Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

DAŞ YUXULAR 
57
idi. Vәng kilsәsinә  qәdәr olan yol dümdüz idi, hәmin o 
dümdüz yolun sonunda çayın qırağına düşüb yoxuş cığıra 
çıxdılar. Dağlardan sızan balaca Әylis cayının suyu adi bir 
bulaq axarı  qәdәr olar, ya olmazdı. Hәm dә onun suyu 
ürәk yanğısını biran da söndürәn bulaq suyu qәdәr soyuq 
deyildi. Amma uzun yolun istiliyi canlarını bürüyәndә elә 
bu çayın suyu da kara gәlirdi. Birtәhәr dәhnәnin yanına 
çatdılar. Elә orada anladılar ki, bәlәdçi vә at, yaxud eşşәk 
olmasa ora gedib çıxa bilmәyәcәklәr. Elә buna görә  dә 
çobanların açdığı dar cığırla geri dönüb günortaya yaxın 
Әylisin  әn uca nöqtәsindә  qәrar tutan Vәng kilsәsinә 
yetişdilәr. 
Saday kilsәyә  uşaqlıqdan bәlәd idi. Orada saysız-
hesabsız göyәrçinlәr mәskәn salmışdı. Ona görә  dә 
cammat arasında bu yerin ikinci adı « Göyәrçin bazarı » 
idi. Onlar kilsәnin hәyәtinә girәndә göyәrçinlәrdәn  әsәr-
әlamәt qalmamışdı. Görünür, quşlar su vә  dәn dalınca 
bağlara, tarlalara uçub getmişdilәr. Elә buna görә  dә 
kilsәnin qalın divarlarının arasında mövcud dünya vә 
atmosferlә heç bir әlaqәsi olmayan sakitlik vә  sәsizlik, 
insansızlıq vә zamansızlıq hakim idi. Hәtta kilsәnin içini 
dolduran hava da bu dünyanın havası deyildi, yad hava 
idi. Düz xәtlә boyunca uzanıb künbәzin dörd pәncәrәsini 
yarıb keçәn gün işığı  hәmişәki  Әylis işığına bәnzәmirdi, 
sanki çox uzaq vә gözәgörünmәz bir mәkandan axıb 
gәlirdi. Künbәzin aşağı hissәsindә axır macallarda әmәlә 
gәlmiş, yarıqdan sızan gün işığı  nәsә yad dünyanın sirli-
sehirli ovqatını yaradırdı. Çayın qırağından başlayıb yuxarı, 
kilsәyә aparan daş pillәkәnlәr Sadayın uşaqlıq yuxularına 
çox girmişdi. 


DAŞ YUXULAR 
58
Uşaq vaxtlarında Saday çayın qırağından başlayıb 
yuxarıya, addım-addım kilsәyә  tәrәf dikәlәn daş 
pillәkәnlәri görmüşdü, o pillәkәnlәrә dayaq olan dayanan 
meydançanı görmüşdü. Vә bununla yanaşı o yüksәklikdәn 
geriyә, çayın qırağına yenәn, möhkәm daşlardan hörülü 
daracıq yol da yadındaydı. Amma doktor Abasәliyevlә 
uğursuz sәfәrdәn geri döndüklәri gün Sadaya elә gәldi ki, 
ömründә heç zaman bu kilsәni, ona qalxan daş yolu, daş 
divarları, bu qәribә, qәdim Vuraqırdda olan yeganә yolu 
görmәyib. 
Qulu elә hәmin Qulu idi, dәyişmәmişdi. Nә zaman ki, 
tutması tuturdu, dәrhal evdәn çıxır, sәhәrdәn axşamacan 
bir hovur toxtamadan darvazanın qabağında fırlanır, ağzı 
köpüklәnә-köpüklәnә öz-özüylә danışırdı. Onu danışdıran 
sәbәb isә guya bu idi ki, kimsә  hәr gün su arxına zәhәr 
tökür vә o zәhәr dә onun hәyәtinә axır. Qulu hәmәn 
"mәrdimazarları" ağlı 
kәsәn dәrәcәdә, belәcә 
zәrәrsizlәşdirirdi. O, evinin üstünә daş atan, damına 
dırmaşan uşaqlara nifrin yağdırırdı. Ayrı yerlәrdәn gәlәn, 
qozbel arvadı vә evdә qalıb qarımış naxoş qızı ilә yaxınlıq 
elәmәk istәyәn hansısa cavan oğlanları hәdәlәyirdi. 
Doktor Abasәliyev pul çıxarıb Qulunun cibinә basdı. 
O, susdu vә  tәәccüblә uzun-uzadı doktor Abasәliyevә 
baxdı. 
- Nәdir, Qulu. Tanımadın mәni? - doktor soruşdu. 
Pessimis Qulu bir qәdәr fikirlәşdi vә birdәn doktorun 
çiyninә vurub dedi: 
- Zülfü deyilsәn? Böyründәki yoldaşını isә o saat 
tanıdım, uşaq olanda bütün günü boş-boşuna aralıqda 


DAŞ YUXULAR 
59
veyillәnirdi. - Bu dәfә Qulu doktorun çiynini bir az da bәrk 
dürtmәlәdi - Bәri bax, Zülfü, sәn hara, bura hara? 
- Gәldim, baxım görüm sәn öz cinlәrinlә necә yola 
gedirsәn - deyә doktor Abasәliyev cavab verdi vә ehmalca 
Sadaya göz vurdu. Hә, Pessimis, yenә onlar sәnә  nә 
pıçıldayırlar? Gecә gәlirlәr, yoxsa gündüzlәr dә qır-saqqız 
olub yaxandan әl çәkmirlәr? 
- Söz tapdı danışmağa, - Qulu rәncidә oldu - adını da 
doxtur qoyub. 
- Demәli cinlәrlә dostluğu pozmusan? De görüm bu il 
hәyәtdә bir şey әkә bildin? 
- Әlbәttә әkmişәm, elә şey olar? - Pessimis Qulu uca 
sәslә dillәndi vә tez dә söhbәti dәyişdi. - Heç denәn bu 
alçaqlar qoyurlar ki, әkdiyimizdәn bir şey әlә gәlә? 
- Deyirsәn, cinlәri yanından qovmusan, hә? 
- Belә yerdә cin durmaz! Buranın adamları cindәn 
dәhşәtlidir. - Pessimis Qulu darvazanı tәpiklә itәlәyib açdı 
- Budur, özün bax, әclaflar hәyәtә gәlәn suyu zәhәrlәdilәr, 
nә ki ağac var quruyub. 
Saday hәyәtә göz gәzdirdi:  әsasәn  әrik, orda-burda 
gilәnar, armud, fındıq,  şaftalı  ağaclarıydı. Gilas ağacına 
mәmәlәri dizinәcәn sallanan keçi bağlanmışdı. Divarın 
dibindә  әkilәn zirinc kollarının dibindә bir neçә toyuq vә 
cücә  eşәnәk atırdı. Hәyәtә heç nә  әkilmәmişdi. Heç bir 
ağac-zad da qurumamışdı. 
Onlar Qulunun darvazasından çıxanda: 
- Sәn ki bilirsәn, cavan oğlan, bu çoxdanın dәlisidi - 
Abasәliyev dedi. Onlar daş döşәnmiş dar yolla üzü aşağı 
gedәndә yan-yörәdәki evlәrә  nәzәr sala-sala Sadaya 
gözlәnilmәz, qorxulu vә qәribә әhvalat danışdı. 


DAŞ YUXULAR 
60
- Cavan oğlan, sәnә bir söhbәt elәmәk istәyirәm, 
amma qorxuram mәnim özümü dә  dәli sayasan. 
Hәqiqәtәn dә  Әylisdә çoxlu cin var. Cin deyәndә  mәn 
ruhları  nәzәrdә tuturam. Heç bilirsәn Qulunun evindә 
hansı ruh yaşayır? Bir vaxt burada Minas adında çәpgöz 
daşyonan yaşayırdı. Çox kilsәnin daşını bu nәslin ustaları 
yonub hazırlayıblar. Minas ömrü boyu daşla әllәşib: mәzar 
daşı, dәyirman daşı yonub, yola döşәnәn daş  çәkiclәyib, 
belә-belә işlәrdәn çox görüb. Dәli Qulunun babası Abdulla 
da eynәn nәvәsi kimi tәnbәlin, yekәbaşın biriydi. Bazarda 
araba dartırdı,daha doğrusu, çaydan çayxanaya su daşıyır, 
qazandığı  qәpik-quruşun başına elә oradaca daş salırdı. 
Gәrәk ki, belә bir hadisә baş verib: elә ki, Әdif bәy 
Әylisdәki ermәnilәri qırmaq әmri verir, bu çaqqal Abdulla 
qorxusuz-hürküsüz şirә dönür. Özünü salır mәhlәyә, balta 
götürüb cumur Minasın evinә. Minas hәyәtdә sakitcә 
oturub daş yonurmuş. Hiylәgәr Abdulla әvvәl Minasın 
başını kәsir, sonra onun arvadına, yazıq tifillәrinә dә aman 
vermir.  İndi,  әzizim,  әdalәt naminә özün de, bu Qulu 
Minasın evindә aydan-arı, sudan duru yaşaya bilәrmi? 
Allah haqqı, yaşaya bilmәz! Minasın әzablı ruhu heç vaxt 
ona dinclik vermәz. Allah o qәdәr unutqan deyil ki, belә 
alçaqlığı bağışlasın. 
Görünür Vuraqırdın mistik mәnzәrәsi doktor 
Abasәliyevi dә bәrk tәsirlәndirmişdi. O tez-tez addımlarına 
ara verir, ayaqları altında küçәyә döşәnәn, min illәrin 
sürtüb hamarladığı çay daşlarına nәzәr salırdı. Dağıdılmış 
qәdim evlәrә sonsuz heyrәt içindә baxır, gözünü 
hәyәtlәrdәn, ağaclardan ayıra bilmirdi. Ola bilsin ki, mәhz 
hәmin gün, Pessimis Qulu ilә söhbәtdәn sonra, mәhz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə