Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

DAŞ YUXULAR 
53
axşama eyni mәnzәrәni çәkir, çәkir. Bәlkә dә o, mәbәdin 
Ezmiәdzindәkinin tam oxşarı olduğunu hәmәn vaxtlar 
bilirmiş? Sadayın bütün bunları başa düşmәyi sonranın işi 
idi. Hәlә onda Saday gәlәcәk qayınatasının adını da 
bilmirdi. 
Doktor Abasәliyevin uzun illәrdәn sonra qızı ilә 
birlikdә orada peyda olması  Әylisin hәyatında böyük 
hadisә sayılmışdı : 60-cı illәrin  әvәllәri idi, Saday 
inistitutda oxuyurdu. Nә zamansa Zülfünün atası Hacı 
Hәsәn İranda, İraqda, Anadoluda tacirlik elәmişdi, Әylisdә 
isә onun şәxsi torpağı, tәsәrrüftı, mal-qarası  vә digәr 
mülkiyyәti vardı. Ermәni-azәrbaycanlı davasının 
başlamasından  İsfahanda xәbәr tutan Hacı  Hәsәn geri 
dönüb topdağıtmaz  әmlakından çәkidә yüngül, vәzindә 
ağır nәyi vardısa toplayıb ömürlük Bakıya üz tutdu. Uzun 
illәrdәn sonra doktor Abasәliyev  Әylisә  gәlәndә onların 
müsәlman mәhәllәsindәki ikimәrtәbәli evi demәk olar ki, 
dağılmışdı. Xoşbәxtlikdәn istisna hal kimi birinci 
mәrtәbәdә iki otaq salamat qalmışdı. Doktor Abasәliyev 
hәmәn otaqlardan birinә  әl gәzdirib qızıyla orada 
yaşamağa başladı, eyni zamanda hәyәtin başında özü 
üçün qabağı  dәhlizili balaca bir otaq da düzüb-qoşdu. 
Hәmkәndlilәrinin aktiv kömәyi bәhrә verdi, heç bir ay 
ötmәmiş inşaat işlәri başa çatdı, hәtta hәlә o vaxtacan 
әylislilәrdәn bir kimsәyә qismәt olmayan әlçatmaz arzu da 
yerinә yetdi: evin damını  şiferlә örtdülәr. Doktor 
Abasәliyev yeni mәnzilin tikintisi ilә bahәm istirahәtindәn 
dә qalmırdı. O, hәr sәhәr xeyli aralıdakı  Vәng kilsәsindә 
başa çatan gәzintiyә  çıxırdı. Uzun ziyarәt yolunun axır 
başında, kilsәnin hәyәtindә qaynayıb axan bulağın göz 


DAŞ YUXULAR 
54
yaşı kimi tәmiz suyun üz-gözünә vurdu, ovcunu qoşa açıb, 
doyunca içir, sonra da o saf sudan evә aparmaq üçün 
Bakıdan gәtirdiyi termusa doldururdu. Abasәliyev 
soyadına  Әylisdә böyük ehtiram vardı. Bu hörmәt-izzәti 
Abasәliyev hәr adımbaşı hiss edirdi vә tәbii ki, buna görә 
çox mәmnun olurdu. Ona bәslәnәn ehtiram vә hörmәt 
kәnddә keçirdiyi hәmәn yay günlәrindә dә doktora lәzzәt 
verir, canına sarı yağ kimi yayılır, Әylis camaatı ilә doğma 
kәndin yetirib bitirdiyi mәşhur, qәnimәt adam arasında sıx 
ünsiyyәt yaranırdı. 
Doktor Abasәliyevin sәlahiyyәti var idi ki, istәdiyi evin 
qapısını döysün vә o evin yiyәsinә lazım olan sözü desin. 
O, özünәmәxsus tәrzdә qapısını vaxtlı-vaxtında süpürüb 
tәmizlәmәyәn, yaxud zir-zibilini çayın qırağına tökәn 
arvadları danlayırdı. Xәstәlәrin imdadına çatır,  әlindәn 
gәlәn yardımı әsirgәmirdi. O, cәmi bircә dәfә kilsәni şәxsi 
anbara çevirәn Mirәli kişi ilә elә tәrzdә danışdı ki, ermәni 
Ankanın uzun müddәtdәn bәri apardığı davaya nöktә 
qoyuldu. Mirәli kişi hәmәn gün nәinki kilsәdәn әlini çәkdi, 
üstәlik oranı  tәmizlәdi, gülә-gümüşә döndәrib kilsәnin 
açarını şәxsәn öz әli ilә Ankaya tәslim elәdi. 
Doktor Abasәliyevin dediyinә görә bir vaxtlar Әylisdә 
on iki kilsә olub. Saday Sadıqlıya hәmin kilsәlәrdәn 
sәkkizinin yeri mәlumdur. Yerdә qalanların xarabalığı 
hardadı, bunu heç doktor Abasәliyev dә bilmir. Әslindә 
movcud olan sәkkiz kilsәni dә kilsә adlandırmaq olmaz, 
yeri bilinir, uçuq-söküklәrdi. Onlardan әn qәdiminә 
әylislilәr  İstazın deyirlәr.  İndinin özündә heç bir әylislini 
inandıra bilmәzsәn ki, hәqiqәtdә  İstazın deyilәn bir söz 
yoxdu. Bunun gerçәk ifadәsi Astvasadundu, söz ermәni 


DAŞ YUXULAR 
55
dilindәdi. Allah evi demәkdi. İndi onun zirzәmiyә dirәnәn 
ikicә divarı qalıb. Nә zamansa bura ermәnilәrin Mәkkәsi, 
Mәdinәsi olub. Yalnız zirzәmisi salamat qalan bu «ermәni 
Mәkkәsi» kәnddәn xeyli aralıda, çılpaq dağların dibindә, 
dәrmana bir ağac bitmәyәn, bir әlcә kölgә üzünә  hәsrәt 
qalan, yayın cırcırama istisindә daşı, qayası  tәndir kimi 
alışıb yanan yerdә idi vә indi zirzәmidә çobanlar vә mal-
heyvan daldalanırdı. Sanki salamat divarlar da Allahın 
evinin nişanәsi kimi qalmış  vә zaman-zaman insanlara 
xatırladır ki, Allahın evi bir özgә yerdә deyil elә burdadır, 
budur. 
Digәr üç mәbәddәn biri ( Әylisdә kimsә xatirlamır ki, 
onları nә zaman dağıdıblar) Ağ kilsә, o birilәri Yetim kilsә 
vә Meydan kilsә imiş. Ümumiyyәtlә salamat qalanlar 
Vuraqırdda - Vәngdә Daş kilsә  vә Dop idi - keçmişdәki 
möhtәşәmliyi qoruyub saxlayan abidәlәr baxımsız vә 
Allahsız qalmışdılar. Kilsәlәrin dördünü elә tikmişdilәr ki, 
hәrәsinin arxasında bir dağ dayanırdı. Tәbii ki, Әylisin 
müsәlman  әhalisi bunun fәrqinә vara bilmәzdilәr. Ancaq 
bu, belә idi vә kilsәnin belә tikildiyini, hәr kilsәnin 
arxasından bir dağ yüksәldiyini, belә bir ahәngdar 
düzülüşü, anlam üçün ermәni olub tarixin әlifbasın 
bilmәyә ehtiyac yoxdu. Hәr kilsә arxasında dayanan dağın 
rәngindәdir, sanki onu tikmәmişdilәr, elәcә dağdan kәsib 
elә o dağın qucağına qoymuşdular ki, Allah әtrafı seyr 
elәyәndә  әziyyәt çәkmәsin, rahat-rahat baxa bilsin. Ayrı-
ayrılıqda hәr kilsә yaxasında tikildiyi dağın doğmaca 
balasıydı elә bil. Saday Sadıqlı doktor Abasәliyevin 
özündәncә  hәmәn yay eşitmşdi ki, Vәng ermәnicә « 
monastr» demәkdir. Saday ilk dәfә bax elә orda Vәng 


DAŞ YUXULAR 
56
kilsәsinin hәyәtindә  gәlәcәk qayınatasına rast gәldi.  İlk 
kәlmәdәn söhbәtlәri tutdu, söhbәtlәşdilәr, o vaxtlar bir-
birinә qarşılıqlı ehtiyac hiss etdilәr vә xoş münasibәtlәr 
sonradan dostluğa çevrildi. Hәmin yay onlar (adәtәn 
ikilikdә, hәrdәnbir Azadә  dә onlara qoşulurdu) bağ-
baxçadan keçib, bulaqdan içib, kilsәlәrә baş  çәkib 
doyunca gәzib dolaşdılar. Hava sәrin olan vaxtlarda hәtta 
dağın o üzünә  aşıb qonşu kәndlәrә  gәzmәyә gedirdilәr. 
Çox vaxt axsamlar danışır, sәhәrlәr qәrarlaşdırdıqları 
yerdә görüşürdülәr. Bәzәn Abasәliyev lap ertәdәn qalxıb 
Sadaygilә gәlir, onu tәlәsdirirdi, « tәlәs, cavan oğlan, bir 
azdan gün qalxacaq ». O zamanlar Abasәliyev Sadaya 
cavan oğlan deyirdi. 
O yay günlәrin hәr biri, Әylisdә Abasәliyevlә birgә 
keçәn vaxtlar yalnız Әylis haqda olan maraqlı әhvalatlarla 
deyil, hәm dә havasındakı  sәfalı quru istisiyilә uzun illәr 
bir bayram tәәssüratı kimi Sadayın yaddaşından silinmәdi. 
Bir dә  tәzә-tәr yaşıllığıyla, bir dә neçә-neçә çeşmәlәrinin 
dadıyla vә tәbii ki, әn çox da adamlarının mehribanlığıyla 
yaddaşına hәkk olundu. 
Axşamlar danışdılar ki, sabah görüşüb, ikilikdә 
Vuraqırddan xeyli aralıda yerlәşәn  Әylisin çoban 
yataqlarına baş çәksinlәr. Bundan irәli dә yay tәtillәrindә 
Saday istәmişdi, gedib çoban yataqlarını görsün. Sadayın 
uşaqlıq dostu, yeddi il onunla bir sinifdә oxuyan Camal elә 
yedinci sinifdә  mәkdәbdәn aralanıb qoca çobana 
qoşularaq kolxozun mal-qarasını, qoyun-danasını 
otarmağa getmişdi. O vaxtdan bu vaxta Camalın yay 
aylarında kәndә  gәlmәyә imkanı olmurdu. Tәkbaşına 
dağlar aşıb uşaqlıq dostu ilә görüşmәk Sadaya da çәtin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə