Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

DAŞ YUXULAR 
77
Hәr ağızdan bir avaz gәlirdi, Haykanuş isә sabunlu 
әlini belinә sarıdığı  şala sürtüb qurulamaq vә eyni 
vәziyyәtdә durmaqdan әyilmiş qamәtini birtәhәr 
düzәltmәk hayında idi. Haya gәlәn arvadlar yavaş-yavaş 
dağılışırdılar. Onların qar-quru uzaqlaşıb eşidilmәz olan 
kimi Haykanuş qollarını elә geniş açıb kilsәyә  tәrәf  şığıdı 
ki, elә bil bu heysiz qadın bu möhtәşәm tikilini qucağına 
alıb qaldıracaq. Qoca Haykanuş özünü әylislilәr demişkәn 
"Başı çalmalı, әli uşaqlı" arvadın önündәki xaça yetirәndә 
başı ağ cunayla sarıqlı Camal dinmәzcә kilsәnin girişindә, 
divarın dibindә oturmuşdu. Bayaqdan darvazanın küncünә 
qısılan, qorxu vә  dәhşәt içindә  nәnәsinin Camalın başını 
yumağına tamaşa elәyәn Lüsik, indi gilas ağacının dibindә 
tәrpәnmәz qalmışdı  vә deyәsәn, dinmәzcә  ağlayırdı. 
Camalın da gözündә yaş parlayırdı. O, elә heyrәtlә 
baxırdı, sanki dünyanı ilk dәfә görür, Babaş bir qıraqda 
dayanaraq başını  aşağı salmışdı, bayaq özünü saxlaya 
bilmәyib qusduğuna görә xәcalәt çәkirdi. 
Haykanuş, hәmişә olduğu kimi kilisәnin girişindә 
dayanıb varlığını unudaraq dua elәyirdi. Bax elә bu anda 
yer üzündә hәlә indiyәcәn görünmәmiş möcüzә baş verdi, 
ermәni dilindә bircә  kәlmә bilmәyәn Saday Haykanuşun 
lap astadan, az qala özü-özünә pıçıldadığı hәr kәlmәsinin 
mәnasını ana dilindәki kimi eşitdi. Bәlkә o yuxu görürdü? 
Bәlkә bu yuxu deyildi, böyük yaradanın göy üzündәn 
göndәrdiyi ilahi qüdrәt idi ki, hәr bir yaradılan bәndә heç 
olmasa ömründә bir dәfә belә bir qismәtә ürcah olur. 
Maraqlıdır, görәsәn, hәmişә dünyaya daş gözlәrlә baxan 
qadın hәqiqәtәnmi daşdandır vә yaxud o daş olduğunu, 
daşdan düzәldiyini unudub vә  qәfil xoş bir tәbәssümlә 


DAŞ YUXULAR 
78
Sadayın üzünә gülümsәyir. Hәlә bu harasıdır. Bir anda o 
başı çalmalı arvadın qucağındakı  uşaq da canlanır, 
boynunu ora-bura әyir bapbalaca әllәrini, xırda ayaqlarını 
hәrәkәtә  gәtirir. Saday gözlәri ilә açıq-aydın görürdü ki
körpә göz qapaqlarını qaldırır vә  hәtta kiminsә üzünә 
gülüb göz vurur. Bu nә demәkdi, ey böyük yaradan, axı 
onun gözlәri elә  hәmәn anda hәm dә Camalın gözlәri 
deyildimi? Yaxşı deyәk qarabasmadır, yuxudur, 
görkәzmәdir. Bәs yaxşı onda kilsәnin yaxınlığında yaşayan 
Taytax Çimnazın, ortancıl vә  әcaz qızı Cinni Sәkinәnin 
"Baxın, ay camaat! Sarı Saday ermәni kimi xaç çevirir"- 
deyәn sәsi hardan gәlirdi? Bu Çimnazın hәmәn 
başdanxarab qızı idi ki, Allah qoymasa haqq aşığı 
olmuşdu, özü kimi çirkin bir bayatı qoşub boğazı  cırıla-
cırıla oxuyurdu: 
Ermәni, ay ermәni... 
Dağa-daşa dırmanır 
Dalından buynuz çıxıb 
Yox әlacı, dәrmanı... 
Hәlә o qeyri-adi İlahi işıq! 
Haykanuş ermәni dilindә oxuyan duaların Sadaya 
әyan olduğu, ömründә ilk dәfә qeyri-ixtiyarı xaç çevirdiyi 
gün hәmişәki kimi kilsәnin günbәzinә, dağların dikinә 
sarımtıl-narıncı  işıq sәpәlәnmişdi - Sanki o işıq Allahın 
nәzәri idi, mәbәdin içini nurlandırırdı. Necә olur axı bu? 
Saday Sadıqlı kilsәni, eyni zamanda onun özünün qәlbini 
dolduran qeyri-adi dәrәcәdә parlaq işığı bir daha heç 
zaman, heç harda görmәdi. Amma bununla belә heç 
vәchlә inanmaq istәmirdi ki, Әylisin işığı bambaşqadı, 
dünyanın işığı bambaşqa. Onun Әylisdә gördüyü nur, o 


DAŞ YUXULAR 
79
işıq yalnız  Әylisdәdir,  Әylisә  mәxsusdur, daha heç yerdә 
yoxdur. Axı bu ola bilmәz. Axı  Әylisin yuxarı başının eni 
nәdir, uzunu nәdir: altı-yeddi kilometr ola, ya olmaya. Bәs 
bu bir әlcә yerin işıq hikmәti nәdir görәsәn? Amma yox
әgәr haçansa insanlar bu bir әlcә torpaqda on iki kilisә 
tikiblәrsә, o kilisәlәrin yan - yörәsindә  cәnnәt bağı 
salıblarsa, ola bilmәz ki, onların işığından buralarda ilişib 
qalmasın, әks halda Allah insanın nәyinә lazımdı? 
Görәsәn hәmin gün bütün Әylisi bürüyәn sarımtıl-
narıncı işığı Sadaydan başqa bir kimsә dә görübmü? Necә 
olub ki, elә o gün kilsәnin hәyәtindәcә ilahi işıq barәdә 
kimdәnsә nәsә soruşmaq ağlına gәlmәyib. İndi, Bakıda bu 
barәdә uzaqbaşı Babaşdan soruşa bilәr. Amma necә? 
Amma hansı Babaşdan?  İndi günü bu gün dә Babaş 
Ziyadovdan o nur, o işiq barәdә soruşmaq "jek" 
müdirindәn Allahın ünvanını soruşmaq qәdәr mәnasız bir 
işdir. 
Hәmin yay Bomba Babaş Haykanuşun Erevandan 
tәşrif buyuran nәvәsi - Lüsikin dәrdindәn Mәcnuna dönüb 
çöllәrә düşdü. Elә miskin foks qalmadı icad elәmәsin. Әn 
uca ağacların tәpәsinә  çıxıb ordan özünü yerә tulladı, 
xoruz kimi banladı, qarğa tәki qarıldadı, ya da kolluqda 
gizlәnib kәklik sәsi çıxartdı. Gah quzuya, gah qurda 
döndü. Elә olurdu gün әrzindә bir neçә dәfә әllәri üstündә 
tәpәsi aşağı kilsәnin başına dolanırdı. "Es kes surumen! Es 
kes Surumem!" - deyә gah hasarın üstündәn, gah da 
kilisәnin damından qışqırır, öz sonsuz sevgisini Lüsikә 
ermәni dilindә çatdırdığına görә çox xoşbәxt olurdu. Di 
gәl, arıq vә nәnәsi kimi әsmәr bәnizli Lüsik onun bütün bu 
oyunbazlığına sәbirlә  dözürdü:  O,  nәinki Babaşa az da 


DAŞ YUXULAR 
80
olsa diqqәt göstәrmir, әslinә qalanda heç onu görmürdü. 
Әtrafda heç nәyi, heç kimi hiss etmәyәn Lüsikin bütün 
vaxtı gün әrzindә kilsәnin hәyәtindә  rәnglәrә  vә  fırçaya 
sәrf olunurdu. 
Tәbii ki, Haykanuş qarı yay günlәrini kәnddә keçirәn 
nәvәsini gözdәn qoymur, әn azı gündә bir yol kilsәyә baş 
çәkәndә termosda nәvәsinә çay, qazanda isti yemәk 
gәtirirdi. Lüsik ona Babaşın  әmәllәri barәdә heç nә 
demirdi. Amma Haykanuş özü hardansa eşidib-duydu, 
mәsәlәdәn agah olanda Ziyadovların evinә  gәlib oğlanın 
babasına  şikayәt elәdi. Bundan sonra Babaş guya özünü 
yığışdırdı. Heç demә hәngamә irәlidә imiş. Bu mәsәlә dә 
hәmin yay tәtili zamanı ortalığa çıxdı. Günlәrin birindә 
kәndә  xәbәr yayıldı ki, bәs kimsә gecә Haykanuşun 
hasarından aşıb hәr limon ağacından bir dәnә limon 
qopardıb.  Әlbәttә, bu gerçәkli oğurluq sayıla bilmәz, 
sadәcә kimsә hansı  sәbәbdәnsә ev sahibәsinә  işarә 
verirmiş. Haykanuş hamıdan çox Babaşdan sübhәlәnsә dә 
heç kimә  şikayәtlәnmәdi. Bundan iki gün sonra yenә 
kimsә Haykanuşun hәyәtinә keçib paltar ipinin üstündәn 
Lüsikin tursikini aparar. Birisi gün sәhәri onların çoxillik vә 
sarsılmaz dostluğunun sonu yetişdi vә onların hamısının 
parlaq işıqlı  uşaqlığına yekә bir nöqtә qoyuldu. Mәscidin 
qarşısında, adәtәn Әylis uşaqlarının oynadığı meydançada 
Saday heç özü dә dәrk edә bilmәdi ki, hansı ürәklә kәndin 
әn güclü oğlanlarından sayılan Babaşa möhtәşәm bir 
zәrbә endirdi vә bir zәrbәdәn Babaşın yerә sәrәlәnmәyinә 
әmәlli-başlı heyrәt elәdi. Sonra tursiki Babaşın  әlindәn 
dartıb aldı, yuxarı qaldırıb havada yellәdә-yellәdә uşaqlara 
göstәrdi, var sәsi ilә qışqırdı: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə