Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

22 

 

Azərbaycan dilinə tərcümə edilərək nəşr olundu. Bu dövrdə «Riqvyad himnləri», hind folklorunun epik sənət 



əsərləri: «Mahabharata», «Ramayana», orta əsrlər poeziyasının lirik və epik əsərləri, klassik dramaturgiya ilə 

bərabər qədim və orta əsr fəlsəfi  ədəbiyyatı, estetikası, etikası, tarixi və  mədəniyyətinə dair toplular, hind 

ədəbiyyatşünasları S. E. Hüseyn və Ş. Çauxanın  tədqiqat əsərləri nəşr olundu. 

Bundan  əlavə, Azərbaycan sənətkarları üçün hind tematikası  həmişəki kimi yenə  də aktuallıq kəsb 

etməkdə idi. Hindistanda olmuş, bu ölkənin mədəniyyətindən, insanlarından zövq almış azərbaycanlı sənətkarlar 

sələfləri kimi bu tematikasının inkişaf etdirilməsinə  bir çox töhfələr bəxş etmişlər. Bəstəkar Sultan 

Hacıbəyovun «Hind mövzusunda suita» yazıçı-dramaturq Qeybulla Rəsulovun «Əlvida, Hindistan» pyesi, 

maestro Niyazinin «Çitra» baleti və başqalarının əsərlərində hind xalqının mədəniyyətinə, tarixinə ehtiram və 

məhəbbət bədii obrazlarla öz ifadəsini tapmışdı. «Çitra» balet  və hind mövzusunda silsilə əsərlərə görə  maestro 

Niyazi də Cəvahirləl Nehru adına Beynəlxalq mükafata layiq görülmüşdü. 

Azərbaycan-Hindistan mədəni  əlaqələrinin keyfiyyətcə yeni olan inkişafının bu dövründə mühüm 

hadisələrdən biri də mədəniyyət ongünlüklərinin (dekada) keçirilməsi faktıdır. Mədəniyyət dekadaları xalqların 

bir-birini yaxından tanıması, mədəniyyətlərin təbliği üzrə  həyata keçirilən  ən səmərəli formalardan biridir. 

Azərbaycan-Hindistan mədəni  əlaqələri tarixində  həyata keçirilən mədəniyyət dekadaları, məhz bu məqsədə 

xidmət edirdi. 1968-ci ilin martında Hindistanın Hücərat  ştatında keçirilən Azərbaycan mədəniyyəti dekadası 

ərzində 70-dən artıq mitinq və  yığıncaq keçirilmişdi ki, burada da 8-10 min adam iştirak etmişdi. 

Azərbaycandan getmiş nümayəndə heyəti 10 gün müddətində Milli Mədəniyyətin təbliği məqsədilə  rəngarəng 

tədbirlərdə  iştirak etmişlər. 

Azərbaycan xalqının mədəni həyatı, incəsənəti hindlilərdə böyük maraq doğurmaqda davam edirdi. 1968-

ci ilin sentyabrında Bakıda olmuş Hindistan-Sovet Mədəni  Əlaqələr  şöbəsinin vitse-prezidenti Heydərabad 

ştatının hüqüqşünası Ramanləl Mahanləl  Şahın başçılıq etdiyi nümayəndə heyəti müasir Azərbaycan 

mədəniyyət və incəsənəti ilə yaxından tanış olmuş, bu mədəniyyəti sevmiş  və belə bir xalqla mədəni 

mübadilənin zəruri olduğunu bəyan etmişdi. 

Elə 1969-cu ilin sentyabrın 25-də Azərbaycanda başlanan Hindistan mədəniyyəti ongünlüyünün də əsas 

missiyası  sovet Azərbaycan xalqı ilə dostluq münasibətlərinin gücləndirilməsi ilə yanaşı, eyni zamanda 

Azərbaycan mədəniyyəti ilə münasibətlərdə tarixi ənənələrə malik olmuş mədəni əlaqələrin də gücləndirilməsi 

təşkil edirdi. Azərbaycanda qeyd olunan bu dekada ümumxalq bayramına çevrilmişdi. O vaxtlar həmin tədbirdə 

iştirak edən sənətkarlar, adi vətəndaşlar bu bayramı xoş təəssüratla xatırlayırlar. Hind mədəniyyəti, incəsənətini

xüsusilə  də, kino və musiqisinə böyük sevgi və marağı olan Azərbaycan vətəndaşları Hindistanın məşhur 

sənətkarları ilə – aktyor və rejissor Caşvant Thaker, müğənnilər Puşna Upender Trivedi, Lakhaç Bran Qindiv, 

Priça Devi, Hafiz Əhmədxan, musiqiçilər Lətif  Əhməd, Mahmud Mirzə  Səbri xan və digərləri ilə görüşlərə 

tükənməz şəkildə can atırdılar.  Hind sənətkarları Azərbaycan artistlərindən Şövkət Ələkbərova, Roza Cəlilova, 

Elmira Rəhimova, İslam Rzayev, F. Yarməmmədovun idarəsi ilə «Xəzər» adlı çalğı alətləri orkestri və b. birgə 

çıxışlar etmiş, sənət haqqında söhbət, görüşlər keçirtmişlər. Bu qəbildən olan mübadilələrin vüsəti 1970-ci 

illərdə də davam etdirilməkdə idi. Görkəmli Azərbaycan rəssamı Mikayıl Abdullayevin  Hindistana ikinci dəfə 

yaradıcılıq səfəri, məhz bu illədə  həyata keçdi. Belə ki,bu yaradıcılıq səfərində  rəssam «Hindistanla ikinci 

görüş» başlığı altında çəkdiyi yeni natura əsərləri yenə  də bu xalqın həyat tərzi, mədəniyyəti, ölkənin gözəl 

təbiətinə  həsr edilmişdi. Mikayıl Abdullayevin, məhz bu illərdə yaratdığı hind xalqının böyük qızı  «İndira 

Qandinin portreti» əsəri Azərbaycan hökuməti tərəfindən Hindistanın baş naziri İndira Qandiyə  hədiyyə 

olunmuşdu. Bu silsilə əsərlərinə görə rəssam 1970-ci ildə Cəvahirləl Nehru adına Beynəlxalq mükafata və qızıl 

medala layiq görülmüşdür.  Ən önəmli və tarixi hadisə bundan ibarət idi ki, yüksək mükafat rəssam 

M.Abdullayevə  İndira Qandinin özü tərəfindən təqdim olunmuşdu. Görkəmli rəssamı artıq Hindistan xalqı çox 

yaxşı tanıyır, bu ölkədə onun əsərlərdən ibarət sərgilərin təşkili Azərbaycan-Hindistan mədəni əməkdaşlığının 

inkişafında xüsusi bir əhəmiyyət kəsb edirdi. Təsviri sənət sahəsində əməkdaşlıq qarşılıqlı idi. Artıq bu illərdə 

Hindistanda yaradıcılıq səfərində olmuş Azərbaycan rəssamlarından SSRİ xalq rəssamı, SSRİ  Rəssamlıq 

Akademiyasının həqiqi üzvü Tahir Salahov, Azərbaycan xalq rəssamı Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev, 

əməkdar rəssam Asəf Cəfərov da Hind tematikasında dəyərli  əsərlər yaratmışlar. Respublikanın xalq rəssamı 

Kamil Əliyevin eskizləri əsasında yaradılan İndira Qandinin rəsmi əks  olunmuş xalça isə, öz nəfisliyi ilə hamını 

heyran qoyurdu. 

70-ci illərdə tanınmış hind rəssamları M.S.Hüseyn,  Biren De,  B.Khakkar, Qulam Şeyx, A.Ramaçandran 

və digərlərinin  əsərləri ilə azərbaycanlılar Azərbaycan  Şəkil Qalereyası, R.Mustafayev  adına  İncəsənət 

Muzeylərində təşkil olunmuş sərgilərdə tanış olmuşlar. 

Göründüyü kimi, 1980-ci illərdə Azərbaycan-Hindistan mədəni  əlaqələrin səmərəli  əməkdaşlıq 

səviyyəsində davam etdirilməkdə idi. Mədəniyyət və incəsənətin elə bir sahəsi yox idi ki, bu əməkdaşlığın 

təzahürləri özünü göstərməsin. Elmi-təhsil, tədris sahəsində  əlaqələrin qurulması,  ədəbiyyat, musiqi, təsviri, 

sənətin bütün sferalarında səmərəli  əməkdaşlığın aparılması Azərbaycan-Hindistan xalqları arasındakı tarixi 

dostluq ənənələrinin layiqincə davam etdirilməsinin təzahürləri idi. Məhz bu əməkdaşlıq sayəsində Azərbaycan 



Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə