Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

DAŞ YUXULAR 
49
bilmәdi. Son zamanlar әrinin pisxoloji durumundan 
rәndicә düşәn Azadә xanım hәmәn gün işdә canını 
qoymağa yer tapmadı, axşam isә  Mәrdәkana zәng çalıb 
baş verәnlәrin hamısını atasına nağıl elәdi. 
İndi tibblә vidalaşan doktor Abasәliyev az qala 
tәlәbәlik illәrindәn müxtәlif mәnbәlәrdәn  Әylisin tarixi ilә 
әlaqәdar qarışıq mәlumatlarla dәrindәn tanış idi. Elә bu 
sәbәbdәn dә  çәtinlik çәkmәdәn diaqnoz qoydu: 
«Depressiv-maniyak sindiromu» - dedi, sözünün 
hәqiqiliyinә özü dә inanan kimi oldu vә dәrhal da sonrasını 
zarafata saldı: - Nәdi, bәlkә Katalikosu sünnәt elәmәyә 
gedir? Qoy getsin, mane olma. Uzaq başı Vuraqırdacan 
gedә bilәcәk. - Sonra isә mövzunu tamam dәyişdi, gәnclik 
şövqü ilә yeni әylәncәsi barәdә söz açdı. - Aza, dünәn 
axsam o vaxtlarda yaşamış ermәni tacirinin gündәliklәr 
kitabını tapmışam. Hәmin ermәni savadsız imiş, amma 
yaxşı tacir olub. Kitabı yazmaqda mәqsәdi dә bu olub ki
ondan sora gәlәnlәr ticarәt elәmәyin  әsas qaydalarını 
bilsinlәr. Aza, bu adam Әylisin dәhşәt vurğunu imiş. 
Mәәttәl qalıram, Әylis niyә ermәniyә bu qәdәr doğmadı? 
Onun nәyinә lazım idi çaqqalların vә ilanların yaşadığı, 
daşı, qayası tarlasından vә suyundan milyon dәfә çox olan 
bu yerdә  cәnnәt xülyasına düşmәk? Mәgәr dünyada 
ermәniyә yer azlığıdır? Heç bilmirәm nәyә görә Eçmiәdzin 
bu qәdәr mәşhurlaşıb. Bir-iki dәfә olmuşam orda. Amma 
indi qoca vaxtımda başa düşürәm ki, Allahın evi Әylisdir! 
Eçmiәdzin Әylisin yanında ağzından süd iyi gәlәn uşaqdır. 
Eçmiәdzin katalikosundan Sadaya müәllim çıxmaz. Qoy 
ora getsin, hәqiqi müәllimin hüzuruna: - Abasәliyev 
zarafatla әlavә elәdi. 


DAŞ YUXULAR 
50
- Eh, sәn dә, papa! Hәr  şeyi zarafata salırsan, - 
Azadә xanım bir az incik sәslә dedi. - O, hәr bir Bakı 
ermәnisinin halına elә yanır, guya onları qorumaq tәkcә 
bunun borcudur. Ermәni onun üçün canından  әzizdir. 
Guya onlar mәlәkdirlәr, göydәn uçub gәliblәr, biz isә 
cәlladıq, onların qanını içirik. Mәәttәl qalmalı işdi, tәkcә o 
zamanın  Әylis ermәnilәrini deyil, burdakıların da 
ucdantutma hamısını bizim taxtabaş qara-qışqırıqçılardan 
üstün tutur. Öz gözü ilә heç vaxt görmәsә  dә  Әylisdә 
türklәrin ermәnilәrә qarşı törәtdiyi qәtliamı unuda bilmir. 
Papa, onun belә olmağının baiskarı sәnsәn. 
- Elә deyil, qızım, bu mәsәlәyә  mәnim heç bir 
qarışacağım yoxdur. O, anadangәlmә düzgün, vicdanlı, 
insaflı adamdır.  İş onda deyil, indiki ermәnilәr necәdir, 
әsas mәsәlә budur ki, biz necәyik. Sadayın keçmişdәki vә 
ya indiki ermәniylә  nә  işi. Onu düşündürәn bizim 
millәtimizdir. Sәn ki bilirsәn o, yağışdan sonra çıxan 
göbәlәk kimi dünyanın harasına desәn sәpәlәnmiş 
millәtini necә sevir, elә buna görә  dә taxtabaş qara-
qışqırıqçılardan fәrqlәnir. - Doktor uzun müddәt susdu. 
Sonra hәr ağrısını öz ağrısı bildiyi qızıyla isti, mehriban 
sәslә danışmağa başladı. - Sәn "Leyli vә  Mәcnun"u 
oxumusan. Yadındadı, Mәcnunun ata tәrәfinin qoşunu qәti 
qәlәbә üçün Leylinin qohum-әqrabasının üstünә cumanda 
o nә oyun durquzur? Dava nәyin üstündә idi? Dava onun 
üstündә idi ki, valideynlәri öz qızlarını ayrı qәbilәdәn olan 
dәliyә vermәk istәmirdilәr. Leylinin dәrdindәn dәli-divanә 
olan Mәcnun neynәdi, hәlledici mәqamda düşmәn tәrәfә 
adlayıb özününkülәrә qarşı vuruşdu. Çünki ortada hәqiqi 
sevgi vardı. Hәqiqi sevgi sәrhәd tanımır. Bu sayaq yalnız 


DAŞ YUXULAR 
51
qadını  vә  vәtәni sevmәk olar. Sevgi tәmiz güzgü kimidi, 
qızım, orada yalnız xeyirxahlıq vә  mәrhәmәt  әks olunur. 
Әsl sevgi hәyatda qazanılmır, onu Allah әta edir. Bizim 
Mәcnunun da dәrdi bax bu idi. Yaxşı ki, qızım, belә 
xәstәliyin әlacı hәlә tapılmayıb, - doktor Abasәliyev indiki 
vәziyyәtdә çarәsizliyini ifadә edәn qәhәr dolu sәslә susdu. 
Elә onda da doktor Abasәliyev telefondaca qızına 
Әylis haqqında bir saatacan uzun nitq irad elәdi. Amma o 
telefon söhbәti Azadә xanımı nәinki toxtatdı, әskinә daha 
bәrk tәlaşlandırdı, ona elә  gәldi ki, bütün kişilәr tәdricәn 
olan ağıllarını da itirirlәr. 
"Bu bizim Vәng kilsәsidir - eynәn Eçmiәdzindәkinin 
oxşarı". Bu sözlәri bir zaman Abasәliyev Vәng kilsәsinin 
hәyәtindә kürәkәninә demişdi (Vәng - kilsәnin 
azәrbaycanca adıdır. Mәbәd bizim eranın I әsrindә apostol 
Varfolomey tәrәfindәn tikilib. Kilsәnin inşa olunduğu 
mәhәllә  Vәng adlanır). Mәsәlәnin qәribәliyi var, artist 
haradan bilәrdi vә  nә  tәhәr olur ki, Eçmiәdzinә gedәn 
saysız-hesabsız yollardan biri Vәng kilsәsindәn keçir? Kim 
nә deyir desin, artıq o, Vuraqırda oxşayan,  әzablı 
pillәkәnlәrdәn, eniş-yoxuşdan ibarәt daş dünyadan 
addımbaaddım, bitdә-bitdә keçmişdi. Aman Allah, bu ki, 
Vәng kilsәsinin eynidir. 
Günәşin sarımtıl, bәnövşәyi  şәfәqlәri qollu-budaqlı 
ağcaqovaq, gilas ağaclarının çәtirlәri arasından süzülәrәk 
kilsәnin daşdan yonulmuş günbәzinin tәn ortasına düşür, 
oradan isә  әks olunaraq, rәngini dәyişmәdәn, gurluğunu 
azaltmadan dağların әn uca nöqtәlәrinә әlәnirdi. 
Saday Sadıqlı bir dәfә günәşin gah yanlardan saçaraq 
ağac çәtirlәri arasından keçәn, gah kilsә günbәzindә, gah 


DAŞ YUXULAR 
52
da dağların әn uca zirvәsindә hava kimi, ruh kimi dolaşan 
şәfәqlәrini Allahın tәbәssümü, böyük yaradanın nәzәrlәri 
adlandırmışdı. Bunu Allah özü dә çoxdan bilirdi. Axı başqa 
necә ola bilәr ki, Saday Sadıqlı huşsuz halda Bakı 
xәstәxanalarından birindә döşәli qala vә  hәm dә elә o 
huşsuz, can hayında ikәn  Әylisdә  Vәng kilsәsini görә, o 
kilsәnin günbәzindә od tutub yanan gün işığını, hәyәti, 
bağları, gilas ağaclarının qalxıb göylәrә meydan oxumağını 
görә. 
Yayın  әvvәllәri idi. 1952-ci ilin iyun ayı. Pişpişә 
ağacları gül açmışdı.  İydәnin, yasәmәnin, akasiyanın 
çiçәklәri salxım-salxım olub budaqlardan sallanırdı. 
Üstәlik, Әylisdә Anıx adlandırılan, әsilindә Aniko kilsәsinin 
qarşısındakı da müxtәlif növ topa-topa әlvan gül-çiçәklәr 
әkmişdi. Kilsәnin qonşuluğunda, Allahın evini odun, ot-әlәf 
ambarına çevirәn Mirәli kişinin hәyәtindә sarı  lәçәklәrini 
tәzә-tәzә açmağa başlayan günabaxanlar bu cәnnәt 
mәkanın axar-baxarını bir az da artırırdı. Danışırlar , guya, 
bir vaxtlar yuxarıda sarımtıl-narıncı nur içindә alışıb yanan 
günbәz qarlı dağlar qәdәr, dünyanın hüdudsuzluğu vә 
gözәlliyi qәdәr möhtәşәm imiş. Rәssam Lüsi, Haykanuşun 
on üç-on dord yaşlı  nәvәsi yenә  dә  mәbәdin - Vәng 
kilsәsinin hәyәtindә idi. O yay Lüsi ilk dәfә Yerevandan 
Әylisә  tәtilә  gәlmişdi, ilk gündәn başalayaraq sәhәrdәn 
axşamacan kilsәnin hәyәtindәn aralanmamışdı. Eyni 
kilsәnin rәsmini neçә dәfә çәkmәk olar, İlahi? Bәlkә kilsә 
mәsәlәnin gözә görünәn tәrәfidi? Bәlkә o sәhәrlәr vә 
axşam üstü yuxarıda, günbәzdә nur saçan Allah 
tәbәssümünü görür vә inanır ki, onu fırça ilә kağıza 
köçürmәk olar? Yoxsa daha hansı  sәbәbә görә  sәhәrdәn 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə