Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   20

28 

 

Bu gün Çin ictimaiyyəti Azərbaycan Respublikasına  böyük maraq  göstərir.  Belə ki, ÇXR-nın 



Sinxua  İnformaiya Agentliyinin müxbiri  Van Dzuoka 2005-ci il martın 2-də Azərbaycan  Respublikası  

Prezidenti  İlham  Əliyevdən müsahibə almış, müsahibə zamanı    Azərbaycan-Çin münasibətləri, müxtəlif 

sahələrdə ikitərəfli əməkdaşlıq, habelə regional  və digər bir sıra  mühüm məsələlərə aydınlıq gətirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2005-ci  ilin  mart ayının 17-dən 19-dək Çin 

Xalq  Respublikasında dövlət  səfərində    olmuşdur. ÇXR-nin  sədri  Xu Szintao  Prezident İlham  Əliyevin 

ölkəsinə  səfərini  Azərbaycan-Çin dövlətlərarası  münasibətlərin tarixində çox mühüm  hadisə kimi 

dəyərləndəndirmişdir. Bu səfər  iki ölkə arasında siyasi, iqtisadi və  mədəniyyət sahələrində münasibətlərinin 

yeni səhifəsini açdı. Belə ki, bu rəsmi səfər  çərçivəsində atılan  ən mühüm addımlardan biri  Azərbaycan 

Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyət Nazirliyi arasında 2005-2009-cu  illər dövründə  mədəniyyət və 

incəsənət sahəsində  əməkdaşlıq haqqında protokolun imzalanması oldu. Səfər zamanı Çinin Kommersiya 

Nazirliyi, Azərbaycanın  İqtisadi İnkişaf  Nazirlyi  və ölkəmizin  Çindəki  səfirinin  təşkilatçılığı ilə  keçirilən 

forumda  respublikamızın 40 və  Çinin  400-dək  şirkətinin  nümayəndələri iştirak etmişlər.  Forumda  

Azərbaycanda Çin texnologiyaları ilə    şüşə-liftdən kabel, kompüterlər, neft sənayesi üçün  səyyar qazma 

avadanlığı, kənd təsərrüfatında  istifadə üçün  qablar və  qablaşdırma  materialları üzrə müəssisələrin 

yaradılması, toxuculuq, ayaqqabı  sənayəsi, tikinti materiallarınıın buraxılışı sahəsində    əməkdaşlığı 

genişləndirmək  məsələləri müzakirə olunmuşdur. 

Həmin səfər proqramı çərçivəsində  Prezident İlham Əliyev Çinin ən möhtəşəm  abidələri olan Böyük  

Çin  səddi və dünyanın ən nadir tikintilərindən sayılan memarlıq abidələri ilə tanış oldu. Şanxay şəhərini ziyarət 

edən İlham Əliyev məşhur teleqüllə və Şanxay Planlaşdırma Muzeyinə  baş çəkmişdir. 

Azərbaycan-Çin münasibətləri  müxtəlif sahələrdə durmadan inkişaf edir. Beynəlxalq Təşkilatlar 

çərçivəsində  iki ölkə arasında  uğurlu əməkdaşlığın həyata keçirilməsi bu proseslərin  iqtisadi, siyasi, mədəni 

əlaqələrin  güclənməsi  üçün  yaxşı zəmin  yaradılır. 

Hal-hazırda Azərbaycan – Çin mədəni  əməkdaşlığının səmərəli bir dövrü yaşanmaqdadır.  İki ölkə 

arasında  dostluğun yaxınlaşmanın  əldə olunması kimi mühüm bir işdə  mədəni  əməkdaşlığın bütün 

imkanlarından kifayət qədər istifadə edilməlidir.  



29 

 

 



2.3.

 

Azərbaycan -Yaponiya mədəni əlaqələri 

 

Şərqi Asiyanın Azərbaycanla sıx münasibətlər və geniş partnyorluq əlaqələri yaratmış ikinci fəal dövləti 

Yaponiyadır. Bu ölkə  də Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. 1992-ci ilin 

sentyabrından başlayaraq iki ölkə arasında diplomatik əlaqələr qurulurdu. Diplomatik əlaqələr sistemində 

mədəni  əməkdaşlığın da xüsusi yeri vardır. Yaponiya ilə  mədəni  əlaqələrin yenidən qurulması, bu əlaqələrin 

əməkdaşlıq səviyyəsində davam etdirilməsi üçün kifayət qədər tarixi təcrübə var idi. Uzun müddət Yaponiya ilə 

gərgin münasibətləri olan SSRİ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ilə diplomatik münasibətlər yaratdı. 

Həmin münasibətlərin müxtəlif sahələr, o cümlədən mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə 

imzalandı.  Bu bəyannamə Azərbaycan-Yapon mədəni əlaqələrinin dirçəldilməsinə  əhəmiyyətli dərəcədə təsir 

göstərdi. SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt  şəhəri üzrə  şöbəsi təşkil olundu. Artıq XX əsrin 60-cı 

illərindən başlayaraq Azərbaycan-Yapon mədəni  əlaqələrində canlanma hiss olunurdu. Elmi- ədəbi 

mübadilələrdə irəliləyişlərə nail olundu. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin xəttiylə Azərbaycana gələn 

yapon xalqının qabaqcıl ictimai və mədəniyyət xadimləri Bakı və ölkənin mədəniyyəti ilə yaxından tanış olurdu.  

1962-ci ildə Azərbaycana səfər edən «SSRİ-Yaponiya» cəmiyyətinin nümayəndələrindən biri Sitiro 

Takanaka öz ölkəsi adından Azərbaycan rəhbərliyinə ölkə ilə tanışlıq üçün geniş imkanlar yaratdığına görə dərin 

təşəkkürünü bildirmişdir. Təşəkkür məktubunda Azərbaycanla, onun mədəniyyəti ilə  əyani tanış olan 

nümayəndə heyəti bu mədəniyyətin zəngin və qədim mədəniyət olduğunu qeyd etmiş və yapon mədəniyyəti ilə 

bu mədəniyyət arasında bir doğmalıq olduğunu vurğulamışdır.  

Xüsusilə, həmin dövrdə Yaponiya ilə elmi mübadilənin gücləndirilməsinə diqqət yetirən sovet dövləti 

Azərbaycan mütəxəssisləri ilə Yapon alimləri arasında yaradıcılıq münasibətlərinin yaradılmasını ön plana 

çəkdi. SSRİ-Yaponiya Dostluq Cəsmiyyətinin Sumqayıt  şöbəsinin yaradılmasında  əsas bir cəhət Sumqayıtın 

qabaqcıl-müasir kimya şəhəri olması faktı idi. Yaponiyanın tanınmış professoru, ekspert Suzumu Kobe BMT-

nin Bakıya gələn nümayəndə heyətinin tərkibində idi. BMT-nin bu ekspertləri  burayayeni şəhərlərin salınması 

layihəsinin işlənilməsi məqsədilə  səfər etmişdilər. Onlar, eləcə  də yapon mütəxəssiləri Bakı  və Sumqayıtın 

planlaşdırılması və tikinti layihələri ilə yaxından tanış olmuş, Neft Daşlarında da olmuşdurlar. Yapon professoru 

Suzumu Kobe Neft Daşlarında gördüklərindən heyrətə gəlmişdir. Bakıda yapon qrafikasına həsr edilmiş sərgi, 

istedadlı yapon müğənnisi Teruko Ononun çıxışları azərbaycanlı tamaşaçıların diqqətini çəkmişdir. Sənətkarlar 

arasında yaradıcılıq  əlaqələri qarşılıqlı xarakter daşıyırdı. Eyni zamanda Azərbaycan rəssamlarından 

T.Sadıqzadə və E.Rzaquliyev Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş və «Gündoğar ölkə» ni əks etdirən 

silsilə  əsərlər yaratmışlar. Rəsam Toğrul Sadıqzadə Tokio, Osaka, Kioto, Mikko və digər  şəhərlərdə olmuş

Yaponiya yazıçıları, rəssamları,  ədibləri ilə yaradıcılıq mübadiləsi aparmışdır. Xirosima xarabalıqlarını öz 

gözləri ilə görən rəssam Yaponiyadan böyük təəssüratlarla qayıtmışdır. Sonralar Bakıda rəssamın əsərlərindən 

ibarət sərgisində Yaponiya mövzusuna həsr olunmuş 40-dan çox rəsm eskiz, zarisovka, etüd və lövhələri 

nümayiş etdirilmişdir. Onun «Xirosima» adlanan rəsm əsərləri silsiləsinə həyəcansız baxmaq mümkün deyildir. 

Ümumdünya Sülh Şurasının qızıl medalı ilə  təltif olunmuş yapon rəssamı Tosiko Maruki Mosakoda xarici 

ölkələrlə Dostluq Evində «xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə» silsilə  rəsm ekspozisiyasına 

baxdıqdan sonra söylədiyi fikirlər diqqəti cəlb edir: «Mən Azərbaycan xalqının tarixi haqqında bəzi məlumatlar 

əldə etmişəm. Azərbaycan rəssamlarının xarici ölkələrə səfərləri, onların bu sərgidəki iştirakı bu sənətkarların 

öz yaradıcılıqlarında nə qədər yüksəldiklərini sübut edir. Mən tamamilə əminəm ki, Sovet rəssamları sırasında 

Azərbaycan sənətkarları ön sıralardadır.»

6

   


1964-cü ilin yayında Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş yazıçı  və kinorejissor Həsən 

Seyidbəyli 15 gün ərzində tanınmış yapon kino sənətkarları ilə yaradıcılıq mübadilələri aparmışdır. Yaponiya 

səfərinin məqsədini yapon jurnalistlərinə açıqlayan Həsən Seyidbəyli belə qeyd etmişdir: «Bizim bura gəlməkdə 

əsas məqsədimiz Yaponiyanın görkəmli kino xadimləri ilə yaxından tanış olmaq, mədəni  əlaqələrimizi 

möhkəmlətmək, onların yaradıcılığını öyrənmək və mümkün qədər öz kinomatoqrafiyamız haqqında onlara 

məlumat verməkdən ibarətdir. Biz istəyirik ki, hər birimizin beş-on nəfər yaxşı yaponiyalı dostu olsun, bir kino 

xadimi kimi onlarla möhkəm əlaqə saxlayaq.»

1

 



Yazıçı, kinorejissor H.Seyidbəylinin bu fikirlərini Azərbaycan-Yaponiya mədəni  əməkdaşlığının  əsas 

məzmunu kimi dəyərləndirmək olar.  

Artıq Yaponiyada Azərbaycan haqqında informasiyaya da böyük tələbat vardı. 1965-ci ildə Yaponiyada 

Xəbərlər Mətbuat Agentliyinin nəşr etdirdiyi «Sovet İttifaqı bu gün» jurnalının bir nömrəsi bütünlüklə 

Azərbaycan SSR-ə  həsr edilmişdir. Buna başlıca səbəb yaponların Bakı, Neft Daşları, Azərbaycan 

mədəniyyətinə olan marağı idi.  

                                                           

6

 Кулиев Р. Во имя мира и дружбы. Б., 1966, с. 125 



1

 Коммунист гязети 1964-ъц ил 7 октйабр 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə