Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə85/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   96

fəaliyyət  proqramında  əks  olunmalıdır.  Ekoloji  siyasətin 
əsas istiqamətləri aşağıdakılardır:
1)  İctimai  istehsal  prosesində  təbii  resurslardan 
istifadənin optimallaşdırılmas).
2)  İnsan  fəaliyyətinin  neqativ  nəticələrindən  ətraf 
mühiti qorumaq.
3) Əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi.
Onu  da  əlavə  etmək  lazımdır  ki,  bütün  bu  göstərilən
tədbirlərin həyata keçirilməsi bu və ya digər ölkənin  ümumi 
inkişaf  səviyyəsindən,  əsas  sosial-iqtisadi  problemlərin 
həllindən  asılıdır.  Ərazi  nöqteyi-nəzərdən  ekoloji  siyasət 
qlobal  və  milli  səviyyədə  olur.  Qlobal  ekoloji  siyasət  ardıcıl 
olaraq  bir  neçə  mərhələdən  keçmişdir.  Onun  əsas  zirvəsi 
BMT  tərəfindən  1972-ci  və  1992-ci  illərdə  keçirilən  iki  bey­
nəlxalq konfranslar olmuşdur.
Təbiidir  ki,  qlobal  ekoloji  böhranın səviyyəsi  ayrı-ayrı 
ölkələrdə  eyni  deyildir,  ölkələr  müxtəlif  ekoloji  siyasət 
həyata keçirir.  Sənaye cəhətdən  inkişaf etmiş  ölkələrdə  eko­
loji  siyasət  ardıcıl  həyata  keçirilir  və  ekologiyalaşdırma 
ETT-nın  ayrılmaz  hissəsi  hesab  edilir.  Bu  ölkələrdə  ciddi 
təbiəti  mühafizə  qanunvericiliyi  fəaliyyət  göstərir,  təbiətə 
mühafizə  texnologiyası  aktiv  surətdə  tətbiq  edilir,  ekoloji 
sənaye  surətlə  inkişaf edir,  ekoloji  bazar  getdikcə  genişlənir 
və  iqtisadi  artımda  «ekoloji  təlabat»  əks  olunur.  İqtisadi  və 
sosial  həyatın  ekologiyalaşdırılması  bir  neçə  yeni  sənaye 
ölkələri  üçün  də  xarakterikdir.  Belə  ölkələrə  misal  olaraq 
Sinqapuru,  İrlandiyanı,  Yeni  Zelandiyanı,  Portuqaliyanı. 
Norveçi,  Malaziyanı,  İsveçi,  Fillandiyanı və Çini  göstərmək 
olar.  Bu sahədə reytinqinə görə bu ölkələrdən sonra Fransa. 
Böyük Britaniya, İsveçrə, İspaniya və Yaponiya durur.
İnkişaf  etməkdə  olan  ölkələrdə  isə  ekoloji  vəziyyət 
daha  çox  həyəcan  yaradır.  Onlardan  bəziləri  özlərinin  təbii 
resurslarına  və  ətraf təbii  mühitin  qorunması  üçün  müxtəlif 
kompleks  layihələr  həyata  keçirsələr  də  ekoloji  vəziyyətin
338
normallaşmasında  gerilik  hiss  olunur.  Ona  görə  də  Cənub 
ölkələrində  səhralaşma,  meşə  sahələrinin  azalması,  torpaq­
ların deqradasiyası, su resurslarının çirklənməsi və digər pro­
seslər artmaqda davam edir.
Ətraf təbii mühitin mühafizəsi tədbirlərinin səmərəliliyi 
dövlətin  bu  sahəyə  ayırdığı  vəsaitin  həcmindən  asılıdır. 
Qərbin  yüksək  inkişaf  etmiş  ölkələrində  ÜDM-ın  1%-dən 
1,5%-ə qədəri təbiəti mühafizə tədbirlərinə ayrılır.
Buna  baxmayaraq,  XXI  əsrin  birinci  yarısında  bəşə­
riyyət  indiyə  qədər  görünməmiş  miqyasda  ekoloji  böhranla 
üzləşmişdir.  Bu  ekoloji  problemlər  fonunda  nəinki  Yerin 
geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, o 
cümlədən  mədəniyyətin  vahidliyi  real  dərk  edilməyə  baş­
lamışdır.  Mədəniyyət  insanların  həyat  tərzinin  təşkili  və 
adaptasiyası  kimi  onların  biri-birinə  və  ətraf  təbii  mühitə 
münasibətinin  vacib  göstəricisidir.  Məzmunundan,  istiqa­
mətindən  asılı  olaraq  mədəniyyət  xalqları  bir-birinə  yaxın­
laşdırır və ya ayırır.  Məzmunca bəşəri və formaca milli olan 
mədəniyyət xalqları birləşdirir.
Müasir  dövrdə  bəşəriyyətin  iqtisadi,  siyasi  və  ekoloji 
fəaliyyəti  özünəməxsus  milli  mədəniyyətləri,  ümumbəşəri 
dəyərlərlə birləşdirən vahid dünya mədəniyyətinin yaranma­
sından  asılıdır.  Müasir  dövrün  qlobal  problemləri  şəxsiy­
yətin  intellektual  və  humanist  keyfiyyətləri  haqqında  məsə­
ləni  kəskin  şəkildə  qarşıya  qoyur.  Ayrı-ayrı  fərdin  forma­
laşması  milli  dəyərlərlə  yanaşı,  dünya  mədəniyyətinin  təsiri 
altında  getməlidir.  Bu iki  ölçünün  uyğunluğu insanın  sosial 
və ətraf mühitdə münasibətlərindəki birtərəfli yanaşmaqdan 
imtina etməyə imkan verir.
Yeni  sivilizasiya dövründə  dünya  mədəniyyətinin  for­
malaşmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə 
eyniləşdirirlər.  Lakin dünya mədəniyyətinin formalaşmasına 
bütün  dünya  xalqlarının  mədəniyyətinin  naliyyətlərini 
özündə  birləşdirməklə,  onların  müstəqilliyini  qoruyub
339


saxlayır.  Dünya  mədəniyyəti,  ayrı-ayrı  xalqların  mədə­
niyyətini  inkar  etmir,  onları  zənginləşdirir,  onlara  müasir 
dövrün  problemlərinin  həllində  köməklik  göstərir.  Başqa 
sözlə,  mədəniyyət  insanların  həyat  fəaliyyətinin  milli  sə­
viyyədə  sadə  təcrübəsi  kimi  deyil,  çoxölçülü,  qlobal  pro­
seslərlə əlaqədar hadisə kimi qarşımızda durur.
Həm  milli,  həm  də  dünyəvi  inkişafın  əsasını  insanla 
təbiətin  hormoniyası  təşkil  etməlidir.  İqtisadiyyatın  inkişa­
fına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində 
insanın  durduğu  strategiya  gəlməlidir.  İnsanların  müasir 
həyat  tərzi  və  onların  məqsədi  postindusriya  dövründə  for­
malaşdığına  görə  əsaslı  şəkildə  dəyişməlidir.  Ona  görə  də 
mədəniyyətin  müxtəlif  formaları  ilə  yanaşı  ekoloji  mədə­
niyyət də məqsədəuyğun şəkildə inkişaf etməlidir.
Ekoloji  mədəniyyət  insanla  təbiət  arasındakı  yeni 
qarşılıqlı  münasibəti  əks  etdirir.  Dünya  ekoloji  mədəniyyə­
tinin  ən  vacib  əlaməti  sadəlöv  antroposentrizmdən  imtina 
edilməsi  və  biosferosentrik  baxışların  qurulduğu  baxışlara 
keçilməsidir.  Bu,  o deməkdir  ki,  indi  istənilən  problemlərin, 
o  cümlədən  ekoloji  problemlərin  həllində  üstünlük  sosial- 
iqtisadi  amillə  deyil,  təbii  amillərə  verilməlidir.  Antropogen 
ekoloji problemlərin  həllində mərkəzi yeri insan amili  tutur. 
Dünya  ekoloji  mədəniyyətin  əsas  meyyarı  ətraf  mühitin 
yaxşılaşmasıdır.  Onun  ölçüsü  isə  ekoloji  etikadır.  Ekoloji 
etikaya  əxlaq  münasibətləri  sferasında  «insan-insan», 
«insan-cəmiyyət»  ənənəvi  münasibətləri  ilə  yanaşı  «insan- 
təbiət»  münasibətlərinin  bir  sıra  cəhətləri  daxil  edilmişdir. 
Ekoloji  etikanın  əsas  xüsusiyyətini  təbiətə  olan  qayğı  təşkil 
edir.
Ekoloji  etika  onun  ənənəvi  istiqamətlərindən  fərqli 
olaraq  təbii  sərvətlərdən  səmərəli  və  kompleks  istifadə  et­
məklə,  ətraf mühitin  çirklənməsinin  azaldılması,  tullantılar­
dan  istifadə  olunmasına,  biosferin  resurslarının  bərpasına
340
cəmiyyətin  kömək  etməsi  və  digər  məsələləri  özündə 
birləşdirir.
Ekoloji etikanın vəziyyəti  artıq  indi aşağıdakı  tələbləri 
təklif  etməyə  imkan  verir:  gələcək  nəsillərin  yaşaması 
imkanını  pozan  istənilən  hərəkətdən  imtina  etmək;  təbii 
mühitin vəziyyətinə təsir göstərən qərarm qəbulunda gələcək 
nəsillər  qarşısındakı  məsuliyyət  ölçüsü  aparıcı  olmalıdır; 
indiki  nəsillərin  mənafeyinə  görə  gələcək  nəsillərə  ziyan 
vurulmasına yol verilməməlidir.
İnsanla  təbiət  arasında  qarşılıqlı  münasibətlərin  hor- 
moniyasının  təmin edilməsinə  xidmət  edən  ekoloji  etikanın 
müddəaları  o  zaman  reallaşa  bilər  ki,  o,  insan  fəaliyyətinin 
bütün  sahələrini  (iqtisadiyyat,  siyasət,  təhsil,  tərbiyə  və  s) 
əhatə etsin.
Milli mədəniyyət dəyərlərini tamamlayan  ümumbəşəri 
dəyərlərin  zəruriliyi  aşkar  olur.  Birləşdirici  humanist  müd­
dəalar  ekoloji  etika  sayəsində  inkişaf  edir.  Bu  mədəniy­
yətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması üçün 
əsas  verir.  Ekoloji  etika  əsasında  düşüncəli  istifadə  mədə­
niyyəti formalaşır.
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış 
qanunun  aliliyi  və  icra  edilməsi  təmin  edilən,  insanın  və 
ekosistemin hüququ müdafiəsi mövcud olan hüququ dövlət 
şəraitində mümkündür.
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qa­
nunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, suveren 
dövlət  hakimiyyətinin  qanunvericilik,  icra  və  məhkəməyə 
bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir.
Hüquq  insan  üçün  əlverişli  təbii  şəraitin  təmin  edil­
məsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində 
o,  «cəmiyyət-təbiət»  münasibətlərinə  normativ,  vacib  və­
ziyyət verə bilər.
Ekoloji  münasibətlərin  (o  cümlədən,  ictimai)  hüquq 
vasitəsilə  tənzimlənməsi  yeni  əsaslandırılımış  qanunların
341


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə