DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə44/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   40   41   42   43   44   45   46   47   ...   77

136 

 

ilə  o  adı  daşıyan  obraz  arasında  heç  də  həmişə  uyğunluq  olmur. 



Yəni  birinin  adı  gözəldirsə,  onun  özü  də  adı  kimi  gözəl  olmaya 

bilər.  Başqa  bir  tərəfdən  nəzərə  almaq  lazımdır  ki,  bəzən  heç  də 

gözəl  adı  olmayan birisi daxili aləmcə çox zəngin  bir surət  kimi 

verilir.  Obrazın  adı  ilə  onun  fəaliyyəti    arasındakı  fərqdən  daha 

çox üslubi məqamlardan təsirini artırmaq üçün istifadə olunur. 

Buradan  aydın  olur  ki,  hər  bir  yazıçı  obrazlara  ad  vermək 

məqsədinə  diqqətlə  yanaşır.  Bəzən  əsərlərdə  həmahəng  adlardan 

istifadə  olunur.  Məs.:  ”Ağ  dəvə”  əsərində  Ağakərim,  Balakərim, 

Əzizağa,  Həsənağa,  Ağahüseyn,  İbadulla,  Həmidulla;  “Dolça” 

povestində - Nailə, Firuzə, Kəmalə, Amalə adları müəyyən əsasla 

xüsusilə son heca, ad və ya müəyyən səslə ahəngdardır. Bir şeyi 

də qeyd etmək lazımdır ki, bu cür həmahəng adların qoyulması o 

dövrün ad qoyma ənənəsi ilə bağlı olan məsələdir. 

V.Vinoqradov  göstərir  ki,  bədii  ədəbiyyatda  ad,  familiya,  lə-

qəblərin  seçilməsi,  müxtəlif  janrlarda  onların  söz  yaradıcılığı  və 

ya strukturası baxımından funksiyası bir çox nümunələrdə nüma-

yiş etdirə bilər. Bu üslubiyyatın ən böyük və mürəkkəb sahələrin-

dən biridir [4,5, 52-53]. 

Doğrudan  da  bədii  ədəbiyyatda  obraz  adlarının    seçilməsi  və 

onların  mənalarının obrazın   xarakteri   ilə əlaqələndirmək əsərin 

yazılması qədər çətindir. Çünki bədii ədəbiyyatda obrazın xarak-

terinin  açılmasında  da  bir  növ  açar  rolunu  oynayır.  Əgər  “obraz 

adı xarakter açılmasında, onun fəaliyyəti istiqamətinin müəyyən-

ləşdirilməsində, əsərin ideyasının asan başa düşülməsində epiqraf 

rolunu oynayır” desək yanılmarıq [6,18]. 

Bu  məsələ  bir  çox  şəxslərin  diqqətini  cəlb  etmişdir.  Hətta 

H.Əliyev  “Ümumi  antrponimika”  adlı  əsərində  şəxs  adlarının 

araşdırılmasında  bir sıra metodları göstərir: təsviri, tarixi, müqa-

yisəli-qarşılaşdırma  metodu,  areal  metod,  statistik  metod”. 

Müxtəlif üslubi metodlardan bəhs edərkən yazır ki, antroponimlər 

üslubi tədqiqatlar üçün  çox zəngin material verir. Antroponimlə-

rin ümumi və xüsusən üslubi cəhətlərini izah etmək üçün Elçinin 

əsərlərinin bir neçəsinin adını çəkmək kifayətdir. Onun hekayələ-

rində ciddi, dərin, əhatəli və böyük həyat həqiqətləri canlandırılır. 




137 

 

Yazıçının  hekayə  qəhrəmanları  da  sadə,    sıravi  insanların  cərgə-



sindən  olub,  aydın  mənəviyyatlı,  təbii  xalq  həyatını  təmsil  edən 

yadda qalan,  koloritli, parlaq obrazlardır. Yazıçı gerçəkliyə o qə-

dər  sadiqdir  ki,  onun  təsvir  etdiyi  obraz-ları  oxucu  nəinki  duyur, 

başa düşür, onları həyatda olduğu kimi görə bilir. Elçinin hekayə-

sindəki “aerodrom” papaqlı, bir az iddialı,  əncirli, üzümlü həyət-

lərdə  adi  həyat  sürən  sıravi  insanların  daxili  aləmi  kimi,  zahiri 

görkəmləri də, adları da çox zaman bənzərsizdir. Elçin böyük bir 

rəssam kimi öz qəhrəmanlarının  heç kəsə, heç bir yazıçının əsər-

lərində olan surətlərə bənzəməyən, bütün cizgiləri ilə  yalnız özü-

nünkü  (Elçininki!)  olan fərdiləşmiş  rəsmini  məharətlə  çəkə  bilir. 

Müxtəlif  illərdə  Elçinin  qələmindən  çıxmış  “Baladadaşın  ilk 

məhəbbəti”,  “Ayaqqabı”,  “Beş  qəpiklik  motosikl”,  “Hotel  Bris-

tol”,  “Bu  dünyadan  qatarlar  gedər”,  “Bülbülün  nağılı”,  “Şuşaya 

duman gəlib”, “Sarı gəlin”, “Araba”, “Qarabağ Şikəstəsi” və s. ki-

mi  hekayələr  kiçik  janrın  böyük  bədii  ölçülərinə  və  imkanlarına 

yüksək  səviyyədə  cavab  verən  parlaq  nümunələrdir.  Elçinin  yal-

nız  hekayələri  deyil,  povestləri  də,  pyesləri  də,  romanları  da 

Elçinin “məxsusi janrıdır”. 

Elçinin  “Dolça”  povesti  bu  janrda  XX  əsr  boyu  yazılmış  ən 

dəyərli  əsərlərdən  biridir.  Müxtəlif  illərdə  qələmə  alınmış  “Bir 

görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Bayraqdar” kimi po-

vestlərində  də  təsvir  olunan  həyat  materialı  və  təqdim  edilən  in-

sanlar maraqlı, düşündürücü, mənalı, ən başlıcası isə bənzərsizdir-

lər! [1, 6]. Onun yaratdığı bu əsərləri də, obrazları da, obrazların 

adları da tam olaraq bir-birini tamamlayır. 

Müasir  dövrdə  belə  bir  tendensiya  yaranmışdır  ki,  guya  real 

əsl adlarla şəxs adları arasında heç bir əlaqə yoxdur, onlar ancaq 

şəxsi adlandırma, başqasından fərqləndirmə funksiyasına malikdir 

[1, 6]. 

Ad qoyulması ilə bağlı “Qurani Kərim”də də mövcuddur. Al-

lah  insanın  taleyi  və  onun  adla  adlanmasını  özü  müəyyən  edir. 

Yeri  gəlmişkən  qeyd  etmək  istəyirəm  ki,  Elçin  yaradıcılığı  boyu 

əsərlərinin  hər  birində  Allahın  adını  çəkir  ümumiyyətlə  dini  ad-

lara üstünlük verir. Nailə Rövşənqızı “Adınız sizə nə deyir?” adlı 




138 

 

məqaləsində yazır: Bu sahə ilə məşğul olan mütəxəssisləri adlarla 



bağlı hər şey maraqlandırır: onların mənşəyi; dünyada məhşurlaş-

ması dinlə bağlı olub – olmaması və s. Hazırda onomastika elmi 

bu mövzuda sualları adların insanın psixikası və psixologiyasına, 

temperamenti və onun xarakterinə təsiri, həmçinin bu və ya digər 

ada onun beyninin reaksiyası  ətrafında qoyur. Adların gizli, hələ 

tədqiq olunmamış fəaliyyətlə bağlı olması mistika deyil reallıqdır. 

”Amerikalı həkimlər və psixiatrlar isə iddia edirlər ki, insanın adı 

onun xarakterinə  həmçinin onun fiziki və psixi sağlamlığına təsir 

edən amillər arasındadır” [7]. Doğrudur nasirin bu yazılarıyla har-

dasa razılaşmaq olar. Bir şeyi də unutmayaq ki, hələ ta qədimdən 

ulularımız    övladlarına  ad  seçəndə  qız  üçün  o  adın  gözəlliyinə, 

oğlan üçün isə adın möhtəşəmliyinə xüsusi fikir verirdilər. 

İslamdan qabaqki dövrdə “Dədə Qorqud” dastanlarında göstə-

rildiyi kimi xüsusi ad qoyma mərasimi keçirilərdi və burada adsız 

qəhrəmanlar  igidlik  göstərdikdən  sonra  elin  ağsaqqalı  adqoyma 

mərasimində iştirak edərdi və qəhrəmana ad qoyardı. “Adını mən 

verdim, bəxtini, ömrünü isə yücə tanrı versin deyərdi” [8]. İslam-

dan  sonra  günü  bu  günümüzdə  də  ata-analar  advermədə  xüsusi 

həssaslıq  göstərirlər,  baba  və  ya  nənə  öz  adını  yeni  doğulmuş 

nəvələrinə  verir  və  yaxud  gənc  ailənin  üzvüləri  öz  istəkləriylə 

böyüklərin adlarını öz nəvələrinə qoyurdular. 

Bu  prinsip  Elçinin  əsərlərində  də  özünü  göstərir.  Onun  “Sarı 

gəlin”  hekayəsində  kiçik  Fətullanın  kiçik  toyu  üçün  hədiyyə 

almaq üçün o gümüş və firuzəylə bəzədilmiş evlərinin ən əziz və 

qiymətli xatirəsi olan sədəfli balabanı satır. O, cavanlıqda dəlicə-

sinə  sevdiyi  Firuzə  arvadın  ehtiyac  üzündən  həyətdəki  üzüm 

ağacının  yarpaqlarını  yığıb  satmaq  və  nəvəsinə  hədiyyə  almaq 

istəyini  bildirməsi  Fətullanın  hissiyatına,  kişiliyinə  toxunmuşdu, 

özünə  sindirə  bilmirdi  bunu,  balaban  və  nəvəsi  üçün  Firuzənin 

sonradan nə qədər yalvarış etməsinə baxmayaraq satmışdı.  

Elçinin romanları da hekayə və povestləri kimi adi, təbii canlı 

həyat materiallarından yoğrulmuşdur.Özünəqədərki, hətta öz döv-

ründə  yaranmış  inqilabi-tarixi,  yaxud  istehsalat  romanlarından 

fərqli olaraq, Elçinin romanlarında mühitimiz və məişətimiz aydın 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə