Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

DAŞ YUXULAR 
40
Hә, oğlu doktor Fәrzaninin zәif yeriydi. Artistin 
söhbәti, çox güman onun ürәyinin o zәif tellәrinin 
tәrpәtmiş, yarasının qaysağını qoparmış, köhnә  dәrdini 
tәzәlәmişdi. O xasiyyәtinә yad olan sirli bәdbinliyә 
qapılmışdı vә indi dә görünür bütün bu üzüntülәrdәn xilas 
olmağa can atırdı. 
- Hә, o anadangәlmә Don Kixotdur! - Fәrzani süni bir 
fәrәhlә dedi. - Don Kixot - bax bu rol onun boyuna biçilib. 
Qoy sağalıb yataqdan qalxsın bunu ona deyecәyәm. Necә 
bilirsәn, xәtrinә deymәz, 
Artist heyrәt içindә doktora baxdı, çünki "Don 
Kixot"un Saday Sadıqlının әn sevimli әsәri olduğunu bilirdi. 
- Deyәrsiniz, niyә  dә yox - hәyacanlanmış artist 
siqaret çıxarmaq üçün yenidәn 
әlin cibinә dürtdü. - O, "Don Kixot"u yüz dәfә 
oxuyub. Servantes sevdiyi yazıçıdır. Bizimkilәrdәn  әn çox 
Mirzә  Fәtәli Axundova dәyәr verir. Hәyatda isә  pәrәstiş 
elәdiyi qayınatasıdı, doktor Abasәliyev, bir dә hәmkәndlisi 
ermәni qızı Haykanuş, onun barәsindә  hәmişә 
mәhәbbәtlә danışır. - Nuvariş Qarabağlı bütün bunları 
birnәfәsә üyüdüb tökәndәn sonra әlini cibindәn çıxarıb, 
bir anlıq doktora baxdı. 
Doktor Fәrzani "Don Kixot"u iki dәfә oxumuşdu, 
Mirzә Fәtәli Axundov barәdә nәlәrisә bilirdi, amma ermәni 
Haykanuşu,  şübhәsiz, yerli-dibli tanımırdı. Doktor 
Abasәliyevlә isә lap yaxın tanış idi. Onunla Moskvada
Lelinqradda, Praqada, Varşavada... keçirilәn tibb 
simpoziumlarında dәfәlәrlә görüşmüşdü. 
- Doktor Abasәliyevin qızı harda işlәyir? 


DAŞ YUXULAR 
41
-  Әvvәllәr Leçkomissiyada idi. Tәzәlikcә Neftçilәr 
prospektindә diş klinikası açılıb, Azadә xanım orada işlәyir. 
- Artist saata baxdı, - İndi işdә olmaz, çox güman artıq 
evdәdir. 
- Axı sәn deyirdin belә günlәrdә Mәrdәkana, atasının 
yanına gedir. 
- Hә, gedir... - birdәn artistin fikiri aydınlaşdı. - Deyәn 
bu gün bazardı, hә, doktor? Mәndә bayaqdan çәk-çevir 
elәyirәm Azadә xanımı tapıb bütün bunların hamısını ona 
danışım. Bu әla oldu, doktor. Qoy Azadә xanım heç nәdәn 
şübhәlәnmәsin. Allah qoysa sabah huşu üstünә  gәlәr, 
Azadә xanım da әrini görәndә halı pis olmaz. Onlar biri-
birilәrini möhkәm sevirlәr. Uşağın da әvәzinә bir-birinә 
mehr salıblar. - Danışa-danışa gözünün qrağıynan stola 
nәzәr saldı. - İcazә verirsiniz buranı yığışdırım? 
- Narahat olma, sәnlik deyil. - Doktor yarımçıq qrafini 
soyuducuya qoydu. 
Sәndә Azadә xanımın nömrәsi var? 
- İşininki yoxdur, ev telefonunu bilirәm. 
- Yaz ver mәnә. Yәqin doktor Abasәliyevin bağında 
da telefon var. 
- Var, amma mәn onun nömrәsini bilmirәm. 
Doktor Fәrzani әlini artistә uzatdı. 
- Di get, gecәni necә lazımdır, dincәl. Mәnim hәlә 
innәn belә xeyli işim var. 
- Doktor! - Nuvariş Qarabağlı dillәndi vә elә  qәmli 
baxdı, sanki Fәrzani onun sonra nә deyәcәyini sözsüz dә 
anlamağa borcluydu. 
- Palataya gedә bilmәrik, - bildirdi. - Mәnası yoxdur. 
Sәn nayran olma. Hәr  şey qaydasındadır.  Әla otaq 


DAŞ YUXULAR 
42
ayırmışam, görәndә bәyәnәcәksәn. Televizoru, telefonu - 
palata deyil, xan sarayıdır. - Doktor artistin indicә verdiyi 
telefon nömrәsi yazılmış kağıza baxdı. - Ailәsi ilә  әlaqә 
saxlayaram, - әlavә elәdi. - Sәn heç nәdәn narahat olma. 
1989-cu ilin soyuq dekabr gecәsi idi. Nuvariş 
Qarabağlını evә getmәyin dәhşәtli qorxusu bürümüşdü. 
Bu qorxu içindәki kömәksizlik vә çıxılmazlıq duyğusundan 
qaynaqlanırdı. Kaş yenidәn bir az әvvәl ayrıldığı 
xәstәxanaya qayıtmaq iqtidarında olaydı, yalvarıb-
yaxaraydı, çox yox, tәk bircә gecәliyinә  xәstәxana 
çarpayısında,  әn  şәraitsiz palatada daldalana bilәydi. 
Xәstәxanadan aralanandan dәrhal sonra o, tәnhalığı az 
qala fiziki ağrı  qәdәr hiss elәyir, doktor Fәrzani ilә birgә 
keçirdiyi gecә, daha әlinin heç zaman çatmayacağı 
unudulmaz tәәssüratların tәsiri altında yanıb yaxılırdı. 
Doktor Fәrzani Saday Sadıqlının yanında qalmağı 
әmәliyyat zamanı ona assistentlik elәyәn yetmiş yaşlı 
çoxillik iş  tәcrübәsinә malik Münәvvәr xanıma hәvalә 
elәmişdi. Uzun ömrünün әlli ildәn çoxunu әhalinin can 
sağlığına hәsr edәn Münәvvәr xanımı burada Mira xanımı 
kimi tanıyırdılar. Birinci Mira xanım deyirdi. O ki qaldı 
Fәrzaniyә - öz işinin ustası olan tәcrübәli tibb bacısını 
konkret mәqamdakı ovqatına münasib tәrzdә çağırırdı. 
Mәsәlәn,  әhvalının adi vaxtında ona elәcә Münәvvәr, 
yaxud sestra deyirdi. Kefinin kök vaxtında isә travmatoloji 
cәrrahiyyә bölümünün әvәzsiz  әmәkdaşı onun üçün 
Minaşa idi. Bu sayaq müraciәt Münәvvәr xanımı hәr dәfә 
xoşbәxt elәyirdi. 
Hәr әmәliyyatdan sonra kabinetinә qayıdıb iki qәdәh 
araq içmәk doktor Fәrzaninin dәyişmәz adәti idi. 


DAŞ YUXULAR 
43
Әmәliyyat var, yoxdur bunun fәrqinә varmadan cәrrah 
axşamüstlәri öz kabinetinә  çәkilir, müәyyәn müddәt 
xәstәxana hәyatından tam tәcrid olurdu. Sizә  dә  mәlum 
olan bu günü saymasaq hәmişә tәk içirdi. Elә buna görә 
dә tibb bacısı  bәrk narahat olmuşdu: bir tәrәfdәn ona 
görә ki, doktor hәr günkü normanı  aşa bilәr, digәr 
tәrәfdәn dә qısqanırdı, axı bu neçә il әrzindә cәrrah mәhz 
bu kabinetdә sevincini dә, kәdәrini dә onunla bölüşürdü, 
bir yerdә dәrdlәşirdilәr. 
Onu  әn çox qorxuya salan mәsәlәlәrdәn biri dә bu 
idi: doktor Fәrzani xәstәni nomenklatura üçün nәzәrdә 
tutulan palatada yerlәşdirmişdi. Belә bir hal yalnız baş 
hәkimin qәrarı ilә ola bilәrdi: bәlkә dә heç lazımi göstәriş, 
razılıq olmayıb. 
- Bu da mәn, Minaşa! - Әyni ağ xalatlı doktor Fәrzani 
palataya girib qocaman tibb bacısını salamladı. Bu sayaq 
salamlama hәmişә olduğu kimi Münәvvәr xanımın ürәyinә 
sarı yağ kimi yayıldı. Görünür, Moskvadan Maşa zәng 
çalıb, - belә düşünmәyә qadının haqqı vardı, axı çox vәdә 
qızının zәngindәn sonra doktor Fәrzaninin çiçәyi çırtlayır, 
kefi kökәlirdi. 
- Hә, bizim artistimizin hәlә  dә bu işıqlı dünyaya 
qayıtmaq fikri yoxdur? - 
Doktor xәstәnin nәbzini yoxlayıb soruşdu. - Onun 
ürәyi, Minaşa, ürәyi... bәdәnindә sağ-islahat qalmayıb, di 
gәl ürәyi saat kimi işlәyir. 
- Eh, Fәrid Qasanoviç, siz bilirsiniz, mәn onun necә 
vaxtlarını görmüşәm?! - 
- Tibb bacısı  hәyәcan vә  qәm içindә dillәndi. - Vaxt 
var idi onu sәhnәdә görmәk üçün camaat dәstә-dәstә 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə