Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə92/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   96

Lənkəran-Astara zonasında tərəvəzçiliyin  inkişaf etdiril­
məsi  nəticəsində  torpaqlara  çoxlu  miqdarda  mineral  gübrə, 
zəhərli kimyəvi maddələr verilmiş, nəticədə torpaqların aqreqat 
halı  dəyişmiş,  onlarda  zəhərli  kimyəvi  maddələrin  və  ağır  me­
talların normadan artıq toplanması prosesi baş vermişdir.  Ümu­
miyyətlə,  torpaq  örtüyündə ağır metalların toplanması  çox  təh­
lükəlidir və onlar bərpa edilməz dəyişikliklərə səbəb olur.  Əhali 
məskunlaşma  sahələrində  yaradılan  müxtəlif  məqsədli  tikinti 
sahələri,  yolların,  kanalların,  süni  göllərin  yaradılması  ilə  əla­
qədar  indi  respublikada  olan  yararlı  torpaqların  10%-i  kənd 
təsərrüfatı  dövriyyəsindən  çıxmışdır.  Respublikada  çirkləndi- 
rilmiş, dağıdılmış və zibilləndirilmiş torpaqlar 200 min ha artıq 
ərazi  tutur.  Belə  torpaqlar  Naxçıvan  MR,  Yuxarı  Qarabağ, 
Daşkəsən-Qazax,  Abşeron  regionlarında  daha  çoxdur.  Təkcə 
neft və qazçıxarma mədənlərinin tullantıları  nəticəsində 50  min 
ha  çox  ərazi  yararsız  hala  düşmüşdür.  Abşeron  yarımadasında 
neft emalı,  neft-qaz istehsalı  sahələrində  yaranan  tullantı  suları 
ilə 7-8 min ha torpaq sahəsi gölməçələrə çevrilmişdir.
Respublikamızın  iri  sənaye  şəhərləri  olan  Bakı,  Sum­
qayıt,  Gəncə,  Mingəçevir  və  Şirvan  şəhərlərinin  ətraf torpaq 
sahələrinin ağır və əlvan  metal  qalıqları  ilə  çirklənməsi  nəticə­
sində  həmin  torpaqlarda  qurğuşunun,  misin,  sinkin,  xlor,  flor, 
alüminium,  benzopirenlər  və  kükürd  birləşmələrinin  miqdarı 
yol  verilən  norma həddindən  ayrı-ayrı  ərazilərdə  10-20  dəfəyə 
qədər yüksəkdir.
Respublikamızın  iri  yaşayış  məntəqələri  ətrafında hər  il 
5  mln t bərk  məişət tullantısı  toplanır  ki,  bunun da  50%-i  Ab­
şeron  sənaye  rayonunun  payına  düşür.  Bakı  şəhəri  ətrafında 
400  ha,  Sumqayıt ətrafında  120  ha ərazi  tutan tullantıların  yal­
nız  10-12%-i  emal  edilir,  qalan  hissəsi  isə  ətraf mühitin  çirk­
lənmə mənbələrindən biri olaraq qalır.
Şəhərlərdə  fəaliyyət  göstərən  yüzlərlə  zavod  və  fabrik­
lərin  ətraf mühitə  atdıqları  sənaye  tullantıları  da  müxtəlif yol­
larla torpaqlara qayıdır və əsas çirklənmə mənbələrindən  birinə
366
çevrilir.  Bütün  bu  tullantıların  zərərli  təsirlərini  aradan  qal- 
dnmaq  üçün  həmin  tullantıların  emalı,  utilizasiyası  və  zərər- 
sizləşdirilməsini həyata keçirmək lazımdır.
Abşeronda  20-22  min  ha torpaq  sahəsi  neft  məhsulları, 
mədən  suları  və  digər  texnogen  mənşəli  tullantılarla  çirklən­
mişdir ki, onun da  10,6 min ha-ı neftlə çirklənmiş torpaqlardır. 
30 min ha torpaq neft mədənləri altında qalmışdır.
Respublikanın sənaye tulantıları ilə örtülmüş yararlı tor­
paqlarını  zibilliklərdən,  sənaye,  məişət  və  neft  tullantılarından 
təmizləmək  yolu  ilə  əlavə  olaraq  100  min  ha,  o  cümlədən 
Abşeron  yarımadasında  33  min  ha-a  yaxnı  torpaq  sahələrini 
kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq olar.
Abşeron  yarımadasının torpaqları  neft  mədənlərinin  lay 
sularının  tərkibində  olan  radioaktiv  elementlərlə  də  çirklənir. 
Abşeron  yarımadasının  normal  radioaktiv  fonu Xəzəryanı  əra­
zilərdə 9 mkr/saat, tektonik pozuntu sahələrində isə  18 mkr/saat 
təşkil  edir.  Lakin  yarımadanın  bəzi  neft  istehsalı  mədənlərinin 
yaxınlıqlarında  500-600  mkr/saat  olan  çirkləndirilmiş  zonalara 
da rast  gəlinir.  Belə  sahələrin  mövcudluğu  ərazidə  yaşayan  in­
sanların həyatı  üçün olduqca təhlükəlidir.  Qeyd etmək lazımdır 
ki,  radioaktiv  elementlərlə  çirklənmiş  torpaqların  dezaktivi- 
zasiyası  respublikada  müvafiq  avadanlıq  və  texnologiyanın 
olmaması səbəbindən aparılmır.
Respublikanın torpaq fondundan səmərəli istifadə etmək 
və onun təbii  məhsuldarlığını qoruyub  saxlamaq üçün müxtəlif 
səbəblərdən  çirklənmiş,  dağılmış,  korlanmış,  zibillənmiş,  ero­
ziyaya  uğramış,  şorlaşmış  torpaqların  məhsuldarlığını  təbii  və 
süni  yollarla  bərpa  etmək,  onları  rekultivasiya  etmək,  torpaq- 
iqlim  şəraitinə  uyğun  növbəli  əkin  sistemini  tətbiq  etmək,  eyni 
zamanda təsərrüfat-təşkilati,  aqrotexniki,  hidrotexniki,  aqrome- 
liorasiya,  fitomeliorasiya  və  digər  tədbirləri  həyata  keçirməklə 
torpaq  mühafizə  işlərini  həyata  keçirmək  ən  vacib  problem 
kimi qarşıda durur.
367


Nəzərə almaq lazımdır ki,  eyni  ərazilərə uzun illər boyu 
zəhərli  kimyəvi  maddələrin  normadan  artıq  səpilməsi,  aqro­
texniki qaydalara riayət olunmaması, dövriyyəli əkin sisteminin 
apanlmaması,  suvarma  rejiminin  pozulması  torpaq  fonduna 
ağır ekoloji ziyan vurmuşdur.
Azərbaycan  ərazisində  4300-ə  qədər  bitki,  14000  hey­
van  növləri  mövcuddur.  Bitki  və  heyvan  növlərinin  yayılma 
qanunauyğunluğunun  müxtəlifliyi  onların  mühafizə  məsələ­
lərini  ön  plana  çıxanr.  Bitki  örtüyü  içərisində  mühüm  yeri 
meşələr tutur.  Meşələr Azərbaycan ərazisinin  11,5%-ni  tutur və 
əsasən  dağlıq  regionlarda  yayılmışdır.  Meşələrimizin  48,7%-i 
Böyük  Qafqazda,  34,2%-i  Kiçik  Qafqazda,  14,6%-i  Talış 
dağlarında,  2,5%-i  isə  Kür-Araz  ovalığında  yayılmaqla  birinci 
qrup qoruq meşələri hesab olunur.  Meşələrimizin qorunması  və 
artırılması  onların  mühafizəsinin  təşkilindın  çox  asılıdır.  Belə 
ki,  meşələrin  qırılması  və  seyrəldilməsi  sel,  sürüşmə,  uçqun və 
eroziya proseslərini sürətləndirər, torpaq örtüyü öz münbitliyini 
tədricən  itirərək  deqreasiyaya  uğrayar,  yeraltı  suların  səviyyəsi 
aşağı düşər və nəticədə bulaqlar quruyar,  fauna və flora növləri 
məhv  olar  ki,  bu  da  insanların  həyat  şəraitinə  mənfi  təsir 
göstərər.
Respublikamızda  məhv  olmaq  təhlükəsi  altında  qalan 
nadir  heyvan  və  bitki  növlərinin  qorunması  məqsədilə  onların 
adları  1989-cu  ildə  nəşr  olunan  “Qırmızı  kitab”  a  salınmışdır. 
“Qırmızı  kitab”a  108  heyvan  növü  və  140  bitki  növünün  adı 
daxil edilmişdir.
Bioloji  müxtəlifliyin  qorunub  saxlanılmasında  xüsusi 
mühafizə olunan  ərazilərin  rolu  əvəzedilməzdir.  2005-2010-cu 
illər ərzində flora və faunanın qorunub saxlanması  və təkrar is­
tehsalı  üçün ölkəmizdə ümumi sahəsi 310,5 min ha olan 8  milli 
park  və  sahəsi  209,3  min  ha  olan  11  Dövlət  Təbiət  qoruqları 
yaradılmışdır.  Dövlət  qoruqlarının  və  milli  parkların  saxlanıl­
ması  üçün  2010-cu  ildə  2  mln  57  min  manat  vəsait  xərclən­
368
mişdir.  Hazırda xüsusi mühafizə olunan ərazilər ölkə  ərazisinin 
10,2%-i təşkil edir.
Azərbaycanda  fəaliyyət  göstərən  Milli  parklar  Abşeron 
(2005),  Ağgöl  (2003),  Altıağac  (2004),  Göygöl  (2008),  Hirkan 
(2004),  Ordubad (2003),  Şahdağ  (2006),  Şirvan  (2003);  dövlət 
qoruqları  Bəsitçay  (1974),  Eldar  şamı  (2004),  Qaragöl  (1987), 
Qarayazı  (1978),  Qızılağac  (1929),  İlisu  (1987),  Türyançay 
(1958),  Bakı  və Abşeron yarımadasının palçıq vulkanları qrupu 
(2007),  Korçay  (2008),  Şirvan  (1969)  və  Zaqatala  (1929)  qo­
ruqlarıdır.  Qoruq canlı və cansız təbii komplekslərin ilkin halda 
olduğu  kimi  saxlanılan  və  qorunan  ərazilərə  deyilir.  Respub­
likamızda 24 dövlət təbiət yasaqlığı  yaradılmışdır. Qoruq, milli 
park və yasaqlıqların ümumi sahəsi 881  min ha təşkil edir.
Milli  parklar xüsusi  ekoloji,  tarixi, estetik  və digər əhə­
miyyət daşıyan təbiət kompleklərinin  yerləşdiyi  və təbiəti  mü­
hafizə,  maarifçilik,  elmi,  mədəni,  turizm  və  digər  məqsədlər 
üçün  istifadə  olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri 
statusuna  malik  olan  ərazilərdir.  Azərbaycanda  Milli  Parklar 
2003-cü  ildən etibarən  yaradılmağa başlamışdır və  hazırda on­
lar ölkə ərazisinin 3,6%-ni təşkil edir. 2009-cu ildə Azərbaycan 
Prezidentinin  fərmanı  ilə  Ordubad  Milli  Parkının  adı 
dəyişdirilərək Zəngəzur Milli Parkı adlandırılmışdır.
Hazırda yeni Mili Parkların və dövlət təbiət qoruqlarının 
yaradılması  istiqamətində  müvafiq  işlər  həyata  keçirilir. 
Almaniya Federal  Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” 
proqramı çərçivəsində “Samur-Yalama Milli  Parkf’nın layihəsi 
işlənilmiş və icrasına başlanılmışdır.
369


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə