  ovlanmış  heyvan  sümükləri  

tapılmışdır. Dördüncü təbəqənin ümumi qalınlığı 50-55 sm-ə çatır. 




93 

 

BeĢinci  təbəqə  açıq  sarı  rəngli  gillicə  torpaq  sahəsindən 

ibarətdir.  Çöküntünün  içərisində  mağara  düşərgəsinin  tavanından 

düşmüş  skalaktit  və  qaya  qırıqları  aşkar  olunmuşdur.  Arxeoloji 

qazıntılar  zamanı  təbəqədən  çaydaşılarından  hazırlanmış  əmək 

alətləri  və  fauna  qalıqları  tapılmışdır.  Beşinci  təbəqənin  qalınlığı 

35-45 sm-ə bərabər olmuşdur. 

 Altıncı  təbəqə  tünd  şabalıd  rəngli  gillicə  torpaq 

təbəqəsindən  ibarətdir.  Təbəqədə  aparılan  arxeoloji  qazıntılar 

zamanı  daş  məmulatı  və  çoxlu  miqdarda  ovlanmış  heyvan 

sümükləri  qeydə  alınmışdır.  1988-ci  ildə  aparılan  arxeoloji 

qazıntılar  zamanı  2  ocaq  yeri  qeydə  alınmışdır.  Təbəqədən 

tapılmış  heyvan  sümüklərinin  bir  hissəsi  ocaqda  yandırılmışdır. 

1988-ci  ildə  altıncı  təbəqənin  D  və  Q  kvadratlarında  aparılan 

arxeoloji qazıntılar  zamanı  mağaranın döşəməsi  müəyyən olundu. 

Düşərgədə  qeydə  alınmış  altıncı  təbəqənin  qalınlığı  40-45  sm-ə 

çatır. 

Qazma 


mağara 

düşərgəsinin 

üçüncü 

təbəqəsindən 



başlayaraq  çöküntülərdə  maddi  mədəniyyət  qalıqlarının  sayı 

artmağa başlayır. 

Düşərgənin  stratiqrafiyasında  arxeoloji  və  paleontoloji 

məmulatlarının  zənginliyi  burada  qədim  insanların  uzun  müddət 

yaşadıqlarını göstərir (Cəfərov, 2004). 

 



94 

 

   5. ġuĢa paleolit düĢərgəsinin stratiqrafiyası 



 

1971-ci  ilin  yay  fəslində  Azərbaycan  Elmlər  Akademiyası 

Tarix  İnstitutunun  M.M.Hüseynovun  rəhbərliyi  altında  Mil-

Qarabağ  arxeoloji  ekspedisiyası    Şuşa  ərazisində  apardığı 

arxeoloji kəşfiyyat işləri zamanı Daşaltı çayının sol sahilində Şuşa 

mağara düşərgəsini qeydə almışdır (Cəfərov, 1973). 

1971-1972-ci  illərdə  Şuşa  paleolit  düşərgəsində  arxeoloji 

qazıntılar  aparılmış  və  mağaranın  çöküntülərində  4  təbəqə  qeydə 

alınmışdır.    Şuşa  paleolit  düşərgəsində  qeydə  alınmış  təbəqələr 

aşağıdakılardan ibarət olmuşdur (yuxarıdan aşağıya doğru): 



Birinci  təbəqə  qara  çöküntülü  mal  peyinindən  və  küldən 

ibarət  təbəqə.  Arxeoloji  qazıntılar  zamanı  təbəqədən  Orta  Əsrlər, 

Tunc  və  Eneolit  dövlərinə  aid  maddi  mədəniyyət  nümunələri 

qeydə  alınmışdır.  Təbəqənin  qalınlığı  27-36  sm-ə  bərabər 

olmuşdur. 

Ġkinci  təbəqə  açıq-sarı  rəngli  gillicə  torpaq  təbəqəsi. 

Arxeoloji  qazıntılar  zamanı  təbəqənin  içərisində  stalaktit, 

stalaqmit  və  qaya  qırıqları  qeydə  alınmışdır.  Çöküntünün 

içərisindən  tək-tək  gil  qab    və  heyvan  sümüklərinin  qalıqları 

tapılmışdır.  İkinci  təbəqənin  qalınlığı  50-55  sm-ə  bərabər 

olmuşdur. 




95 

 

Üçüncü  təbəqə  tünd  sarı  rəngli  torpaq  təbəqəsindən 

ibarətdir.  Təbəqənin  içərisindən  qaya  parçaları  və  stalaktit 

hissələri  qeydə  alınmışdır.  Arxeoloji  qazıntılar  zamanı  bir  neçə 

daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri  aşkar  edilmişdir. 

Təbəqənin qalınlığı 62-68 sm olmuşdur. 



Dördüncü  təbəqə  açıq  sarı  rəngli  gillicə  torpaq 

təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən  daş 

məmulatı  və  ovlanmış  heyvan  sümükləri  tapılmışdır.  Tədqiqatlar 

sahəsində  təbəqənin  qalınlığı  48-54  sm-ə  bərabər  olmuşdur.  IV 

təbəqədən 

tapılmış 

daş 

məmulatının 



texniki-tipoloji 

xüsusiyyətlərinə  görə  onların  son  Aşel  mədəniyyəti  dövründə 

hazırlanmasını söyləmək olur (Həsənov, Cəfərov, 1976).  

Şuşa  paleolit  düşərgəsində  çöküntünün  tam  stratiqrafiyası 

müəyyən  edilməmişdir.  IV  təbəqədən  aşağıya  doğru  çöküntülər 

davam  edir.  Ona  görə  də  Şuşa  paleolit  düşərgəsində  aparılacaq 

arxeoloji  qazıntılar  abidənin  dəqiq  stratiqrafiyasını  müəyyən 

etməyə səbəb ola bilər. 

  

                  6. Damcılı mağarası  

 

Damcılı  mağara  düşərgəsində  M.M.Hüseynovun  rəhbərliyi 

altında 1953,1956-1958-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. 

Aparılan arxeoloji  qazıntılar  zamanı  məlum olmuşdur ki, Tunc  və 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə