Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746


MÖVZU  15. EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə93/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   96

MÖVZU  15. EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ 
SAHƏSİNDƏ  BEYNƏLXALQ TƏCRÜBƏ 
VƏ  ƏMƏKDAŞLIQ
Müasir  dövrün  iqtisadi  inteqrasiya  şəraitində  bütün 
təhlükəsizlik  növləri  (hərbi,  ekoloji,  iqtisadi,  sosial  və  s.) 
içərisində  ekoloji  təhlükəsizliyin  təmin  olunması  problemi 
bu  gün  üçün  aktual  hesab  edilir.  Ekoloji  problemlər  ardı­
cıllığını  hər  hansı  bir  götürülmüş  dövlət  və  region  çərçi­
vəsində həll  etmək  olar,  lakin  Yer  kürəsinin  əhalisinin  eko­
loji  təlükəsizliyi  yalnız  bütün  cəmiyyətin  birgə  səyi  nəticə­
sində təmin oluna bilər.  Həmçinin,  ekoloji problemlərin qlo­
bal xarakter daşıması bu problemin həlli üçün ətraf mühitin 
qorunması  istiqamətində  tədbirlər  sisteminin  həyata  keçi­
rilməsində  geniş  beynəlxalq  əməkdaşlığı  tələb  edir.  Bundan 
ötrü  planetin  ekoloji  böhran  problemi  haqqında  birgə, 
vahid  anlayış  tələb  olunur  və  problemin  həll  edilməsi  üçün 
bütün  dövlətlərin  və  xalqların  birgə  koordinasiyaedilmiş 
fəaliyyəti lazımdır.
Ətraf mühitin  qorunması  üzrə  əməkdaşlıq  hələ  100  il 
əvvəl yaranmış və indi də surətlə inkişaf etməkdədir.  1960-cı 
illərdə qərbin  bir qrup  alimləri  tərəfindən  ətraf mühitdə  baş 
verən  neqativ  hadisələrə  münasibət  1968-ci  ildə  «Roma 
Klubu»  adı  altında  bir  təşkilatın  formalaşmasına  şərait 
yaratdı.  Bunu  ətraf  mühitin  mühafizəsi  sahəsində  ilk  bey­
nəlxalq  təşkilat  adlandırmaq  olar.  «Roma  klubu»  romalı  iş 
adamı  Aurelio  Reççeinin  başçılığı  altında  yaradılmış  və  30- 
dan  çox  ölkənin  alimlərini,  iş  adamlarını  və  ictimai  xa­
dimlərini  birləşdirən  Beynəlxalq  Qeyri-dövlət  Təşkilatı  kimi 
fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi  insanla  təbiət 
arasındakı  qarşılıqlı  əlaqəsini  öyrənmək  olmuşdur.  «Qlobal 
problemlər»  anlayışı  da  onların  adı  ilə  bağlıdır.  «Roma 
klubu» o dövrdə qlobal problemlərə:
- əhali artımı;
370
- ozon təbəqəsinin dağılması;
- su hövzələrinin qorunması;
- enerjinin ənənəvi sahələrinin tükənməsi;
- aclıq problemi;
- insan həyatının saxlanılması və s.  aid etmişlər.
BMT  bu  məsələyə  daim  diqqət  yetirir.  1962-ci  ildə 
BMT-in  XVII  Baş  Məclisində  «Ekoloji  İnkişaf və  Təbiətin 
Mühafizəsi»  adlı  xüsusi  qətnamə  qəbul  olundu.  Bu  qət­
namədə qeyd edilir ki,  təbiətin mühafizəsi  BMT-yə üzv  olan 
bütün  dövlətlərin  bilavasitə  vəzifəsidir  və  təbii  ehtiyatların 
qorunub  saxlanılması  üzrə  tədbirlər  iqtisadi  inkişafla  birgə 
eyni zamanda aparılmalıdır.
1972-ci ildə Stokholmda BMT-nin ətraf mühit məsələsi 
üzrə  konfransı  keçirildi.  Konfrans  ətraf mühitin  mühafizəsi 
haqqında  bəyanat  qəbul  etdi  və  5  iyun  «Beynəlxalq  ətraf 
mühitin mühafizəsi» günü elan olundu.
Ətraf mühit probleminin Beynəlxalq xarakter almasına 
ölkə,  region,  ümumbəşəri  və qlobal  səviyyədə  baxmaq  tələb 
olunur.  Belə  yanaşma  ona  görə  gərəklidir  ki,  ətraf mühitin 
qorunması  ümumbəşəri  xarakterlidir.  İnsanların  əmək 
fəaliyyətinin  predmeti  sayılan  yerüstü  və  yeraltı  sərvətlər 
bütün dünya üçün gərəklidir.  Dünya okeanı sərvətləri,  iqlim 
və  kosmik  resurslar  ümumbəşəri  xarakter  daşıyır.  Belə 
elementlər qloballaşmanın vüsət alması imkanlarını daha da 
artırır.  Nəticədə bütün dövlətlər üçün qorunması gərək  olan 
vahid ekoloji məkan yaranır.  Vahid qlobal əməkdaşlığın hə­
yata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac vardır. 
Bu, hər şeydən əvvəl, cəmiyyət və ətraf mühit problemlərinin 
həllinin həyata keçirilməsi üçündür.
Ə traf  təbii  mühitin  beynəlxalq  hüquqi  mühafizəsi 
obyektləri içərisində 2 kateqoriya ayrılır:
1)  Ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil olan;
2)  Ayrı-ayrı  dövlətlərin  yurisdiksiyasına  daxil  ol­
mayan.
371


Birinciyə  daxil  olan:  atmosfer  hövzəsi,  yaxın  kosmos, 
dünya  okeanı,  Antarktida,  köçəri  heyvan  növləri.  Qeyd 
edilən  obyektlər  beynəlxalq  ekoloji  hüquq  normalarına 
müvafiq  olaraq  qorunur  və  istifadə  edilir.  O  obyektlər  ki, 
beynəlxalq  mühafizə  olunan  obyektlərə  daxil  deyildir,  zə­
rurət  yarandıqda  beynəlxalq  əməkdaşlıq  obyektləri  kimi 
ətraf  təbii  mühitin  mühafizəsi,  təbiətdən  səmərəli  istifadə, 
ekoloji təhlükəsizlik sahələrində çıxış edə bilər.
Konkret  ölkənin  yurisdiksiyasına  daxil  olan  ətraf mü­
hitin  beynəlxalq  hüquqi  obyektləri  -   dünya  təbiət  abi­
dələrinə  daxil  edilmiş  obyektlər,  beynəlxalq  qırmızı  kitaba 
daxil  edilmiş  və  nəsli  kəsilmək  təhlükəsi  qarşısında  qalan 
nadir  heyvan  və  bitki  növləri,  beynəlxalq  çaylar,  dənizlər, 
göllər və başqa obyektlərdir.  Məhz ətraf mühitin  mühafizəsi 
sahəsində  beynəlxalq  əməkdaşlıq  prinsipləri  Stokholm 
bəyannaməsində dürüst ifadə edilmişdir.  Bunlardan birincisi 
və  başlıcası  hər  bir  dövlətin  özünün  milli  siyasəti  ilə  ətraf 
mühitin problemlərinə  yanaşmağa  müvafiq  olaraq  öz  ərazi­
sindəki  resurslardan  istifadə  etmək  hüququna  malik  ol­
masıdır.  Lakin  burada  hər  hansı  fəaliyyət  ölkənin  milli  əra­
zisindən  kənarda  yerləşən  dövlətlərin  mühitinə  zərər  vur­
mamalıdır.
İkincisi,  yerin  təbii  resursları,  o  cümlədən  hava,  su, 
torpaq, flora,  fauna, xüsusilə də təbii ekosistemin xarakterik 
növləri  insanların  səmərəli  planlaşdırma  fəaliyyəti  vasitəsilə 
indiki və gələcək nəsillər üçün qorunmalıdır.
Üçüncüsü  isə,  bərpa  olunmayan  resurslardan  elə  is­
tifadə edilməlidir ki,  gələcəkdə  bu ehtiyatların  tükənməsinin 
qarşısı  alınsın  və  beynəlxalq  məkanda  bütün  insanlar 
onların  istifadəsindən  faydalana  bilsinlər.  Ətraf  mühitin 
mühafizəsinin  təşkili  sahəsində  beynəlxalq  qarşılıqlı  təsir 
müddəaları ümumdünya təbiət xartiyası ilə tamamlanmışdır 
ki, bu da BMT Baş Asambleyası tərəfindən təqdir edilmiş və
28  oktyabr 
1988-ci  ildə  çıxarılmış  qətnamədə  elan 
edilmişdir.
Müasir  dövrdə  hər  bir  dövlətin  qarşısında  iki  növ 
ekoloji hüquqi məsuliyyət durur:  siyasi və maddi.
Məsuliyyətin  ən  geniş  yayılmış  forması  sanksiyalardır. 
Bunu  qanunpozucu  dövlətə  qarşı  inzibati,  məcburedici 
tədbirlər sistemi də adlandırmaq olar.
Maddi  məsuliyyət  bu  və  ya  digər  dövlət  tərəfindən 
beynəlxalq öhdəliklərin pozulması zamanı meydana çıxır ki, 
onun  da  nəticəsində  cəmiyyətə  maddi  zərər  vurulmuş  olur. 
Maddi məsuliyyətin bir neçə formaları mövcuddur:
- təzminat -  ekoloji zərərin pulla ifadəsi;
-  restitusiya -   pozulmuş  hüquqi  bərpa  etmə  və  zərərin 
ödənilməsi;
-  substitusiya  -   məhv  edilmiş  və  yararsız  hala  düşmüş 
obyektlərin əvəzlənməsi;
-  restovrasiya  -   hər  hansı  bir  obyektin  bərpası  ilə 
əvvəlki vəziyyətə gətirilməsidir.
Deyilənlərlə əlaqədar olaraq vahid qlobal əməkdaşlığın 
həyata keçirilməsi  yollarının  tapılmasına böyük ehtiyac  du­
yulur.  Bu  baxımdan,  müxtəlif  təşkilat  və  müəssisələr  fəa­
liyyət göstərir.
Ümumdünya  təşkilatı  sayılan  BMT-nin  və  onun  ixti­
saslaşdırılmış  bölmələri  xüsusi  rol  oynayır  və ətraf mühitin 
mühafizəsi  də  bilavasitə  BMT-nin  nizamnaməsindən  irəli 
gəlir.  Onun  məqsəd  və vəzifəsi  -   insan  hüquqlarının  qorun­
ması,  əhalinin  yaşayış  səviyyəsinin  yüksəldilməsi,  sağlam­
lığın  qorunması,  sosial  və  iqtisadi  həyatdakı  problemlərin 
həll  edilməsində  yardım  göstərməkdir.  Həmçinin,  BMT-nin 
Baş  Assambleyası,  ətraf mühitin  qorunması  sahəsində ölkə­
lərin  iki  və  çoxtərəfli  əməkdaşlığının  inkişaf  etdirilməsinə 
şərait  yaradır,  yeni  təbiət  qoruyucu  orqanlar  yaradır,  ətraf 
mühitin  mühafizəsi  haqqında  təkliflər  hazırlayır,  ümum-
372
373


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə