Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə88/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   96

mavi  yanacağın  olmaması  səbəbindən  əhalinin  yanacaq  kimi 
ağac  və  neft  məhsullarından  istifadə  etməsi  olmuşdur.  Təkcə 
avtomobil  mühərriklərindən  atmosferə  atılan  çirkləndiricilərin 
illik  həcmi  750  min t-u  keçmişdir.  Respublikamızın hava höv­
zəsinə  2010-cu  ildə  957  min  t  müxtəlif tərkibli  tullantılar  atıl­
mışdır.  Həmin  tullantıların  215  min t-u  stasionar mənbələrdən, 
742 min t-u isə  avtomobil nəqliyyatı tullantılarının payına düş­
müşdür.  Bu  dövrdə  ətraf mühitə  atılan  tullantıların  respublika 
üzrə  hər  adambaşına düşən  miqdarı  107 kq təşkil  etmiş  və tul­
lantıların  ərazimizin hər bir  kvadrat kilometrinə  düşən miqdarı 
2480  kq təşkil  etmişdir.  Stasionar mənbələrdən hava hövzəsinə 
atılan tullantıların  19,3 min t-u bərk (toz) formalı,  195,5 min t-u 
isə qaz və maye  formalı  tullantıların payına düşür.  Respublika­
mızın  stasionar mənbələrindən ölkənin  atmosfer hövzəsinə  atı­
lan  tullantılar  içərisində  ən  təhlükəliləri  istilik  effekti  yaradan 
qazlardır.  Həmin  qazlar içərisində karbon qazı  14,4 min t, azot 
oksidləri  11,8  min t,  metan qazı  18,3  min t, hidroflüokarbonlar 
5,6 min t, kükürd altı flüorid 0,3  min t və perflüorkarbonlar 5,6 
min t təşkil etmişdir.
Qeyd edildiyi kimi, respublikamızın hava hövzəsinə atı­
lan tullantıların  77,5%-i avtomobil  nəqliyyatı  tullantılarının pa­
yına  düşür.  Hava  hövzəsinə  avtomobil  nəqliyyatından  atılan 
tullantıların  528  min  t-u  karbon  oksidləri,  62  min  t-u  azot 
oksidləri,  102  min  t-u  karbohidrogenlər və  50  min  t-u  spesifik 
tullantılar təşkil  edir.  2010-cu ildə respublika ərazisində  fəaliy­
yət  göstərən  982,6  min ədəd  avtomobillərin  zərərli  tullantıları 
daha  çox  onların  sıx  cəmləşdiyi  iri  sənaye  şəhərlərində  ətraf 
mühitin başlıca çirklənmə mənbələri  hesab olunur.  Belə  ki, av­
tomobil  nəqliyyatı  tullantılarının  68%-i  Bakı  şəhərinin,  6,1%-i 
Gəncə  şəhərinin,  1,1 %-i  Mingəçevir  şəhərinin,  1,2%-i  Sum­
qayıt və 0,8%-i  Şirvan şəhərinin payına düşür.
Respublikamızda atmosferin  çirklənməsi  həm  də  qonşu 
ölkələrdən hava axınları vasitəsilə daxil olan 20-30 min t zərərli 
tullantılar  vasitəsilə  və  son  illərdə  “Qədim  İpək  Yolu“nun
350
bərpası  üzrə apanlan işlər nəticəsində  Bakı-Qazax yolunda yük 
avtomobillərinin  miqdarının  və  hərəkət  intensivliyinin  artması 
nəticəsində  baş  verir.  Respublikamızın  hava  hövzəsi  həm  də 
təbii proseslər (tozlu, qasırğalı küləklər, meşə yanğınları, palçıq 
vulkanları, zəlzələ və uçqunlar və s.) nəticəsində də çirklənmə­
yə  məruz  qalır.  Buna baxmayaraq,  ətraf mühitə  və  onun  canlı 
komponentlərinə,  maddi  dəyərlərə  və  bütövlükdə  insan  sağ­
lamlığına  neqativ  təsir  daha  çox  çirklənmənin  antropogen  nö­
vündən dəyir.
Zərərli  maddələrin  tullantılarının  tutulması  və  zərərsiz­
ləşdirilməsi  baxımından  stasionar  mənbələr  təşkil  olunmuş  və 
təşkil  olunmamış  mənbələrə  bölünür.  Respublikamızın  sta­
sionar mənbələrindən ayrılan 491  min  t tullantının 277 min t-u 
tutularaq  zərərsizləşdirilir.  Qalan hissəsi isə bilavasitə atmosfer 
hövzəsinə  atılaraq  onun  başlıca  çirklənmə  mənbələri  hesab 
olunur.
Respublikamızda atmosfer havasını çirkləndirən başlıca 
mənbələr  mütəşəkkil  və  qeyri-mütəşəkkil  olaraq  iki  qrupa 
bölünür. Təmizləyici qurğular və zərərsizləşdirmə avadanlıqları 
ilə  təchiz  olunmuş  mənbələr mütəşəkkil,  təchiz  olunmayan  isə 
qeyri-mütəşəkkil  mənbələr  hesab  olunur.  Havadakı  müxtəlif 
xassəli  və  tərkibli  zərərli  maddələrin,  həmçinin  radioaktiv  ele­
mentlərin  ətraf  canlı  mühit  komponentlərinə  mənfi  təsir  gös­
tərən midarmda olması atmosfer çirklənməsi adlanır.
Azərbaycanda  atmosfer  havasının  antropogen  çirklən­
məsinin  başlıca  mənbələri  hasilat və emal  sənaye  müəssisələri, 
istilik-energetika  sistemləri  və  avtomobil  nəqliyyatının  tul­
lantılarıdır.  Həmin  mənbələrdən  hər  gün  hava hövzəsinə  atılan 
zərərli  qaz  və  toz  formalı  tullantılar ətraf mühitin  başlıca çirk- 
ləndiriciləri olmaqla yanaşı lokal  və regional mikroiqlimə də öz 
təsirlərini  göstərir.
Yuxanda  qeyd  edilənlərdən  göründüyü  kimi,  sənaye 
müəssisələrinin ətraf mühitə atdığı tullantılar içərisində karbon, 
kükürd,  azot  oksidləri  və  karbohidrogenlər,  həmçinin  toz  və
351


maye  formalı  tullantılar  üstünlük  təşkil  edir.  Atmosfer  hövzə­
sinə  atılan həmin qaz  formalı  tullantılar bir neçə  saatdan  sonra 
daha  kəskin  mənfi  nəticələr  verən  formalara  keçir.  Məsələn, 
kükürd  oksidləri  havada  olan  su  buxarı  ilə  reaksiyaya  girərək 
sulfıd  və  sulfat  turşularına  çevrilir  ki,  bu  da  turş  yağışların 
düşməsinə  səbəb  olur.  Bunun  da nəticəsində  torpağın  məhsul­
darlığı  azalır,  metal  tərkibli  qurğular,  maşın  və  avadanlıqlar 
karroziyaya  uğrayır,  binalar,  tarixi  abidələr  zədələnir,  əhalinin 
şəxsi  təsərrüfatlarına böyük maddi  zərər vurulur.  Karbon  qazı­
nın atmosferdə çoxalması isə “istixana effekti” yaradır və yerdə 
havanın  orta  temperaturunun  artmasına  gətirib  çıxarır.  Azot 
oksidləri  atmosferdə  xlor  və  digər  qazlarla  zəncirvarı  reaksi­
yaya  girərək,  ozon təbəqəsini parçalayır.  Havada olan toz,  his, 
qurum, aerozollar havanın şəffaflığım azaldır və şəhərlərdə du­
manlı  və  tutqun  havaların  baş  verməsinin  sayını  çoxaldır  və 
yerin albedosunu artırır.
Məlumdur ki, iri  sənaye müəssisələri tikilən zaman eko­
loji  normativlərə  əməl  edilməlidir,  ilk  növbədə  ətraf  mühitə 
zərər  vuran  sənaye  sahələri  tikilərkən  hakim  küləklərin  isti­
qamətləri  nəzərə  alınmalı,  müəssisələr  yaşayış  massivlərindən 
aralı tikilməli,  sənaye müəssisələri  ilə yaşayış  sahələri arasında 
sanitar-qoruyucu  meşə-zolaqlan  salınmalıdır.  Lakin  təəssüflə 
qeyd  edilməlidir  ki,  keçmiş  SSRİ  dövründə  Azərbaycanda 
sənaye  müəssisələri  tikilərkən yuxarıda qeyd  edilən normaların 
heç biri nəzərə alınmamışdır. Nəticədə ətraf mühitə atılan bütün 
zərərli tullantılar birbaşa yaşayış sahələrinə təsir etmiş və orada 
yaşayan insanların sağlamlığı təhlükə altında olmuşdur.
Respublikanın hava hövzəsini mühafizə etmək üçün, ilk 
növbədə  mövcud  çirkləndirici  sənaye  sahələrini  yenidən  qur­
maq,  müasir  texnoloji  qurğular,  təmizləyicilər  tətbiq  etməklə, 
atmosferə  atılan  çirkləndirici  maddələrin  ümumi  miqdarının 
azaldılmasına və zərərsizləşdirilməsinə nail  olmaq,  az tullantılı 
və  tullantısız  istehsalat  sahələri  yaratmaq  lazımdır.  Çirkləndi- 
rici  müəssisələrdə  daha  hündür  tullantı  boruları  tikmək,
352
müəssisələrin  ətrafında  qaz  və  tozların təsirinə  davam  gətirən, 
havadakı  toz,  his  və  müxtəlif qazları  tutub  saxlaya  bilən  ağac 
və kol bitkilərindən ibarət yaşıllıq-mühafizə zolaqları  yaratmaq 
atmosferi mühafizə tədbirləri siyahısına daxildir.
Respublikamızın ərazisi məhdud su ehtiyatlarına malikdir. 
Bunun  başlıca  səbəbi,  ilk  növbədə  əlverişsiz  təbii  şəraitdir. 
Ümumi ərazinin yarıya qədərinin düzənlik və yaylalardan ibarət 
olması,  iqlim  şəraiti,  burada  buxarlanmanm  düşən  yağıntıdan 
çox olmasına səbəb olmuşdur.  Nəzərə almaq  lazımdır ki, bərpa 
olunan su ehtiyatının yalnız 30%-i respublikanın daxili  su axar­
larının hesabına  formalaşır  və  ilin  quraq  və  sululuğundan  asılı 
olaraq  5,4-10,3  mlrd  n r  arasında  dəyişilir.  Respublika  ərazi­
sindən buxarlanan suyun  həcmi  isə 26,66 km3  təşkil edir ki, bu 
da yerli  su axınından 2,5-5,0  dəfəyə qədər yüksəkdir.  Azərbay­
canın  su balansının 70%-dən çoxu qonşu dövlətlərin  ərazisində 
formalaşan  çay  axınları  ilə  əlaqədar  olub  20,7-29,7  km3  ara­
sında dəyişilir.  Su ehtiyatlarının müəyyən  hissəsi  isə  təbii  göl­
lərdə cəmlənmişdir.
Respublikamızda  2010-cu  ildə  təbii  su  mənbələrindən 
götürülən  suyun  həcmi  11,6  mlrd  m3  təşkil  etmişdir.  Hər 
kvadrat kilometr  ərazidə bir nəfərə düşən su ehtiyatlarının həc­
minə görə Azərbaycan MDB ölkələrindən  1,8-2,0 dəfə, Gürcüs­
tandan 7,0-8,0 dəfə, Ermənistandan isə  1,5-2,2 dəfə geri qalır.
Su  ehtiyatlan  respublikamızın  fiziki-ooğrafı  əraziləri 
üzrə qeyri-bərabər  paylanmışdır.  Su  ehtiyatları  ilə  yaxşı  təmin 
olunmuş  ərazilərə  Böyük  Qafqazın  şimal-şərq  və  cənub  his­
sələri,  Lənkəran  zonası,  zəif təmin  olunmuş  ərazilərə  isə  Kür- 
Araz ovalığı,  Ceyrançöl-Acınohur,  Abşeron-Qobustan  və Nax­
çıvan  MR-nın  ərazisi  aid  edilir.  Respublikamızın  su ehtiyatının 
5,1  km3-i  yeraltı  suların  payına  düşür.  Yeraltı  suların  31%-i 
Qusar  maili  düzənliyi,  18,5%-i  Mil-Qarabağ  zonası,  13,3%-i 
isə Qanıx-Əyriçay vadisində toplanmışdır.  Digər ərazilərimizdə 
isə yeraltı sulann 22%-i cəmlənmişdir.
353


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə