Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

DAŞ YUXULAR 
61
çoxillik qәnaәtlәri pisxoloqu tәhrik elәmişdi ki, beynindә 
közәrәn çәk-çevirlәrinin sәbәbini aydınlaşdıra bilsin. O 
әsәbi halda, hәm dә anlaşılmaz qәribә bir sәslә dedi,- 
Ermәni evi zәbt elәyәn hәr bir әylisli ailәsindә pisxi xәstә 
var - dedi. - Mәn bunu sәnә  hәkim kimi deyirәm. O 
evlәrdә dinclik görәn kimsә varmi? Әgәr tәrәddüd 
elәyirsәn, Vuraqurddan aşağıdakı evlәri bircә-bircә sayaq. 
Götürәk Daş kilsәnin yanında Mırıq Müzәffәrin evini. Heç 
kim deyә bilmәz ki, özünün, yaxud arvadının başı yerindә 
deyil, normal adamdılar. Çünki onların doğulduğu vә 
böyüdüyü ev basqınlar zamanı  әlә keçirilmәyib. Amma 
onların uşaqlarına fikir ver, hamısı pisixi xәstәdir. 
Kәmağıllılığın klassik forması göz qabağındadır. Bir vaxtlar 
xәstәxanamızda Müzәffәrin iki qızını müalicә elәmişәm. 
Necә lazımdır elә, kefin islәyәn kimi müalicә elәmişәm. 
Ola bilsin, sәn o qızları elә indicә küçәdә, bulaq başında 
görәsәn. Elә bil xәstә quzudular. Bir adama salam 
vermәzlәr, kimsә ilә  kәlmә  kәsmәzlәr. Çünki tutulduqları 
azar sağalmazdır. Mәncә, bu xәstәlik deyil, cәzadır. 
Günaha görә Allahın insanlara verdiyi cәzadır... Mırıq 
Müzәffәrdәn azca aşağıda Qaban Qurbanın evidir. 
Görürsәnmi, nәvәsi nә kökdәdir? Dırmaşır hasara, ordan 
gәlib gedәnin başına daş yağdırır. Bax hәlә talanlar 
zamanı  zәbt edilәn evlәrin günü-güzaranı necәdir? Götür 
Bәyaz qocanın oğlu Qafili - üzdәn ağıllı-başlı adamdır. 
Әslindә isә başdan xarabdır. Ona ayrı  nә ad verim ki, 
qarşılaşanda mәni yalan olmasın bir saat çәnәsinin altına 
salıb qara atın belinә qalxan Mәhәmmәdin Sina dağına - 
Allahla görüşә yollanmasından danışır. Yaxşı, xәstә-
xüstәni qoyaq bir qırağa. Sağlam, ya qeyri sağlam olsun, 


DAŞ YUXULAR 
62
bu boyda Әylisdә bir nәfәr tapmazsan ki, o zaman 
ermәniyә nahaq qan uddurub, indi isә qulağı dincdir. 
Özün qulağınla eşidirsәn - Mәxsәti Aleksin (ermәni, 
Yerusәlimdә İsus mәbәdinin nümayәndәsi) evinә soxulan 
Qәzәnfәr hәr axşam balalarıyla döyüşdәdir, qışqırır onların 
üstünә, hәdәlәyir, söyür... O qardaşlar isә  hәr an bir-
birinin boğazını quş boğazı kimi üzmәyә hazırdı. Budur 
bax, valideyinlәrin günahı ucbatından övladlar hansı 
zülümü ayaqlayırlar. Ayaq altına salıb tapdaladığımız 
ruhlar imkan vermirlәr ki, bu fani dünyada rahat yaşayaq. 
Qәssab Mәhәmmәd küçәnin tam ortasında Keşiş Mkrtçın 
qızını xançalla doğradı. Mәhәmmәdin ahıl vaxtını 
görmәdim,amma Bakıya gәlib-gedәnlәr deyirdi ki, o it 
olub hürürmüş, gözlәri tutulub, sonra da iflic olub, ağzı 
әyilib durub qulağının dibindә. Hәlә bu nәdir ki, oğraşın 
qarnını ishal doğrayıb, deyirlәr ayaq yoluna girib 
gücәnәndә dalından çıxan gurultu Zәngәzura çatırmış. 
İndi hamı onun adı  gәlәndә burnunu tutub qәbrinә 
tüpürür. Bir sözlә, cavan oğlan, inanmıram ki, bu yerlәrә 
bir dә xoş gün qismәt ola. Görürәm ki, heç indiki әylislilәr 
dә buna inanmırlar. Qulunun evindәn azca arallanandan 
dәrhal sonra doktor Abasәliyev ilk alaqapını araladı, 
hәyәtә girdilәr. Ev sahibi Nubar eyvanda oturub yun didir, 
dodağının altında öz-özüylә nәsә mırtdanırdı. 
- Keçin içәri, keçin - deyә onları salamladı - xoş 
gәlmisiniz. Gün hardan çıxdı, doktor, biz dә yada düşdük. 
Deyirlәr bir aydır burdasan, üzünü ilk dәfә görürәm.  
Doktor Abasәliyev: 
- Taxsır kimdәdir? Heç ayağını evdәn bayıra qoyursan 
ki, camaat da sәni görә bilsin - dedi vә  hәyәtә göz 


DAŞ YUXULAR 
63
gәzdirdi. - Göz dәymәsin, hәyәt-bacan gülür. Deyәsәn, 
sudan korluğun yoxdur. 
- Allah hәr kәsә ürәyincә versin, Zülfü qardaş. Hәlә 
ki, qapı-bacaya baxmağa taqәtim var. Mudaramız sudur, 
şükür bu il kәsildiyi olmayıb, irәlikindәn dә bol gәlib. Bu 
saat samavarı alışdırım, bir qәsәng çay verim sizә. 
- Zәhmәt çәkmә, indi gedirik. İki-üç dәqiqәliyә 
gәldik, görәk necәsәn. Olmaya hәlә dә tәk qalırsan. 
- Tәk qalıram, doktor, tәk, - Nubar arvad göynәdi. 
Qızın biri körpә-körpә  qәhr oldu, alçağın birinә vuruldu, 
sonra da başına nöyüt әmdәrib cavan canını yandırdı. İki 
qızı yetim qaldı. Oğlum da gedib bir rusla evlәndi, bir әlcә 
әppәyә döndü, onu da it apardı, odu -budu buralara 
üzükmәyib. 
- Bu evdә yaşayan ermәnilәr yadına gәlir, ay Nubar? 
- Arakel idi dә, sәn mәnnәn dә yaxşı bilirsәn. Arvadı 
Esxinin qayadan atılmağı elә bil dünәn olub. Mәn 
ömrümdә heylә  qәsәng qadın görmәmişәm. Nә  tәhәr 
yanıqlı oxuyurdu, ay Allah?! Hәm öz dilindә, hәm dә 
müsәlmanca. Sәbәbkar Allah lәnәt elәmiş  Әdif bәy idi. 
Onun dәstәsi  Әylisә girәn kimi, bәdbәxt ağlını itirdi. 
Yadındadır dә gün işaracaq çıxırdı Xişkeşenin ortasına, 
qayaların başına qalxıb oxuyurdu: 
Allaha bax, qızışıb baş aparma, 
Dәymә bizә, döymә bizi, Әdif bәy. 
Biz Әylisin güllәriyik, qoparma, 
Әymә bizi, qıyma bizә, Әdif bәy. 
- Bәs bu hәyәtdә Arakeli kim öldürdü? - doktor 
Abasәliyev inamsız-inamsız soruşdu. 


DAŞ YUXULAR 
64
- Arakeli evdә öldürmәdilәr axı, doktor, - Nubar arvad 
mәәttәl-mәәttәl cavab verdi. - Arakeli әkinlikdә gürzә 
güdaza verdi - Әbdulalı. Bilirәm nәyә  işarә elәyirsәn, 
amma bil, bu hәyәtdә bir damcı da qan axıdılmayıb. 
Doktor dәrin düşüncәyә daldı. 
- Ola bilәr - dedi - yәqin sәhv salıram. Biz hәyәtә 
girәndә sәn kiminlә danışırdın? 
- Burda kim var ki, kimlә danışım? - Nubar arvadın 
gözlәri yaşardı: - Bir әlimdir, bir yaxam, özüm-özümlә 
danışırdım. 
- Nubar, ruhların varlığına inanırsan? - o, titrәyәn 
sәslә soruşdu. 
-  İnanıram, doktor, Allaha, Peyğәnbәrә inandığım 
qәdәr inanıram. Elә o ruhlardır bizi bu kökә salan, Zülfü, 
bilirәm hansı sarı simә vurursan. Yadına düşür o vaxtların 
Marağa iranlıları? Yadındadır, ermәni qırğınından xeyli irәli 
hәftә  sәkkiz, mәn doqquz bizә  әdviyyat, xurma , saqqız, 
zәncәfil, darçın gәtirәn hәmin marağalı tacir, sonuncu 
kәrә  gәlәndә  nә dedi? "Nә  qәdәr gec deyil tәrk elәyin 
buraları, - dedi-bu qәdәr mәzarları olan yerdә insan xoş 
gün görә bilmәz" - Nubar arvad birdәn göz yaşları 
arasından gülümsündü, uzun vә  dәrindәn elә bir nәfәs 
dәrdi ki, sinәsindәn qopan xışıltı bir müddәt kәsilmәk 
bilmirdi: - amma, Zülfü qardaş, Әylis müsәlmanları qәdim 
qonşularıyla Nuh Nәbiyә  qәdәr bir yerdә yaşasaydılar da 
araya bu boyda düşmәnçilik düşmәzdi.  Әdif bәyin 
әmirindәn sonra bizimkilәr zalımlığa әl atdılar. Әgәr sәnin 
atan Hacı  Hәsәn müsibәt baş verәndә burda olsaydı, 
bәlkә adamlar utanıb-çәkinәr, ermәnilәri qırmazdılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə