Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

DAŞ YUXULAR 
81
- Uşaqlar, ay uşaqlar, bu tursik Lüsikin deyil, Babaşın 
bacısı Rasimәnindir! Rasimәnin tursiyini kimә verim? 
Satıram, gәlin, alın! 
Bu  әhvalatdan sonra bir sinifdә oxusalar da 
danışmadılar, heç salamlaşmadılar da. Sonra guya ki, 
barışdılar. Amma aralarındakı soyuqluq hәmişәlik qaldı. 
Hәtta Bakıya oxumağa gәlәndәn sonra da biri-birini 
axtarıb aramadılar. Sonralar Saday kimdәnsә  eşitdi ki, 
Babaş Komsomolun Mәrkәzi Komitәsinә düzәlib, işlәri dә 
xod gedir. Hәr dәfә onun yeni tәyinatı barәsindә eşidәndә 
Saday istәr-istәmәz kilsәni, Lüsiki, Haykanuşun 
limonlarını, mәscidin qarşısındakı meydançanı, Babaşı, 
Lüsikin havada yellәnәn tursiyini xatırlayırdı. 
O biri gün Haykanuş Lüsiki Ordubad vağzalından 
qatara әylәşdirib Erevana göndәrdi. Lüsik hәmin vaxtdan 
sonra bir dә heç vaxt Әylisә gәlmәdi. 
Әylisdә ikinci mәşhur vә görkәmli ermәni qadın 
hamının Anıx deyә çağırdığı Aniko idi. O, qoçaq qadındı, 
qürurlu vә hökmlü. Allah saxlamış  hәr  şeydәn xәbәrdar 
idi. Arıçıya arıçılıqdan, ipәkçiyә ipәkçilikdәn mәslәhәtlәr 
verirdi, tibbi tәhsili olmasa da kәndin canı  ağrıyanlarını, 
naxoşlarını sağaldırdı.  İlahi, görәsәn, qadında bu boyda 
hәvәs vә güc hardandı? Aniko 1919-cu ilin dәhşәtli payız 
günü türk әsgәrlәrinin kәndin ermәni  әhalisini güllәnin 
qabağına verib qırdığı, qılıncdan keçirib doğradığı, hәr 
tәrәfdә qanın su yerinә axıb göllәndiyi fәlakәtin canlı 
şahidlәrindәn biriydi vә onun valideynlәri, qardaşaları, 
bacıları  hәmin basqında milçәk kimi qırılmışdılar. Bütün 
Әylis camaatı bilirdi ki, qaçıb tәndirdә gizlәnәn Aniko o 
vaxt tәsadüfәn salamat qalmışdı. Üç-dörd gün orada ac-


DAŞ YUXULAR 
82
susuz girәlәnәn qızı Mirzә Vahabın anası Zöhrә arvad 
tapıb tәndirdәn çıxarmışdı.  İstanbulda tәhsil alan, o 
zamankı  Әylisin  әn savadlı müsәlmanı sayılan Mirzә 
Vahab, doktor Abasәliyevin dediyinә görә, tәqribәn otuz 
yaşlarında imiş. Mirzә Vahab uşağı evindә gizlәyib, 
böyüdüb vә sonra әlbәttә, zor gücünә özünә arvad elәyib. 
Bunun  әvәzi olaraq Anikonun özündәn iyirmi yaş böyük 
әrinә göstәrdiyi ehtiram, qayğıkeşlik Allahın möcüzәsi 
deyil, bәs nәdir? O, әri haqqında hәr zaman fәxrlә danışır, 
savadlı, xeyirxah, düzgün insan olduğunu söylәyirdi. Adı 
dilindәn düşmәyәn Mirzә Vahabdan Aniko iki oğlan, iki qız 
doğdu. 
Hәr yerdә danışırdılar ki, qadın ailәsinә görә 
müsәlmanlığı qәbul edib. Qәribdir, o, qorxub çәkinmәdәn 
nә zamansa ermәnilәrin bir dә bu yerlәrә dönәcәklәrini, 
Әylisi cәnnәtin bir parçasına çevirәcәklәrini söylәyirdi. 
Özünü müsәlman sayan Aniko imamların matәmindә 
o biri arvadlarla bikir kiminsә evindә oturub Mәhәmmәd 
Peyğәnbәrin nәvәlәrinin müsibәtinә acı-acı  ağlamaqla 
bahәm, demәk olar, hәr gün sәhәr ertәdәn Vәng kilsәsinә 
baş  çәkmәyi dә unutmurdu. O, gәlәn kimi kilsәnin 
hәyәtini süpürüb tәmizlәyir, öz әllәri ilә әkdiyi rәngbәrәng, 
qәşәng güllәrә qulluq elәyir vә istisnasız olaraq hәr dәfә 
kilsәni anbara çevirib qapısına kilid bağlayan Mirәli kişinin 
ölüsünә  dә, dirisinә  dә dişinin dibindәn çıxanı deyirdi. 
Anikonun öz hәyәti isә  Әylisdә bir başqasında tәsadüf 
olunmayan güllәrlә bәzәdilmiş bayram sәrgisinә oxşayırdı. 
Mirzә Vahab bu evә 1919-cu il ermәni qırğınından sonra 
yerlәşmişdi. Hәtta danışırdılar ki, Әylis evlәrinin  әn 
yaxşılarından sayılan bu evi İstanbulda tәhsil almış Mirzә 


DAŞ YUXULAR 
83
Vahaba Türk sәrkәrdәsinin şәxsәn özü - Әdif bәy peşkәş 
elәmişdi. Necә ki, o dәhşәtli basqından Anikonun sağ-
salamat xilas olmağına inanmaq olmur, elәcә qadının әllәri 
ilә gülüstana dönәn bu hәyәtin nә vaxtsa Әdif bәyin 
dәstәsi tәrәfindәn qanla suvarıldığına da inanmaq çәtindir. 
Әlbәttә, Aniko bunun fәrqindә olmaya bilmәzdi. Bәlkә elә 
onun әlvan güllәrә bu qәdәr bağlılığı da sәbәbsiz deyildi, 
bu yolla o, mәhv edilmiş qohum-әqrabasının xatirәsini әziz 
tutur, onların nakam ömrünü bu işıqlı dünyada bir az da 
uzatmaq istәyirdi. Bәlkә, qәtlә yetirilәn hәr bir ermәninin 
ölmәdiyini, bu yer üzünün gözәl güllәrinә döndüyünü 
sübut elәmәk istәyirdi? Vә bәlkә istәyirdi bu Allahdan gizli 
olmayan mәtlәbi hәr bir әylisli müsәlman bәndәsi dә 
yadında saxlasın? Çox gümün, o vaxtlar bu hәyәtә tökülәn 
nahaq qan arvadın yaddaşında cövlan edirmiş. Qanlı 
yaddaşın  әzabından xilas olmaq üçün yeganә  әlac ona 
qalırmış ki, hәyәtinә gül-çüçәk  әksin, Vәng kilsәsindә 
güllәrdәn ibarәt böyük bir xiyaban salsın! 
Sadayın yaddaşında Aniko hәm gözәl insan vә qadın 
kimi, hәm dә başqalarından fәrqlәnәn şәn vә cingiltili sәsi 
ilә qalmışdı. Onun sәsi bütün Әylisi - onun evlәrini, 
kilsәlәrini, dağlarını, yollarını, çaylarını, bulaqlarını dolaşır, 
sәhәrin açıldığını  xәbәr verәn zәng kimi sәslәnirdi. Çünki 
hәmişә sübh tezdәn yuxudan oyanır, hündür artırmaya 
çıxıb uca sәslә  nәsә deyir, elә bil bununla Әylis 
müsәlmanlarını xәbәrdar elәmәk istәyirdi ki, hәlә Әylisdә 
ermәni sәsi yaşayır. 
Haykanuşdan fәrqli olaraq o, Vәng kilsәsinә hay-
küylә gedirdi: köhnә fayton yoluyla şәstlә addımlayır vә 
ucadan danışırdı. Hamı  eşidә-eşidә xatırlayıb Esxinin 


DAŞ YUXULAR 
84
özünü qayadan atmasına görә  Әdif bәyә  lәnәt yağdırır, 
Әylisin  әn gözәl kilsәsini miskin anbara döndәrәn Mirәli 
kişini uzaqdan-uzağa hәdәlәyirdi. Anikonun sәsi 
müsәlmanlığı  qәbul edәn, Mirzә Vahab kimi xoşxasiyyәt, 
savadlı  şәxsә  әrә gedәn ermәni qızın, türk süngüsündәn 
möcüzә  nәticәsindә yayına bilәn yetimin sәsi deyildi. O, 
sözün hәqiqi mәnasında Әylisin әsl sahibәsinin әsrlәrin әn 
dәrin qatlarından gәlәn sәsi idi. Başqa sözlә bu Әylisin 
itirilmiş sәsi idi! 
Bakıda yaşayarkәn, Saday Sadıqlı yuxularında o sәsi 
çox eşitmişdi, dәfәlәrlә Bakı sabahlarını o sәslә açmışdı. 
Saday Sadıqlı qәribә bir kilsәdә yuxu görürdü: elә ki, 
qoca qәhbәlәrin әdәbsiz bazarlaşmağı başlayır, bax onda 
ermәnilәrlә müsәlmanların namәrd vә qaçılmaz 
toqquşması  çıxır meydana. Qәribәsi bu idi ki, o, yuxuda 
gördüyü kilsә  Әylis kilsәlәrinin heç birinә  bәnzәmirdi, 
amma bununla belә vahimәsinә, mistik tәsirinә görә 
burada o kilsәlәrin hәrәsindәn nәsә bir әlamәt vardı. O 
yuxuda ilin vaxtlarını müәyyәn etmәk olmazdı.  Әylisdә 
sübh tezdәndi, hava tәzә-tәzә  işıqlaşır, kәnd zülmәtin 
pәncәsindәn çәtinliklә qopur. Dağların quzey tәrәfindә 
qalın qar әrimәyib. Onun tuşunda  әlçim-әlçim qeyri-adi 
düzümlü buludlar göy üzünü tutub. Vә bir dә  sәmavi
mistik işıq: yad vә hәm dә hәdsiz dәrәcәdә doğma, tanış 
işıq! 
Saday yuxu görürdü: kilsәnin ağ boyanmış hündür 
divarlarını görürdü, görürdü ki, külәklәr hәmәn o çat 
verәn divarı ovub, yekә bir deşik açıb. O deşikdәn kilsәnin 
içinә  işıq süzülür vә o işıq pәtәk üstündә qaynaşan 
arılardan çıxan sәsә oxşar bir qıjıltıyla axır, axdıqca da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə