Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə90/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   96

Ekoloji  şəraitə  dəniz  səviyyəsinin  tərəddüdləri  də  təsir 
göstərir.  Dənizin  səviyyəsi  aşağı  düşdüyü zaman  şorluğu  artır, 
balıqların  sahil  zonalarında  qidalanma  bölgələrinin  məhsul­
darlığı  və sahəsi azalır.  Dənizin səviyyəsi qalxdıqca isə  sularm, 
xüsusilə  böyük  çayların  delta  bölgələrinə  yanaşı  sahələrdə 
şorluğu  azalır,  yem  ehtiyatı  artır.  Bununla  yanaşı,  dəniz  sula­
rının  yuxanda  göstərilən  maddələrlə,  xüsusilə  neft  məhsulları 
ilə  çox  çirklənməsi  aerasiya prosesini  ciddi  pozur,  dəniz  fauna 
və florasının məhv olmasına gətirib çıxanr.
Dənizin  ən çox  çirklənmiş  sahələri  eyni  zamanda  eko­
loji böhran sahələridir. Belə sahələrə  Bakı və Sumqayıt şəhərlə­
rinin akvatoriyalan,  istismarda olan dəniz neft yataqları rayon­
ları  aid  edilir.  Xəzər  dənizi  üçün  ən  təhlükəli  çirklənmə  tərki­
bində  zərərli  kimyəvi  maddələr olan  tullantılarla  çirklənmədir. 
Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri,  xlor üzvi 
birləşmələrini  və  ağır  metalları  göstərmək  olar.  Dənizin  çirk­
lənməsində  neft  karbohidrogenləri  böyük  rol  oynayır.  Söhbət 
Abşeron  yarımadası  və  Bakı  buxtasını  əhatə  edən  dəniz  neft 
sənayesi  və  sualtı  neft  borularından  gedir.  Xəzərin  ekoloji  və­
ziyyəti  indi  bütün  dünyam  narahat  edir.  Bakı  buxtası  isə  Xə­
zərin  ən  çirkli  hissəsidir.  Təsadüfi  deyil  ki,  o,  bioloji  cəhətdən 
“ölü  buxta”  statusunu  qazanıb.  Məlumdur  ki,  Azərbaycanın 
neft-qaz  yataqlarının  birgə  istismarı  ilə  əlaqədar  “Əsrin  müqa­
viləsi”  (1994)  adlı  saziş  imzalanmışdır.  Dünyanın  məşhur  neft 
korporasiyalarının  qoşulduqları  saziş,  Azərbaycanın  xam  nef­
tini dünya bazarına çıxarmaq məqsədi güdür.
Əsrin  müqavilələrindən  hasil  olunan  və  daşman  neftin 
müəyyən  bir  hissəsi  də  Xəzərin  çirklənməsində  iştirak  edən 
mənbələrdəndir.  Xəzərin  ekoloji problemləri  onun səviyyəsinin 
vaxtarışı  dəyişməsilə  də  əlaqədardır.  1978-ci  ildən  tranqressiv 
mərhələyə keçən  dəniz  səviyyəsi  tədricən  qalxaraq  ciddi  təhlü­
kəyə  səbəb  olmuşdur.  Belə  ki,  suyun  səviyyəsinin  2,5  m  qalx­
ması  sahil  zonasının il ərzində  1-2 km sahəsinin dənizin altında 
qalması  ilə  nəticələnmişdir.  Məsələn,  10-15  il  əvvəl  ölkəmizin
cənub bölgəsindəki  (Lənkəran-Astara) sahil  zolağında yerləşən 
bir  çox  yaşayış  məntəqələri  və  təsərrüfat  sahələri  həmin 
fəlakətlərlə üzləşdi,  əhaliyə,  dövlətə  xeyli ziyan dəydi.  Kükürd 
tərkibli  neft  çıxarılan  sahələr  daha  təhlükəlidir.  Güclü  zəlzələ 
baş  verərsə,  havaya  1000  atmosfer təzyiqlə milyon  ton  kükürd 
tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir, 
iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəb­
dir. Xəzər qapalı  ekosistem olduğu  üçün onun neft axınları  va­
sitəsilə  çirklənməsi  kifayətdir ki,  dənizin canlı  aləmi  məhv  ol­
sun.  Kiçik  dəniz  donanmalarının  inkişafı  iqtisadi  və  hərbi  ba­
xımdan  əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da 
rolu  az  deyil,  iri  gəmilərin  ixrac  etdiyi  axıntı  suları  çirklənmə 
mənbələrindəndİr.  Yeni  limanların  tikilməsi,  gəmi  istehsalı, 
neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas 
səbəblərindəndir.  Xəzərsahili  ölkələrin  hərbi  dəniz  donanma­
larının  yaradılması  da  həmin  faktorlardandır.  Xəzər  gölünün 
çirklənmə mənbəyini yalnız  fıziki-kimyəvi səbəblərlə əlaqələn­
dirmək  olmaz.  Problemin  əmələ  gəlməsində  bioloji  çirklən­
mənin  də  payı  var.  Söhbət  Volqa-Don  kanalı  vasitəsilə  Azov- 
Qara dəniz  hövzəsindən  gələn  yad  orqanizmlərdən gedir.  Belə 
ki,  bu  yaxınlarda  Türkmənistana  aid  sektorda  meduzalar  (au- 
rella aurita,  mneniopsis  leudyi)  aşkar edilmişdir.  Bu meduzalar 
Xəzərdə  çoxalaraq  vətəgə  əhəmiyyətli  iri  balıqların  qidasını 
yeyib  tükəndirir.  Məsələn,  bu  meduzalar  kilkə  ilə  qidalanır. 
Kilkənin  azalması  paralel  olaraq  onlarla  qidalanan  müxtəlif su 
heyvanlarının sayca azalmasıyla nəticələnir.
Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsər­
rüfatına da öz mənfi təsirini göstərir.  Su mühitinin ifrat çirklən­
məsi  balıq sənayesinə ciddi  ziyan vurur.  Hesablamalara əsasən, 
bu  səbəbdən  nərə  balığı  təsərrüfatına dəyən  zərər  6  mlrd,  kürü 
biznesinə dəyən  ziyan isə  10 mlrd dollar təşkil edir.  Həmçinin, 
digər  vətəgə  balıqlarının  iqtisadi  cəhətdən  itirilməsi  də  realdır. 
Xəzər  olduqca  unikal  ekosistemdir.  Onun  qorunması  təkcə 
region  dövlətlərinin  yox.  planetin  işidir.  Son  illər  beynəlxalq
358
359


sistemin  bu  dənizin  ekoloji  problemlərinə  maraq  göstərməsi 
təsadüfi  deyil.  Xəzərə  yalmz  bir  ölkənin  yox,  5  sahilyanı  öl­
kənin  birgə  qayğı  göstərməsi  vacibdir.  Xəzərin  statusu  tam 
müəyyənləşmədikcə dənizin nərə  balığı ehtiyatı, canlıların rən­
garəngliyi, ekosistemi tənəzzülə uğrayacaqdır.
Xəzərin ekoloji  vəziyyəti  bilavasitə hövzədən neft hasi­
latı  ilə bağlıdır. Dənizə tökülən neftin 40%-i onun dibinə çökür. 
Dibə çökən neft məhsulları  səthdəki  neft məhsullarına nisbətən 
10  dəfə  gec  oksidləşir.  Neftin  dənizə  tökülməsi,  əsasən  quyu­
larm istismarı, neftin ilkin ayrılması və nəqli zamanı baş verir.
Uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən edilmiş­
dir  ki,  Xəzər  dənizində  neft-oksidləşdirici  bakteriyalar  suyun 
səthindən və dib söküntülərindən ayrılır.
Xəzərin Neft Daşları  və  Bakı  buxtası  akvatoriyası  “ölü 
zona” adlandırılır. Burada neftin suda olan miqdarı 2,6-3,8 mq/1 
təşkil  edir.  Bu  rayonda  neft  oksidləşdirici  bakteriyaların  sayı 
hər milli litrdə 20000-ə qədərdir.
Suya tökülmüş neftin ləğvi  üçün neft yığımlarından isti­
fadə  edilir.  “Neftyığıcı”  suda həll  olunmayan  səthi  aktiv  mad­
dələrdən və həlledicidən ibarətdir. “Neftyığıcı”dan əsasən əlçat­
maz  yerlərə  toplanan neftlərin  yığılması  üçün  və  sahilin  neftlə 
çirkləndirilməsinin qarşısını almaq üçün istifadə olunur.
Su  səthində  olan  neftin  yığılmasında  fıziki-kimyəvi 
üsulla  mexaniki  üsul  arasında  yerləşən  metod  “Neftin  sorbent 
üsulu” ilə yığılması metodudur.
Su  səthinə  tökülən  neftin  yayılmasının  dərhal  qarşısı 
alınmalıdır.  Bu  məqsədlə  bonlardan  istifadə  olunur.  Bon  suda 
üzən elə  bir tərkibdir ki,  su  səthində olan neftin  onu aşaraq on­
dan  kənara  yayılmasına  imkan vermir.  Neftin  su  səthinə  yığıl­
ması  üçün,  həmçinin  müxtəlif növ  qurğulardan  istifadə  olunur. 
Buna misal olaraq skummerləri göstərmək olar.
Son  10-15  ildə  Azərbaycan  dövləti  Xəzər  ərazisindəki 
çirkli  tulantı  sularını  təmizləmək  üçün  layihə  gücü  1,28  mln 
m3/gün olan təmizləyici qurğular, 4,46 mln m3 gücü olan təkrar
360
və  fasiləsiz  təkrar  su  təchizatı  sistemi  istifadəyə  vermişdir. 
Nəticədə  Xəzərin  ekoloji  vəziyyətinə  mənfi  təsir  göstərən  0,5 
mln m3/gün çirkab sularının axıdılması azaldılmışdır.
Respublikamızın su ehtiyatlan içərisində digər təbii göl­
lərin də  əhəmiyyəti  böyükdür.  Həm  dağlıq,  dağətəyi  və  düzən 
göllər  və  həm  də  Abşeron  gölləri  respublika  ərazisinin  cəmi 
0,5%-ni tutsa da, həmin göllərdə toplanan sulann ümumi həcmi 
40 km3 təşkil  edir.  Göllər həm üzvi mənşəli tullantılar, həm də 
kimyəvi  tullantılarla,  xüsusən  də  neft  və  neft  məhsulları  ilə 
çirklənməyə məruz qalmışdır.
Respublikamızın  su  ehtiyatlarından  səmərəli  istifadə  və 
onların  mühafizəsi  üçün  aşağıdakı  tədbirlərin  həyata  keçi­
rilməsi məqsədəuyğundur:
-  su  ehtiyatlarından  səmərəli  istifadə,  su  itkisini 
azaltmaq  və  sulardan  səmərəli  istifadəyə  keçmək  məqsədilə 
müasir texnoloji qurğular yaratmaqla işlənmiş və minerallaşmış 
sulann təmizlənməsinə nail olmaq;
-  ətraf su hövzələrinə təmizlənməmiş və  ya az təmiz­
lənmiş çirkab suları axıdan müəssisələrə cərimə tətbiq etmək və 
əldə olunan gəlirlər hesabına sutəmizləyici qurğular yaratmaq;
-  su  ehtiyatlarından  istifadəni  yaxşılaşdırmaq  üçün 
sənayedə su ilə soyutmanı hava ilə əvəz etmək və həmçinin sə­
nayedə dövriyyə su sistemini tətbiq etmək;
-  Bakı  buxtasının  və  Xəzərin  sahil  sularının  ekoloji 
təmizliyinə  nail  olmaq  üçün,  ilk  növbədə  hövzəyə  axıdılan 
bütün çirkab  suları  yalnız  təmizlədikdən  sonra  axıtmaq  və  gə­
ləcəkdə xarici  investisiya cəlb etməklə buxtanın sularını  və dib 
çöküntülərini neft hidrogenlərindən təmizləmək lazımdır.
Azərbaycan  Respublikası torpaq  ehtiyatlan  ilə zəif təmin 
olunmuş  Ölkələr  siyahısına  daxildir.  Respublikamızda  torpaq­
lardan  səmərəli  istifadə,  onların mühafizəsi,  münbitliyinin  bər­
pası  və  nəticədə  torpaqların  təkrar istehsal  dövriyyəsinə  qayta­
rılması qarşıda duran əsas vəzifələrdəndir.
361


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə