Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə95/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   96

üzrə  öyrənilib,  ümumiləşdirilməsidir.  ÜMT ətraf mühit mo­
nitorinqinin  qlobal  sistemi  çərçivəsində  fəaliyyət  göstərir. 
Sistemin işini YUNEP koordinasiya edir.
Ətraf  mühit  monitorinqinin  qlobal  sistemi  fəaliyyət 
göstərən beş proqramla səciyyələnir:
1) atmosfer vəziyyətinin monitorinqi;
2) çirkləndirici maddələrin uzaq məsafələrə ötürülməsi;
3)  insan sağlamlığı proqramı;
4) dünya okeanı proqramı;
5) quru sərvətlərin bərpası.
Yuxarıda  göstərilən  beynəlxalq  ekoloji  təşkilatlardan 
başqa  digər  beynəlxalq  strukturlar  da  fəaliyyət  göstərir. 
Məsələn,  potensial  zəhərli  kimyavi  maddələrin  beynəlxalq 
registri  YUNEP-in  bir  hissəsi  kimi  yaradılmışdır.  Onun 
vəzifyəsi  toksik  kimyəvi  maddələr  haqqında  məlumatları 
toplamaq,  öyrənmək  və  yaymaq,  zəhərli  kimyavi  maddələ­
rin insan sağlamlığına və ətraf mühitə təsirini öyrənməkdir.
Bundan  başqa  BMT-nin  bədbəxt  hadisələr  zamanı 
kömək göstərmək üzrə Bürosu, Avropa İqtisadi  Komissiyası 
və  s.  kimi  beynəlxalq  və  regional  ekoloji  təşkilatlar  da  fəa­
liyyət göstərir.
Adları sadalanan təşkilatlar dövlətlərarası razılaşmalar 
əsasında  yaradılmış  fəaliyyət  göstərən  və  geniş  beynəlxalq 
səlahiyyətlərə malik  olan  təşkilatlardır.  Ətraf mühit  məsələ­
ləri  ilə həm  də  dünyanın  müxtəlif ərazilərində  sosial-iqtisadi 
vəziyyəti 
araşdıran 
layihələrin 
reallaşdırılması 
üçün 
tövsiyyələr  işləyib  hazırlayan  komissiyalar  mövcuddur.  Bu 
cür  komissiyalar  Asiya  və  Sakit  okean  regionları,  Latın 
Amerikası,  Avropa  üçün  ekoloji  siyasəti  həyata  keçirən  ko­
mitələr  çərçivəsində  yaradılmışdır.  Məsələn,  beynəlxalq  tə­
biəti  və  təbii  resursları  mühafizə  birliyi,  heyvanların  mü­
hafizəsi  üzrə  beynəlxalq  federasiyanı  və  s.  buna  aid  etmək 
olar.
378
1992-ci ildə Rio-de-Janeyroda «Ətraf mühit və inkişaf» 
mövzusu  üzrə  dövlət  başçıları  və  nümayəndəlikləri  səviy­
yəsində  BMT  konfransı  keçirilmişdir.  Bu  konfrans  bəşə­
riyyətin  «davamlı  inkişafa»  keçidini  qəbul  edir  və  beynəl­
xalq  cəmiyyət  qarşısında  3  vacib  strateji  məsələni  müəy­
yənləşdirir:
1)  dünyanın  sənaye  cəhətdən  inkişaf  etmiş,  eyni  za­
manda təbii resursların əsas istifadəçisi olan və ətraf mühitin 
çirkləndirici mənbələri olan ölkələrdə istehsalın və istehlakm 
həcminin məhdudlaşdırılması;
2)  Asiya  və  Afrika  ölkələrində  əhali  artımının  şüurlu 
surətdə məhdudlaşdırılması;
3)  varlı  və  kasıb  ölkələr,  regionlar  arasında  bərabər­
sizliyin dərinləşməsinin qarşısının alınması.
Ətraf mühitin mühafizəsi məsələlərinin həllində başlıca 
rolu  regional  xarakter daşıyan  konfranslar oynayır.  1995-ci 
ildə  «Avropa  üçün  ətraf  mühit»  çərçivəsində  bu  məsələyə 
dair  Ümumavropa  nazirlər  konfransı  keçirildi  və  «Avropa 
üçün ekoloji  proqram» qəbul olundu.
1987-ci  ildə  xüsusi  komissiya  tərəfindən  1983-cü  ildə 
BMT  baş  Assambleyası  tərəfindən  hazırlanmış,  «2000-ci  ilə 
qədər  və  ondan  sonrakı dövr  üçün ətraf mühitin  mühafizəsi 
sahəsində  qlobal  perspektivlər  üzrə  məruzə»  qərarı  təsdiq 
edilmişdir.  Burada  ilk  olaraq  davamlı sosiali-iqtisadi  inkişaf 
konsepsiyasının əsasını təşkil edən ideyalar formalaşdırıldı.
Son  zamanlar  beynəlxalq  əməkdaşlığın  konvensiya, 
ikitərəfli  və çoxtərəfli  müqavilələr,  razılaşmalar, qətnamələr, 
proqramlar  və  s.  kimi  formaları  geniş  yayılmışdır.  Onların 
bağlanması  ölkələr  tərəfindən  təbiəti  mühafizə  fəaliyyətinin 
bu  və  ya  digər  aspektlərinə  görə  öhdəliklərin  götürülməsini 
bildirir.
Bu konvensiyalardan:
1)  1979-cu  ildə qəbul edilmiş  «Havanın  böyük  məsafə­
lərdə trassərhəd çirklənməsi haqqında»;
379


2)  1972-ci  ildə  “Dənizlərin  çirklənməsinin  qarşısının 
alınması haqqında” ;
3)  1985-ci ildə “Ozon təbəqəsinin mühafizəsi haqqında”;
4)  1992-ci  ildə «Qara dənizin çirklənməsinin qarşısının 
alınması haqqında»;
5)  1992-ci ildə  «Bioloji müxtəliflik haqqında»;
6)  «Flora  və  fauna  növlərinin  beynəlxalq  ticarəti  haq­
qında»,  «Bataqlıq  yerləri  haqqında»,  «Baltik  dənizi  ətraf 
rayonlarının  mühafizəsi  haqqında»,  «Ümumdünya  mədəni 
və təbii irsinin qorunması haqqında»  və  başqalarını göstər­
mək olar.
Beynəlxpalq  əməkdaşlığın  mühüm  aspektlərindən  biri 
beynəlxalq  təşkilatlar  tərəfindən  ekoloji  proqramların 
həyata  keçirilməsi  üçün  ölkələrə  göstərilən  maliyyə yardım­
larıdır.  Yardımlar,  bir  qayda  olaraq,  borc  və  kreditlər  şək­
lində olur.  Yardımları göstərən  ixtisaslaşmış təşkilatlar sıra­
sında  Beynəlxalnq  Yenidənqurma  və  İnkişaf  bankı,  Bey­
nəlxalq  Valyuta  Fondu,  Beynəlxalq  kənd  təsərrüfat  inkişaf 
fondu, YUNEP fondu xüsusilə fərqlənir.
İnkişaf  etmiş  ölkələrin  böyük  əksəriyyətində  ekoloji 
siyasətin  aparılması  və  onun  maliyyələşdirilməsinin  əsasını 
ətraf mühit  vəziyyətinin  normativ  keyfiyyəti  prinsipi  təşkil 
edir ki,  bu  da  müxtəlif növ  çirklənmələrə görə standartların 
müəyyən  edilməsi yolu ilə həyata  keçirilir.  Belə standartlara 
keçid  həm  cəzalandırıcı  və  həm  də  stimullaşdırıcı  xarakterli 
müvafiq  vergi  siyasəti,  dotasiyalar,  güzəştli  kreditlər,  ödə­
mələr,  vergilər  yolu  ilə  tənzimlənir.  Müasir  zamanda  ətraf 
mühitin  mühafizəsi  sahəsində  daha  aktiv  siyasətə  keçid 
inkişafda olan ölkələr üçün səciyyəvidir.
Keçid  iqtisadiyyatında  olan  ölkələrdə  hələ  planlı,  mər­
kəzləşdirilmiş  təsərrüfat  dövründə  təbitəti  mühafizə  sahə­
sində  bir  sıra  təcrübə  toplanmışdır.  Daha  doğrusu,  70-80-cı 
illərdə bir sıra təbiəti mühafizə qanunları işlənib hazırlanmış 
və  qəbul  olunmuş,  təbiətdən  istifadə  üzrə  dövlət  idarəetmə
380
sistemi  yaradılmış,  ekoloji  monitorinq  həyata  keçirilmiş, 
ekoloji  fondlar  yaradılmışdır.  Ətraf  mühitin  mühafizəsi 
məqsədilə  1997-ci  ildə  Kioto  şəhərində  «Kioto  protokolu» 
imzalanmışdır.  Bu  əsasən  «istilik»  effekti  yaradan  metan, 
karbon  və  digər  qazların  atmosferə  atılmasının  məhdudlaş- 
dırılmasına  yönəldilmişdir.  Protokolda  bu  qazların  atıl­
masının ixtisarı 2008-2012-ci ilədək nəzərdə tutulmuşdur.
Ətraf mühitin  mühafizəsi  sahəsində  beynəlxalq  əmək­
daşlıq  hələlik  qısa  tarixə malikdir.  70-ci illərin əvvəlində aş­
kar  olundu  ki,  cəmiyyətlə  təbiət  arasında  baş  verən  bərpa 
olunmaz  dəyişikliklərin  nəticəsində  insanlar  üçün  qlobal 
təhlükə  problemləri  yaranmışdır.  Bununla da  ətraf mühitin 
insanların  yaşaması  üçün  qorunması  məsələsi  məhz  beynəl­
xalq xarakter alır.
Deyilənlərlə  əlaqədar  olaraq  vahid  əməkdaşlığın  hə­
yata  keçirilməsi yollarının  tapılmasına  böyük  ehtiyac duyu­
lur.  Bu,  hər şeydən  əvvəl,  cəmiyyət  və ətraf mühit  problem­
lərinin həllinin həyata keçirilməsi üçündür.
Azərbaycan  Respublikası  zəngin  təbii  sərvətlərə  və 
inkişaf  etmiş  sənaye  sahələrinə  malik  olan  bir  dövlətdir. 
Uzun  illərdən  bəzi  müstəqil  Azərbaycana  miras  qalmış 
ekoloji  problemləri  həll  etmək  üçün  kompleks  tədbirlərin 
həyata  keçirilməsi  mühüm  vəzifə  olaraq  qarşıda  durur. 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra 
dünyada  gedən  proseslərdən  kənarda  qalmamış  və  1992-ci 
ilin  iyun  ayında  Çərçivə  Konvensiyasına  qoşulmuş,  1995-ci 
ilin  yanvarında  isə  onu  ratifikasiya  edərək  Konvensiyanın 
Tərəfdaşı  olmuşdur.  1997-ci  ilin  aprelində  ölkə  Prezi­
dentinin  Sərəncamı  ilə  iqlim  dəyişməsi  üzrə  Dövlət  komis­
siyası  yaradılmış  və ölkəmiz 2000-ci  ildə  Kioto  Protokoluna 
qoşulmuşdur.  Son dövrlərdə ölkəmizdə ətraf mühitin müha­
fizəsi  sahəsində  ekoloji  siyasət  yeni  vüsət  almış  və  forma­
laşmağa  başlamışdır.  Bu  həm  də ekoloji  məsələlərin  ümum­
bəşəri  bir  problem  kimi  qəbul  edilməsi  ilə  izah  edilir.
381


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə