Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   20

31 

 

inkişaf etmiş bir ölkənin bütün imkanlarından bəhrələnəsiniz, öyrənəsiniz. Necə olub ki, yaponlar dünyada bu 



qədər böyük nailiyyətlər əldə ediblər? Siz də bunları öyrənin, gətirib Azərbaycana tətbiq edin, yayın.»

1

   



1995-ci ildə yapon türkoloqu, qafqazşünası və nəhayət azərbaycanşünası, professor Akira Matsunaqa ilə 

birgə yaradılan və  səmərəli fəaliyyət göstərən Azərbaycan-Yaponiya elmi Tədqiqatlar və  Mədəni  Əlaqələr 

Mərkəzi ölkələr arasında mədəni münasibətlərin inkişafına təkan verdi. Azərbaycanın dostu və yorulmaz 

təbliğatçısı olan professor Akira Matsunaqa bu sahədə çox böyük işlər görüb. 1996-cı ildə «Azərbaycan 

türkcəsinin qrammatikası» 1999-cu ildə isə «Azərbaycan dilini müstəqil öyrənənlər üçün» kitabları, çoxlu sayda 

məqalələr və beynəlxalq konfranslarda məruzələr Azərbaycanın Yaponiyada tanınması  işinə xidmət etmişdir. 

Bu xidmətlərinə görə  Akira Matsunaqa Azərbaycan Mətbuat  İşçiləri Həmkarlar  İttifaqı  Təşkilatının 

«Azərbaycan bayrağı» mükafatına layiq görülmüşdür. Alimin rəhbərlik etdiyi bu mərkəzin təşkilatçılığı ilə 

Bakıda ardıcıl olaraq konfrans, görüşlər keçirilir, təhsil müəssisələri arasında tələbə və elmi mübadilə aparılır. 

Azəcbaycan Milli Elmlər Akademiyası  və Azərbaycan Universiteti ilə Yaponiya elmi araşdırmalar və 

mədəniyyət mərkəzinin qarşılıqlı  əlaqələri mədəni  əlaqələrin geniş vüsətinin bir timsalı idi. Birgə  fəaliyyətin 

əsas məqsədi Azərbaycan-Yaponiya mədəniyyətlərinin mədəni  əlaqələrinin bütün istiqamətlər üzrə 

xüsusiyyətlərini öyrənməkdir. Bu məqsədlə  mərkəz müxtəlif tədbirlərdən, mədəni formalardan istifadəyə 

üstünlük verirdi. 1998-ci ilin avqustunda Azərbaycan Universitetində bu mərkəzlə birgə  təşkil olunan 

«Azərbaycan-Yaponiya elmi-mədəni və  təhsil  əlaqələri» mövzusunda elmi konfransda Azərbaycan-Yaponiya 

elmi araşdırmalar və  mədəniyyət mərkəzinin sədri Rəhbər Bəşirovun «Azərbaycan-Yaponiya elmi 

münasibətləri», Tokio Universitetinin professoru Masayuki Yamauçinin «1918-1920-ci illərdə Azərbaycan milli 

azadlıq hərəkatı  və  Ənvər Paşa» və s. mövzularda məruzələr edilmiş  və sonra müzakirələr zamanı fikir 

mübadiləsi aparılmışdır. Konfransda irəli sürülən fikirlərdən biri bu idi ki, Azərbaycan-Yaponiya elmi 

əməkdaşlığını inkişaf etdirmək dövrün tələbidir. Tarixi «İpək yolu»nun varisləri sayılan həm Azərbaycan, həm 

də Yaponiyanın qarşılıqlı  əlaqələrinin tarixi bilinəndən də  qədimlərə gedib çıxır və buna görə  də bu sahədə 

tədqiqatçılığın gücləndirilməsinə böyük ehtiyac duyulur.  

Yaponiya ilə mədəni əlaqələrin inkişaf dinamikasına təsir edən mühüm tarixi hadisələrdən biri də 2000-

ci ilin payızında Tokioda Yaponiya-Azərbaycan Dostluğu Cəmiyyətinin təşkili faktı oldu. Cəmiyyətin sədri 

Azərbaycanın dostu, iki ölkə arasında mədəni  əlaqələrin inkişafında xüsusi xidmətləri olmuş  cənab Kanci 

İşimota idi. Hələ keçən  əsrin 60-70-ci illərindən Azərbaycanla tanış olmuş  və bu xalqın mehribanlığı, 

qonaqpərvərliyinə heyran qalmış K.İşimota bu sevgidən irəli gələrək türk dilini mükəmməl şəkildə öyrənmişdir. 

Cəmiyyətin yaradılmasında məqsəd azərbaycanlılara Yaponiya mədəniyyəti haqqında məlumat vermək, eyni 

zamanda Yaponiyada Azərbaycan mədəniyyəti günlərini təşkil etmək, Dillər Universitetində yapon dili və 

ədəbiyyatının öyrənilməsi məqsədilə xüsusi fakültənin açılmasına nail olmaqdan ibarət idi. Turist mübadiləsi də 

bu cəmiyyətin başlıca məqsədlərindən biridir. Eyni məzmunda olan Yaponiyadakı digər cəmiyyət Azərbaycan-

Yaponiya Dostluq Cəmiyyəti adı altında fəaliyyət göstərməkdədir. Cəmiyyət 2002-ci ilin noyabrında Naqoya 

şəhərində  təsis edilmişdir. Cəmiyyətə  Rəhman  Şahhüseynli sədrlik edir. Cəmiyyət bu iki ölkə arasında sıx 

dostluq və əməkdaşlıq, mədəni və maarifçilik əlaqələri qurmağı qarşısına məqsəd qoyub. Cəmiyyət mütəmadi 

olaraq Yaponiyada Azərbaycan haqqında müxtəlif mövzularda tədbirlər,  əyləncəli proqramlar, «dəyirmi 

masa»lar, konfranslar və seminarlar təşkil edir. Cəmiyyətin Azərbaycanın Yaponiyada təbliği məqsədi ilə 

keçirtdiyi layihələrdən biri də «Qafqaz-Xəzər salonu» tanıtma-təbliğat silsilə proqramı idi. Bu proqram 

çərçivəsində yaponiyanın Osaka Universitetində 2006-cı ilin iyulunda seminar təşkil olunmuşdur. 

Azərbaycan-Yaponiya arasında əməkdaşlığın genişləndirilməsi sahəsində Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyevin Yaponiyanın «İnpex»  şirkətinin  prezidenti Kunixo Matsuonun  başçılıq etdiyi  

nümayəndə  heyətinin 2004-cü il  martın 22-də  qəbul edilməsi əlamətdar hadisələrdən biridir.  Belə ki, «İnpex» 

şirkətinin Azərbaycanda sərmayə layihələrində    fəal iştirakı, xüsusilə  də  «Azəri-Çıraq-Günəşli» layihəsində 

payçı kimi təmsilçiliyi əlaqələrimizin daha da inkişafı üçün geniş imkanlar  açır. «İnpex» şirkətinin   prezidenti 

Kunixo Matsuo Prezidentlə görüş zamanı bildirmişdir ki, «İnpex» şirkəti planetin  müxtəlif  güşələrində – Yaxın 

Şərqdə, Afrikada,  Cənubi Amerikada, Okeaniyada öz fəaliyyətini genişləndirir.  Şirkət Azərbaycanda  bu cür  

çoxsaylı layihələr  arasında «Azəri-Çıraq-Günəşli» və Bakı-Tbilisi-Ceyhan layihələrində  iştirak edir. 

Azərbaycan Dövlət Neft Şirkətilə  birgə iri layihələr, xüsusilə  Bakı-Tbilisi-Ceyhan Əsas İxrac  Boru  

Kəmərinin, «Azəri-Günəşli-Çıraq» layihəsinin  həyata keçirilməsində Yaponiyanın «İTOÇU» şirkətinin mühüm 

rolu vardır. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2004-cü il may ayının 20-də  «İTOÇU» 

şirkətinin icraçı vitse-prezidentini qəbul etmişdir. Görüş zamanı bildirilmişdir ki, Azərbaycan və Yaponiya 

arasında əməkdaşlığın məhz neft sahəsində genişləndirilməsinin böyük önəmi vardır.  

Müasir mərhələdə Azərbaycan-Yaponiya arasında  bir çox istiqamətlərdə, o cümlədən  siyasi, mədəni, 

xüsusilə də iqtisadi sahədə münasibətlər uğurla inkişaf edir.  Yaponiya hökümətinin yardımı ilə Azərbaycanda  

bir sıra iri  layihələr həyata keçirilir. Azərbaycana  ən böyük həcmdə  kredit qoyuluşları    həyata keçirən ölkə 

                                                           

1

 Азярбайъан гязети 1998. 10 март 




Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə