Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə31/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

124 

 

maddi  mədəniyyət  qalıqlarına  Quruçay  arxeoloji  mədəniyyəti 



adı verilmişdir (Hüseynov, Cəfərov, 1986). 

 

Azıx  paleolit  düşərgəsinin  VII-X  təbəqələrindən  tapılmış 



daş  məmulatının  elmi  tədqiqi  ilə  M.M.Hüseynov  və 

Ə.Q.Cəfərov  məşğul  olmuşlar.  Onların  apardıqları  elmi 

araşdırmalar  zamanı Quruçay  mədəniyyətinin bir  neçə  inkişaf 

mərhələsi  müəyyən  edilmişdir.  Aparılan  elmi  tədqiqatlar 

zamanı məlum olmuşdur ki, Quruçay arxeoloji mədəniyyətinin 

ilkin  inkişaf  mərhələsində  çaydaşılarından  hazırlanmış  əmək 

alətləri  olduqca  kobud  və  primitiv  hazırlandığı  halda,  sonrakı 

inkişaf  mərhələlərdə  isə əmək alətlərinin  hazırlanma texnikası 

təkmilləşmiş    və  yeni- yeni  əmək  alətləri  hazırlanıb  istifadə 

olunmağa başlanmışdır (Hüseynov, Cəfərov, 1986). 

 

Quruçay  arxeoloji  mədəniyyətinə  aid  daş  məmulatının 



elmi  tədqiqi  zamanı  məlum  olmuşdur  ki,  əmək  alətlərinin 

əksəriyyəti  mağara  düşərgəsindən  kənarda  hazırlanmış    və 

sonradan  Azıx  paleolit  düşərgəsinə  gətirilmişdir.    Çünki 

düşərgənin  VII-X  təbəqələrindən  əsasən  ancaq  hazır  əmək 

alətləri  tapılmışdır.  Aşağı  təbəqələrin  daş  məmulatı  arasında 

istehsal  tullantıları  olduqca  az  sayda  qeydə  alınmışdır. 

Tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  bir  əmək  aləti 

hazırlayarkən  5-7  tullantı  əmələ  gəlir.  Deməli,  qədim  Azıx 

düşərgəsinin sakinləri  mağarada  məskunlaşmamışdan çox-çox 



125 

 

əvvəllər  Quruçay  vadisində  yaşayıb  fəaliyyət  göstərmiş, 



burada  çaydaşılarından  əmək  alətləri  hazırlamış  və  müəyyən 

vaxtdan  sonra  Azıx  düşərgəsində  yaşamağa  başlamışlar.  Bu 

səbəbdən  də  VII-X  təbəqələrin  daş  məmulatları  arasında 

istehsal tullantıları olduqca azdır. 

 

Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  X  təbəqəsində 



aparılan  arxeoloji  qazıntılar  zamanı  tapılmış  daş  məmulatını 

aşağıdakı tiplərə ayırmaq olar: 

1.

 

Kobud çapma alətləri – 3 ədəd 



2.

 

Limaca bənzər alət – 1 ədəd 



3.

 

Qaşov tipli alət – 3 ədəd 



4.

 

Üzərində ikinci işlənmə izi olmayan qəlpələr – 3 ədəd 



5.

 

İstehsal tullantıları – 4 ədəd 



6.

 

Çaydaşıları – 3 ədəd 



     Azıx  düşərgəsinin  X  təbəqəsində  aparılan  arxeoloji 

qazıntılar  zamanı  17  ədəd  daş  məmulatı    tapılmışdır.  Onların 

nümunələri şəkil 20-də göstərilmişdir. 

    Azıx  mağarasının  X  təbəqəsindən  aşkar  olunmuş  arxeoloji 

maddi  mədəniyyət  nümunələri  düşərgənin  ilk  sakinlərinin 

əmək  alətləridir.  Geoloji  tarix  nöqteyi-nəzərindən  X  təbəqə 

düşərgənin  ən  qədim  təbəqəsi  olub,  düşərgənin  ilk 

məskunlaşma tarixini tədqiq etməkdə mühüm elmi əhəmiyyətə 

malikdir.  Eyni  zamanda,  Azıx  düşərgəsinin  X  təbəqəsindən 



126 

 

aşkar olunmuş daş məmulatı qədim sakinlərin əmək alətlərinin 



bir  hissəsini  abidədə,  digər  hissəsini  isə  düşərgədən  kənarda 

hazırladıqlarını  göstərir.  X  təbəqənin  daş  məmulatı  həmçinin 

düşərgədə  və  Quruçay  sahillərində  qədim  insanların 

məskunlaşma  tarixini  müəyyən  etməyə  imkan  verir.  Lakin, 

hələlik Azıx düşərgəsinin  X təbəqəsindən ancaq daş  məmulatı 

əldə  olunmuş  və  onların  əsasında  burada  ibtidai  insanların 

məskunlaşma tarixi müəyyən edilmişdir. Daş məmulatı texniki 

və  tipoloji  cəhətcə  çaydaşı  alətləri  mədəniyyətinə  aid  olunur. 

Maraqlıdır  ki,  X  təbəqənin  kobud  çapma  alətləri  çaydaşıları 

üzərində  hazırlanmışdır.  Təbəqədən  kobud  çapma  alətləri  ilə 

yanaşı, kobud qəlpələr  üzərində  hazırlanmış qaşov tipli alətlər 

də  tapılmışdır.    Məhz  bu  cəhət  X  təbəqənin  daş  məmulatını 

çaydaşı mədəniyyətindən fərqləndirir. Bu fərqləndirici cəhət X 

təbəqənin  daş  məmulatının  yeni  arxeoloji  mədəniyyətə  aid 

olması  fikrini söyləməyə əsas  vermiş  və  nəticədə X  təbəqənin 

daş  məmulatının Quruçay  mədəniyyətinə aid olması  müəyyən 

olunmuşdur.  X  təbəqənin  sakinləri  əmək  alətləri  hazırlamaq 

üçün  çaydaşılarının  müəyyən  hissəsini  Quruçay  dərəsindən 

toplayıb Azıx düşərgəsinə gətirmişlər.  

 

Azıx  paleolit  düşərgəsinin  IX  təbəqəsində  aparılmış 



arxeoloji qazıntılar  zamanı 90  ədəd daş  məmulatı tapılmışdır. 

Onları aşağıdakı qruplara ayırmaq olar: 




127 

 

1.



 

Kobud çapma alətləri – 8 ədəd 

2.

 

Kubşəkilli alətlər – 5 ədəd 



3.

 

Nüvəşəkilli alətlər- 5 ədəd 



4.

 

Limasşəkilli alətlər- 1 ədəd 



5.

 

Qaşov tipli alətlər- 18 ədəd 



6.

 

Qəlpələr – 11 ədəd 



7.

 

İstehsal tullantıları – 8 ədəd 



8.

 

Çaydaşıları – 31 ədəd 



9.

 

Gəzli alətlər – 3  ədəd 



              Düşərgənin IX təbəqəsindən tapılmış əmək alətlərinin 

nümunələri    şəkil  22-23-də  təsvir  olunmuşdur.  IX  təbəqədən 

aşkar  olunmuş  kobud  çapma  alətləri  çaydaşılarından 

hazırlanmışdır.  Təbəqənin  daş  məmulatı  içərisində  kobud 

çapma alətləri  nisbətən çoxluq təşkil  edir. X təbəqənin kobud 

çapma  alətlərindən  fərqli  olaraq  IX  təbəqənin  kobud  çapma 

alətləri daha mükəmməl hazırlanmışdır. 

 

IX təbəqənin daş məmulatı arasında qaşov tipli alətlər daha 



çox  diqqəti  cəlb  edir.  Tipoloji  cəhətcə  qaşov  tipli  alətləri  bir 

neçə  qrupa  ayırmaq  olur.  Onların  içərisində  bir  və  iki  işlək 

ağıza malik olanlar çoxluq təşkil edir. 

 

IX təbəqədən tapılmış qəlpələrin üzərində zərbə düyünü və 



zərbə səthi olduqca yaxşı saxlanmışdır (bax şəkil 22, 1-2). 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə