Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

DAŞ YUXULAR 
98
- Tәmiz adam tәmiz sözdәn incimәz. - Camal müdrik 
sözlәri muncuq kimi ipә-sapa düzdü. - Yalanın ağası 
olmaqdansa, doğrunun qulu olmaq yaxşıdı. 
- Sәn Bakıya birinci dәfә gәlirsәn? 
- Yox, ikinci dәfәdi, bir dәfә  dә  qızımı  әrә verәndә 
gәlmişәm. 
- Sәfәrә  çıxanda dağları kimә tapşırırsan? - Saday 
zarafat elәdi. 
- Dağların yiyәsinә kim yaxın düşә bilәr - Camal 
ehtimal ki, Allahı nәzәrdә tutub cavab verdi. 
- Qoyun otarmırsan daha? 
- Niyә otarmıram, otarıram.  Әylisdә bir sürü nәvәm 
var. Onlar mәnsiz dә hәr işi yoluna qoyurlar. 
Saday ayağa durub kabinetdә gәzişmәyә başladı. 
- Hә, indi biz neylәyәk? 
- Nә barәdә? 
- Türmә barәdә, nәtәhәr yoluna qoyaq bu işi? 
Mopassan Mirәlәmov sanki bayaqdan söhbәtin bu 
yerini gözlәyirmiş kimi ayağa durdu. 
- Burda çәtin nә  iş var ki? Sәn rayon prokrorunun 
adına mәktub yazırsan, qardaşınız da aparıb verir ona. 
Prokror sәnin sözünü yerә salmaz. Oğlanı açıb buraxar, 
bununla da iş bitәr. - Direktor xәlvәtcә Saday Sadıqlıya 
göz vurdu vә  әvvәlcәdәn hazır elәdiyi qәlәm-kağızı ona 
uzatdı. - Prokurorun nә  hәddi var ki, sәnin kimi qüdrәtli 
xalq artistinin sözünә qulaq asmasın? ( qeyri-rәsmi 
görüşlәrdә direktor Saday Sadıqlıya hәmişә "xalq artisti" 
deyirdi) Üstәlik ortada ölüm yox, itim yox. Hadisәdir, baş 
verib, söz-sözә  gәliblәr, dalaşıblar.  İndi dә barışırlar, 
vәssalam. - Direktor yenә  xәlvәtcә Sadaya göz basdı  vә 


DAŞ YUXULAR 
99
yalnız bundan sonra artist anladı ki, Mopoşun fikri 
mümkün qәdәr tez bir zamanda Camaldan yaxa 
qurtarmaqdır. 
- Yox, heylә olmaz. Prokuror pulu qoyub mәnim 
sözümü tutmaz. Artist qәtiyyәtlә kağızı geri itәlәmәklә, 
direktoru başa salmaq istәdi ki, onun fırıldaq oyununa 
şәrik ola bilmәz. Sonra o, Camalın dәrd yağan sifәtinә 
baxdı, bu dәfә  dә  qәlbinin dәrinliklәrindә zülmәtә 
bürünәn, gün işığı  qәhәtә  çıxan, üzü gülmәyәn, ölü, 
kәdәrli  Әylisi gördü. O Әylisi ki, dağlarını itirmişdi, 
mәbәdlәrini itirmişdi, o sayaq möhtәşәmliyini itirmişdi. 
İnsansız bomboz küçәlәr. Hәyәtlәrdә son payızın ölü 
sükutu. Nәfәsi dayanmış  ağacların üstündә bircә yarpaq 
da qalmayıb, yiyәsiz dağların nә sürüsü var, nә çobanı. 
Yalnız ala qarğalar bomboz müsәlman qәbristanlığının 
üstündә dövrә vurur. Bütün düşüncәlәri çıxılmazlığa 
dirәnәn Saday uzun düşüncәlәrdәn sonra dedi: 
- Bәlkә Babaşı tapaq? 
Camal sevindi vә sanki bu sözә bәnd imiş kimi dirilib 
özünә gәldi. 
- Hә! - Hәyәcanla dillәndi. - Onu tapaq! Mütlәq 
kömәk edәr. Vәzifәsi, adı-sanı, hörmәti... - Güclü adamdı 
Babaş. - O, stolun arxasından qalxdı. Mәni apar onun 
yanına. Qalanı mәnlikdi. 
Saday Sadıqlı Babaşın vәzifә yüksәlişindәn kifayәt 
qәdәr xәbәrdar idi. Az müddәt komsomolun Mәrkәzi 
Komitәsindә  işlәyәndәn sonra onu Bakının böyük 
rayonlarından birinә icraiyyә komitәsinin sәdri 
qoymuşdular. Rayon partiya komitәsinin birinci katibi 
olmuşdu, xeyli müddәt nazir kürsüsündә  әylәşmişdi. Axır 


DAŞ YUXULAR 
100 
macallarda Mәrkәzi Komitәnin şöbә müdiri idi. Cәmi iki ay 
әvvәl "Xalqsevәrlәr Cәmiyyәti" yaranmışdı  vә Babaş 
Ziyadov indi orda sәdr vәzifәsini tuturdu. 
Saday illәr boyu Babaşla görüşmәkdәn qaçmışdı, 
amma indi Camalın xәtrinә  hәr  şeyә hazır idi. Ancaq o, 
Babaşın rәhbәrlik elәdiyi tәşkilatın harada yerlәşdiyini 
bilmirdi. Buna baxmayaraq tәrәddüd etmәdәn onu 
axtarmağa qәrar verdi. Sadayın qәti qәrarı direktoru 
tәlaşa saldı, o, stoldan aralandı, onların qabağına yeriyib, 
kabinetdәn çıxmalarına mane olmaq istәdi. 
- Hara?! - Mopoş qapının ağzını  kәsdirib bağırdı. - 
Yerliniz Babaş Ziyadovun yanına getmәk fikrindәsiniz? 
Hövsәlәnizi basın. Hәlә bir qoyun zәng çalaq, soruşaq. 
Bәlkә heç yerindә deyil. 
Direktorun masasının üstündә görünüşünә görә bir-
birinin eyni olan üç telefon aparatı vardı - daxili, şәhәr vә 
hökumәt telefonu. O, telefonlardan әn mötәbәrinin 
dәstәyini qaldırdı. Hәmәn dәqiqә sifәti ciddilәşdi. Aparatın 
әhәmiyyәtini nәzәrә çarpdırmaq üçün nümayişkaranә 
tәrzdә üç dәnә  rәqәm yığdı. Babaş Ziyadovun sәsini 
eşidәndә isә karıxdığını ört-basdır elәyә bilmәdi. 
- Salam, Babaş Bilaloviç! Mirәlәmovdu...Hә, 
teatrdan...Allah kömәyiniz olsun...Yerdәn göyә razıyam 
sizdәn...Olacaq.  Әla pyes gәlib. Özü?..Әlbәttә, bilir. Bәli, 
bәli, mәlumat verilib. Pyeslә şәxsәn tanış olub...Bәyәnib. 
Çox xoşuna gәlib. Bәli mövzu olduqca aktualdı... Onun 
obrazı?..Var, var. Pyes on üç il әrzindә onun burda 
törәtdiyi biabrçılıqdan bәhs elәyir. Baş rolda kimdiii? Bәli, 
bәli odu. Sizin yerliniz, o, bizim fәxrimizdi. Әslinә qalanda 
müәllif bu rolu yazanda Saday müәllimi nәzәrdә tutub, o, 


DAŞ YUXULAR 
101 
özü dә deyib ki, bu rolda Saday Sadıqlını görmәk istәyir. 
Bәli, bәli, özü! 
Saday Sadıqlı bilirdi ki, hakimiyyәt başına gәlәn tәzә 
Birinci bütün diqqәti keçmiş Rәhbәrin ifşasına yönәldib vә 
indi o, tamam gözdәn salınıb. İndi direktor qәfil yerindәn 
sıçrayıb artistә dil tökәndә o, anlayırdı ki, Babaş Ziyadov 
şübhәsiz, teatra nәsә  vәd elәyir. Sadayın bu saat 
direktorun kabinetindә olmağı Babaşa da gün kimi aydın 
idi. Direktor isә hәlәlik bu barәdә susur, Ziyadovun artistlә 
danışmaq tәklifini bir mәmur tәmkini ilә  lәngidirdi. 
Nәhayәt, bayaqdan davam edәn gözlәnti sona yetdi. 
- Bәli, o buradadı, mәnim yanımda, sizә minnәtdarlıq 
elәmәk istәyir. - Mopoş az qala sevincindәn oynaya-
oynaya dәstәyi Sadaya uzatdı. 
Artist Babaşla salamlaşıb birbaşa mәtlәbә keçdi. 
- Camal gәlib, - quru danışdı, - sәnә işi düşüb. 
- Yәni elә çәtin işdi? - Babaş zarafat elәmәk istәdi. 
- Sәnin әlindә heç nәdi. 
- Tanınmış artistsәn, sәnin üçün dә  çәtin olmaz. 
İnanmıram ki, camaat sәni bizdәn az istәyir. 
- Әgәr gücüm çatsaydı sәnә zәng elәmәzdim.- Saday 
xoş danışmağa çalışdı. Yaxşı, onu qәbul elәmәyә imkanın 
var, ya yox? 
Görünür, Babaş Ziyadov artistlә zarafat elәmәyin 
sәmәrәsiz olduğunu anlayıb ciddilәşdi: 
- Noolar, qoy gәlsin, qәbul elәyәrәm - deyib bir 
müddәt susdu, incikliyini birtәhәr boğub  әlavә elәdi: - 
Mәn dә elә bilirәm tәbrik üçün zәng çalmısan... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə