Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

DAŞ YUXULAR 
89
bizi türk hesab elәyirlәr. Bir deyәn yoxdur ki, әgәr sizi türk 
qırıbsa, gedin davanızı da türklә elәyin. Ermәni 
boşboğazların harası bizim primitivlәrdәn artıqdır. Sәn 
niyә bu barәdә düşünmürsәn,  әzizim? Elә bir hala 
düşmüsәn, özün özünü tanımırsan. Bilirsәn necә 
sınıxmısan,  әzizim. Özünә yazığın gәlmir, heç olmasa 
mәnә yazığın gәlsin. 
- Mәn istәyirdim...istәyirdim...Mәn ölmәk istәyirdim, 
Aza, - dedi vә zorla udqundu. 
Azadә xanım anladı ki, әri söz eşidәsi halda deyil, 
susdu. Saday Sadıqlı tamamilә özünә qapandı.  İndi o, 
nәinki arvadını, hәm dә dünyanı hiss etmirdi. Azadә xanım 
әrinin vağzala getmәyinin sәbәbini indi başa düşdü. Saday 
bütün gün vağzalda ona görә  hәrlәnib-fırlanıb ki, 
uşaqlığının "Bakı-Erevan" qatarının qabağında kimisә 
qarşılasın vә yaxud kimisә yola salsın. Eçmiәdzinә gedib 
xristianlığı qәbul elәmәk xәyalı ilә dolaşan Saday, doğma 
Ordubaddan ötüb keçәn bu qatarla demәk olar ki, hәr gün 
sәfәrә çıxırdı... 
 


DAŞ YUXULAR 
90
 
 
 
 
 
 
 
ÜÇÜNCÜ  
HİSSӘ 
 
 
Gәnc müәllifin  
pyesindә heç vaxt rol almayan  
Saday Sadıqlı ölkәnin
 
keçmiş Xozeyinini öz xalqına qarşı  
törәtmiş olduğu mәnәvi-әxlaqi 
soyqrımda ittiham edir. 
 
  
 


DAŞ YUXULAR 
91
Bәlkә  dә Saday Sadıqlı yenә  dә yuxusunda doktor 
Abasәliyevlә  Әylisdә keçirdiyi o gözәl yay günlәrindәn 
birini görürdü. Ola bilәr ki, aktyorun qulağında 
qayınatasının Mәrdәkandan telefondaca dediyi sözlәr 
sәslәnirdi. Hәr halda yuxudan oyandığı  hәmin sәhәr 
Sadaya elә  gәldi ki, bütün dünya professor Abasәliyevin 
cingiltili, gümrah sәsiylә dolub. O gümrah, cingiltili sәsi 
yenidәn dinlәyir, özünü hәmişәkindәn daha gümrah vә 
sakit hiss edirdi. Sanki doktor Abasәliyevin sәsi ona güc 
verirdi ki, ağrılara dözә bilsin. 
1989-cu ilin axırıncı  şәnbәsi idi. Tәqribәn saat birdә 
Azadә xanım işә getdi. O, evdәn çıxandan azca sonra 
telefon zәng çaldı. Tәqribәn on dәqiqәlik fasilәlәrlә beş 
saata yaxın zәng-zәngә calandı, amma Saday dәstәyi 
qaldırmadı. Telefonun susduğu dәqiqәlәrdә artistin 
qulağına süni, şirin dilini işә salan birisinin danışığı gәlir vә 
o anda da Mopassan Mirәlәmovun siması gözünün 
qabağında canlanırdı. Teatrın drektoru mәşhur Xalq 
şairinin misralarını deyirdi: 
Böyük sәnәtkara salamlar olsun, 
Bu dünya durduqca o da var olsun! 
Bir hәftәdәn artıq idi ki, direktor hәr gün zәng çalıb 
salamlaşmağın  әvәzinә bu murdar misraları  tәkrarlayırdı 
vә hәr dәfә dә Saday Sadıqlı o murdar misraları eşidәndә 
az qalırdı bütün içalatını qussun. 
Nәhayәt Sadayın telefonun dәstәyini qaldırmaqdan 
ayrı bir çarәsi qalmadı. Bu dәfә  zәng elәyәn Mopassan 
Mirәlәmov deyildi, Nuvariş Qarabağlı idi. 
- Qardaş, telefonu niyә götürmürsәn? - o, sakit, 
xışıltılı  sәsiylә soruşdu. – Azı  әlli dәfә  zәng elәmişәm. 


DAŞ YUXULAR 
92
Ağlıma yüz fikir gәlir, görәsәn nә olub. Bura sәnin bir 
yerlin gәlib, hәmkәndlin...Uşqalıq dostun ,Camal! 
- Hara gәlib? - Saday elә heyrәtlә soruşdu ki, özü öz 
sәsindәn diksindi. 
- O, burdadı, teatrda. Tez gәl, sәni gözlәyir. - Nuvariş 
Qarabağlı azca fasilә verib әlavә elәdi: - Mopassan 
müәllimin kabinetindәdi. 
Әgәr Nuvariş Qarabağlı "Mopassan müәllim" deyirsә, 
demәli, yüz faiz drektorun kabinetindәn zәng çalır.  Әks 
halda başqa cür demәliydi: direktorun özü olmayanda 
hamı ona Mopoş dayı deyirdi. 
-  İndi gәlirәm, - Saday Sadıqlı dedi. Di gәl ki, 
yerindәn qalxmağa heyi yox idi. Camal yeddinci sinifdәn 
çobanlara qoşulandan bәri Saday onu bircә dәfә dә olsun 
görmәmişdi. Amma hәmişә xatırlamışdı. Hәlә bu heç, son 
zamanlar onun başına belә bir fikir gәlmişdi ki, kәndә 
getsin, gedib çıxa bilmәdiyi dağlara qalxsın, Camalı axtarıb 
tapsın, axır ondan soruşsun ki, hәmәn gün Haykanuş 
kilsәnin hәyәtindә Camalın başını sabunlayıb yuyanda 
hәqiqәtәnmi dünya hansısa mәxmәr kimi yumşaq sarımtıl-
narıncı  rәngdәydi, yoxsa yalnız Sadaya elә görünüb. 
Amma indi Camalla görüşmәk üçün gerçәk imkan 
yarandığı bir vaxtda ondan belә bir sözü soruşmaq әmәlli-
başlı  ağır bir yük idi. Nәhayәt, o, evdәn çıxıb taksiyә 
minәndәn sonra qәfil ağlına belә bir fikir gәldi ki, Camalın 
Bakıya gәlmәk mәsәlәsi, sadәcә, uydurmadır, diribaş 
Mopassan Mirәlәmovun növbәti kәlәyidir. Axı  nә vaxtdan 
bәri direktor hansı yolla olur-olsun onu aldadıb teatra 
gәtirmәk, günlәrlә telefonda tәriflәdiyi pyesi Sadaya 
oxutmaq istәyirdi. Ola bilәr ki, Mopoş әsәrdәki baş rolun 


DAŞ YUXULAR 
93
mәhz Saday üçün yazıldığını uydurmurdu. Başqa bir 
ehtimal hәqiqәtә daha yaxındı: bәlkә  dә heç zaman 
ruhdan düşmәyәn, işgüzar, uzaqgörәn direktor baş rolu 
Saday Sadıqlı oynayacağı tәqdirdә meyit kimi döşәli qalan 
teatrın ayağa duracağını hәdәfә alırdı. Onun xasiyyәti belә 
idi: kәsmәsә yapışdığını buraxmazdı.  Әgәr o, bilsәydi ki, 
Sadayın haçansa Camal adında uşaqlıq dostu olub, heç bir 
çәtinlik çәkmәdәn bunu hәtta artistin özündәn öyrәnәr vә 
ömürlük yadında saxlayardı.  İndi isә ortada olan hәqiqәt 
belә idi: O, taksidәydi vә o uzaq illәrdәn, o uzaq yerdәn 
tәşrif buyuran Camalla görüşmәk indiki halda onun üçün 
elә dә böyük әhәmiyyәt kәsb elәmirdi. 
Camal isә  hәqiqәtәn gәlmişdi. O, ucuz, amma tәzә 
kostyum geyinmişdi, başında bahalı buxara papaq vardı, 
tam ciddi görkәmlә alaraq Mopassan Mirәlәmovun isti, 
rahat otağında oturub gözlәyirdi. Bәlkә  dә öyrәşmәdiyi 
mühitә düşdüyünә görә onun hәyәcanlı, qaynayan gözlәri 
dağlarda mis kimi yanıb qaralmış sifәtindә  qәribә bir 
parıltı verirdi. 
Nuvariş Qarabağlı Sadayın gözünә  dәymәdi, o, 
kabinetdә yox idi. Belә başa düşdü, ya mәşqdәdir, ya da 
hardasa televiziya çәkilişindә. (Saday hardan bilәydi ki, 
Nuvariş haçandandı pistolet әldә etmәk üçün böyük-
büyük adamların qapısı ağzında N qәdәr vaxt itirir.) 
Mopassan Mirәlәmov Sadayı görәn dәqiqә yaşına 
uyuşmayan bir qıvraqlıqla kreslodan sıçrayıb artistә sarı 
şığıdı, onuqapının ağzındaca qucaqlayıb bağrına basdı. 
Hәtta bu görüşdәn nә  qәdәr mütәәssir olduğunu 
anlatmaq naminә ağlamsındı. Camal sinif yoldaşını öpmәk 
niyyәti ilә dodağını uşaq kimi dodağını büzüb irәli uzatdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə