Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   20

27 

 

təcrübə toplanmışdır. Lakin bir faktı da xüsusi olaraq qabartmaq zəruridir ki, Azərbaycan Çinlə  mədəni 



əməkdaşlıq sahəsində müstəqil qərar çıxartmaq, yaxud bu mədəni  əlaqələrin prioritetlərini müəyənləşdirmək 

səlahiyyətlərindən məhrum idi. Digər xarici dövlətlərlə olduğu kimi Çinlə  də  mədəni  əlaqələrin istiqamətləri 

yalnız «mərkəz»dən diqtə olunurdu. Lakin 1991-ci ildə Azərbaycanda müstəqilliyin bərqərarı və Respublikada 

suverenliyin elan edilməsi Çinlə bütün əlaqələrin, eləcə də  mədəni əlaqələrin yenidən qurulmasını təmin etdi. 

1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ÇXR 1992-ci ilin aprelində 

diplomatik  əlaqələr yaratdı. 1992-2005-ci illər  ərzində Azərbaycan-Çin arasında mədəni  əlaqələrin müştərək 

əməkdaşlıq məqsədi ilə kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında, turizm 

sahəsində  əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalanmışdır. Bundan başqa iki ölkənin dövlət 

başçıları arasında Dostluq haqqında birgə  bəyanat, mədəniyyət və  təhsil sahəsində  əməkdaşlıq haqqında 

protokol da imzalanmışdır. Dövlət başçıları səviyyəsində 1994-cü ilin martında Azərbaycan Prezidenti Heydər 

Əliyevin, 2005-ci ilin martında isə Azərbaycan Prezidenti İlham  Əliyevin ÇXR-na səfərləri mədəni 

əməkdaşlığın inkişafına əhəmiyyətli şəkildə təsir göstərmişdir. Bundan əlavə, 2002-ci ilin iyununda Azərbaycan 

Respublikasının Təhsil nazirinin müavininin rəsmi görüşləri Azərbaycan-Çin mədəni  əməkdaşlığının hüquqi 

bazasının yaradılması, mədəni  əlaqələrin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Bütün 

bunlarla yanaşı, iki ölkənin parlamentlərarası münasibətlərini inkişaf etdirmək məqsədilə  2002-ci ildə  təşkil 

olunan «Azərbaycan–Çin Dostluq Cəmiyyəti»nin yeni xəttilə mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi 

nəzərdə tutulur. Cəmiyyətin prezidenti Milli Məclisin deputatı, AMEA-nın akademiki Cəlal  Əliyev Çinlə 

müxtəlif, eləcə  də  mədəni  əməkdaşlıq  sahəsində  şəxsi təşəbbüs və  səy göstərir. Eyni bir cəmiyət «Çin–

Azərbaycan Dostluq Cəmiyəti» 2006-cı ilin oktyabrından ÇXR-nın «Xarici ölkələrlə Dostluq Cəmiyyəti»nin 

nəzdində təşkil olunur. Hər iki cəmiyyət arasında əməkdaşlıq Azərbaycan – Çin mədəni əməkdaşlığının inkişafı 

işinə istiqamətləndirilmişdir. 

Müstəqilliyin ilk illərində Çinlə  mədəni  əlaqələrin demokratik prinsiplər  əsasında yenidən 

qurulmasında 1994-cü ilin sentyabrında Ümumçin Xalq Xarici Ölkələrlə Dostluq və  Mədəni  Əlaqələr 

Cəmiyyətinin dəvətilə «Azərbaycan dünyası» Beynəlxalq  Əlaqələr Mərkəzinin Prezidenti Nəbi Xəzri başda 

olmaqla ziyalılardan ibarət bir qrup  ÇXR-da səfərdə olmuş, ölkələr arasında dostluğun davam etdirilməsi 

məqsədi ilə    mədəniyyət və turizm sahəsində  əməkdaşlığın tezliklə  bəyan edilməsi, qarşılıqlı surətdə 

mədəniyyət ongünlüklərinin keçirilməsi, mübadilə səfərlərinin təşkili haqqında razılıq əldə edildi. Eyni zamanda 

bu görüşdə Çinin Dalyan və Bakı  şəhərlərinin qardaşlaşması barədə  təklif də irəli sürüldü. Görüş zamanı 

qaldırılmış məsələlər öz həllini 1995-ci ildə Çin nümayəndə heyətinin Bakıya səfərində tapdı.  

Təhsil sahəsində qarşılıqlı  tələbə mübadiləsi  ənənəviliyini indi də saxlamaqdadır. Bakı Dövlət 

Universitetinin  Şərqşünaslıq fakültəsində Çin dilinin öyrənilməsi mədəni  əlaqələrin inkişafı baxımından çox 

əhəmiyyətlidir.  

M.Rostropoviçin anadan olmasının 70 illiyi münasibətilə              yubiley şənliklərini işıqlandırmaq 

üçün Çinin Sinxua agentliyi iki müxbirini Bakıya göndərmişdir. Müxbir Çjao Çjipenin səfərdən  əldə etdiyi 

zəngin təəssürat «Sinxuanın gündəlik xəbərləri» qəzetində 1997-ci il 23 may tarixli nömrəsində  dərc 

olunmuşdur. Həmin məqalədə Çin müxbirlərinin Azərbaycan mədəniyyəti haqqında səmimi düşüncələri diqqəti 

cəlb edir. Məqalədə yazılır: «Azərbaycan elə bir ölkədir ki, burada mədəniyyətə böyük ehtiram bəsləyirlər. Biz 

bunu çoxdan eşitmişik… Bakılılar Çinə dərin hörmət hissi bəsləyirlər. Bu mənim Bakıda olarkən aldığım ikinci 

ən güclü təəssüratdır.»

1

  



Yeni tarixi şəraitdə Azərbaycan – Çin mədəni  əlaqələrinin imkanları getdikcə artmaqdadır. Hər iki 

ölkə  əhalisinin bir-biri ilə yaxından tanışlığı üçün mətbuatın geniş imkanlarından istifadə edilir. 2003-cü ildə 

«Azərbaycan-Çin lüğəti»nin nəşri «İqtisadiyyat» qəzetinin 2004-cü il oktyabr nömrəsinin bütünlüklə ÇXR-nın 

55-ci ildönümünə həsr edilməsi Azərbaycanda Çin ölkəsinə, onun mədəniyytinə maraq və ehtiramın nümunəsi 

kimi qiymətləndirilirdi. Hazırda mədəniyyətin ayrılmaz qolu sayılan  təhsil sahəsində də Çin Xalq Respublikası 

ilə birgə mübadilə aparılır. Təcrübə mübadiləsi məqsədilə respublikanın ali və orta ixtisas, ümumtəhsil 

məktəblərinin müəllimləri Respublika Təhsil Nazirliyinin əməkdaşları  təcrübə mübadiləsi məqsədilə ÇXR-na 

ezam edilmişlər. Təhsildə islahatlar keçirən ÇXR-nın təcrübəsindən istifadə  məqsədilə bu ölkə ilə mübadilə 

səmərəli olmuşdur. 

Müasir mərhələdə Çin Xalq Respublikası  böyük  potensiala malik  olaraq ən müasir texnologiyalar 

tətbiq edərək yüksək sürətlə  tərəqqi edir.   Bu gün Çin Milli  Neft Korporasiyası, ümumilikdə   Çin şirkətləri  

Azərbaycanın  karbohidrogen  ehtiyatlarının  işlənilməsində  fəal iştirak edirlər. Bu sahəyə    böyük  sərmayə 

qoyurlar. Çin şirkətlərinin  neft layihələrində    iştirakı ilə Azərbaycanda  neft hasilatı artır. Belə ki, Çin Milli 

Neft Korporasiyasının  vitse-prezidenti Çou Dzipinin  başçılıq etdiyi  nümayəndə heyətinin 2004-cü il iyul 

ayında Azərbaycana  səfər etməsi bunu təsdiqləyən faktdır.   

                                                           

1

 Азярбайъан гязети. 1997-ъи ил, 4 ийун  




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə