Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

DAŞ YUXULAR 
36
artistin Peyğәnbәr barәdә dediklәrindәn agah olsaydı, 
Allah bilir nә hala düşәrdi. Amma bu üç il әrzindә Bakıda 
gördüklәri onun dini görüşlәrini, vәtәnә, peyğәnbәrinә 
olan münasibәtini әmәlli-başlı dәyişmişdi. 
Doktor Fәrzaninin dünyagörüşündәki dәyişikliyin 
әsası vardır. Bu әsas ondan ibarәt idi ki, şәhәrin 
müsәlman  әhalisi ermәnilәrә qarşı misli görünmәmiş 
qәddarlıq törәtmişdilәr, halbuki o, ermәnilәrin haçansa, 
kimә qarşısa belә  qәddarcasına davrandıqlarını  nә 
görmüş, nә dә eşitmişdi. 
-  Şeyx dә Naxçıvanlıdır? - Doktor dalğın halda 
soruşdu, açıq görünürdü iztirab çәkir, pәrtdir. Sual artisti 
heyrәtlәndirdi. 
- Yox, hardan Naxçıvanlı olub? Şeyx Lәnkәranlıdır, 
talışdır, yaxşı adama oxşayır. - Artist bir qәdәr susdu, 
fikirini bitirmәk üçün söz axtardı... - Soruşmaq ayıb 
olmasın, doktor, siz özünüz haralısınız? Soyadınızdan İran 
bilinir. 
- Elәdi,  İranlıyam - Doktor dәrindәn nәfәs dәrdi: - 
Atam nә vaxtsa ağılsızlıq elәyib, mәni bura gәtirib. Mәnim 
ağılsızlığımın yanında onunku heç nәdi, Moskvadan durub 
gәlmişәm. Orda on beş il Sklisof xәstәxanasında cәrrah 
işlәmişәm. - Sonuncu kәlmәlәri doktor mәxsusi iftixarla 
dedi vә yenә stәkanlara araq süzüb әlavә elәdi: - Gәl içәk 
bizim allahsızın sağlığına, arzu edәk ki, bir dә  vәhşilәrin 
girinә keçmәsin, - vә ilk dәfә doktor stakanıstakana 
toqquşdurdu. Artist ürәyindә  cәrraha qarşı daha güclü 
ehtiram hissi keçdirdi vә bu ehtiramı duyduğuna görә 
uşaq kimi sevindi. 


DAŞ YUXULAR 
37
- Hә, doktor, içәk, arzu elәyәk ki, o bir dә heç vaxt 
vәhşilәrin taptağı altına düşmәsin, yaxası zalım yerazların 
әlinә keçmәsin. Amma, doktor, işin bu yerә çatacağını 
arvadı çoxdan bilirdi. Bilirdi ki, nә vaxtsa әrinin başına bu 
müsibәt gәlәcәk. Çalışırdı  әri ayağını evdәn bayıra 
qoymasın. O da çıxmırdı. Dünәn axşam ikicә saatlığa 
teatra gedib. Mәn özüm direktorun kabinetindәn zәng 
vurub zor-bәla boynuna qoydum gәlsin. Gәmәk istәmirdi. 
Çünki teatrdan iyrәnib. Hәtta maaşını almağa gәlmir. Bir 
Allah bilir nәyә görә evdәn çıxıb. 
- Çәk, rahat çәk. - Doktor Fәrzanı siqaret çәkmәkdәn 
yana cibini eşәlәyәn artisti zülümdәn xilax etmәk qәrarına 
gәldi. O, yarımaralı  pәcәrәnın qabağına gәlıb onu geniş 
açdı. Titrәyәn sәslә: - İnanmıram ki, bu adam indәn sonra 
bu  şәhәrdә duruş  gәtirsin, - dedi vә  dәrin düşüncәlәrә 
daldı. 
Artist düz başa düşmüşdü. Hәqiqәtәn dә doktor 
Fәrzaninin halı  dәyişdi. Ona görә yox ki, onu qәfil 
yorğunluq yaxaladı, yaxud artistin söylәdiklәrindәn 
rәncidә oldu. İş bundaydı ki, artistin nağıl elәdiyi sünnәt 
әhvalatındakı  dәhşәtli sualı bir zamanlar arvadı ondan 
soruşmuşdu: "Bәlkә Allah sәnin peyğәnbәrindәn 
ağılsızdır?" Bu sual Fәrid Fәrzaninin hәyatını yerlә yeksan 
elәmişdi. Hәmin mәsәlәyә görә Moskvada, dünyanın orta 
göbәyindә qurduğu gözәl ailәsi dağılmışdı. Mәhz o 
tәhqiramiz, sağalmaz yara vuran kәlmәlәr sözün tam 
mәnasında bu yad şәhәrdә  tәnha, bәdbәxt vәziyyәtdә, 
ailәsiz qalmağına sәbәb olmuşdu. Bәxtin nә zamansa 
adamın üzünә gülmәsi olur: rusla evlәnib, uzun illәr 
Moskvada heç bir mәnәvi sıxıntı çәkmәyib. Yeganә qızının 


DAŞ YUXULAR 
38
xoşbәxt atası - Fәrid Fәrzqani, Allahın hökmünә bax ki, 
oğlu doğulandan sonra heç nәyin üstündә daxili 
müvazinәti itirib. Körpә oğlunun sünnәt mәsәlәsi ata üçün 
böyük problemә çevrilib. Oğlu yekәldikcә problem dә 
yekәlib. İş o yerә çatıb ki, o әvvәlki illәrdәn fәrqli olaraq 
qatış-qutuş yuxular görmәyә başlayıb. 
Bir sabah oğlu on iki yaşına çatanda Fәrid Fәrzani 
arvadına qәti fikirini dedi: "Bu, qanundu, Peyğәnbәrin 
buyuruğudu. Mәnim onu pozmağa ixtiyarım yoxdu". 
"Mәgәr sizin peyğәnbәr Allahdan ağıllıdır?" - sevimli 
arvadından bu cavabı  eşidәndә hirsindәn başını divara 
çırpmaq hәddinә çatdı. 
Bax elә hәmin günün sәhәri arvadı işә, qızı mәktәbә 
gedәndәn sonra oğlundan iltimas elәdi ki, Peyğәnbәr 
tәrәfindәn müsәlmanın Allah qarşısında ilk borcu kimi 
qeyd edilәn sünnәt ayinini yerinә yetirmәk üçün atasına 
razılıq versin. Kimin ağlına gәlәr ki, belә bir tәcrübәli 
cәrrahın elәdiyi sadә  әmәliyyat sonda fәsadla 
nәticәlәnәcәk? Ancaq ya qorxudan, ya tamam ayrı 
sәbәbdәn axşama yaxın oğlunun qızdırması  qırxa qalxdı. 
İşdәn qayıdan, oğlunu bu halda görәn ana taqәtdәn 
düşdü, dili batdı. O, әrinә bir kәlmә demәdәn, uşağın 
qızdırmasını salmaq üçün heç bir cәhd göstәrmәdәn 
hamamxanaya girib qapını arxadan kilitlәdi vә uzun 
müddәt bağlı qapı arxasından gәlәn hönkürtü vә hıçqıraq 
sәsi kәsilmәk bilmәdi. 
Heç demә, rus qadınlarının mәhәbbәti asanlıqla 
nifrәtә dönә bilirmiş. Baxmayaraq ki, yaralı  oğlan sәhәr 
tezdәn yataqdan qalxıb evin içindә heç nә olmamış kimi 
rahatca gәzişmәyә başladı, bununla belә arvadı 


DAŞ YUXULAR 
39
Fәrzanidәn ömürlük aralandı. O, tezliklә  mәhkәmәyә 
gedib boşandı,  şәhәrin mәrkәzindәki üçotaqlını müxtәlif 
rayonlarda iki dәnә ikiotaqlıya çevirdi. Bir neçә il ailәsiz 
qalan Fәrid Fәrzani 1986-cı ildә  mәnzilini bakılı rusla 
dәyişib Bakıya köçdü vә elә ilk gündәncә bağışlanılmaz 
sәhvә yol verdiyini anladı.  İndi Fәrzaninin oğlu 20 
yaşındadır. O, atasının yadında nә az, nә çox, elәcә on iki 
yaşında qalıb. Oğlunun günahsız, çaşqın gözlәrini uzun 
müddәt unuda bilmәdi, ürәyini göynәtdi. Әn dәhşәtlisi dә 
bu idi ki, әvvәldәn axıra çınqırını  çıxarmayan oğlan 
әmәliyyat bitәn anda atasına elә nifrәtlә baxdı ki, o cürә 
baxmağı unutmaq mümkünsüz idi. O baxmaq ayrı bir 
baxmaq idi vә  Fәrzaniyә deyirdi ki, sәnin bu hәrәkәtin 
ömür billah bağışlanmayacaq. Doktor günahının nә 
olduğun çox-çox sonralar anladı. Anladı ki, o yaşda uşağın 
düşüncәsinә görә heç bir fәrqi yox idi ki, onun şeyinin 
ucundan bir tikә pülük kәsilib, yoxsa әl barmaqlarından 
biri, Moskva kimi bir şәhәrdә böyüyüb on iki yaşa çatan 
oğlan atanın hansı haqla doğma balasına qarşı belә 
vәhşilik elәdiyini sadәcә ağlına yerlәşdirә bilmirdi. O sәhәr 
doktor canı-qanı  qәdәr istәdiyi  әziz vә sevimli oğlunun 
gözlәrindәn oxudu ki, o bu uşaq üçün tamamilә yaddır. O, 
bu yadlığın, oğlunun gözündә әbәdi yurd salan nifrәtin nә 
zamansa  әriyib itәcәyinә inamında,  әlbәttә, yanılırdı. Bu 
nifrәtin qarşısında duruş gәrirmәk, onu aradan qaldırmaq 
atanın gücündә deyildi, oğul tәrәfdәn isә iynәnin ucu 
qәdәr bağışlama cәhdi yox idi. Doktor Fәrzaninin Bakıda 
yaşadığı müddәt әrzindә qızı iki dәfә yanına gәlmişdi. İndi 
dә heç olmasa hәftәdә bir yol telefon açırdı, sәhhәtiylә 
maraqlanır, necә yaşadığını soruşurdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə