DAŞ YUXULAR
85
şeytani bir ehtirasla göndәrilәn mühüm bir xәbәri yer
üzünün hәr bir mәkanına çatdırmağa tәlәsir.
Elә o vaxtdan bu dünyaya aid olmayan o qәribә sәs
Sadayı qarabaqara izlәyirdi. O sәs hәr yerdә idi. Vә Saday
radio dalğalarında, televizor ekranında, inqilabi, dini,
vәtәnpәrvәrlikdәn bәhs edәn vәrәqlәrdә, giriş qapılarında,
küçә dirәklәrindә qәzet vә jurnalların iri qara şiriftlәrlә
yazılmış mәqalә başlıqlarında hәmin xışıltı vә şırıltıyla axıb
tökülәn sәsli işığı görür, eşidirdi. Bu sәsli işıq hәlә
indiyәcәn görünmәmiş fәlakәt haqqında dünyanın hәr
yerinә xәbәr aparırdı. Vә o heç vәchlә qәbul edә bilmәzdi
ki, heç kimin heç nәdәn qorxub çәkinmәdiyi bir zamanda
daim qorxu hissinin altında sıxılıb әzilmәlidir. Nә üçün hәr
söhbәt, qәzetdәn oxuduqları, radiodan, televizordan
eşitdiklәri, meydanlarda natiqlәrin nitqlәri, küçәdә
arvadaların qar-quru ona faciә kimi görünürdü? Nәyә görә
hamilә qadınlara, bulvarda, parkda qoşa addımlayan
cavanlara baxdıqca qanı qaralır? Yәni o, insanları
gәlәcәkdә gözlәyәn qorxu әzabını tәkbaşınamı çәkmәlidir?
Doğrudanmı, әvvәllәr dә, elә indi dә onu qorxuya salan
mәsәlә baş verәcәk, onun gördüyü bu küçәlәr, bu
meydanlar istәrsә dә, istәmәzsә dә hakimiyyәt başına
yeni bir Xozeyin gәtirәcәk? Nә üçün qarşısıalınmaz qan
davasının ağrı vә әzabını mәhz o, Saday Sadıqlı
çәkmәlidir?
Qәlbini sıxıb әzәn suallara cavab tapa bilmәyәn
Saday Sadıqlı hәr gecә yuxuda Әylisi görürdü. Çünki Әylis
ürәyinin sağalmaz yarası idi. Vaxt ötdükcә daha әsәslı
şәkildә depressiv-melenxolik ovqata düçar olan Saday
dünyadan vә adamlardan hәr gün bir az da uzaqlaşırdı.
DAŞ YUXULAR
86
Tez-tez yuxuda sayıqlayıb inildәyirdi. Rabitәsiz
monoloqlarında Haykanuşun, Anikonun, Camalın, Lüsikin,
Babaşın, eyni zamanda Azadә xanıma mәlum vә mәlum
olmayan adamların adlarını çәkirdi. Amma bir dәfә
gecәnin yarısı Azadә xanım Sadayın yuxulu-yuxulu xaç
çevirdiyini görәndә xeyli müddәt özünü әla ala bilmәdi.
Elәcә dәhşәtli gecәlәrin birindә әrinin anlaşılmaz
nitqlәrindә hamının çoxdan unutduğu tülkü balası peyda
oldu. Çox vaxt baş verәnlәri atasından gizlәdәn Azadә
xanım Sadayın gecәki iniltilәrinә dözmәyib sәhәri gün
keçirdiyi iztirabları doktor Abasәliyevә bildirdi.
- Papa, bәlkә onunla sәn danışasan? Niyә әzab
çәkdiyini aydınlaşdırasan?
Doktor Abasәliyev meydana çıxan psixoloji drum
qarşısında tibbin çarәsizliyini yaxşı bilirdi, ona görә dә
qızını sakitlәşdirmәyә çalışdı.
- Bu kriptomneziyadı, - dedi. Bütün hәssas adamlarda
müşahidә olunur: -yaşlandıqca "uşaqlığa qayıdırlar",
narahat olma. Onsuz da hәr kәs öz hәyatını yaşayır.
Bәla burasında idi ki, Saday mәhz indi öz hәyatını
yaşamırdı. Qәribәdir, Saday Sadıqlının nәsil-kökündә bircә
damla da ermәni qanı olmadığı halda (bir babası
Kәrbәlanı, o birisi Mәkkәni ziyarәt elәmişdi) nә qәdәr
müddәtdi sanki o, canında hansısa adsız bir ermәnini
daşıyırdı. Lap dәqiqi, daşımır, gizlәdirdi. Sanki bu böyük
şәhәrdә incidilәn, alçaldılan, qәtlә yetirilәn hansısa bir
ermәni deyildi, onun özünü incidir, tәhqir edir,
öldürürdülәr. Payızın lap әvvәlindәn bu vaxta qәdәr onun
üzü bircә dәfә dә gülmәmişdi, sıxıntı vә kәdәr içindә
hәrlәnmişdi daima. Әvvәllәr hәftәdә iki dәfә baş çәkdiyi
DAŞ YUXULAR
87
teatra daha ayağını da qoymurdu. Hәtta bir vaxt hәvәslә
qoşulduğu mitinqlәr mәna vә mәzmununu itirib gözündәn
düşmüşdü. Şәhәrdә özünә yer tapa bilmirdi, evdә dә
qәrarı tutmurdu.
Külәkli, yağışlı bir axşam o, evә elә bir halda gәldi ki,
Azadә xanımı dәhşәt bürüdü, qışqırmaqdan özünü zorla
saxladı, kişini elә bil gölә basmışdılar - tәpәdәn dırnağa
cumculuq suyun içindә idi. Әyninin paltarı, saçı, çәnәsi
bәs deyincә islanmışdı. Plaşının ciblәrindәn su süzülürdü.
Şalvarı çamura, palçığa bulaşmışdı, pencәyinin
düymәlәrini, köynәyinin boyunluğunu dartıb
qoparmışdılar.
Azadә xanım ağlaya-ağlaya әrini soyundurdu,
hamama aparıb isti suyun altına saldı. Sonra bir qәdәh
konyak verdi, çay gәtirdi. Saday bir qәdәr özünә gәlәndәn
sonra sorğu-suala başladı:
- Harda dalaşmısan?
- Dalaşmamışam...
- Bәs onda sәni kim bu kökә salıb?
Saday cavab vermәdi. Uzun sükutdan sonra elә
hönkürdü ki, Azadә xanım soruşmağına peşman oldu.
- Aza, vağzalda cavan bir qadına od vurub
yandırdılar! Üstünә benzin töküb diri- diri yandırdılar!
- Kim yandırdı? - Azadә xanım gözünün yaşını silә-silә
soruşdu.
- Arvadlar, Aza, küçәdә alver elәyәn qadınlar. Elә bil
adam deyildilәr, cin yığınıydı.
- Sәni dә onlar bu hala saldılar?
Artist heyrәtlәndi, hәqiqәtәn dә o, evә nә vәziyyәtdә
gәldiyindәn xәbәrsiz idi.
DAŞ YUXULAR
88
- Bilmirәm. Heç nә yadıma gәlmir. O әcinnәlәr
ermәni qadını yandıran dәqiqә yoxa çıxdılar. Bir dә
gördüm vağzalda tәmtәk qalmışam.
Әhvalatın mәğzini öyrәnәndә Azadә xanımın halı
xarablaşdı.
- Gecә yuxuda görürәm ki, bizimkilәr mәni aradan
götürmәk üçün bir ermәniyә pul verirlәr.
- Kim? Kimdir sәni öldürtmәk istәyәn? - Az qala
başını itirәn Azadә xanım öz sәsinә bәnzәmәyәn tamamilә
yad sәslә qışqırdı.
- Ermәniyә pulu bizim hakimiyyәtdә olan adamlar
verirdilәr.
- Bәsdi! Bu ölkәdә çoxdan hakimiyyәt yoxdur. Olanlar
da düşmәn dәyirmanına su tökürlәr. Sәncә, Sumqayıtı
cәhәnnәm oduna qalayan xalqdı? Yox, әzizim, yox! Bu ya
KQB-nin, ya da hakimiyyәti zәbt edәn bir qrup mafiozun
әmәlidir. Dünya dağıla, Saday, inanmaram, kimlәrsә
azәrbaycanlıları belә ağılsız vәhşiliyә tәhrik elәsinlәr.
- Hansı haqla belә deyirsәn? Axı sәn Әylisdә
olmusan, - artist dәrdli gözlәrini arvadına zillәyib belә dedi
vә dәrhal da başını uşaq kimi sinәsinә әydi.
- Hә, Әylisdә olmuşam, bilirәm ki, türklәr günahsız
insanların üstünә vәhşi kimi cumub, onlara divan tutublar.
Amma sәn elә yerdә olmusan ki, orada ermәnilәr minlәrlә
bәdbәxt azәrbaycanlını yerindәn-yurdundan qovublar.
Ömründә bir dәfә sәn, evsiz-eşiksiz qalan, bu gündәn
sabaha ümidi olmayan o bәdbәxtlәrin halına yanmısanmı?
Mәgәr aranı qızışdırıb bu qanı tökәnlәr onlar haqqında
düşünürmü? İndi fәrqi yox, qarabağlı, yaxud bakılı
ermәnilәr olsun, ona görә azәrbaycanlıya tüpürürlәr ki,
Dostları ilə paylaş: |