Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə89/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   96

Səth  və  yeraltı  sularm  respublika  ərazisi  üzrə  qeyri- 
bərabər  paylanması  nəticəsində  onlardan  suvarma,  sənaye  və 
məişət  məqsədləri  üçün  istifadədə  problemlər  yaranır.  Bunu 
nəzərə alaraq su ehtiyatlan ilə zəif təmin olunmuş  ərazilərin su 
təchizatını  təmin etmək üçün respublikamızın ərazisində  140-a 
qədər  su  anbarlan  və  kiçik  sututarlar yaradılmışdır.  Həmin  su 
anbarlarında  toplanan  20,0  km3  su  ilə  respublikamızın  1400 
min  ha  artıq  kənd  təsərrüfatı  sahələri  suvarılır.  Suvarmada  is­
tifadə  olunan suyun 95%-dən çoxu torpaq  kanallarla axıdıldığı 
üşün  2,5-3,8  mlrd m3  su  itir.  Nəticədə  yeraltı  sulann səviyyəsi 
qalxır,  təkrar  şorlaşma və  bataqlıqlaşma yaranır.  Kənd təsərrü­
fatı  sahələrində çəmən-bataqlıq əraziləri  280 min ha,  şorlaşmış 
ərazilər isə  800 min ha ötüb keçmişdir. Təbii  su mənbələrindən 
götürülərək  məişət  və  müxtəlif təsərrüfat  sahələrində  istifadə 
olunan suyun 6,0 milyard m3-i çirkab  sulanna çevrilir ki,  onla­
rın  da  164  mln  m3-i  təmizlənməmiş  formada  su  mənbələrini 
çirkləndirir.
Respublikamızda iqtisadi fəaliyyət növləri üzrə 2010-cu 
ildə  sudan  istifadə  kənd  təsərrüfatında  10,1  mlrd  m3,  mədənçı- 
xarma sənayesində 233  mln m3, emal sənayesində 24,5 mln m3, 
elektrik və istilik enerjisi istehsalında 1,1  mlrd m3, nəqliyyat və 
rabitə  sahələrində  45,7  mln  m3,  digər  iqtisadi  fəaliyyət 
sahələrində bütövlükdə 25,2 mln m3 təşkil etmişdir.
Respublikamızda su hövzələrinin çirklənmə  dərəcəsi də 
acınacaqlıdır.  Burada  Kür,  Araz  və  digər  tranzit  çayların  və­
ziyyətini  xüsusi  qeyd  etmək  lazımdır.  Hər  gün  Xəzər dənizinə 
axıdılan  1  mln m3 metr çirkab suyunun 200-250  min m3-i metri 
Kür  çayının  payına  düşür.  Bura  həcmi  böyük  rəqəmlərlə  öl­
çülən kollektor-drenaj  sularını da əlavə etsək, Kür çayında çirk­
lənmənin  miqyası  haqqında daha düzgün  təsəvvür əldə  edə  bi­
lərik.  Kürün  çirklənməsi,  əsasən  ərazisindən  keçdiyi  ölkələrin 
(Türkiyə və Gürcüstanın), aşağı axarlarında isə Kür hövzəsində 
yerləşmiş  çoxsaylı  yaşayış  məntəqlərindən  axıdılan  çirkab 
sularının və Arazla gətirilən tullantıların hesabınadır.
354
Məlumdur  ki,  respublikamızın  su  ehtiyatının  70%-ə 
qədəri  tranzit çayların payına düşür.  Kür, Araz,  Samur,  Qamx, 
Qabım,  Oxçu,  Arpaçay  və  s.  kimi  çaylar Gürcüstan,  Ermənis­
tan,  Dağıstan  ərazilərində  ciddi  çirklənməyə  məruz  qalır.  On­
ların üzərində su anbarları, təsərrüfat obyektləri yaradılır ki, bu 
da həmin  çaylar  vasitəsilə  respublika  ərazisinə  gətirilən  suyun 
miqdarım  gələcəkdə  ilbəil  azaldacaqdır.  Həmin  çayların  key­
fiyyət və kəmiyyətini normal  saxlamaq üçün Gürcüstan, Ermə­
nistan və Dağıstanla dövlətlərarası müqavilələr bağlanmalıdır.
Respublikamızın  suya  olan  təlabatımn  ödənilməsində 
Kür, Araz və b. çayların mühüm əhəmiyyəti vardır. Kür çayının 
su balansının  74%-dən  çoxu  respublikadan  kənarda formalaşır 
və  onun  ekoloji  vəziyyəti  də  qonşu  dövlətlərdən  asılıdır.  Kür 
çayı  hövzəsinə  Gürcüstan  ərazisində  orta  hesabla  3,0  mlrd  m3 
kommunal-məişət  və  Tbilisi,  Rustavi,  Qardabani  və  s.  şəhər­
lərin sənaye  çirkab suları  axıdılır.  Kür çayının çirklənməsi  res­
publikamızın  ərazisində  də  davam  edir.  Hər  gün  Kürə  res­
publika ərazisində  200  min  m3  çirkab  suları  axıdılır.  Nəticədə 
Kür suyunda  misin  orta  miqdarı  yol  verilən  qatılıq  həddindən 
4,5-10,0 dəfə,  neft məhsullarının  miqdarı  1,5-2,2  dəfə,  fenolun 
orta qatılığı 4,0-4,5 dəfə yüksəkdir.
Respublikamızın ərazisində Kür çayının çirklənməsində 
Gəncə  və  Mingəçevir  şəhərinin  sənaye  və  kommunal-məişət 
çirkab sularının  rolu  daha böyükdür.  Belə  ki,  Gəncə  şəhərində 
gün  ərzində  yaranan  60-65  min  m3  çirkab  sularının  yalnız  30 
min  m3-ə  qədəri  mexaniki  yolla  təmizlənir.  Mingəçevir şəhə­
rində isə  50 min m3/gün yaranan çirkab sularının yalnız  18 min 
m3-i  təmizlənir.  Qalan  çirkab  suların  hamısı  təmizlənməmiş 
halda Kür çayına axıdılır.
Ermənistan ərazisindən Ağstafaçay vasitəsilə tərkibində 
neft  məhsulları,  kimyəvi  boyaq  maddələri,  fenol,  ammonium 
duzları  və  s.  kimi zərərli kimyəvi  maddələr olan,  ildə  1  mln m3 
çirkab suları da Kür çayına axıdılır.
355


Ən  güclü  çirklənməyə  məruz  qalan  çaylardan  biri  də 
Arazdır.  Araz  çayı,  dünyanın ən  lilli  çaylarından biridir.  Bir il 
ərazində  Arazla  Kür  çayına  18  mln  t  asılı  hissəciklər  gətirilir. 
Araz  çayı  əsasən  Ermənistan  ərazisindən  özünün  sol  qollan 
olan  Arpaçay,  Razdan,  Oxçuçay  vasitəsilə  çirklənir.  Həmin 
çaylar vasitəsilə Araza sanitar normalardan  10 dəfələrlə yüksək 
olan neft məhsulları,  fenol, ammoniy və  nitrit duzları,  ağır me­
tallar  və  s.kimi  çirkləndiricilər  axıdılır.  Təkcə  Oxçuçay  va­
sitəsilə Araza ildə  150 mln m3  Qafan-Qacaran mis və molibden 
kombinatının  çirkab  tullantı  suları  axıdılır.  Nəticədə  mis  və 
molibden  metalları  ilə  çirklənmiş  sulardan  suvarmada  istifadə 
etdikdə  torpaqların  həmin  metallarla  çirklənməsinə,  kənd  tə­
sərrüfatı bitkilərinin və heyvanların məhsuldarlığının aşağı düş­
məsinə,  müxtəlif  xəstəliklərin  artmasına  səbəb  olur.  Hazırda 
düzənlik  ərazilərdə  yüksək  dərəcədə  çirklənmiş  və  minerallaş- 
mış  Araz  çayının  suyundan  suvarmada  istifadə  nəticəsində  40 
min ha artıq ərazi şorlaşmışdır.
Respublikamızın  dağ-mədən  sənayesinin  inkişaf  etdiyi 
ərazilərdən  axan  Qoşqarçay,  Filizçay  və  b.  çaylar  ağır  metal 
qarışıqları  ilə  kəskin  çirklənir.  Həmin  çayların  suyunda  dəmir 
birləşmələri, mis, kükürd, molibden, qurğuşun və s.-nin miqdarı 
qatılıq həddindən 4-20 dəfə yüksəkdir.
Suveren Azərbaycan dövlətinin iqtisadiyyatının əsası olan 
Xəzər akvatoriyası respublikanın bu günü və gələcəyidir. Xəzər 
ən  iri  qapalı  su  hövzəsi  olub  Azərbaycanla  yanaşı  Rusiya, 
Qazaxıstan, Türkmənistan və İran dövlətlərinin sahil zolaqlarını 
əhatə  edir.  Bu su hövzəsi  Azərbaycan  üçün həm təbii  sərvətlər 
(mineral,  bioloji),  həm  də  su  mənbəyi  hesab  olunur.  Lakin 
vahid ekoloji  sistem kimi Xəzərin hər hansı bir dövlətə mənsub 
hissəsində  baş  verən  mənfi  ekoloji  nəticələr  bütün  hövzəni 
əhatə  edir.  Bütün  Xəzər  regionunun  sosial-iqtisadi  inkişafı, 
bütövlükdə  Xəzər  ekosisteminin  vəziyyətindən  və  onun  təbii 
ehtiyatlarından çox asılıdır.  Buna görə də,  ilk növbədə Xəzərin 
ekoloji  təmizliyinə  nail  olmaq  lazımdır,  çünki  Xəzər  hövzəsi
356
ekosisteminin  axannm  olmaması  nəticəsində  Xəzərə  axıdılan 
çirkləndirici  maddələr  gölün  dibinə  toplanır.  Xəzərin  ekoloji 
cəhətdən  özü-özünü təmizləməsi  imkanı  sıfra  bərabərdir.  Belə 
bir  vəziyyətdə  Xəzər  ekoloji  zonası  bütün  regionun  iqliminin 
tənzimlənməsinə  öz  təsirini  göstərir.  Xəzərin  bioloji  sər­
vətlərinin ilbəil azalmasına və bütövlükdə ətraf mühitə ciddi zə­
rər vurur.  Xəzər dənizi  problemləri  içərisində  səviyyə  tərəddü­
dü ilə  yanaşı,  dəniz  sularının  çirklənməsi  və  bununla  əlaqədar 
ekoloji şəraitin korlanması  son  dövrün ən mühüm  problemidir. 
Xəzər  dənizinin  əsas  çirklənmə  mənbələri  onun  hövzəsində, 
sahillərində  və  akvatoriyalarında yerləşən şəhərlərin və  sənaye 
obyektlərinin  çirkab  sulan,  dəniz  nəqliyyatından  və  neft  mə­
dənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.
Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40- 
45 km3 çirkab suları daxil olur ki, onun da 60%-i Volqa çayının 
payına  düşür.  Əgər bu  çirkli  sular  dənizin  üst  qatında bərabər 
paylansaydı,  onda il  ərazində həmin qatın qalınlığı  10-11  sm-ə 
çatardı.  Xəzər  sulannın  çirklənməsində  Kür  çayı  da  az  rol 
oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin 
çirkab  suları,  həmçinin  kənd  təsərrüfatında  işlədilən  müxtəlif 
toksiki  maddələr  Kür  çayı  vasitəsilə  Xəzərə  daxil  olur.  Xəzər 
dənizi sahillərində yerləşən Bakı,  Sumqayıt,  Lənkəran və s.  şə­
hərlərdən  dənizə  axıdılan  çirkab  suları  onun əsas çirkləndirici- 
lərindən  hesab  edilir.  Bununla  yanaşı  dəniz  neft  yataqlarının 
istismarı  və  neft  məhsullarının  daşınması,  dəniz  nəqliyyatı  da 
Xəzər  sularını  xeyli  çirkləndirir.  Dəniz  suyunda və  sahil  qrun­
tunun  tərkibində  neft  məhsulları,  fenollar,  bəzi  rayonlarda  isə 
civə olması  müəyyən edilmişdir.  Ən çox  çirklənmiş  Bakı  bux­
tası  olmaqla  burada dib qruntlarının çirklənməsi  orqanizmlərin 
və  bentosun  azalmasına,  bəzi  yerlərdə  isə  dib  faunasının  yox 
olmasına  gətirib  çıxarır.  Dəniz  sulannın  çirklənməsi  Xəzərin 
ekoloji  şəraitində  böyük  gərginliyə  səbəb  olmuş,  onun  bir sıra 
sahil bölgələrində isə ekoloji böhran yaratmışdır.
357


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə